Nazirlər Kabineti 30 dekabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Hava gəmisində silahın daşınması Qaydası”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Dəyişikliyin mahiyyəti açıqlanmayıb.
Министр иностранных дел России Сергей Лавров сообщил, что российская сторона при обсуждении возобновления прямого авиасообщения предложила США снять с “Аэрофлота” санкции, но ответа пока не последовало. На фоне этого заявления акции авиакомпании выросли на 4.27%, до 69.7 рублей, передает Median.Az со ссылкой на “Коммерсантъ”.
На пресс-конференции в Алма-Ате Сергея Лаврова спросили, повлечет ли возможное восстановление авиасообщения с США снятие санкций с “Аэрофлота”. “Оно (возобновление авиасообщения – ред.) не повлечет, оно должно стать следствием вывода “Аэрофлота” из-под санкций. Такое предложение мы сделали еще до упомянутой встречи в Эр-Рияде больше месяца назад. Американцы ее восприняли. Пока никакого ответного шага мы не видели”,- сказал министр.
По словам Сергея Лаврова, на состоявшейся 10 апреля встрече с США российская делегация напомнила об этом предложении. “Честно говоря, не имел возможности еще с ними связаться. Может быть, там и были какие-то подвижки, но пока о них неизвестно. Но мы над этим будем работать, потому что это возвращение к нормальности”,- рассказал глава МИД России.
Прямое авиасообщение между Россией и США было приостановлено в 2022 году. Американским авиакомпаниям запрещено входить в российское воздушное пространство, а авиакомпаниям из России соответственно нельзя входить в американское. В том же году “Аэрофлот” попал под американские санкции. На вчерашних переговорах посол РФ в Вашингтоне Александр Дарчиев, возглавлявший российскую делегацию, подчеркнул, что возобновление авиасообщения помогло бы расширить деловые и общественные связи стран.
Rusiya tərəfi iki ölkə arasında birbaşa hava əlaqələrinin bərpası müzakirələri çərçivəsində ABŞ-yə “Aeroflot” aviaşirkətinə qarşı sanksiyaların götürülməsini təklif edib.
Median.Az-ın “Kommersant”a istinadla verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Lakin onun sözlərinə görə, Vaşinqtondan hələ cavab alınmayıb.
Bəyanatın fonunda “Aeroflot”un səhmləri 4.27% artaraq 69.7 rubl səviyyəsinə çatıb.
Rusiya və ABŞ arasında birbaşa hava əlaqələri 2022-ci ildə ölkələr arasında münasibətlərin pisləşməsi fonunda dayandırılmışdı. ABŞ aviaşirkətlərinə Rusiya hava məkanına daxil olmaq, Rusiya aviaşirkətlərinə isə ABŞ hava məkanına daxil olmaq qadağan edilib. Həmin ildən Rusiyanın ən böyük aviaşirkəti olan “Aeroflot” sanksiyalara məruz qalıb.
Almatıdakı mətbuat konfransında Sergey Lavrov vurğulayıb ki, hava əlaqələrinin bərpası “Aeroflot”un sanksiyalardan çıxarılmasının nəticəsi olmalıdır.
“Bu təklifi biz hələ bir ay qabaq – Ər-Riyaddakı görüşdən əvvəl etmişdik. ABŞ bunu qəbul etdi. Hələlik heç bir cavab addımı görmədik”, – deyə nazir bildirib.
Lavrovun sözlərinə görə, aprelin 10-da ABŞ ilə keçirilən görüşdə Rusiya nümayəndə heyəti bu təklifi xatırladıb. Rusiya XİN başçısı qeyd edib ki, hələlik ABŞ tərəfindən hər hansı irəliləyiş barədə məlumat yoxdur, lakin Rusiya bu məsələ üzərində işləməyə davam edəcək, çünki bu, “normallığa qayıdışdır”.

Xətai Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Uğur Rəfizadənin (ad və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Uğur Rəfizadə 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Uğur Rəfizadə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən birotaqlı, tam təmirli mənzili kirayə götürmək adı ilə 2023-cü il iyulun 3-də zərərçəkmiş Təhminə Sədərovanın (ad və soyadı şərtidir) əri ilə müqavilə bağlayıb. Sonra o, bir müddət mənzildə yaşayıb və 2023-cü il dekabr ayından 2024-cü ilin fevralın 17-dək olan müddət ərzində mənzildən ümumilikdə 33 320 manat dəyərində əşyaları ələ keçirib, istintaqla müəyyən edilməyən şəxslərə satıb.
Hadisədən sonra Uğur Rəfizadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bakının Nizami rayonunda yerləşən 220 nömrəli məktəb-liseyində şagird intihara cəhd edib.
Oxu.az-ın əldə etdiyi məlumata görə, məktəbin VIII sinif şagirdi dərs zamanı ikinci mərtəbədən özünü atıb.
Bakı Şəhər Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hadisə barəsində araşdırma aparılır:
“220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) II mərtəbənin pəncərəsindən yıxılıb.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və səhiyyə müəssisəsinə aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır”, – deyə məlumatda qeyd olunub.
В хорватском городе Осиек продолжается этап Кубка мира по спортивной гимнастике.
Азербайджанский гимнаст Никита Симонов блестяще выступил в квалификации упражнений на кольцах и вышел в финал соревнований.
По итогам квалификационного раунда Симонов показал четвертый результат – 14.333 балла. Лучшим в этом виде программы стал турецкий гимнаст Адем Асил, набравший 14.400 балла.
Стоит отметить, что Никита Симонов на данный момент возглавляет общий зачет Кубка мира по спортивной гимнастике. Ранее в этом сезоне он одержал победу на этапе в Баку, а также завоевал серебряные медали на соревнованиях в немецком Котбусе и турецкой Анталье.
Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə dünya kuboku keçirilir.
Azərbaycan millisinin üzvü Nikita Simonov halqalarla hərəkətlərdə finala yüksəlib.
O, təsnifatda dördüncü nəticəni göstərib – 14.333. Bu yarışda türk Adem Asil (14.400) birinci yerdən finala yüksəlib.
Qeyd edək ki, Simonov dünya kubokunun ümumi turnir cədvəlinə başçılıq edir. O, Bakıda mərhələnin qalibi olub, Almaniyanın Kottbus və Türkiyənin Antalya şəhərlərində gümüş medal qazanıb.
Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.
Median.Az Modern.az-a istinadla xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfindən üç il müddətə azadlığın məhdudlaşdırılması, üç il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, A.Mirzəyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3- cü (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz işindən istifadə edərək törədildikdə),179.2.4-cü (Mənimsəmə və ya israf etmə xeyli ziyan vurmaqla törədildikdə), 308.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitdən təyinatı üzrə istifadə edilməməs) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.