Month: April 2025

  • Минфин Азербайджана провел первый депозитный аукцион

    Сегодня Министерство финансов Азербайджана организовало первый депозитный аукцион по размещению свободных остатков средств единого казначейского счета в национальной валюте на депозитах в местных банках с целью более эффективного управления средствами госбюджета.

    Об этом Report сообщает со ссылкой на Минфин.

    В результате аукциона 1 млрд манатов из остатков средств на казначейском счете размещено в 4 системно значимых банках сроком на три месяца и по средневзвешенной ставке в 7,21%.

    По оценкам Минфина, проведение депозитных аукционов станет дополнительным источником дохода госбюджета и будет способствовать повышению ликвидности в банковском секторе.

    “Министерство финансов продолжит работу по формированию источников дополнительных доходов государственного бюджета за счет применения новых подходов и механизмов к управлению государственными средствами», — подчеркивает ведомство.

  • Maliyyə Nazirliyi ilk dəfə depozit hərracı keçirib

    Bu gün Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə ilk dəfə olaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edib.

    Median.Az nazirliyə istinadən xəbər verir ki, hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1 milyard manatlıq sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7,21 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

    Depozit hərraclarının tətbiqi dövlət büdcəsinə əlavə gəlir formalaşdırmaqla, bank sektorunda likvidliyin artmasına töhfə verəcək.

    “Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə, dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək”, – deyə məlumatda qeyd olunub.

  • Radioyayım şəbəkəsində təkmilləşdirmə – ölkə ərazisində kənar müdaxilələrə son qoyulur – ARAŞDIRMA

    Gündəlik həyatımızı informasiyasız, xəbərsiz təsəvvür etmək mümkün deyil. Xəbər mənbələri artır, yeni-yeni informasiya vasitələri yaranır. Lakin etiraf edək ki, bu informasiya vasitələri sırasında radioyayım şəbəkəsi, radiolar özünəməxsus rol oynayır. Radio informasiya vasitəsi rolunu oynamaqla yanaşı, həm də əyləncəli, bir növ mənəvi qida rolunu oynamaqdadır.

    Televiziya ilə yanaşı, radiolar da müasir dövrün ən güclü informasiya vasitələrindən biri olaraq cəmiyyətlərin formalaşması, inkişafı, milli adət-ənələrimizin təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin güclənməsində mühüm rol oynayır. Bunun nəticəsidir ki, əhalinin böyük bir qismi gündəlik həyatlarını radiosuz təsəvvür etmir. Ölkə ərazisində çoxsaylı radio kanalları fəaliyyət göstərir və əhali də bundan uğurla yararlanır. Lakin etiraf edilməlidir ki, son illərə qədər bu sahədə müəyyən problemlər var idi. Regionlara gedən zaman qonşu dövlətlərin radiotezlikərinin kənar müdaxiləsi ilə hər birimiz üzləşmisik. Etiraf da edilməlidir ki, bu məsələ hər birimizi narahat etməklə yanaşı, ciddi düşünməyə məcbur edib.

    Sual edirdik axı necə olur ki, başqa ölkənin radiotezliyi az qala paytaxtın ətrafına qədər gəlib çıxır? Müzakirə və müvafiq addımlar atılsa da, problem öz həllini tapmırdı. Nəticə də, qonşu dövlətlərin güclü radio stansiyaları regionlarda ciddi problemlər yaratmaqda davam edirdi.

    Prezident İlham Əliyevin 2023-cü il 24 iyul tarixli “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” sərəncamı bu problemin həllində inqilabi dəyişikliklərə səbəb oldu. Həqiqətən də, sərəncam bir çox aspektlərdən, xüsusilə də informasiya təhlükəsizliyinin təmin edilməsi, ölkənin radioməkanına kənar, xüsusilə də konstitusiya quruluşumuza zidd ideoloji təbliğat xarakterli müdaxilələrin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malik oldu. Həmin Sərəncamın icrası üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon manat maliyyə vəsaiti ayrıldı. Maliyyə vəsaiti, ilk növbədə ölkədə mövcud olan yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsi və fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılmasına səbəb oldu.

    Nəticədə, bu stansiyalarda ümumilikdə 176 ədəd FM radioyayım ötürücüsü, 60 dəst anten sistemi, 48 ədəd cəmləmə qurğusu, 67 ədəd peyk avadanlığı və 44 ədəd RDS quraşdırılıb, yayımları təşkil edilən stansiyalar üzrə radiomonitorinqlər aparılıb. Artıq əvvəllər problemlər yaşayan əhali bu üstünlükdən yararlana bilir, FM radioyayımların təşkili məqsədilə istifadə olunan tezlik resurslarının məşğul edilməsi kənar FM radioyayımların ölkə ərazisində sayının azalmasına səbəb olub. Həmçinin yeni ayrılmış 127 ədəd tezlik nominalının qonşu dövlətlər tərəfindən istifadəsi də artıq mümkün deyil.

