Month: İyun 2025

  • Məşhur şirkətin kərə yağından sellofan çıxdı – VİDEO

    “QayMaq Premium Qida” şirkətinin istehsal etdiyi kərə yağından sellofan çıxıb.

    Bu barədə Oxu.Az-a şikayət daxil olub.

    Şikayətçi R.Axundovun sözlərinə görə, mütəmadi istifadə etdiyi kərə yağında sözügedən mənzərə ilə qarşılaşıb:

    “22 aprel tarixində 30 ədəd 500 qramlıq yağ almışdım. Kərə yağlarını yavaş-yavaş istifadə edirdim. Qiyməti digər yağlardan baha olsa da, keyfiyyətinə güvənirdim. Sonuncu dəfə dörd gün öncə istifadə edəndə yağın ortasında nazik sellofan olduğunu gördüm. Əgər onu kəsmədən əridib yesəydim, sellofan yağa qarışacaqdı. Bu, insan sağlamlığı üçün təhlükədir. Şirkət nümayəndələri ilə əlaqə saxladım. Yalnız “bağışlayın” deyib məsələni ört-basdır etməyə çalışdılar. Məhsulun qiyməti 25-26 manat dəyərindədir. Geniş araşdırma aparılmasını tələb edirəm”.

  • FHN-ə işə düzəltmək adı ilə daha bir dələduzluq

    Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmə adı ilə daha bir dələduzluq cinayəti baş verib.

    Qaynarinfo-nun məlumatına görə, Zahir Hümbətov adlı vətəndaş oğlu Mehmanı FHN-ə işə düzəltmək istəyib.

    Tanışlarından biri onu Mahir Məmmədov adlı şəxslə görüşdürüb. Mahir Məmmədov özünü Zahir Hümbətova yüksək vəzifəli məmurlarla əlaqəli şəxs kimi təqdim etməklə onun inamını qazanıb. Daha sonra Mahir Məmmədov Zahir Hümbətova 10 000 manat müqbailində oğlunu işə düzəldəcəyini deyib. Zərəçəkmiş onun sözlərinə inanaraq deyilən məbləği verib.

    Lakin Mahir Məmmədov verdiyi vədi yerinə yetirəyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Mahir Məmmədov saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Cinayət işinin məhkəmə istintaqı Binəqədi Rayon Məhkəməsində aparılıb.

    Mahir Məmmədov verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu deyərək dəymiş zərərin 7700 manatını geri qaytardığını bildirib.

    Məhkəmənin hökmü ilə Mahir Məmmədova 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun saxlanıldığı və ev dustaqlığında olduğu 2 ay, 11 gün müddət 1 günə 2 gün hesabı ilə verikmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il, 1 ay, 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

    Bundan əvvəl keçmiş hakim köməkçisi İlqar İmamverdiyevin FHN-ə işə düzəltmək adı ilə dələduzluq etdiyi barədə məlumat vermişdik. 

  • Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

    Bu ilin may ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti əvvəlki ayla müqayisədə 1 pillə irəliləyərək 79.25 Mbit/s təşkil edib.

    Valyuta.az “Speedtest Global Index”ə əsasən, xəbər verir ki, ölkəmiz bu göstərici ilə 153 ölkə arasında 87-ci sırada yer alır.

    Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə isə Sinqapur (372.02 Mbit/s), Fransa (315.38 Mbit/s) və BƏƏ (314.49 Mbit/s) olub.

    Mobil internet sürətində isə Azərbaycan iki pillə geriləyərək 73.83 Mbit/s sürətini əldə edib və 103 ölkə arasında 57-ci yerdə qərarlaşıb.

    Mobil internetin sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (539.84 Mbit/s), Qətər (529.34 Mbit/s) və Küveytin (350.89 Mbit/s) olub.

  • Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək

    Azərbaycan Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək.

    Bu məsələ Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

  • “Qarabağ” yoxlama görüşündə “Zirə”yə qalib gəldi

    Misli Premyer Liqasında 2025/2026 mövsümünə hazırlaşan “Qarabağ” və “Zirə” kollektivləri yoxlama oyununda qarşılaşıblar.

    “Azərsun Arena”da baş tutan matç Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

    “Zirə” isə Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Hayduk”un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da keçiriləcək.
    Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

  • Bu klinikada yoxlama aparıldı, cərimə edildi

    “Berlin Ailə və Uşaq Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində maliyyə sanksiyası tətbiq edilib.

    Qaynarinfo-nun məlumatına görə, klinikada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti həyata keçirilib.

