Month: August 2025

  • Rusiyada azərbaycanlı qətlə yetirildi

    Rusiyaya işləmək üçün gedən Gəncə şəhər sakini Elyar Məmmədov Moskva şəhərində öldürülüb.

    Bu barədə “Teleqraf”a onun yaxınları məlumat veriblər.

    E.Məmmədovun döyülərək öldürüldüyü ehtimal olunur.

    Onun nəşi hələ də Moskva şəhərindədir.

    Qeyd edək ki, mərhum dörd uşaq atası imiş.

  • Balakəndə CAMIŞ sahibini öldürüb

    Balakəndə camış sahibini öldürüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İtitala kəndində baş verib. Kənd sakini 65 yaşlı Həlimət Məmməd qızı Hüseynovanı yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində camış vuraraq, müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.

    H.Hüseynova Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin H.Hüseynova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

    Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Şəkidə maşın ağaca çırpıldı – Ana və uşaqları xəsarət aldı

    Şəkidə avtomobil ağaca çırpılıb.

    Hadisə rayonun Çeşməli kənd ərazisində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyib. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin – 28 yaşlı Rəvanə Qurbanova və 2 azyaşlı övladı yüngül xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

    Faktla baglı araşdırma aparılır.
    //unikal.az

  • “Qalatasaray” Ederson üçün “Mançester Siti”yə rəsmi təklif göndərib

    İstanbulun “Qalatasaray” klubu “Mançester Siti”nin braziliyalı qapıçısı Ederson üçün İngiltərə təmsilçisinə rəsmi təklif göndərib.

    Bu barədə jurnalist Fabritsio Romano özünün “Facebook” hesabında yazıb.

    İnsayder iddia edir ki, “Cim-Bom” 31 yaşlı qapıçı üçün “Mançester Siti”yə 10 milyon avro təklif edir.

    Məlumat üçün əlavə edək ki, KİV sarı-qırmızılıların Edersonun özü ilə prinsipial razılığa gəldiyini iddia edir.

  • Gələn həftədən MİQ üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

    Müəllimlərin işə qəbulu (MİQ) üzrə avqustun 20-dən etibarən müsahibə mərhələsinə başlanılır.

    Bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, ümumilikdə 3957 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 26-dək davam edəcək.

    Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

    Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

  • Bu ölkədə 23 nəfər alkoqoldan zəhərlənib öldü

    Küveytdə bir həftə ərzində 23 nəfər metanoldan zəhərlənərək ölüb.

    Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    “Tərkibində metanol olan alkoqollu içkilərin qəbulu nəticəsində zəhərlənmə hallarının sayı 160-a çatıb, onlardan 23-ü ölüb “, – nazirlik qeyd edib.

    Məlumata görə, həlak olanların əksəriyyəti Asiya ölkələrinin vətəndaşlarıdır. Çoxlarının vəziyyətinin ağır olduğu bildirilir.

  • Paytaxtda avtomobilin şüşəsi sındırıldı – Saxlanılan var (Video)

    Sosial şəbəkələrdə naməlum şəxsin paytaxtın Nizami rayonu ərazisində “KİA” markalı avtomobilin şüşəsini sındırması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

    Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əmlakı qəsdən məhv etmədə şübhəli bilinən 40 yaşlı Azad Zamanov müəyyən olunaraq saxlanılıb.

    Onun barəsində toplanan material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və A.Zamanov 1 ay müddətinə inzibati qaydada həbs edilib.

  • Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb

    Pakistanda güclü daşqın və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı ən azı 220 nəfərə yüksəlib.

    Məlumatı “ABC News” telekanalı yayıb.

    Bildirilib ki, ölkənin şimal-qərbində xilasedicilər gecə ərzində dağılmış evlərin qalıqları altından daha 63 nəfərin cəsədini çıxarıblar.

    Xayber-Paxtunxva əyalətinin naziri Əli Amin Qandapur şənbə gününü matəm günü elan edib.

  • Ağsuda narkotik istifadəçisi olan sürücü HƏBS OLUNDU

    Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə “Toyota” markalı avtomobilin sürücüsü Fərəc İsgəndərzadə işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.

    Ancaq F.İsgəndərzadə polisə tabesizlik göstərərək ərazidən uzaqlaşıb.

    Keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb və müayinə zamanı onun narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi müəyyənləşib.

    F.İsgəndərzadə barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib və o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

  • Уехала к тете и пропала: в Шабранском районе разыскивается 17-летняя девушка

    В Шабранском районе без вести пропала 17-летняя девушка.

    Как сообщает Oxu.Az, местная жительница Айтен Омарова 19 июня вышла из дома, сказав, что едет в Баку к тёте. Однако к тёте она не поехала и домой не вернулась.

    Губинская региональная группа пресс-службы Министерства внутренних дел обращается ко всем, кто узнал девушку по фото и располагает информацией о ней, с просьбой сообщить об этом, позвонив в службу 102 МВД, а также Шабранский райотдел полиции по городскому номеру (2335) 3-27-23.