Month: April 2025

  • Məhkəmə insan alveri ilə məşğul olan qadınla bağlı qərarı açıqladı

    Ali Məhkəmədə insan alverində təqsirləndirilən Gülsevər Qurbanovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, Gülsevər Aslan qızı Qurbanovanın qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədilə dövlət sərhədindən keçirərək, onların pasportlarını götürüb saxlamaqla insan alveri cinayəti törətdiyi məlum olub. Buna görə də, o, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Baş İdarədə araşdırma aparılıb.

    İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırıldıqdan sonra baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Qurbanova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

  • В ходе обеда состоялась встреча президентов Азербайджана и Грузии в расширенном составе

    16 апреля в ходе обеда состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и президента Грузии Михаила Кавелашвили в расширенном составе.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Azərbaycan və Gürcüstan prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub

    Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • В ADSEA отчитались о проведении работ на подтопленных территориях

    Объединенная служба водоснабжения крупных городов работает в усиленном режиме для устранения проблем, возникающих в различных районах во время интенсивных дождей. В частности, руководители районных управлений водоканала и весь персонал ведут непрерывную работу по откачке скопившейся воды, очистке дождевых и канализационных коллекторов, восстановлению их функционирования.

    Об этом сообщает Государственное агентство водных ресурсов Азербайджана (ADSEA).

    По данным ведомства, количество осадков в Баку и регионах страны значительно превышает норму. Ливневые канализации и дренажные системы, не рассчитанные на столь интенсивный поток воды, не справляются с ее быстрым отводом. Хотя дренажные системы функционируют, непрерывный характер ливней мешает полностью справиться с потоками дождевой воды.

    По информации агентства, районы, где из-за интенсивности осадков возможно подтопление, заранее взяты под контроль и обеспечены техникой, материалами и рабочей силой. Отмечается, что независимо от погодных условий регулярно проводится промывка канализационных коллекторов, очистка смотровых колодцев и дождеприемников для беспрепятственного отвода как дождевых, так и сточных вод. Проверяются канализационные насосные станции, приводится в исправное состояние имеющееся механическое оборудование. Во время сильных ливней эти работы выполняются в еще более усиленном режиме.

    В настоящее время ответственные сотрудники управлений водоканала контролируют управление дождевыми водами в связи с погодными условиями, проводят работы по предотвращению возможных последствий.

  • ADSEA güclü yağışla əlaqədar görülən işləri açıqladı

    “İntensiv yağışlar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xüsusilə, rayonlar üzrə sukanal idarələrinin rəhbərləri, ümumilikdə bütün işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm və fasiləsiz işlər icra edirlər”.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

    Bildirilib ki, yağışların intensivliyi nəticəsində bəzi ərazilərdə subasma hallarının baş verməməsi üçün həmin ərazilər əvvəlcədən nəzarətə götürülüb, texnika, mal-material və işçi heyəti ilə təmin olunub.

    Qeyd edilib ki, hava şəraitindən asılı olmayaraq şəbəkələr vasitəsilə həm yağış sularının, həm də tullantı sularının maneəsiz şəkildə daşınması üçün kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri müntəzəm həyata keçirilir:

    “Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir. İntensiv yağışlar zamanı isə bu işlər daha da gücləndirilmiş şəkildə icra edilir.

    Hazırda hava şəraiti ilə əlaqədar sukanal idarələrin məsul əməkdaşları yağış sularının idarə olunmasını nəzarətdə saxlayırlar, baş verəcək fəsadların qarşısının öncədən alınması məqsədilə işlər həyata keçirirlər”.

  • Последствия сильного дождя: эвакуирован 31 человек, в том числе 10 детей – ВИДЕО

    Силы Министерства по чрезвычайным ситуациям в настоящее время продолжают операцию по устранению последствий непогоды.

    В результате операции из затопленных мест был эвакуирован в общей сложности 31 гражданин, оказавшийся в беспомощном положении, в том числе 10 детей.

    В настоящее время непрерывно продолжаются работы по откачке и отводу воды с затопленных территорий в различных направлениях по городам Баку, Гянджа, Сумгайыт и Абшеронскому району, эвакуации нуждающихся в помощи граждан, и проведению других необходимых мер безопасности.

    Кроме того, спасатели МЧС оперативно устранили опасную ситуацию для граждан, возникшую из-за сильного ветра на части балкона квартиры в многоэтажном жилом доме, расположенном в Насиминском районе Баку.

  • Güclü yağışın fəsadları: 10-u uşaq olmaqla, 31 nəfər təxliyə olunub – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində əməliyyat davam etdirilir.

    Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 10-u uşaq olmaqla ümumilikdə 31 nəfər vətəndaş təxliyə olunub.

    Hazırda Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

    Bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında mənzilin eyvanının hissələrinin qoparaq asılı vəziyyətdə qalması nəticəsində vətəndaşlar üçün yaranmış təhlükəli vəziyyət Nazirliyin xilasediciləri tərəfindən operativ olaraq aradan qaldırılıb.

  • В Баку просела дорога, автомобиль провалился в яму – ВИДЕО

    Сохраняющиеся на территории страны нестабильные погодные условия продолжают вызывать множество проблем.

    Как сообщает Oxu.Az, в районе станции метро “Халглар достлугу” просела дорога.

    В результате один из автомобилей провалился в яму.

  • Yol çökdü, avtomobil çuxura DÜŞDÜ – VİDEO

    Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraitinin törətdiyi çətinliklər davam edir.

    Oxu.az-ın məlumatına görə, metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında yol çöküb.

    Nəticədə hərəkətdə olan avtomobillərdən biri çuxura düşüb.

    Hadisə yerindən görüntünü təqdim edirik:

  • Hava ilə əlaqədar bütün regionlarda elektrik təsərrüfatında lokal xarakterli qəza halları baş verib

    Hava şəraitinin qeyri-sabit keçməsi bütün regionlarda elektrik təsərrüfatında lokal xarakterli qəza hallarının yaranmasına səbəb olub.

    Bu barədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

    Bildirib ki, “Azərişıq” ASC ölkə ərazisində güclü külək və yağışın yaratdığı qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır:

    “Ölkə ərazisində 15 aprel tarixindən başlayan kəskin hava şəraiti, demək olar ki, bütün regionlarda elektrik təsərrüfatında lokal xarakterli qəza hallarının yaranmasına səbəb olub. Leysan xarakterli intensiv yağış və güclü külək nəticəsində aşan ağac və kənar əşyaların elektrik xətlərini zədələməsi bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyətlərin yaranmasına səbəb olub.

    Elektrik enerjisi kəsintisi və qəza hallarının qarşısının alınması üçün “Azərişıq” ASC paytaxt və bölgələrdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. ASC bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirib. Həmçinin qurumun qəza xidmətinin əməkdaşları da ərazilərdə fəsadların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz işi davam etdirirlər.

    Bəzi hallarda isə yağışla müşayiət olunan külək və sel suları elektrik təsərrüfatına daha böyük həcmdə ziyan vurmasın deyə qabaqlayıcı tədbir kimi xətlərə enerjinin ötürülməsində planlı fasilə verilir”.

    “İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı bir çətinlik zamanı “Azərişıq” ASC-nin “199” Çağrı Mərkəzinə və rəsmi “Facebook”, “Instagram” səhifələrimizə müraciət etsinlər. 24 saat fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir”, – deyə qurumdan əlavə edilib.