Month: April 2025

  • Goranboyda suvarma kanalı daşıb, evləri və həyətyanı sahələri su basıb

    Goranboy rayonunda suvarma kanalı daşıb, evləri və həyətyanı sahələri su basıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində baş verib.

    İncə çayından çəkilən suvarma kanalının daşması nəticəsində ümumilikdə 2 fərdi yaşayış evinə və 2 yardımçı tikiliyə, həmçinin bəzi həyətyani sahələrə su dolub.

    Hadisə yerinə rəsmi qurumların nümayəndələri cəlb edilib.

    Məlumat üçün bildirək ki, son günlər Gəncə və ətraf bölgələrdə yağışlı hava müşahidə olunur.

  • Bakı, Sumqayıt, Bərdə, Tovuz və İsmayıllıda yaşıllıqlar qanunsuz kəsilib

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Bərdə, Tovuz və İsmayıllı rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

    Bu barədə Xidmətdən məlumat verilib.

    Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində “Şəki” ictimai-iaşə obyektinin həyətyanı sahəsində, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, “Həyat” ictimai-iaşə obyekti ilə üzbəüz ərazidə, Yasamal rayonu, M.Seyidov küçəsində, Suraxanı rayonu, Yeni Günəşli, S.Cəfərov küçəsində, Sumqayıt şəhəri, Çerkassı küçəsində, Bərdə rayonu, 2-ci Hacallı kəndi ərazisində, Tovuz rayonu, Qovlar şəhəri, M.Ə.Sabir küçəsində və İsmayıllı rayonu, Bəhliyan kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı təbiətə 89 190 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

  • Брата Губада Ибадоглу привлекли к ответственности

    Следственным управлением Генеральной прокуратуры продолжается расследование деятельности неправительственных организаций (НПО).

    Как сообщает Qafqazinfo, к уголовной ответственности также привлечен председатель Центра экономических исследований Галиб Тогрул.

    В его отношении избрана мера пресечения в виде передачи под надзор полиции.

    Накануне был арестован еще один представитель НПО Ахмад Мамедзаде. А сегодня суд вынесет решение по делу Айтадж Агазаде.

    В настоящее время к расследованию по “делу НПО” привлечено несколько человек, продолжаются следственные действия по статьям 192.2.2, 213.1, 308.2 и др. УК АР.

    Следует отметить, что Галиб Тогрул является братом экономиста Губада Ибадоглу, недавно освобожденного из-под домашнего ареста.

  • Qubad İbadoğlunun qardaşı da məsuliyyətə cəlb olundu

    Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair araşdırmalar davam edir.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaqın gedişində İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrul da cinayət məsuliyyətinə cəlb olunub.

    Onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

    Daha bir QHT nümayəndəsi Əhməd Məmmədzadə barəsində isə əvvəlki gündə həbs qərarı verilib. Aytac Ağazadə haqqında isə məhkəmə bu gün qərar verəcək.

    Qeyd edək ki, hazırda “QHT işi” üzrə bir neçə nəfər istintaqa cəlb olunub, Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə istintaq hərəkətləri davam etdirilir.

    Xatırladaq ki, Qalib Toğrul bir müddət öncə ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.

  • Синоптики предупреждают о еще большем ухудшении погоды: в Баку будет ливень

    13 апреля в некоторых горных и предгорных районах Азербайджана, а с вечера 14 апреля, начиная с севера и запада страны, ожидается дождливая погода, грозы, град, в горных регионах – снегопад. С 15 апреля погодные условия еще больше ухудшатся, ожидаются интенсивные и обильные осадки.

    Об этом говорится в предупреждении Национальной службы гидрометеорологии.

    В связи с осадками ожидается повышение уровня воды в реках, существует вероятность кратковременного схода селевых потоков по некоторым горным рекам. Риск паводков и селей особенно высок на территориях, по которым протекают некоторые реки Большого и Малого Кавказа, Нахчыванской АР и Лянкяран-Астаринской зоны.

    В Баку и на Абшеронском полуострове, в ночь с 14 на 15 апреля ожидаются с перерывами дожди, в некоторых частях столицы – ливни. Есть вероятность того, что 16 апреля осадки станут еще более интенсивными.

  • Bakıda leysan olacaq – XƏBƏRDARLIQ

    Aprelin 13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında, aprelin 14-ü axşam isə şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, aprelin 15-dən isə hava şəraitinin daha da kəskinləşəcəyi, yağıntıların intensiv və güclü olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda qeyd edilib.

    Bildirilib ki, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Böyük və Kiçik Qafqazın, Naxçıvan MR-in və Lənkəran-Astara zonasının ərazisindən axan bəzi çaylarda daşqın və sel riski daha yüksəkdir.

    Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə leysan xarakterli olacağı gözlənilir. Aprelin 16-da isə yağıntıların daha intensiv olacağı ehtimalı var.

  • В Нахчыване объявлен тендер на 13 млн манатов

    Объявлен тендер на строительство комплекса Центра семейного здоровья в городе Нахчыван.

    Конкурс проводит государственное юридическое лицо публичного права “Центр обеспечения медицинских учреждений”.

    В рамках тендера ориентировочная стоимость строительных работ комплекса, который будет возведен на улице Кязыма Талыблы, определена в размере 12 829 949.34 маната.

  • Naxçıvanda 13 milyon manatlıq tender ELAN EDİLDİ

    Naxçıvan şəhərində Ailə Sağlamlıq Mərkəzi kompleksinin tikintisi ilə bağlı müsabiqə elan edilib.

    Satınalmanı “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxs həyata keçirir.

    Müsabiqə çərçivəsində Naxçıvan şəhəri, Kazım Talıblı küçəsində inşa ediləcək kompleksin tikinti işləri üçün ehtimal olunan qiymət 12.829.949.34 AZN olaraq müəyyən edilib.

  • Ильхам Алиев принимает участие в Анталийском дипломатическом форуме

    В эти минуты в турецком городе Анталья проходит церемония открытия Анталийского дипломатического форума.

    Как сообщает АЗЕРТАДЖ, в мероприятии принимают участие Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева.

  • IV Antalya Diplomatik Forumu keçirilir, İlham Əliyev tədbirdə iştirak edir

    Bu dəqiqələrdə Türkiyənin Antalya şəhərində Antalya Diplomatik Forumunun açılış mərasimi keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.