    Nəticədə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında AKT-a əsasən “Berlin Ailə və Uşaq Klinikası” barəsində 1000 manat maliyyə sanksiyası tətbiq olunub.

    Qeyd edək ki, Bakı Şəhəri Yasamal Rayonu, Şərifzadə, Ev 315c, M.Q/Y ünvanında yerləşən, nizamnamə kapitalı 3358469 manat olan klinikanın qanuni təmsilçisi Həsən Məmmədov Rizvan oğludur.

  • NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək

    “NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

    “NATO-nun Haaqa sammitində bizim üçün mühüm qərar qəbul edilib. Türkiyə 2026-cı ilin iyulunda NATO dövlət və hökumət başçılarının sammitinə ev sahibliyi edəcək. Alyansın liderlərini paytaxtımız Ankarada qəbul edəcəyik. Çox vacib qərarlar qəbul etmək üçün zəmin hazırlayacağıq”, – deyə o qeyd edib.

  • Sumqayıtda “Daewoo” yandı

    Sumqayıtda “Daewoo Nexia” markalı minik avtomobili alovlanaraq yanıb.

    Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

    Yanğın qısa müddət ərzində söndürülüb, alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

    Hadisənin səbəbləri araşdırılır.

  • DYP səfərə çıxan sürücülərə ÇAĞIRIŞ ETDİ

    DIN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib.

    Bu barədə BDYPİ-dən məlumat verilib.

    Bildirilib ki, yay mövsümünün başlanması ilə əlaqədar olaraq ölkə yollarında nəqliyyat axınının artması, xüsusilə istirahət və turistik səfərlərin intensivləşməsi, hər bir yol hərəkəti iştirakçısından daha diqqətli davranmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi zəruridir:

    Səfər öncəsi nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlamaq

    “Səfər öncəsi nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayın. İsti yay günlərində havanın yüksək temperaturu sürücünün həm fiziki, həm də psixoloji vəziyyətinə mənfi təsir göstərərək yuxululuq və diqqətsizlik hallarına səbəb ola bilər. Bu səbəbdən kondisioner sistemi olmayan avtomobillərlə uzaq məsafələrə səfər etmək tövsiyə edilmir. Kondisioner sistemi olan və lazımi avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələri ilə isə günün sərin saatlarında yola çıxmaq və 2 saatdan bir qısa fasilə vermək məqsədəuyğundur. Unutmayın: Yuxusuz və yorğun halda sükan arxasına keçmək Sizin və digər yol hərəkəti iştirakçılarının həyatı üçün təhlükəlidir.

    Sürət həddi ilə bağlı tövsiyə

    Sürət həddinə riayət edin. Yüksək temperatur şəraitində təkərlərin hava təzyiqində baş vermiş dəyişiklik yol tutumunu azalda bilər. Nəticədə yüksək sürətlə hərəkət zamanı qəza riski xeyli artır. Sürət rejiminə yalnız radarların müşahidə etdiyi ərazilərdə deyil, yolun bütün hissəsində əməl olunması təhlükəsizliyiniz üçün mütləqdir. Unutmayın: Sürət yolu deyil, həyatı qısaldır.

    İcarəyə götürülmüş avtomobil və sürücülərlə bağlı diqqətli olun. İstirahət və ya turistik məqsədlə bölgələrə səfər edən bəzi vətəndaşlar, o cümlədən əcnəbi turistlər avtomobil icarəsi xidmətlərindən istifadə edirlər. Lakin həmin nəqliyyat vasitələrinin texniki vəziyyəti və onları idarə edən sürücülərin peşəkarlıq səviyyəsi barədə əvvəlcədən məlumatlı olmamaq potensial təhlükə yaradır. İcarəyə götürülmüş avtomobilin texniki göstəricilərinə və sürücünün təcrübəsinə əmin olmaq vacibdir. Unutmayın: Nəzarətsiz və qeyri-rəsmi daşıma xidmətləri həm sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk daşıyır”.

    BDYPİ bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa, qaydalara əməl etməyə və hərəkətin təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırıb.

  • Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri Bakıya gətirildi

    Yekaterinburq şəhərində OMON-çuların hücumu zamanı amansızcasına qətlə yetirilən azərbaycanlı Hüseyn və Ziyəddin Səfərovların nəşləri Azərbaycana gətirilib.

    Təyyarə Bakıya enib.

    Qətlə yetirilənlərin ailələri nəşləri təhvil almaq üçün hava limanına gəliblər.