Month: May 2025

  • Gəncədə xəsarət almış şəxsin ölməsi ilə bağlı cinayət işi başlandı

    Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, mayın 12-də, 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxananın həyətində aldığı xəsarət nəticəsində bu gün müalicə olunduğu xəstəxanada vəfat etməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılır.

    Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Расходы на алкоголь и табак в Азербайджане превысили 900 млн манатов

    В январе-апреле 2025 года потребители в Азербайджане потратили 902.9 млн манатов на алкогольные напитки и табачные изделия.

    Как сообщает Median.Az со ссылкой на Государственный комитет статистики, эта цифра увеличилась на 0.3% по сравнению с аналогичным периодом минувшего года.

    Отметим, что только в апреле текущего года данный показатель составил 231.8 млн манатов.

    Стоит отметить, что в структуре розничных продаж за январь-апрель 2025 года на долю алкоголя и табака пришлось 4.9% всех потребительских расходов. Больше всего денег ушло на продукты питания (51.2%), текстиль, одежду и обувь (13.3%), бензин и дизельное топливо (6.3%). На электротовары и мебель потрачено 4.3%, лекарства и медицинские товары – 2.5%, компьютеры, телеком-оборудование и печатную продукцию – 1.3% расходов. Остальные 16.2% пришлись на прочие непродовольственные товары.

  • Azərbaycanda dörd ayda içki və siqaretə 900 milyon manatdan çox pul xərclənib

    2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 902.9 milyon manat xərclənib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0.3% artıb.

    Qeyd edək ki, cari ilin təkcə aprel ayında sözügedən göstərici 231.8 milyon manat təşkil edib.

    Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51.2 faizi ərzaq məhsullarının, 4.9 faizi içkilər və tütün məmulatlarının, 13.3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6.3 faizi avtomobil benzini və dizel yanacağının, 4.3 faizi elektrik malları və mebellərin, 2.5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1.3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16.2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

  • Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib

    Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Atarejep Agajepbaroviç Saparovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

    O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistana ekstradisiya edilib.

    Qeyd edək ki, həmin şəxs şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət əməllərinin törədilməsində ittiham edildiyindən beynəlxalq axtarışa verilib və bu ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilmişdi.

  • Армянский военнослужащий скончался от удара током

    Армянский военнослужащий Карен Аветисян скончался от удара током.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщает минобороны республики.

    Отмечается, что инцидент произошел утром 13 мая в одной из воинских частей.

    Для выяснения обстоятельств случившегося начато расследование.

  • Erməni hərbi qulluqçu elektrik cərəyanının vurması nəticəsində ölüb

    Ermənistan ordusunun hərbçisini elektrik cərəyanı vuraraq öldürüb.

    Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, mayın 13-də səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Karen Avetisyan naməlum şəraitdə elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

    Qurumdan bildirilib ki, hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

  • Кто он – новоназначенный военный прокурор Азербайджана?

    Согласно распоряжению, подписанному сегодня Президентом Азербайджана Ильхамом Алиевым, Бахруз Видади оглу Ахмедов назначен заместителем генерального прокурора – военным прокурором республики.

    Median.Az представляет вниманию читателей краткую биографическую справку Бахруза Ахмедова.

    Бахруз Ахмедов родился 4 июля 1984 года.

    Он окончил юридический факультет Бакинского государственного университета.

    Бахруз Ахмедов, родом из Нефтчалинского района, на протяжении многих лет эффективно работал в правоохранительных органах и военной сфере, зарекомендовав себя как компетентный специалист и грамотный руководитель.

    В профессиональных кругах он известен как один из наиболее опытных и квалифицированных кадров Военной прокуратуры Азербайджанской Республики.

    Свою трудовую деятельность Бахруз Ахмедов начал в органах прокуратуры. В ноябре 2018 года он был назначен военным прокурором Газахского района, а 9 июля 2020-го получил должность начальника Следственного управления Военной прокуратуры Азербайджанской Республики.

    Стоит отметить, что новый военный прокурор в 2021 году был награжден медалью “За Родину” за особые заслуги перед государством, что свидетельствует о высокой оценке его профессиональной деятельности на государственном уровне.

  • Azərbaycanın yeni hərbi prokuroru təyin olunan Bəhruz Əhmədov KİMDİR?

    Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib.

    Median.Az Bəhruz Əhmədovun dosyesini təqdim edir.

    Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

    O, əslən Neftçala rayonundandır.

    Hüquq-mühafizə orqanları və hərbi sahədə uzun illər səmərəli fəaliyyət göstərib.

    Bəhruz Əhmədov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun peşəkar və təcrübəli kadrlarından biri kimi tanınır.

    Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlamış Bəhruz Əhmədov 2018-ci ilin noyabrında Qazax rayonunun hərbi prokuroru və 2020-ci il iyulun 9-da isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.

    Yeni hərbi prokuror, həmçinin 2021-ci ildə “Vətən uğrunda” medalı ilə də təltif edilib.

  • Ильхам Алиев назначил Бахруза Ахмедова военным прокурором Азербайджана

    Президент Азербайджанской Республики (АР) Ильхам Алиев подписал распоряжение о назначении Бахруза Видади оглу Ахмедова заместителем генерального прокурора АР – военным прокурором Азербайджана.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Распоряжение вступает в силу со дня подписания.

  • Prezident Bəhruz Əhmədovu Azərbaycan Respublikasının yeni hərbi prokuroru təyin etdi

    Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir.