Month: May 2025

  • İcra başçıları nə qədər maaş alır? – MƏBLƏĞ

    Əhalinin müxtəlif kateqoriyalarının maaş, müavinət və pensiyalarında artımlar və ya onlara əlavələr barədə geniş və açıq məlumat daim yayılsa da, dövlət idarəetməsinin müxtəlif qollaraında təmsil olunan vəzifəli şəxslərin məvacibi haqqında çox az bilgi var.

    Median.Az xəbər verir ki, yenisabah.az şəhər və rayonlar üzrə icra başçılarının aylıq maaşlarını araşdırıb.

    Başçı maaşlarında artımla bağlı son qərar 2022-ci ildə verilib.

    Prezident Əliyevin 1 mart 2022-cü il tarixli 1609 nömrəli Fərmanına görə, rayon və şəhər icra başçıları vəzifə maaşının 1.5 misli məbləğində əlavə alır. Məsələn, Bakı şəhər İcra Hakimiyyəti (BHİŞ) başçısının maaşı 3060 manatdır.

    1609 nömrəli Fərmana əsasən, Eldar Əzizov vəzifə maaşının 1.5 misli həcmində əlavə alır. Yəni BHİŞ başının maaşı 7650 manatdır.

    Ümumiyyətlə, icra başçılarının maaşları onların rəhbəlik etdikləri şəhər və rayonlarda yaşayan əhalinin sayına əsasən hesablanır.

    Bu qaydaya əsasən, inzibati-ərazi vahidləri üzrə maaşlar aşağıdakı kimidir:

    Bakı şəhər icra başçısı – 7650 manat;

    Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat.

    Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.)

    Əhalisi 50-100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.)

    Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.)

  • Закир Гасанов встретился с министром обороны Израиля

    Министр обороны Израиля Исраэль Кац встретился в Тель-Авиве с азербайджанским коллегой генерал-полковником Закиром Гасановым.

    Об этом сообщает издание Times of Israel.

    Согласно информации, в ходе встречи Кац высоко оценил глубокий стратегический союз между двумя странами и подчеркнул важность общих интересов и взаимного доверия.

    Он также поблагодарил Азербайджан за посреднические усилия между Израилем и Турцией.

  • Zakir Həsənov İsrail Katzla görüşüb

    İsrailin müdafiə naziri İsrail Katz Təl-Əvivdə azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşüb.

    Bu barədə “Times of Israel” nəşri məlumat yayıb.

    Görüş zamanı İ.Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirib, ortaq maraqlar və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıb.

    İsrail müdafiə naziri İsraillə Türkiyə arasında vasitəçilik səylərinə görə Azərbaycana təşəkkür edib.

  • İşdən gələn FHN əməkdaşı evində qəfil öldü

    Tovuz rayonunda 28 yaşlı oğlan qəfil ölüb.

    1997-ci il təvəllüdlü Sərxan Aşırov evində ürək çatışmazlığından vəfat edib.

    Məlumata görə, S.Aşırov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı olub.

    O, səhər saatlarında işdən çıxaraq evinə gəlib. Yaşadığı evdə yatan gəncin halı qəfil pisləşib.

    Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Təcili tibbi yardım briqadası evə çatana qədər S.Aşırov dünyasını dəyişib.
    //oxu.az

  • Keçmiş SSRİ bayrağı qaldıran sədrin oğlu da işini itirdi – FOTO

    Bir neçə gün əvvəl vəzifədən kənarlaşdırılan İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun oğlu da işdən çıxarılıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, S.Səmədovun oğlu Kamran Səmədov İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini itirib. O, müvafiq əmrlə işdən azad edilib.

    Qeyd edək ki, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilərək o, vəzifədən uzaqlaşdırılıb.

    Onun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə 1 gün sonra işdən çıxmaq haqda ərizə yazıb. S.Səmədovun çoxsaylı əmlaklarının və biznes şəbəkəsinin olması barədə də məlumatlar yayılıb.

  • Наложен запрет на выезд бывшего министра из Азербайджана – ДОЛГОВОЙ СКАНДАЛ

    Наложен запрет на выезд из страны бывшего министра здравоохранения Азербайджана Рагима Гусейнова.

    Как сообщает Median.Az со ссылкой на Qaynarinfo, соответствующую резолюцию вынесла судья Бакинского коммерческого суда Гюная Гашимова.

    Данная мера связана с налоговой задолженностью университета “Тефеккюр”.

    Из материалов дела следует, что вуз имеет задолженность в размере 24 415.41 маната. В связи с непогашением долга Государственная налоговая служба обратилась в Главное управление локальных доходов города Баку с просьбой наложить запрет на выезд официального представителя университета до погашения задолженности. В настоящее время законным представителем учебного заведения является Рагим Гусейнов. Таким образом, он не сможет покинуть страну, пока долг не будет выплачен.

