Month: April 2025

  • “Сабунчинский переход” снова затопило – ВИДЕО

    Погодные условия резко изменились на территории Азербайджана за последние два дня. Начиная с этой ночи не прекращаются интенсивные дожди. В результате затопило ряд улиц, проспектов и переходов в Баку.

    Одним из затопленных мест стал тоннель (также называемый “Сабунчинский переход” – ред.) в Сабунчинском районе, где в октябре прошлого года при аналогичных обстоятельствах утонули два человека.

    В настоящее время сотрудники Министерства по чрезвычайным ситуациям проводят работы на территории.

    Подробнее – в сюжете AzTV.

  • Sabunçu tunelini yenidən su basdı – VİDEO

    Artıq iki gündür respublika ərazisində hava şəraiti kəskin dəyişib. Bu gecədən etibarən intensiv yağış yağmağa başlayıb. Bunun nəticəsində paytaxtın bir sıra küçə və prospektlərini, eyni zamanda körpüləri su basıb.

    Su basan yerlərdən biri də ötən ilin oktyabrında iki nəfərin boğularaq öldüyü Sabunçu rayonu ərazisindəki tuneldir.

    Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işlər görür.

    Daha ətraflı AzTV-nin süjetində:

  • Лейла Алиева поделилась трогательным видео из детского дома в Баку – ВИДЕО

    15 апреля Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева и вице-президент Фонда Гейдара Алиева Лейла Алиева посетили ясли №1 в Насиминском районе и детский дом – учреждение социального обслуживания №1 в Низаминском районе Баку.

    Сегодня Лейла Алиева поделилась трогательными кадрами визита на своей странице в Instagram.

  • Leyla Əliyeva körpələr evi və uşaq evi sosial xidmət müəssisəsi ilə bağlı paylaşım edib – VİDEO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 15-də Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində və Nizami rayonundakı 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar.

    Leyla Əliyeva bununla bağlı sosial şəbəkədə paylaşım edib.

    Paylaşımı təqdim edirik:

  • Президенты Азербайджана и Грузии выступили с заявлениями для прессы

    16 апреля Президент Азербайджанской Республики Ильхам Алиев и президент Грузии Михаил Кавелашвили выступили с заявлениями для прессы.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

    Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.

    Prezident İlham Əliyevin bəyanatı:

    “Hörmətli cənab Prezident.

    Hörmətli qonaqlar, xanımlar və cənablar.

    Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizi prezident vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm, Sizə uğurlar arzulayıram. Mən çox şadam ki, prezident vəzifəsinə seçiləndən sonra Siz ilk rəsmi səfəri Azərbaycana edirsiniz. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.

    Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.

    Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.

    Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək.

    Mən bir daha cənab Prezidentə təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan xalqı da onun qərarını yüksək qiymətləndirəcək. Çünki adətən seçkilərdən sonra birinci səfər rəmzi xarakter daşıyır və bu səfər Azərbaycana edilib. Eyni zamanda, Gürcüstanın Baş naziri də seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana edib. Yəni, bu, artıq gözəl ənənəyə çevrilib. Buna görə bir daha Sizə təşəkkürümü bildirirəm və fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

    Sonra Gürcüstanın Prezidenti bəyanatla çıxış edib.

    Prezident Mixeil Kavelaşvilinin bəyanatı:

    “Zati-aliləri cənab Prezident.

    Nümayəndə heyətinin üzvləri.

    Media nümayəndələri, xanımlar və cənablar.

    İlk növbədə, səmimi qəbula və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bu, mənim Gürcüstan Prezidenti kimi ilk xarici səfərimdir. Bu səfərdə Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi.

    Şadam ki, artıq cənab İlham Əliyevlə görüşmək imkanım olub. Biz Gürcüstanla Azərbaycan arasında çoxşaxəli nümunəvi əlaqələr, Cənubi Qafqaz regionunun çağırışları, dünyada gedən cari proseslər barədə düşüncələrimizi və fikirlərimizi bölüşdük.

    Əsrlər boyu xalqlarımız arasında bənzərsiz dostluq inkişaf edərək əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaradıb. Milli özünəməxsusluğu qoruyub saxlamaq, adət-ənənələrə, mədəniyyətə, tariximizə hörmət xalqlarımızın xüsusi diqqət yetirdiyi təməl prinsiplərdir.

    Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir.

    Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü bir çox fundamental dəyərləri təhdid edir. Ona görə də biz bu prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaqlar.

    Mən qəti əminəm ki, zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Regionun və dünyanın qarşısında duran vəzifələrin səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

    Biz bir sıra ümumi, qarşılıqlı faydalı layihələr həyata keçiririk ki, bu da bütün dünya üçün regionumuzu daha da cəlbedici edir. Cənubi Qafqaz regionunun daha da rəqabətədavamlı, etibarlı və perspektivli olması üçün davamlı sülhün və sabitliyin təmin edilməsi vacibdir.

    Vurğulamaq istərdim ki, Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub.

    Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndləri üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayır. Bu, şübhəsiz ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış addımdır. Ümid edirik ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq.

    Gürcüstanın bəyan etdiyi sülh siyasətini və regionda sülhün təmin olunmasına töhfə verməyə hazır olduğunu bir daha vurğulamaq istərdim. Sizi əmin etmək istərdim ki, Gürcüstan həmişə Cənubi Qafqazda dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub və bu kurs gələcəkdə də davam edəcək.

    Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib. Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər, dırnaqarası liberal dəyərlərlə yox.

    Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik.

    Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib və cənab Prezident, buna görə Sizə bir daha təşəkkür edirəm.

    Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək.

    Hörmətli həmkarım, cənab Prezident, səmimi qonaqpərvərliyinizə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, yaxın gələcəkdə Sizi Gürcüstanda qəbul etmək şərəfinə nail olacağam.

    Təşəkkür edirəm”.

    * * * * *

    Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir. 

  • Движение транспорта в центр Баку по проспекту Гейдара Алиева восстановлено

    Снято ограничение на движение транспортных средств в направлении центра Баку из-за скопления дождевых вод в туннеле под Багировским мостом на проспекте Гейдара Алиева в Низаминском районе столицы.

    Об этом сообщает Median.Az со ссылкой на Центр интеллектуального управления транспортом Министерства внутренних дел Азербайджана.

    По данным Министерства по чрезвычайным ситуациям, силами ведомства завершена откачка воды из вышеупомянутого туннеля. На других территориях продолжаются необходимые и неотложные мероприятия.

  • “Bağırov” tunelində məhdudiyyət aradan qaldırıldı

    Nizami rayonu, Heydər Əliyev prospekti, “Bağırov” tunelinə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Fövqəladə Hallar Nazirliyindən isə verilən məlumata görə, qurumun qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Bağırov” körpüsü ərazisində, tuneldə aparılan suçəkmə əməliyyatı başa çatdırılıb. Digər ərazilərdə həyata keçirilən müvafiq zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

  • Google Yaponiyada qadağan edildi

    Google Yaponiyada qadağan edilib. Buna səbəb smartfon istehsalçılarına tətbiq edildiyi iddia edilən təzyiqdir.
     
    Median.Az xəbər verir ki, Yaponiyanın Ədalətli Ticarət Komissiyası, smartfon istehsalçılarına xidmətlərini prioritetləşdirmələri üçün təzyiq göstərdiyinə görə “Google”a qadağa əmri verdiyini bildirib. Əvvəlki xəbərlərdə “Google”un smartfon istehsalçıları ilə bağladığı müqavilələrin axtarış bazarında rəqabəti haqsız olaraq məhdudlaşdırdığı və qərarın tezliklə açıqlanacağı bildirilmişdi.
     
    Yaponiyanın Ədalətli Ticarət Komissiyası daha əvvəl “Google”u ölkənin antiinhisar qanununu pozmaqda günahkar elan etməyə hazırlaşırdı. İndi isə Yaponiyada “Google”a qadağa qoyulması barədə qərar qəbul edilib.
     
    Yaponiyanın rəqabət tənzimləyicisi “Google”ni dayandırıb.

    Bu qərarın səbəbi “Google”un smartfon istehsalçılarına öz xidmətlərinə üstünlük vermələri üçün təzyiq etməsi olub. Qərar Yaponiyada ABŞ-ın texnoloji nəhənginə qarşı belə bir ilkdir.
     
    Bundan əvvəl “Google”un Yaponiyada antiinhisar qanunlarını pozduğu iddia edilmişdi.
     
    Ədalətli Ticarət Komissiyasının müfəttişlərinin dediyinə görə, Amerika texnoloji firmasının müqavilələrinə “Google”un axtarış proqramı və “Chrome” brauzerinin Android cihazlarında quraşdırılması üçün ilkin şərtlər daxildir ki, bu da axtarış və brauzer bazarlarında rəqabəti potensial olaraq məhdudlaşdırır.

  • Google Yaponiyada qadağan edildi

    Google Yaponiyada qadağan edilib. Buna səbəb smartfon istehsalçılarına tətbiq edildiyi iddia edilən təzyiqdir.
     
    Median.Az xəbər verir ki, Yaponiyanın Ədalətli Ticarət Komissiyası, smartfon istehsalçılarına xidmətlərini prioritetləşdirmələri üçün təzyiq göstərdiyinə görə “Google”a qadağa əmri verdiyini bildirib. Əvvəlki xəbərlərdə “Google”un smartfon istehsalçıları ilə bağladığı müqavilələrin axtarış bazarında rəqabəti haqsız olaraq məhdudlaşdırdığı və qərarın tezliklə açıqlanacağı bildirilmişdi.
     
    Yaponiyanın Ədalətli Ticarət Komissiyası daha əvvəl “Google”u ölkənin antiinhisar qanununu pozmaqda günahkar elan etməyə hazırlaşırdı. İndi isə Yaponiyada “Google”a qadağa qoyulması barədə qərar qəbul edilib.
     
    Yaponiyanın rəqabət tənzimləyicisi “Google”ni dayandırıb.

    Bu qərarın səbəbi “Google”un smartfon istehsalçılarına öz xidmətlərinə üstünlük vermələri üçün təzyiq etməsi olub. Qərar Yaponiyada ABŞ-ın texnoloji nəhənginə qarşı belə bir ilkdir.
     
    Bundan əvvəl “Google”un Yaponiyada antiinhisar qanunlarını pozduğu iddia edilmişdi.
     
    Ədalətli Ticarət Komissiyasının müfəttişlərinin dediyinə görə, Amerika texnoloji firmasının müqavilələrinə “Google”un axtarış proqramı və “Chrome” brauzerinin Android cihazlarında quraşdırılması üçün ilkin şərtlər daxildir ki, bu da axtarış və brauzer bazarlarında rəqabəti potensial olaraq məhdudlaşdırır.