Month: May 2025

  • Niderlandın kralı Azərbaycan Prezidentinə təbrik məktubu göndərdi

    Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.

    Bu bayram münasibətilə Azərbaycan xalqına daha firavan gələcək diləyir və ən xoş arzularımı çatdırıram”.

  • Türkiyə Silahlı Qüvvələrində FETÖ əməliyyatı – 56 hərbçi saxlanılıb

    Türkiyədə FETÖ-yə qarşı apardığı istintaq çərçivəsində Hava, Quru və Dəniz Qüvvələri Komandanlığı və Jandarma Baş Komandanlığında fəal iştirak edən 63 şübhəli müəyyən edilib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatı İstanbul Respublika Baş Prokurorluğu həyata keçirib.

    Müvafiq olaraq, Hərbi Hava Qüvvələri Komandanlığından 8 nəfər, Jandarma Baş Komandanlığından 13 nəfər, Quru Qoşunları Komandanlığından 36 nəfər və Dəniz Qüvvələri Komandanlığından isə 6 nəfər saxlanılıb. Saxlanılanlardan 4-ü polkovnik, 8-i polkovnik-leytenant, 12-si mayor, 15-i kapitan, 24-ü kiçik zabit və mütəxəssis çavuşdur. 7 nəfərin axtarışları davam etdirilir.

    Qeyd olunub ki, İstanbul Respublika Prokurorluğunun FETÖ/PDY silahlı terror təşkilatının fəaliyyətinin ifşası istiqamətində apardığı araşdırmalar çərçivəsində 6-sı fəal, 2-si təhsil dövründə vəzifəsindən uzaqlaşdırılan, 1-i isə xaric edilmiş 9 şübhəli polis əməkdaşı tutularaq saxlanılıb.

  • Azərbaycan Prezidenti: “Gələcək illərdə TDT daha böyük zirvələrə qalxa bilər”

    “Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir. Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik və başlıca amil odur ki, qardaş ölkələrik və təşkilatın təməlində məhz bu prinsip dayanır. Hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər. Bunun üçün bütün imkanlar var”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

    Ölkələrimizdə müsbət inkişaf dinamikasının müşahidə olunduğunu vurğulayan Azərbaycan Prezidenti əlavə edib: “Təşkilata üzv ölkələrdə daxili sabitlik təmin edilir. Bizim böyük coğrafiyamız var. Təşkilata üzv bəzi ölkələrdə zəngin təbii sərvətlər vardır. Bizim nəqliyyat layihələrimiz ölkələrimizi birləşdirir və hətta daha böyük coğrafiyanı əhatə edir. Ölkələrimizin ərazisindən keçən nəqliyyat dəhlizləri Avropanı Asiya ilə birləşdirir. Bir sözlə, iqtisadi sahədə çox böyük potensialımız var. Əgər buna bizim müsbət demoqrafik dinamikanı əlavə etsək, mənzərə daha ürəkaçan olacaq”.

  • Arazı üzərək Naxçıvana keçib – İrana gedən Elminin başına gələn ilginc hadisələr

    Araz çayını üzərək İrandan Azərbaycana keçən şəxsin başına gələnlər olduqca maraqlıdır. İranda onun sənədələri əlindən alınıb. Bakıya gələndən sonra isə özü könüllü təslim olub.

    28 yaşlı Naxçıvan sakini Elmin Məmmədli ötən ilin sonlarında müalicə üçün İrana gedib. Orada daha əvvəldən tanıdığı Məhəmmədrza adlı İran vətəndaşı ilə görüşüb, onun evində qalıb. Bakıya qayıtmaq istyəndə Məhəmmədrza onun sənədlərini əlindən alıb. Buna səbəb Elminin Tural adlı tanışının Məhəmmədrzaya 75 min manat borcu olması olub. Məhəmmədrza dostunun borcu qarşılığında Elminin sənədlərini girov götürüb.

    Elmin oradan qaçaraq sərhədi qanunsuz olaraq keçib. O, Araz çayını üzərək Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndi istiqamətindən sərhədi keçib.

