
Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar müəyyənləşib.

Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar müəyyənləşib.

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.
Median.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:
ağır cinayətlər məhkəmələri üzrə:
Bakı Ağır Cinayətlər Məhkəməsi
Əsgərova-Məmmədova Leyla Səyavuş qızı
Məmmədzadə Səbinə Adil qızı
Lənkəran Ağır Cinayətlər Məhkəməsi
Hüseynov Nahid Nəsir oğlu
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi
Rzayeva Aynur Tapdıq qızı
inzibati məhkəmələr üzrə:
Bakı İnzibati Məhkəməsi
Almazova Aysev Mehman qızı
Məlikov Tural Rauf oğlu
Şəki İnzibati Məhkəməsi
Hacızadə Fəxri Hümmət oğlu
Şirvan İnzibati Məhkəməsi
Hüseynova Amilya Aqil qızı
Nəcəfov Hilal Nəcəfalı oğlu
kommersiya məhkəmələri üzrə:
Bakı Kommersiya Məhkəməsi
Əhmədova Nərmin Məzahir qızı
Gəncə Kommersiya Məhkəməsi
Quliyeva Gülnaz Elxan qızı
Sumqayıt Kommersiya Məhkəməsi
Alıyeva Həlimə Rəşid qızı
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi
Sadıqova Aynurə Vahid qızı
Bakı şəhəri Xətai Rayon Məhkəməsi
Hacıyeva Sahibə Cavid qızı
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi
Dadaşova Şəfa Əliövsət qızı
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi
Əlisoy Xalidə Kəramət qızı
Əfəndizadə Mehriban Xalid qızı
Tağıyeva Nərgiz Nazim qızı
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi
İmanova Nigar Arzu qızı
Qədirova Şəbnur Şakir qızı
rayon (şəhər) məhkəmələri üzrə:
Ağcabədi Rayon Məhkəməsi
Nuriyev Rəşad Mövsüm oğlu
Bərdə Rayon Məhkəməsi
Babaşov Fuad Bəhruz oğlu
Gəncə Şəhər Məhkəməsi
Cəfərli Orxan Nazim oğlu
Əliyev Asif Əmrah oğlu
Quliyev Camal Yusifəli oğlu
Səfərli Xədicə Əlicabbar qızı
Goranboy Rayon Məhkəməsi
Mustafayev Taleh Məhəmmədəli oğlu
Xaçmaz Rayon Məhkəməsi
Qasımova Vüsalə Yadigar qızı
Qusar Rayon Məhkəməsi
Cəlilov Əli İsa oğlu
Lənkəran Rayon Məhkəməsi
Ağabəyov Nicat Rauf oğlu
Aslanov Murad Şamxal oğlu
Mingəçevir Şəhər Məhkəməsi
Cəbrayılzadə Elza Vaqif qızı
Sabirabad Rayon Məhkəməsi
Allahverdiyev Səlim Məhərrəm oğlu
Şəmkir Rayon Məhkəməsi
Məmmədova Şəfəq Ənvər qızı
Şirvan Şəhər Məhkəməsi
Məmmədova Səidə Hüseynağa qızı
Tovuz Rayon Məhkəməsi
Əliyev Fərid Nadir oğlu
Yevlax Rayon Məhkəməsi
Əliyev Kamil Çingiz oğlu.
2. Bu Sərəncam 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar müəyyənləşib.
Median.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Cinatyət Məcəlləsinin 142-ci maddəsinin (Xəstəyə kömək göstərməmə) adının dəyişdirilərək “Tibbi xidmətin göstərilməsi qaydalarını pozma” kimi qeyd olunması təklif edilib.
Həmçinin qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsi, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi, yaxud dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.
Həmin əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif olunur.
Həmçinin yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
PAYLAŞ

Miqrasiya xidməti Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Bu barədə Miqrasiya xidmətindən məlumat verilib.
Bildirilib ki, 24 mart 2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazisində olan və COVİD-19 pandemiyası ilə əlaqədar ölkəni tərk edə bilmədiyi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti olma müddəti uzadılan və ölkədə olmaları qanuni hesab edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 31 iyul 2025-ci il tarixinədək Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsaslardan biri olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinin alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və ya ölkə ərazisini tərk etməlidirlər.
Azərbaycan və Şimali Makedoniya diplomatik və xidməti/rəsmi pasport sahiblərini qarşılıqlı olaraq viza tələbindən azad edir.
Apa-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” Qanunda əksini tapıb.

Xəbər verildiyi kimi, Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
Axtarışlar nəticəsində kanalda batmış 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.
Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi attestasiya imtahanından beş ekspertin üçündən mənfi, ikisindən müsbət alan incəsənət müəllimləri üçün ikinci şans yaradacaq:
“Mədəniyyət Nazirliyinin tabeliyindəki üç məktəbdə həmin müəllimlər üçün ixtisaslı mütəxəssislər tərəfindən təlimlər keçirilir. Məqsəd ondan ibarətdir ki, həmin müəllimlər növbəti mərhələdə Dövlət İmtahan Mərkəzinin test və müsahibə mərhələlərindən uğurla keçə bilsinlər. Əgər bu mərhələləri uğurla başa vursalar, onlara əvvəlki iş yerlərində yenidən pedaqoji fəaliyyətlə məşğul olmaq imkanı yaradılacaq”.
Nazir müşaviri bildirib ki, attestasiya prosesinin birinci mərhələsində bu kateqoriyaya aid 110-dan artıq müəllim olub. İkinci mərhələdə də bu istiqamətdə işlər davam etdiriləcək.//report

Bakı şəhəri, Yasamal rayonu ərazisində məişət və təkər tullantıları yığılmış sahədə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb.