Month: May 2025

  • İran XİN rəhbəri Tehran-Vaşinqton danışıqları üçün Romaya getdi

    Bu gün səhər saatlarında İranın xarici işlər naziri Abbas Əraqçı Tehran-Vaşinqton danışıqlarının beşinci raundunda iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə Romaya yollanıb.

    “Azad İran” “Telegram” kanalı bu barədə İran KİV-ə istinadən xəbər verib.

    Xatırladaq ki, tərəflər indiyə qədər Oman vasitəsilə dörd raund danışıqlar aparıblar.

  • Президент Ильхам Алиев принял делегацию участников второй встречи министров внутренних дел ОТГ

    23 мая Президент Азербайджанской Республики Ильхам Алиев принял делегацию участников второй встречи министров внутренних дел Организации тюркских государств (ОТГ).

    Как сообщает АЗЕРТАДЖ, в состав делегации входят министр внутренних дел Республики Казахстан Эржан Саденов, министр внутренних дел Кыргызской Республики Улан Ниязбеков, министр внутренних дел Турецкой Республики Али Йерликая, министр внутренних дел Республики Узбекистан Азиз Ташпулатов, министр внутренних дел Турецкой Республики Северного Кипра Дурсун Огуз, заместитель министра внутренних дел Венгрии Бенце Ретвари и генеральный секретарь Организации тюркских государств Кубанычбек Омуралиев.

  • İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib (Yenilənib)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstanın daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev daxildir.

    Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

    “Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci görüşü Azərbaycanda keçirilir. Bu, çox sevindirici haldır. Əminəm ki, belə görüşlərin davamı olacaq.

    Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü iki gün bundan əvvəl Macarıstanda keçirilmişdir. Bildirməliyəm ki, belə tədbirlərin, belə görüşlərin keçirilməsi Azərbaycan tərəfinin təşəbbüsü idi. Birinci qeyri-rəsmi Zirvə görüşü ötən il Azərbaycanda, Qarabağda, Şuşa şəhərində keçirilmişdir. Dövlət və hökumət başçıları qərara gəldilər ki, belə qeyri-rəsmi görüşlər müntəzəm olaraq keçirilsin.

    Bizim rəsmi Zirvə görüşlərimiz hər il keçirilir. Amma hesab etdik ki, ildə bir dəfə bu tərkibdə görüşlər kifayət deyil. Bildirməliyəm ki, bu il Azərbaycanda rəsmi Zirvə görüşü keçiriləcək. Bu görüşə ciddi hazırlıq gedir və əminəm ki, Zirvə görüşü zamanı önəmli qərarlar qəbul ediləcək.

    Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir. Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik və başlıca amil odur ki, qardaş ölkələrik və təşkilatın təməlində məhz bu prinsip dayanır. Hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər. Bunun üçün bütün imkanlar var. Ölkələrimizdə müsbət inkişaf dinamikası müşahidə olunur. Təşkilata üzv ölkələrdə daxili sabitlik təmin edilir. Bizim böyük coğrafiyamız var. Təşkilata üzv bəzi ölkələrdə zəngin təbii sərvətlər vardır. Bizim nəqliyyat layihələrimiz ölkələrimizi birləşdirir və hətta daha böyük coğrafiyanı əhatə edir. Ölkələrimizin ərazisindən keçən nəqliyyat dəhlizləri Avropanı Asiya ilə birləşdirir. Bir sözlə, iqtisadi sahədə çox böyük potensialımız var. Əgər buna bizim müsbət demoqrafik dinamikanı əlavə etsək, mənzərə daha ürəkaçan olacaq.

    Bizim ölkələrimizdə əhali artır. Azərbaycana gəldikdə, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə bizim əhalimiz təqribən 7 milyon idi, indi 10 milyonu ötüb. Bütün üzv ölkələrdə buna oxşar dinamika müşahidə olunur. Əhalimiz gəncdir, dinamikdir, öz tarixi köklərinə bağlıdır. Ona görə biz təşkilat çərçivəsində iqtisadiyyat, nəqliyyat, enerji məsələləri ilə yanaşı, mütləq ortaq köklərimiz, ortaq tariximiz haqqında geniş danışmalıyıq.

    Tarixdə müxtəlif məqamlar olub. Biz müəyyən dövr ərzində bizdən asılı olmayan səbəblərə görə bir-birimizdən ayrı düşmüşdük. Ancaq təşkilata üzv olan ölkələrin iradəsi, xalqların iradəsi bizi yenə də bir araya gətirdi. Əlbəttə ki, təşkilatın formalaşmasında, inkişafında tarixi Naxçıvan Zirvəsi xüsusi yer tutur. Biz çox şadıq ki, bu tarixi qərar məhz Azərbaycanın qədim şəhəri olan Naxçıvanda qəbul edilmişdir.