    Elmin başına gələnləri belə danışıb: “Məhəmmədrza ilə Bakıda alış-verişlə məşğul olanda tanış olmuşdum. İrana gedəndə Məhəmmədrzaya xəbər elədim. Məni qarşılayaraq öz evlərinə apardı. Bir müddət onlarda qaldım. Sonra Məhəmmədrza sənədlərimi götürdü. Tural Novruzov adlı tanışımın ona 75 min manat borcu olduğunu dedi. Tural borcunu qaytardıqda sənədlərimi verəcəyini bildirdi.

    Buna görə konsulluğa müraciət etdim. Mənə qayıdış şəhadətnaməsi verildi. Lakin Təbrizdəki miqrasiya xidmətinin rəisi Məhəmmədrzanın tanışı olduğundan şəhadətnaməyə möhür vurmadı. Yenidən konsulluğa müraciət etdim. 4 ay İranda qaldım, amma çıxış yolu tapa bilmədim. Məni konsulluğa gətirən taksi sürücüsü telefon nömrəsini verib kömək təklif etdi. 500 min tümən qarşılığında kömək edə biləcəyini dedi. Araz çayının yaxınlığında üzərək keçməyi təklif etdi”.

    Bu təkliflə razılaşan Elminə tikanlı məftilləri qaldırmaq üçün 2 ədəd ağac verib çayı keçəcəyi yerə gətiriblər.

    Elmin Arazı üzərək Şahtaxtı kəndinə keçib. Oradan atasına zəng edərək kömək istəyib. Atası həmkəndlisi Fərid adlı şəxsdən Elmini Şahtaxtı kəndindən götürməsini istəyib.

    Naxçıvan şəhərinə gələn Elmin şəxsiyyət vəsiqəsi olmadığından SİMA proqramı vasitəsilə bilet alaraq Bakıya gəlib. Sonra da Dövlət Sərhəd Xidmətinə gedərək təslim olub.

    Bundan sonra məsuliyyətə cəlb edilən Elmin əməlindən peşman olduğunu bildirib. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

    Məhkəmə Elmini 1600 manat cərimə edib.
    //musavat.com

  • Солист OneRepublic Райан Теддер начал изучать азербайджанский язык после концерта в Баку – Видео

    Солист популярной американской поп-рок-группы OneRepublic Райан Теддер, выступивший с концертом в Баку в прошлом месяце, приступил к изучению азербайджанского языка.

    На своей странице в Instagram музыкант опубликовал видео, где он с помощью специального приложения повторяет слова и фразы на азербайджанском языке.

    К видео Райан Теддер добавил подпись: “Добавлю азербайджанский язык в своё рабочее резюме”.

    Публикация вызвала живой интерес среди азербайджанских пользователей социальных сетей, которые оставили множество комментариев с поддержкой и благодарностью музыканту.

    Стоит отметить, что 29 апреля в Baku Crystal Hall состоялся масштабный концерт OneRepublic. Перед выступлением Райан Теддер успел прогуляться по Баку, выразив восхищение чистотой города в своих социальных сетях.

  • “OneRepublic”in solisti Azərbaycan dilini öyrənir – Video

    Məşhur “OneRepublic” qrupunun solisti, ötən ay Bakıda konsertlə çıxış edən Rayan Tedder Azərbaycan dilini öyrənir.

    Özünün “Instagram” səhifəsində yerləşdirdiyi videoda sənətçinin xüsusi proqram vasitəsilə dilimizdən olan kəlmələri təkrar etdiyi əks olunub.

    Rayan Tedder paylaşdığı videoya – “Öz iş anketimə Azərbaycan dilini də əlavə edəcəyəm”, – başlığını yazıb.

    Bəstəkarın bu paylaşımı sosial şəbəkələrin azərbaycanlı istifadəçiləri tərəfindən maraqla qarşılanıb, Rayan Tedderə dəstək və təşəkkür şərhləri yazılıb.

