Month: April 2025

  • Bakıda bu küçənin adı dəyişdirildi

    Qərbi Azərbaycan İcmasının ofisinin yerləşdiyi küçəyə Mirzə Qədim İrəvaninin adı verilib.

    Median.Az xəbər verir ki, bu barədə Modern.az-a İcmadan məlumat verilib.

    Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə paytaxtın mərkəzi küçələrindən birinə Mirzə Qədim İrəvaninin adı verilməsi dahi rəssamın xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir:

    “Qərbi Azərbaycanın və ümumilikdə Azərbaycan xalqının tarixən mühüm mədəniyyət və incəsənət mərkəzlərindən biri olmuş İrəvan şəhərində yaşayıb-yaratmış sənətkarın adının Qərbi Azərbaycan İcmasının yerləşdiyi küçəyə verilməsi xüsusi rəmzi məna daşıyır”.

    Məlumatda xatırladılıb ki, xalqımızın Qərbi Azərbaycandakı çoxsaylı mədəni irs nümunələri kimi, rəssamın bir çox əsəri də 1918–1920-ci illərdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi zorakılıq və talanlar zamanı məhv edilib:

    “Qərbi Azərbaycan İcması Mirzə Qədim İrəvaninin yaradıcılığı və onun timsalında Qərbi Azərbaycanın mədəni irsinin təbliği sahəsində həyata keçirilən ardıcıl və prinsipial siyasətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirir”.

  • Bakıda alça bu qiymətə satılır – FOTO

    Paytaxtda alçanın kilosu rekord qiymətə satılır.

    Belə ki, mağazalarda alçanın 1 kiloqramının qiyməti 77 manata təklif olunur.

    İstehlakçıların verdiyi məlumatlarına görə, alça hər yerdə fərqli qiymətə satılır.

    Satıcıların sözlərinə görə, havalar isindikcə qiymətlər daha da ucuzlaşacaq.


    //milli.az

  • Азербайджанский борец победил соперника из Армении и вышел в финал ЧЕ

    Азербайджанский борец греко-римского стиля Эльданиз Азизли (55 кг) вышел в финал чемпионата Европы, проходящего в Братиславе (Словакия).

    Как сообщает Report, Азизли в полуфинале со счетом 5:1 победил представителя Армении Манвела Хачатряна.

  • Azərbaycan güləşçisi ermənistanlı rəqibinə qalib gələrək finala çıxıb

    Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.

    Ttəcrübəli idmançı yarımfinalda Ermənistan təmsilçisi Manvel Xaçataryana 5:1 hesabı ilə qalib gəlib.

    Murad Məmmədov (63 kq) eyni raundda türkiyəli həmkarı Kerem Kamala uduzub. İslam Abbasov (87 kq) isə bolqarıstanlı Semen Novikova məğlub olub.

    Sənan Süleymanov (77 kq) 1/8 finalda türkiyəli Ahmet Yılmaza, Beka Kandelaki (130 kq) 1/4 finalda türkiyəli Hamza Bakıra yenilib.

    Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olubsa, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

    Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub.

    Qitə birinciliyi aprelin 13-də başa çatacaq.
    //report

  • İşdən çıxarılan bağça müdirinin şikayəti təmin edilmədi

    Təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb.

    Bu haqda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Nəticədə bağçanın sabiq müdiri Abbasova Kəmalə Vaqif qızının fəaliyyəti zamanı müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə dair əsaslı şübhələr müəyyən edilib.

    Bu səbəbdən o, 12 iyul 2024-cü ildə vəzifəsindən azad edilib.
    Daha sonra o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunma və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib. Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq qətnaməsinə əsasən onun iddiası təmin edilməyib.

  • Bakıda məktəbli qızın qolundan tutan şəxs həbs edildi: “Salam verdim…”

    Xətai rayonu, 8 Noyabr prospektinə yerləşən 59 saylı məktəbdə oxuyan qızları qorxudan şəxs həbs edilib.

