Month: April 2025

  • В Баку в детском саду произошел пожар

    В Баку в детском саду № 332 произошел пожар.

    Об этом сообщает Median.Az со ссылкой на информацию, распространенную Управлением образования города Баку.

    О происшествии немедленно оповестили Государственную службу пожарной охраны Министерства по чрезвычайным ситуациям (МЧС).

    Пожарные предотвратили распространение огня.

    Была обеспечена безопасность детей и персонала детского учреждения, а также учащихся и преподавателей расположенной поблизости средней школы № 162. Пострадавших в результате инцидента нет.

    Причины происшествия выясняются.

  • Bakıda körpələr evində yanğın olub

    Paytaxtdakı 332 nömrəli körpələr evi-uşaq bağçasında məhdud hissədə yanğın baş verib.

    Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

    Bildirilib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.

    Bağçadakı uşaqların və işçilərin, həmçinin yaxın ərazidə yerləşən 162 nömrəli tam orta məktəbin şagird və müəllim kontingentinin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

    Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

  • На Земле усилилась магнитная буря

    Степень возмущенности магнитного поля Земли достигла уровня G2.

    Об этом сообщили ТАСС в Институте прикладной геофизики.

    Уровень магнитной бури на Земле достиг отметки G2 – “умеренно” – по шкале из пяти показателей, где G5 – “экстремально сильно”, а G1 – “слабо”.

    Уровень G2 означает, что на Земле могут возникнуть проблемы в энергетических системах. Также вероятны перебои в радионавигации, нарушения высокочастотной радиосвязи. Полярные сияния фиксируются до широты в 50 градусов.

    Специалисты Лаборатории солнечной астрономии ИКИ РАН и ИСЗФ СО РАН ранее сообщали, что 13 апреля в сторону Земли были выброшены два крупных солнечных протуберанца. Согласно прогнозу, 16 апреля ожидаются магнитные бури уровня G1-G2.

  • Yerdə maqnit qasırğası güclənib

    Yerin maqnit sahəsinin həyəcan dərəcəsi G2 səviyyəsinə çatıb.

    Bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan bildiriblər.

    Yerdəki maqnit fırtınasının səviyyəsi beş göstəricidən ibarət şkalada G2 – “mülayim” – səviyyəsinə çatıb, burada G5 “son dərəcə güclü”, G1 isə “zəif” deməkdir.

    G2 səviyyəsi o deməkdir ki, Yerdə enerji sistemlərində problemlər yarana bilər. Həmçinin radionaviqasiyada fasilələr, yüksəktezlikli radio əlaqələrində pozulma ehtimalı var. Qütb parıltıları 50 dərəcə şimal enliklərinə qədər qeydə alınır.

    Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri əvvəllər bildirmişdilər ki, 13 aprel tarixində Yerə doğru iki böyük Günəş tac kütləsi atılıb. Proqnoza görə, 16 apreldə G1-G2 səviyyəli maqnit fırtınaları gözlənilir.

  • Ucarda xəstə narkozdan sonra komaya DÜŞDÜ

    Ucarda xəstə narkozdan sonra komaya düşüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ucar Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

    Səhhətində yaranmış problemlə əlaqədar olaraq xəstəxanaya müraciət edən rayonun Qazyan kənd sakini, 1999-cu il təvəllüdlü Sübhan İlham oğlu Hüseynova bel nahiyəsində olan dermoid kistadan əməliyyat olunması məsləhət görülüb.

    Həkimlər tərəfindən xəstəyə verilən narkozdan sonra o, komatoz vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

    Məlumata görə, xəstə hələ komatoz vəziyyətdədir.

  • В Агсуинском районе опрокинулся экскаватор: погиб начальник участка, есть пострадавшие (ОБНОВЛЕНО)

    Погибшим в результате опрокидывания экскаватора селевым потоком в Агсуинском районе был начальник участка подрядной компании.

    Об этом oxu.az сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана (ГААДА).

    Было отмечено, что погибший и пострадавшие были сотрудниками подрядной компании, участвующей в проекте строительства дороги Муганлы – Исмайллы – Габала.

    * * * * *

    В селе Калва Агсуинского района мощный селевой поток, вызванный проливными дождями, опрокинул экскаватор.

    Врезультате инцидента погиб Парвиз Аятуллаев (1982 г.р.), еще трое человек получили травмы различной степени тяжести.