    15-16 ümumölkə radio kanalına əlçatanlıq təmin olunduqdan sonra qonşu ölkələrin radio kanalları ilə bağlı yaranan xoşagəlməz durum öz əhəmiyyətini itirib.

    Dövlət başçısının sərəncamı, ölkənin informasiya məkanının qorunması, inkişaf etdirilməsi, coğrafi və kontent baxımından daha geniş təsir imkanlarına malik olması baxımından mühüm önəm daşıyıb. Bu həm də ölkədə radioyayım sahəsinə, radio kanalların səmərəli fəaliyyətinə dövlət qayğısının təzahürüdür.

    Məsələyə münasibət bildirən “Teleradio” İstehsalat Birliyinin Baş direktor müavini Elman Həsənov bildirib ki, Prezident sərəncamının icrası radio yayımlarında yeni imkanlar yaradıb: “Görülən işlər nəticəsində radioyayım şəbəkəsində təkmilləşdirmə işləri aparılıb və milli radioların bütün ölkə ərazisində yayımı təmin edilib. Bu da öz növbəsində yayımçıların reklam bazarının genişləndirilməsi ilə kommersiya fəaliyyətinə əlavə imkanlar yaradıb və nəticə etibarilə əsasən özəl yayımçılara dövlət dəstəyi göstərilib.
    Sözügedən Sərəncam ümumilikdə medianın inkişafı, söz və məlumat azadlığının genişləndirilməsi üçün böyük töhfədir. Layihənin icrası çərçivəsində Bakı şəhəri və Abşeron yarımadası ərazisində qəbul edilən FM radioyayımların bölgələrdə də qəbulu mümkündür. Bununla da regionlarda qəbul olunan yerli FM radioyayımların sayı qonşu ölkələrin ərazisindən daxil olan kənar FM radioyayımların sayına nisbətdə artıb”.

    Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov də hesab edir ki, bir müddət əvvələ qədər Azərbaycanın bəzi bölgələrində radioyayımın zəif olması və ya xarici radiostansiyaların tezliklərə müdaxilə etməsi ciddi problemlərdən biri idi: “Bu, xüsusilə sərhəd və dağlıq ərazilərdə əhalinin yerli radiokanallara çıxış imkanlarını məhdudlaşdırırdı. Lakin dövlətin bu sahəyə ayırdığı maliyyə və texniki resurslar, o cümlədən müvafiq sərəncamlarla həyata keçirilən yenidənqurma işləri nəticəsində bu problemlərin əksəriyyəti aradan qaldırılıb”.

    Onun sözlərinə görə, hazırda ölkə ərazisinin böyük hissəsində radioyayım daha stabil və keyfiyyətli şəkildə təmin olunur. Yeni nəsil ötürücülərin quraşdırılması, rəqəmsal radio formatlarının tətbiqi və tezlik spektrinin optimallaşdırılması, həm yayım keyfiyyətini artırıb, həm də xarici müdaxilələrin qarşısını böyük ölçüdə alıb. Bu addımlar təkcə texniki deyil, həm də informasiya təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır:

    “Ümumilikdə, radioyayım sahəsi artıq yalnız ənənəvi FM dalğaları ilə məhdudlaşmır. İP radio, rəqəmsal yayım və mobil tətbiqlər üzərindən radio dinləmə imkanlarının artması, dinləyici auditoriyasının seçimlərini genişləndirir. Gələcəkdə bu sahədə daha çox rəqəmsallaşma və fərdi istifadəçi təcrübəsinə uyğunlaşdırılmış radio xidmətlərinin inkişafı gözləniləndir”.//report.az

  • Делегация ХАМАС прибудет в Каир 12 апреля

    Представители палестинского движения ХАМАС, как ожидается, прибудут в Египет 12 апреля с целью продолжения консультаций о прекращении огня в секторе Газа.

    Как передает Median.Az со ссылкой на ТАСС, с таким утверждением выступил телеканал Al Hadath.

    Делегацию движения возглавит лидер ХАМАС в Газе Халиль аль-Хейя. Дополнительной информации о планируемых консультациях не приводится.

    Ни ХАМАС, ни египетская сторона публикацию Al Hadath пока не комментировали.

  • HƏMAS nümayəndə heyəti sabah Qahirəyə gedəcək

    Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin Qəzza zolağında atəşkəslə bağlı məsləhətləşmələri davam etdirmək məqsədilə aprelin 12-də Misirə gələcəyi gözlənilir.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

    HƏMAS-ın nümayəndə heyətinə hərəkatın Qəzzadakı lideri Xəlil əl-Həyya rəhbərlik edəcək. Planlaşdırılan məsləhətləşmələr barədə əlavə məlumat verilmir.