    Məktəbli qızlara qarşı xırda xuliqanlıq əməlinə görə 1983-cü ildə Xaçmaz rayonunda anadan olmuş D.R. saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xətə protokolu tərtib edilib və baxılması üçün məhkməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, H.H. 59 saylı məktəbdən rəfiqəsi ilə evə qayıdan zaman bir nəfər onlara salam verib və daha sonra qolundan tutaraq onunla getməsini istəyib. H.H. rəfiqəsi ilə D.R.-dan qorxub, oradan uzaqlaşıb. Qız daha sonra bu barədə anasına məlumat verib.

    Təqsirləndirilən şəxs isə özünü təqsirli bilməyərək deyib ki, məktəbin yanında azyaşlı uşaqlara salam verib. Bu zaman uşaqlardan birinin qohumu ona yaxınlaşaraq, niyə uşaqlara salam verdiyini soruşub və o da hadisə uzaqlaşıb.

    Məhkəmənin qərarı ilə D.R. 20 gün müddətində həbs olunub.//qaynar.az

  • Balakəndə bələdiyyə sədri və biznesmen əmiləri saxlanıldı (SƏBƏB)

    Balakəndə biznesmen qardaşlar saxlanılıblar.

    Qaynarinfo-nun məlumatına görə, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Telman Əhmədov, qardaşı Elçin Əhmədov və qardaşı oğlu Nurlan Əhmədov Yol Polis Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb polisə tabesizlik olub.

    Belə ki, Nurlan Əhmədov və əmiləri Balakən şəhərində restoranların birində yeyib-içiblər. Gecə saatlarında Nurlan Əhmədov idarə etdiyi “Rang Rover” markalı avtomobillə Balakən şəhərindən Talalar kəndi ərazisinə qaydarkən yol polisi tərəfindən saxlanılıb. Avtomobildə Telman Əhmədov da olub.

    O, əmisi Elçin Əhmədova zəng vuraraq bildirib ki, yol polisi xidməti onları Talalar kəndi ərazisində qayda pozuntusuna görə saxlayıb. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq, təhlükəsizlik kəmərindən istifadə etmədiyini, eyni zamanda spirtli içki qəbul etdiyini bildiriblər.

    Nurlan Əhmədov və əmisi Telman Əhmədov polislə mübahisə edib, “yaxşı edirik qayda pozuruq” deyiblər.

    Nurlan Əhmədovun digər əmisi Elçin Əhmədov da içkili halda idarə etdiyi “Lexus” markalı, “TT” dövlət qeydiyyat nişanlı maşınla hadisə yerinə gəlib. O da polislə mübahisə edib, niyə görə onun qohumlarını saxladıqlarını soruşaraq, etirazını bildirib və onların xidməti vəzifələrini yerinə yetirmələrinə maneəçilik törətməyə başlayıb.

    Kömək məqsədi ilə hadisə yerinə polis əməkdaşları çağrılıb. Nəticədə hər üç şəxs saxlanılıb.

    Məhkəmənin qərarı ilə Elçin Əhmədov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 gün müddətinə həbs edilib. Nurlan Əhmədov və əmisi Telman Əhmədov müvafiq maddə ilə cərimə edilib.

    Qeyd edək ki, Nurlan Əhmədovun Balakən rayonu, Talalar bələdiyyəsinin sədri, əmiləri Telman və Elçin əhmədovların Azərbaycanda və Rusiyada bizneslə məşğul olduqları deyilir.

  • Taksi sürücülərinin iş qrafiki necə olmalıdır? – Nəqliyyat eksperti

    Sosial Tədqiqatlar Mərkəzi taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı Bakı və Abşeron ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxslər arasında sosioloji sorğu keçirib.

    Sorğunun nəticələrinə əsasən, taksi fəaliyyəti ilə məşğul olanların 54.6%-i 35 yaş və ondan aşağı yaş qrupuna, 27.5%-i 36-45 yaş qrupuna, 12.3%-i 46-55 yaş qrupuna, 5.7%-i 56-65 yaş qrupuna mənsub olan şəxslərdir. Sorğuda taksi sürücülərinin 38.7%-i taksi fəaliyyəti ilə gündəlik orta hesabla 8 saat və ya ondan az, 22.6%-i 8-10 saat, 38.7%-nin isə 10 saatdan çox işlədiyi məlum olub. Başqa sözlə, taksi sürücülərinin yarıdan çoxu (61.3%-i) gündəlik orta hesabla 8 saatdan çox işləyir.