    По данному факту ведется расследование.

  • Ağsuda güclü sel ekskavatoru aşırdı: Sahə rəisi öldü, xəsarət alanlar var (YENİLƏNİB)

    Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs podratçı şirkətin sahə rəisi olub.

    Bu barədə oxu.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

    Bildirilib ki, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.

    * * * * *

    Ağsuda güclü sel ekskavatoru aşırıb.

    Hadisə rayonun Kalva kəndində qeydə alınıb.

    Hadisə nəticəsində 1982-ci il təvəllüdlü Pərviz Qəni oğlu Ayətullayev həlak olub, üç nəfər xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb

    Aprelin 15-də vətəndaşların bank kartlarından 32 min 306 manat oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

    “Kartın üzərindəki CVV/CVC-kodu, SMS vasitəsilə göndərilən OTP-kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN-kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 13 700, 3 450, 3 017, 1 827, 1 600, 1 396, 1 288, 1 140, 1 121, 1 010, 822, 493, 330, 303, 300, 221, 170, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb”.

    DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir:

    “Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.

  • Masazırda köşkə bıçaqla basqın edən şəxslər SAXLANILDILAR

    Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən köşklərin birində quldurluq hadisəsi qeydə alınıb.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, köşkdə satıcı kimi çalışan qəsəbə sakini polisə müraciət edərək iki naməlum şəxsin onu kəsici-deşici alətlə hədələyərək 650 manat pul vəsaitini taladığını bildirib.

    Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Q.Qılmanov və 17 yaşlı bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Buraxılış imtahanından “iki” alanlara attestat veriləcək?

    Hər il tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri açıqlandıqdan sonra zəif qiymət almış abituriyentlər attestat ala bilməmələrindən dolayı narahatlıq keçirirlər.

    Son günlərdə bu məsələ yenidən gündəmə gəlib.

    Bəzi valideynlər hesab edir ki, uşaqları buraxılış imtahanından zəif nəticə əldə etdikləri üçün attestat ala bilməyəcəklər.

    Məsələ ilə bağlı oxu.az-ın suallarını cavablandıran təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev qeyd edib ki, buraxılış imtahanının nəticəsi şagirdin attestat almamasına səbəb ola bilməz:

    “Təhsil haqqında” qanunda şagirdin buraxılış imtahanı nəticəsinin attestat alıb-almamasına təsir etməsinə dair heç nə yoxdur. Sovet dövründə belə bir anlayış olduğuna görə, valideynlər həmin dövrün təhsilini aldıqları üçün indi də övladlarının attestat ala bilməyəcəyini düşünürlər”.

    Onun sözlərinə görə, sinifdə qalma anlayışı dərsləri kütləvi şəkildə buraxan şagirdə şamil olunur:

    “Pedaqoji şura tərəfindən dərsləri buraxan şagirdin sinifdən sinfə keçirilməsi uyğun görülmədiyi üçün sinifdə qalması ilə bağlı qərar verilir. Pedaqoji şura şagirdin builki tədris planını mənimsəmədiyi üçün növbəti tədris ilində yenidən eyni sinifdə oxuyaraq dərsləri mənimsəyəcəyi qənaətinə gəlir”.

    Ekspert bildirib ki, qiymətə görə attestatdan məhrumetmə deyə bir anlayış yoxdur.

    “Abituriyent buraxılış imtahanında iki qiyməti alarsa, onun attestat qiyməti 10-11-ci siniflərin illik göstəricisi əsasında hesablanaraq yazılır. Məsələn, əgər şagirdin 10-cu sinifdə illik qiyməti 5, 11-ci sinifdə 4 olarsa, buraxılışdan da 2 qiymət aldıqda bu üç qiymətdən ortalama çıxarılıb attestata yazılmalıdır. Şagirdin qiymətləri iki olsa belə, ona yenə də attestat verilir. Lakin attestatda qiymət yerinə 2 alması qeyd olunur. Heç bir məktəb rəhbərliyi bir fəndən illik ortalaması 2 olan şagirdi attestatdan məhrum edə bilməz.

    Buna görə də, bəzi məktəb rəhbərliyinin valideynləri təşvişə salması əsassızdır. Bu kimi hallar ilə qarşılaşan valideynlər mütləq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) və yaxud da Elm və Təhsil Nazirliyinə müraciət etməlidirlər”.