    Рагим Гусейнов в 1992-1993 годах занимал пост министра здравоохранения Азербайджана. С 1995 года он работает проректором университета “Тефеккюр”, заведующим кафедрой медицинской биологии, ныне биологии и естественных наук. По некоторым данным, Р.Гусейнов является одним из главных основателей этого вуза.

    Университет “Тефеккюр” в настоящее время не функционирует. Срок его аккредитации истек в 2016 году. После этого Министерство науки и образования приняло решение не проводить аккредитацию университета.

  • Keçmiş nazirin Azərbaycandan çıxışına “stop” qoyuldu – BORC QALMAQALI

    Azərbaycanın keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxışı məhdulaşdırılıb.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günayə Həşimova qətnamə çıxarıb.

    Rahim Hüseynovun ölkədən çıxışına “stop” qoyulması “Təfəkkür” Universitetinin vergi borcu ilə əlaqəlidir.

    İş materiallarından aydın olur ki, “Təfəkkür” Universitetinin 24 415.41 manat vergi borcu var. Universitet borcu ödəmədiyinə görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutaraq borc ödənilədək universitetin rəsmi təmsilçisinə “stop” qoyulmasını xahiş edib. Rahim Hüseynov hazırda universitetin qanuni təmsilçisidir. Beləliklə, o, borc ödənilədək ölkədən çıxa bilməyəcək.

    Rahim Hüseynov 1992-1993-cü illərdə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb. 1995-ci ildən “Təfəkkür” Universitetinin prorektoru, Tibbi biologiya, hazırkı Biologiya və təbiət elmləri kafedrasının müdiri vəzifəsində işləyir. Bəzi iddialara görə, Rahim Hüseynov universitetin əsas təsisçilərindən biridir.

    “Təfəkkür” Universiteti hazırda fəaliyyət göstərmir. 2016-cı ildə universitetin akkreditasiya müddəti bitib. Bundan sonra Elm və Təhsil Nazirliyi universitetin akkreditasiyasının keçirilməməsi barədə qərar qəbul edib.

  • Sabiq icra başçısının direktor qızı işdən çıxarıldı – FOTO

    Bakıda yerləşən 200 saylı məktəb-lisey kompleksinin direktoru işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

    Median.Az Manset.az-a istinadla xəbər verir ki, müvafiq əmrlə adıçəkilən məktəbin direktoru Esmira Quliyeva vəzifəsindən azad edilib.

    Hazırda onun yerinə yeni təyinat yoxdur.

    Qeyd edək ki, Esmira Quliyeva Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin qızıdır.

  • Стала известна территория, где будет проведен снос в Баку

    Планируется расширение Центрального парка, расположенного в центре Баку.

    Согласно плану, территории вблизи мечети Тезепир будут присоединены к данному парку.

    Планируется выплата компенсации в размере 2 700 манатов за каждый квадратный метр сносимых домов и 3 000 манатов за каждый квадратный метр нежилых объектов.
    //oxu.az

  • Bakıda yeni söküntünün aparılacağı ərazi BİLİNDİ

    Paytaxtın Yasamal rayonunda, Təzə Pir məscidinin tinindən Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun binalarına qədər olan ərazilər sökülüb Mərkəzi Parka birləşdiriləcək.

    Hazırda ərazidə yaşayan sakinlər və obyekt sahibləri ilə danışıqlar aparılır. Söküntü Təzə Pir məscidinin tinindən yuxarıda 199 nömrəli məktəb (Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Lev Tolstoy, Murtuza Muxtarov, Rza Quliyev küçəsi, Nizami, Zərgərpalan, Həzi Aslanov, Əli Quliyev, Bəşir Səfəroğlu, Vidadi, Çingiz Mustafayev küçələri), sol tərəfdə isə Nizami küçəsinin bir hissəsini əhatə etməklə DİN və Baş Prokurorluğun binalarına qədər olan ərazidə aparılacaq.

    Söküləcək evlərin hər kvadratına görə 2700 manat, qeyri-yaşayış obyektlərinin hər kvadratına görə 3000 manat kompensasiya ödəniləcək. Maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirəcək.

    Hazırda əsas problem kvadratı az olan mənzillərlə bağlıdır. Söküntü aparılacaq ərazidə xeyli sayda 15-25 kvadratmetrlik evlər var. Hökumətdə qəbul edirlər ki, onların sahiblərinə ödənilən kompensasiya ilə Bakıda yeni mənzil sahibi olmaq mümkün deyil. Ona görə də vəziyyətdən çıxış yolları axtarılır.

    (c) teleqrafПоказать перевод