    Məlumat üçün əlavə edək ki, ABŞ-nin məşhur pop-rok qrupu “OneRepublic”in ötən ayın 29-da Bakının “Baku Crystal Hall”da izdihamlı konserti baş tutmuşdu. Rayan Tedder konsertdən əvvəl Bakını gəzmiş, şəhərdəki təmizliyə heyran olmuş və bununla əlaqədar paylaşım etmişdi.
    //oxu.az

  • Məsud Pezeşkian İlham Əliyevi təbrik etdi

    İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizi və ölkənizin xalqını ürəkdən təbrik edirəm.

    Dost və qonşu xalqlarımızın ortaq tarixi, onlar arasındakı qırılmaz bağlar ölkələrimizin münasibətlərinin inkişafı üçün qiymətli sərmayə yaratmışdır.

    İran İslam Respublikası əlaqələri ortaq maraqlar çərçivəsində strateji tərəfdaşlıq səviyyəsinə qədər genişləndirmək və yüksəltmək əzmindədir, bu baxımdan nəqliyyat, elektrik enerjisi, təbii qaz ilə bağlı müxtəlif sahələrdə ortaq layihələrin tamamlanması işlərinin sürətləndirilməsinin, ticarət mübadiləsinin həcminin artırılmasının, insanlar arasında təmasların asanlaşdırılmasının önəm kəsb etdiyini vurğulayır.

    İran İslam Respublikası ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmaqla regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynaya biləcək kommunikasiya yollarının açılacağına inanır.

    Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə səadət və xoş günlər arzulayıram”.

  • В Россию из Азербайджана экстрадируют разыскиваемого более 11 лет главу наркокартеля

    В Азербайджане задержан гражданин Таджикистана Эмомов Тагаймурод, обвиняемый в импорте на территорию Российской Федерации более нескольких сотен килограммов героина.

    Как передает Median.Az, об этом ТАСС сообщили в правоохранительных органах, там также отметили, что в настоящий момент он ожидает экстрадицию в РФ.

    “Эмомов Тагаймурод находился в розыске более 11 лет по обвинению в обороте наркотических веществ в особо крупном размере. В настоящий момент он ожидает экстрадицию на территорию Российской Федерации”, – сообщили в правоохранительных органах.

    По версии обвинения, обвиняемый виновен в организации особо опасных преступлений в сфере оборота наркотиков. Эмомов через сеть курьеров ввозил в Россию сотни килограммов героина. Многие виновные по данному делу ранее уже были привлечены к уголовной ответственности, а также дали показания на Эмомова как организатора, а некоторые уже освободились из мест лишения свободы.

  • Rusiyaya yüzlərlə kiloqram heroin keçirən şəxs Azərbaycanda SAXLANILDI

    Rusiya Federasiyası ərazisinə bir neçə yüz kiloqramdan artıq heroini keçirməkdə təqsirli bilinən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb.

    Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib. Bildirilib ki, onun hazırda Rusiya Federasiyasına ekstradisiyası gözlənilir.

    “Emomov Taqaymurod xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıq axtarışda olub”, – hüquq-mühafizə orqanları məlumat yayıb.

    İttihama görə, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində bir sıra xüsusilə təhlükəli cinayətləri təşkil etməkdə təqsirli bilinir. Emomov kuryerlər şəbəkəsi vasitəsilə Rusiyaya yüzlərlə kiloqram heroini keçirib. Bu işdə təqsirli olanların bir çoxu əvvəllər cinayət məsuliyyətinə cəlb edilib, həmçinin təşkilatçı kimi Emomovun əleyhinə ifadə veriblər, bəziləri isə artıq həbsdən azad ediliblər.

  • Глава МИД Ирана отправился в Рим для участия в переговорах с Вашингтоном

    Сегодня утром министр иностранных дел Ирана Аббас Арагчи вместе с делегацией отправился в Рим для участия в пятом раунде переговоров между Тегераном и Вашингтоном.

    Об этом сообщил Telegram-канал “Свободный Иран” со ссылкой на иранские СМИ.

    Напомним, при посредничестве Омана Исламская Республика и США уже провели четыре раунда переговоров.