    Taksi sürücülərinin 10 saatdan çox sükan arxasında olması onların yorğunluğuna, bəzən isə sükan arxasında yuxulamasına səbəb olur. Bu zaman isə nəticə ya avtomobil qəzası hadisələri, ya da bir və ya bir neçə şəxsin ölümü ilə nəticələnir.

    Taksi sürücülərinin iş qrafiki necə olmalıdır?

    Nəqliyyat eksperti Elməddin Muradlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, taksi sürücülərinin iş qrafiki qanunla tənzimlənməlidir:

    “Qanunda deyir ki, taksi sürücüsü normalda 8 saat işləməlidir. Amma beynəlxalq təcrübəyə baxanda görürük ki, taksiləri 12-14 saat işləyən ölkələr var. Bu, normal deyil. Hesab edirik ki, Azərbaycanda 8-10 saat kifayət edir, ancaq burada şirkət və parkların sürücülər üzərində tələblərinə diqqət etmək lazımdır”.
    Elməddin Muradlının sözlərinə görə, bəzi park və şirkətlər sürücülər qarşısında elə tələblər qoyurlar ki, bunu yerinə yetirmək çox çətindir:

    “Günə 20-25 gediş etməlisən və s. Bunlar ağır tələblərdir. Sürücülər də narazılıq edir ki, qiymətlər aşağıdır, aşağı qiymətə işləyirik, gedişlər qiymətə uyğun deyil, istismar olunuruq. Bu məsələlər özü də haradasa qanunla tənzimlənməlidir. İş və istirahət rejimi ilə bağlı respublikanın qəbul etdiyi qanunlar var və ona uyğun hərəkət etmək lazımdır”.

    Ekspert hesab edir ki, bu açıq qalan məsələlər tezliklə həllini tapmalıdır:

    “İstirahət məsələsinə diqqət artırılmalıdır. Bəzən sürücülər deyir ki, cavanıq, işləyəcəyik, heç nə olmaz və s. Bu, normal deyil, risk etmək olmaz. Bu gün reallıqlardan danışsaq, görəcəyik ki, taksi sahəsi qəlizdir, onu nizamlamaq həqiqətən ağır prosesdir. Hesab edirəm ki, məsələyə qanunvericilik prizmasından baxılmalıdır”.

  • Gənc müəllim vəfat etdi

    Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin rus dili müəlliməsi Humay Nəsirli vəfat edib.

    Humay Nəsirli bu gün səhər saatlarında vəfat edib. Onun nədən həyatını itirməsi ilə bağlı məlumat yoxdur.

    Qeyd olunub ki, H.Nəsirli ailəli olub və bir azyaşlı qız övladı qalıb.

  • Bu il istilik mövsümü uzadılacaq? (AÇIQLAMA)

    Aprelin ayının 15-də Bakıda və 9 dağ rayonunda istilik mövsümü başa çatır. Lakin havanın temperaturu hələ də aşağıdır.

    Belə halda istilik mövsümü uzadıla bilər?

    Məsələ ilə bağlı Trend-in sualına cavab olaraq “Azəristiliktəchizat” ASC-nin PR meneceri Rüxsarə Babayeva bildirib ki, payız-qış mövsümünün başlanılması və başa çatdırılması tarixləri qanunvericiliklə tənzimlənir.

    “Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli, 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən, respublikanın dağlıq rayonlarında 1 noyabr tarixindən, Bakı şəhəri və digər ərazilərdə isə 15 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb”, – qurum rəsmisi vurğulayıb.

    R. Babayeva qeyd edib ki, Bakı şəhəri və respublikanın regionlarında 2024-2025-ci illər payız-qış mövsümü müvafiq qanunvericiliyə əsasən 15 aprel tarixində başa çatacaq.

    “Cəmiyyətin qazanxanalarının fəaliyyət göstərdiyi 9 dağ rayonu (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxı) qanunvericiliyə əsasən mövsümün 1 may tarixinədək davam etdirilməsi nəzərdə tutulub”, – deyə o əlavə edib.