    HƏMAS və Misir tərəfi “Al Hadath”ın məlumatını hələlik şərh etməyib.

  • Президент Ильхам Алиев встретился в Анталье с председателем Суверенного переходного совета Судана

    11 апреля в Анталье Президент Азербайджанской Республики Ильхам Алиев встретился с председателем Суверенного переходного совета Судана Абдель Фаттахом Абдельрахманом Аль-Бурханом.

    Об этом Median.Az сообщает со ссылкой на АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyevin Antalyada Sudanın Suveren Keçid Şurasının sədri ilə görüşü olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan ilə görüşü olub.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • В рамках проектов MİDA около 11 тысяч семей обзавелись жильем

    За 9 лет в общей сложности 10 687 семей обзавелись собственным жильем благодаря проектам Государственного агентства жилищного строительства (MİDA).

    Об этом в интервью Report заявил заместитель председателя правления MİDA Эльшад Мамедов.

    По его словам, агентство реализовало в общей сложности 11 проектов льготного жилья в Баку и регионах: “Строительство 8 из них уже завершено, еще 3 проекта находятся на стадии реализации. В числе завершенных проектов – Ясамальский жилой комплекс , второй этап Ясамальского жилого комплекса, Говсанский жилой комплекс, второй этап Говсанского жилого комплекса, льготные квартиры, построенные на улице Замины Гасановой в городе Сумгайыт, Гянджинский жилой комплекс, Сумгайытский жилой комплекс, расположенный на улице Бульвар в Сумгайыте, и Лянкяранский жилой комплекс. В рамках этих проектов построено около 12 тысяч квартир, 5 школ, 9 детских садов, 1 современный медицинский центр и 1 торговый центр”.

    С полным текстом интервью можно ознакомиться здесь.

  • MİDA-nın layihələri çərçivəsində 11 minə yaxın ailə mənzil əldə edib

    Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyətdə olduğu 9 il ərzində onun layihələrindən ümumilikdə 10 687 ailə mənzil əldə edib.

    Bunu “Report”a müsahibəsində MİDA-nın İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov bildirib.

    Onun sözlərinə görə, əhalinin güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədi ilə 9 illik fəaliyyəti dövründə Agentlik Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasını həyata keçirib.

    “Həmin layihələrdən 8-nin inşası tamamlanıb, 3 layihə isə hazırda reallaşdırılır. İcrası tamamlanmış layihələr – Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində inşa edilmiş güzəştli mənzillər, Gəncə Yaşayış Kompleksi, Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksidir. İnşası tamamlanmış layihələrdə 12 minə yaxın mənzil, 5 məktəb, 9 uşaq bağçası, 1 müasir tibb mərkəzi və 1 ticarət mərkəzi tikilib. Bu layihələrdə tikilmiş mənzillər həm “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılıb, həmçinin dövlət sifarişi əsasında ayrılıb”, – deyə sədr müavini qeyd edib.

    Müsahibəni tam mətni ilə buradan tanış ola bilərsiniz.

  • Bir neçə şəhərlərarası avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib

    Bakı-Mingəçevir, Bakı-Balakən (Qabaqçöl qəsəbəsi), Bakı-Tərtər, Bakı-Oğuz, Gəncə-Bərdə, Gəncə-İsmayıllı, Bərdə-Gəncə, Mingəçevir-Şəki və Mingəçevir-Balakən şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, “Bakı-Mingəçevir” və “Bakı-Tərtər” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC, “Bakı-Balakən” (Qabaqçöl qəsəbəsi) marşrutu üzrə fiziki şəxs Əfəndiyev Ceyhun Fərrux oğlu, “Bakı-Oğuz” marşrutu üzrə fiziki şəxs Həmidzadə Qorxmaz Namik oğlu, “Gəncə-Bərdə” marşrutu üzrə hüquqi şəxs “Gəncə Ekspress” ASC, “Gəncə-İsmayıllı” marşrutu üzrə fiziki şəxs Çobanov Vəli Əsgər oğlu, “Bərdə-Gəncə” marşrutu üzrə fiziki şəxs Novruzov Arzuman Rizvan oğlu;
    “Mingəçevir-Şəki” marşrutu üzrə fiziki şəxs Məmmədov Azər Məmməd oğlu, “Mingəçevir-Balakən” marşrutu üzrə fiziki şəxs Məmmədov Ayaz Məmməd oğlu komissiya üzvləri tərəfindən qalib elan olunublar.

    Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

    Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.