Month: April 2025

  • “Liverpul” Məhəmməd Salahla müqavilə müddətini uzadıb

    İngiltərə təmsilçisi “Liverpul” hücumçusu Məhəmməd Salahla müqavilə müddətini uzadıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Misirli oyunçunun yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.

    Qeyd edək ki, M.Salah cari mövsüm “Liverpul”un heyətində bütün yarışlarda 45 matçda 32 qol vurub.

  • Prezident İlham Əliyev Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

  • Bu şəxslər iki yüz manat cərimə olunacaq

    Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən dəmiryol keçidlərindən keçmə ilə bağlı qaydaların pozulmasına görə də yeni cərimələr müəyyənləşir.
     
    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
     
    Layihəyə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.
     
    Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ üç aydan altı ayadək müddətə məhdudlaşdırılacaq.
     
    Nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılacaq.
     
    Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
    //sfera.az

  • Məşhur meyxanaçı Balaəli dəymiş zərəri qarşıladı

    “Meyxanaçı Balaəli dəymiş zərəri qarşılayıb. Bəzi xırda xərcləri isə özüm qarşılayacağam”.

    Median.Az xəbər verir ki, bu sözləri Musavat.com-a tanınmış meyxanaçı Balaəli Maştağalının qəza törədərək avtomobilinə zərər vurduğu şəxs bildirib.

    O qeyd edib ki, zədələnmiş faraların ödənişini meyxanaçı edib və ona dəyən zərər tam ödənilib.

    Qeyd edək ki, ötən gün şikayətçi bildirmişdi ki, yanvarın 29-da Bakının Yasamal rayonu ərazisində “Mercedes Benz G-Class” markalı, 77-BM-777 dövlət nömrə nişanlı maşın onun avtomobilinə çırpılıb.

    O, sürücünün tanınmış meyxanaçı Balaəli Oqtay oğlu Rzayev (ictimaiyyət arasında Balaəli Maştağalı kimi tanınır – red.) olduğunu görüb. O, meyxanaçı ilə öz aralarında razılığa gəlsə də, Balaəli 200 manatdan artıq pul ödəməyib.

  • Əhməd Əl Şaraa Azərbaycan Prezidentinin səfər dəvətini qəbul edib

    Əhməd Əl Şaraa Azərbaycan Prezidentinin səfər dəvətini qəbul edib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Antalyada görüşü zamanı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı Azərbaycana səfərə dəvət edib.

    Dəvət minnətdarlıqla qəbul olunub.

  • Heydər Əliyev prospektindəki qəzada yaralananların son durumu: Sürücü əməliyyat olacaq – VİDEO

    Aprelin 10-da Heydər Əliyev prospektində baş verən qəza nəticəsində xəsarət alan BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfov və sərnişin Sevda Həşimovanın son vəziyyətləri açıqlanıb.

    Sabunçu Tibb Mərkəzindən verilən məlumata görə, sərnişin müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb.

    Sürücü Anar Nəcəfovun vəziyyəti isə orta ağırdır. Müalicəsi xəstəxanada davam etdirilir, yaxın günlərdə əməliyyat olunması nəzərdə tutulur.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • В 2028 году на Олимпиаде впервые в истории выступит больше женщин, чем мужчин

    На Олимпийских играх в Лос-Анджелесе в 2028 году выступят 5655 женщин и 5543 мужчины.

    Об этом сообщается на официальном сайте Международного олимпийского комитета (МОК).

    Впервые в истории спортсменок на Олимпиаде окажется больше, чем спортсменов. В футболе женских команд будет больше, чем мужских – 16 против 12. Также в боксе добавили дополнительную весовую категорию для женщин.

    “Гендерное равенство было ключевым фактором при определении квоты для спортсменов и количества соревнований”, – пояснили в МОК.

    В общей сложности на летней Олимпиаде в США разыграют 351 медаль. Это на 22 единицы больше, чем разыграли на Играх в Париже в 2024 году.

    Организационный комитет предложил пять дополнительных видов спорта – лакросс, крикет, флаг-футбол, сквош и бейсбол/софтбол. Кроме того, в программу добавили шесть смешанных командных дисциплин – стрельба из лука, легкая атлетика (смешанная эстафета 4х100 м), гольф, гимнастика, гребля, прибрежный спринт и настольный теннис.

