Month: May 2025

  • Bəzi ərazilərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

    Mayın 19-da saat 16:00-a olan faktiki hava açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

    Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qusarda 24 (Şahdağ), Goranboyda 23, Naftalanda 22, Şirvan və Gəncədə 20, Kəlbəcərdə 19, Tərtərdə 18, Culfada 16, Şəmkir, Biləsuvar, Tovuz və Ağstafada 15 m/s-dək güclənir.

    Kəlbəcər, Laçın, Quba, Xaltan, Şabran və Qusarda isə arabir yağış yağır.

    Havanın temperaturuna gəldikdə isə Bakıda və Abşeron yarımadasında 23, Aran rayonlarında 29, Naxçıvan MR-də 32, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınır.

  • Лейла Алиева поделилась интересными кадрами с Виндзорского королевского конного шоу – ВИДЕО

    В Соединенном Королевстве 16 мая стартовало традиционное Виндзорское королевское конное шоу – 2025, которое завершилось сегодня.

    Наша страна впервые была представлена на шоу делегацией из 130 человек при поддержке Фонда Гейдара Алиева и организации Федерации конного спорта Азербайджанской Республики.

    Вице-президент Фонда Гейдара Алиева, учредитель и руководитель Общественного объединения IDEA Лейла Алиева поделилась в своем официальном Instagram-аккаунте интересными кадрами с Виндзорского королевского конного шоу – 2025.

  • Leyla Əliyeva Azərbaycanın süvarilər dəstəsinin Britaniyadakı çıxışından görüntülər paylaşdı – VİDEO

    Birləşmiş Krallıqda ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu – 2025” mayın 16-da start götürüb və bu gün başa çatıb.

    Şouda ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq 130 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sosial şəbəkə hesabında “Vindzor Kral Atçılıq Şousu – 2025″dən maraqlı görüntülər paylaşıb.

    Həmin paylaşımı təqdim edirik:

  • Xırdalanda uşaq əyləncə mərkəzində nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən uşaq əyləncə mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və müvəqqəti çəkilmiş elektrik naqillərindən istifadə edilir, obyektin xarici və daxili divarları yanar üzlük materialları ilə üzlənilib, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Abşeron rayonu, Xırdalan şəhərində yerləşən uşaq əyləncə mərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

  • Президент Ильхам Алиев подписал распоряжение о призыве на срочную военную службу

    Президент Ильхам Алиев подписал распоряжение о призыве с 1 по 30 июля 2025 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 26 статьи 109 Конституции Азербайджанской Республики, на основании статей 12.3 и 40.1 Закона Азербайджанской Республики “О военной обязанности и военной службе” и в целях комплектования личным составом Вооруженных сил Азербайджанской Республики постановляю:

    1. С 1 по 30 июля 2025 года призвать на срочную действительную военную службу граждан Азербайджанской Республики 2007 года рождения, которым ко дню призыва (включая и этот день) исполнилось 18 лет, а также 1995-2006 годов рождения, в возрасте до 30 лет, не прошедших срочную действительную военную службу, не имеющих права отсрочки от призыва на срочную действительную военную службу или не освобожденных от призыва на срочную действительную военную службу в Вооруженных силах Азербайджанской Республики.

    2. С 1 по 30 июля 2025 года уволить в запас военнослужащих срочной действительной военной службы, прошедших срок службы, предусмотренный в статье 38.1.1 Закона Азербайджанской Республики “О военной обязанности и военной службе”.

    3. Кабинету министров Азербайджанской Республики принять предусмотренные законодательством меры для исполнения настоящего распоряжения”.

  • Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995-2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

    Eyni zamanda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

  • На пляжах Азербайджана начался мониторинг

    В преддверии начала пляжного сезона уже стартовал мониторинг пляжей по всему Азербайджану.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в Республиканском центре гигиены и эпидемиологии Министерства здравоохранения.

    Было отмечено, что после завершения проверок общественности будет предоставлена подробная информация о результатах.

  • Çimərliklərdə monitorinqlərə BAŞLANILDI

    “Çimərlik mövsümünün başlanması ərəfəsində ölkə üzrə çimərliklərin monitorinqinə artıq start verilib”.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, yoxlamalar başa çatdıqdan sonra nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

  • Симонян: Переговоры между Азербайджаном и Арменией могут пройти в формате глав государств

    Спикер парламента Армении Ален Симонян не исключил продолжение обсуждений по мирному договору с Азербайджаном в формате глав государств и МИД.

    Об этом сообщает Median.Az со ссылкой на армянские СМИ.

    “Подобные процессы связаны с местом и временем заключения мирного договора, и армянская сторона, многочисленные международные партнеры, проводят работы, чтобы сделать реальным заключение мирного договора”, – сказал спикер Симонян журналистам.

  • Simonyan: “Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər”

    Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla sülh müqaviləsi üzrə müzakirələrin dövlət başçıları və Xarici İşlər Nazirliyi formatında davam etdiriləcəyini istisna etməyib.

    Bu barədə Ermənistan KİV məlumat verib.

    “Belə proseslər sülh müqaviləsinin bağlanma yeri və vaxtı ilə bağlıdır”, – spiker Simonyan jurnalistlərə bildirib.