    O ki qaldı, daxili işlər orqanlarının birgə fəaliyyətinə, təbii ki, buna böyük ehtiyac var. Çünki qeyd etdiyim kimi, ölkələrimizdə daxili sabitlik olsa da təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq. Yəni, heç kim bundan sığortalı deyil. Ona görə daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması, əlbəttə ki, hər bir ölkəmiz üçün önəmli daxili sabitlik amilidir. Təşkilata üzv ölkələrin daxili işlər orqanlarının bir araya gəlməsi, müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsi, təcrübə mübadiləsi, informasiya mübadiləsi aparılması böyük önəm daşıyır.

    Təbii ki, bizim əsas məqsədimiz təşkilatı daha da gücləndirməkdir. Mən tam əminəm ki, əgər bütün üzv və müşahidəçi ölkələr güclü vahid iradə göstərsələr, bizim təşkilatımız dünya miqyasında aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilə bilər. Biz dünyada mövcud olan beynəlxalq təşkilatları yaxşı tanıyırıq. Biz bəzi təşkilatlara üzvük, bəzi təşkilatlarla müxtəlif formatlarda əməkdaşlıq edirik və Türk Dövlətləri Təşkilatının üstünlüyünü biz şəxsən Azərbaycanda açıq-aydın görürük. Yenə də bu üstünlük ondan ibarətdir ki, bizi birləşdirən əsas amil tarixi köklərdir, etnik köklərdir, mənəvi dəyərlərdir və təbii ki, qeyd etdiyim kimi, bizim iqtisadi, sənaye və digər sahələrdəki potensialımız. Bütün bunları biz bir araya gətirmişik, təşkilatı strukturlaşdırmışıq, müxtəlif istiqamətlər üzrə fəal işlər gedir. Hesab edirəm ki, indi əsas məsələ beynəlxalq gündəlikdə söz sahibi olmaq, nəinki təşkilatın coğrafiyasında və onun həndəvərində, qlobal müstəvidə dünyada aparıcı siyasi təşkilatlardan birinə çevrilməkdir. Yenə də deyirəm, bunlar üçün bütün imkanlar var. Əgər olmasaydı, mən bu barədə danışmazdım.

    Mən sizi bir daha salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Sizə uğurlar arzulayıram. Təmsil etdiyiniz ölkələrin xalqlarına öz hörmətimi bildirirəm və Sizə uğurlu iş və gözəl nəticələr arzulayıram”.

    Sonra çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib:

    “Əvvəlcə, bizi qəbul etdiyinizə görə Sizə təşəkkür etmək istəyirəm. Siz qeyd etdiyiniz kimi, bu, daxili işlər nazirlərimizin ikinci görüşüdür. Birincisi keçən il Qırğızıstanda olub. Siz qeyd etdiniz ki, hörmətli nazirlərimiz görüşürlər, onlar daha çox mahiyyətə diqqət yetirirlər. Bu gün də Kommünike hazırlanıb. Bundan sonra da belə görüşlər keçiriləcək və orada daxili işlər nazirlərinin fəaliyyətinin əsas istiqamətlərini ehtiva edən Kommünike qəbul olunacaq. Bu, banditizm, terrorizm, cinayətkarlıq və sairə ilə mübarizə daxil olmaqla nazirlərimizin fəaliyyətinin bütün istiqamətlərini əhatə edir.

    İki gün əvvəl vaxtilə Sizin təşəbbüskarı olduğunuz qeyri-rəsmi Zirvə görüşümüz keçirildi. O, mahiyyət etibarilə qeyri-rəsmi deyil, daha çox rəsmi idi. Orada da hüquq-mühafizə orqanlarımızın işindən bəhs edildi. Siz də qeyd etdiniz ki, keçən il ilk dəfə Şuşada ali məhkəmə instansiyalarımızın görüşü oldu. Ali məhkəmələrin sədrləri bu yaxınlarda – iki həftə əvvəl Antalyada yenidən toplaşdılar və nizamnamə qəbul etdilər. Orada da bütün fəaliyyət istiqamətləri göstərilib. Bizdə artıq baş prokurorlar, notarial orqanlar, ədliyyə nazirlərinin platformaları yaradılıb, keçən il ədliyyə nazirləri də Astanada bir araya gəldilər.

    Bir sözlə, bütün hüquq-mühafizə bloku institutlaşmaya başlayıb, artıq ilk addımlar atılır. Sizin parlamentdəki inaqurasiya nitqinizdə qısaca qeyd etdiyiniz kimi, hamı bunu dəstəkləyir. İndi Sizin dediyiniz kimi, bizim təşkilat daha güclü ola bilər. Biz həqiqətən nadir beynəlxalq təşkilatıq. Siz qeyd etdiyiniz kimi, 15 il əvvəl qəbul edilən Naxçıvan Sazişində deyilir ki, bizi məhz tarixi köklər, mədəniyyətimiz, dil, din birləşdirir. Çünki başqa belə bir təşkilat yoxdur və bizim hamımızın vəzifəsi yaradılmış platformalarla onu gücləndirməkdir”.

    * * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstanın daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev daxildir.

  • В части Ордубадского района не будет газа

    В части Ордубадского района не будет газа.

    Об этом сообщили в Службе эксплуатации газа Нахчывана.

    В связи с ремонтом газовых линий с 10:00 23 мая в селе Пезмери Ордубадского района будет временно приостановлено газоснабжение.

    После завершения ремонтных работ подача газа будет восстановлена.

  • Ordubad rayonunun bir hissəsində qaz olmayacaq

    Ordubad rayonunun bir hissəsində qaz olmayacaq.

    Bu barədə Naxçıvan Qaz İstismarı Xidməti məlumat yayıb.

    Bildirilib ki, qaz xətlərinin təmir edilməsi ilə əlaqədar qaz təchizatı Ordubad rayonu, Pəzməri kəndində 23.05.2025 tarixdə saat 10:00-dan müvəqqəti dayandırılacaq.

    Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

  • Сегодня определится чемпион итальянской Серии А

    Сегодня стартует XXXVIII тур итальянской Серии А.

    В первый игровой день состоятся два матча – “Интер” – “Комо”, “Наполи” – “Кальяри”. Результаты этих поединков определят победителя сезона-2024/2025.

    “Наполи” с 79 очками в активе попытается обыграть “Интер”, отстающий от него на одно очко.

    “Интер”, учитывая вероятность осечки “Наполи”, стремится завершить матч с максимальным результатом.

    В случае победы “Наполи” станет чемпионом итальянской Серии А. Если матч завершится ничьей или поражением “Наполи”, лавры победителя достанутся “Интеру”.

    Отметим, что оба матча начнутся в 22:45 по бакинскому времени.

    23 мая

    Итальянская Серия А

    XXXVIII тур

    22:45 “Комо” – “Интер”

    23:45 “Наполи” – “Кальяри”.

  • Bu gün İtaliya A Seriyasında çempion bəlli olacaq

    Bu gün İtaliya A Seriyasının XXXVIII turuna iki görüşlə start veriləcək.

    İlk oyun günündə keçiriləcək iki görüş İtaliya A Seriyasında qalibin adına aydınlıq gətirəcək.

    “İnter” “Komo” ilə, “Napoli” isə “Kalyari” ilə qarşılaşacaq.

    Aktivində 79 xalı olan “Napoli” qələbə qazanaraq bir xal fərqlə geridə olan “İnter”i qabaqlamağa çalışacaq.

    78 xalı olan “İnter” isə “Napoli”nin büdrəməsi ehtimalını nəzərə alaraq görüşdən maksimum nəticə ilə ayrılmaq istəyir.

    “Napoli” görüşü qələbə ilə başa vuracağı təqdirdə İtaliya A Seriyasının qalibi olacaq. Heç-heçə edəcəyi, yaxud uduzacağı və “İnter” qələbə qazanacağı təqdirdə isə “İnter” çempionluğunu qeyd edəcək.

    Xatırladaq ki, hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

    23 may 2025

    İtaliya A Seriyası

    XXXVIII tur

    Saat 22:45, “Komo” – “İnter”;

    Saat 23:45, “Napoli” – “Kalyari”.

  • Уволены директора трех школ в Баку

    Расторгнуты трудовые договоры с тремя директорами школ в Баку.

    Как сообщает Median.Az со ссылкой на Управление образования по городу Баку, данное решение было принято по результатам мониторинга, проведенного в общеобразовательных учреждениях по таким направлениям, как управление учебным заведением, эффективная организация учебного процесса, соблюдение правил безопасности и дисциплины и т.д.

    В частности, были уволены директор полной средней школы №65 Арзу Мириев, директор полной средней школы №298 Хатира Гаджиева и директор полной средней школы №158 Мехрибан Алекберова. Управление образования заверило, что нормальное функционирование всех трех общеобразовательных учреждений находится под его контролем.

  • Bakıda üç məktəb direktoru işdən çıxarıldı

    Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

    Qeyd olunub ki, paytaxtdakı ümumi təhsil müəssisələrində məktəb idarəetməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması və digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

    Hər üç ümumi təhsil məktəbinin normal fəaliyyətinin təmin olunması İdarənin nəzarətindədir.

  • В Баку пропала 17-летняя девушка

    В Низаминском районе Баку без вести пропала девушка.

    Как сообщает Oxu.Az, Айдан Фаиг гызы Рзаева (2008 г.р.) ушла из дома на занятия и не вернулась.

    По данному факту в районном управлении полиции ведется расследование.