  • 2028-ci ildə Olimpiada tarixində bir ilk yaşanacaq

    2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında 5655 qadın və 5543 kişi iştirak edəcək. Tarixdə ilk dəfə olaraq Olimpiadada qadın idmançıların sayı kişi idmançılardan çox olacaq.

    Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında bildirilib.

    Xəbərə görə, futbolda qadın komandalarının sayı kişi komandalarından çox olacaq – 16-ya qarşı 12. Həmçinin boksda qadınlar üçün çəki kateqoriyası əlavə edilib.

    “Gender bərabərliyi idmançılar üçün kvota və yarışların sayını müəyyən edərkən əsas amil olub”, – deyə BOK-dan bildirilib.

    Qeyd edək ki, ABŞ-də keçiriləcək Yay Olimpiya Oyunlarında ümumilikdə 351 medal uğrunda mübarizə aparılacaq. Bu, 2024-cü ildə Parisdə keçirilən oyunlarda təqdim edilən medallardan 22 ədəd çoxdur.

    Təşkilat Komitəsi beş əlavə idman növü təklif edib – lakross, kriket, flaq-futbol, skvoş və beysbol/softbol. Bundan əlavə, proqrama altı qarışıq komanda növü əlavə edilib – oxatma, yüngül atletika ( 4×100 m qarışıq estafet), qolf, gimnastika, avarçəkmə, sahil sprinti və stolüstü tennis.

  • Naxçıvanda quş qripi xəstəliyinin qarşısı alınması üzrə növbəti monitorinqlər keçirilib

    7-11 aprel tarixlərində quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında növbəti epizootoloji monitorinqlər keçirilib.

    Bu barədə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, agentlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılan monitorinq zamanı risk əsasında müəyyən olunmuş milli parklara, su anbarlarına, çay sahili zonalara və digər əraziləri əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanaraq “Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” PHŞ-nin Mərkəzi baytarlıq laboratoriyasına və “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” PHŞ-nin Mərkəzi baytarlıq laboratoriyasına müayinə edilməsi üçün göndərilib:

    “Həmçinin həmin müddətdə muxtar respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülərək habelə muxtar respublika üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb və epizootoloji məlumatlar toplanaraq təhlil edilir.

    Monitorinqlər çərçivəsində müşahidə aparılan ərazilər barədə məlumatlar “Epicollect5″ proqramına daxil edilib”.

  • İranlı futbolçunun müəmmalı ölümü – Evində qan içində tapıldı

    İstanbulun Şişli rayonunda gecə klubunda mühafizəçi işləyən və eyni zamanda həvəskar futbolçu olan 39 yaşlı İran vətəndaşı Seyedmojtaba Hashemi yaşadığı evin mətbəxində ölü tapılıb.

    Median.Az haberler.com-a istinadən xəbər verir ki, onun ağzı və burnu qan içində, lakin bədənində hər hansı bir zorakılıq və ya kəsik izi olmadan aşkarlanması şübhə doğurub. Mərhumun nəşi dəqiq ölüm səbəbinin müəyyən olunması üçün Məhkəmə-Tibbi Ekspertiza İdarəsinə aparılıb.

    Hadisə ötən gün saat 15:00 radələrində Eskişehir məhəlləsində baş verib. Gecə saat 03:00 radələrində işdən çıxan Hashemi, 6 mərtəbəli binanın birinci mərtəbəsindəki evinə gedib. Gündüz saatlarında ondan xəbər ala bilməyən həmkarı 30 yaşlı Mohammadreza N. onun evinə baş çəkib.

    Qapının açılmaması səbəbindən polisə məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları çilingir yardımı ilə mənzilə daxil olduqda Hashemi’ni mətbəxdə yerdə hərəkətsiz vəziyyətdə tapıblar. Ağzı və burnundan qan axdığı, sinəsində isə meyvə bıçağı olduğu müəyyən olunub. Sağlamlıq qruplarının müdaxiləsinə baxmayaraq, Hashemi’nin artıq həyatını itirdiyi təsdiqlənib.

    Hadisə yerində araşdırma aparan kriminalistlər və Respublika Prokurorluğu əməkdaşları Hashemi’nin bədənində heç bir zorakılıq və ya kəsik izinə rastlamayıb. İlkin dəyərləndirmədən sonra onun nəşi aidiyyəti üzrə ekspertizaya göndərilib. Polis hadisə ilə bağlı araşdırma aparır.