Month: August 2025

  • Şamaxıda 15 yaşlı qız nişanlandı – Polis atanı məsuliyyətə cəlb etdi

    Şamaxı rayonunun Muğanlı kəndində 2010-cu il təvəllüdlü yeniyetmə qıza nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub.

    Median.Az  xəbər verir ki, polis tərəfindən mərasimin qarşısı alınıb və hər iki tərəfin valideynləri ərazi üzrə polis orqanına dəvət olunub.

    Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib. Yeniyetmənin atası barəsində İnzibati Xətalar Məcəlləsinin 189-1-ci (on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.//qafqazinfo

  • Çimərliklərdə gözlənilən hava şəraiti və suyun temperaturu AÇIQLANDI

    Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata əsasən, avqustun 17-də şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° olacaq.

  • Prezidentin general rütbəsi verdiyi Babək Qurbanov KİMDİR?

    Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam verib. 

    Prezidentin sərəncamı ilə general-mayor Babək Vahid oğlu Qurbanova “general-leytenant” ali hərbi rütbəsi verilib. 

    General-leytnant Babək Qurbanov kimdir? 

    Median.Az modern.az-a istinadən onun qısa tərcümeyi-halnı təqdim edir:

    Babək Qurbanov 1982-ci ildə Şahbuzda anadan olub. O, polkovnik ikən Vətən müharibəsində iştirak edib.  Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Babək Qurbanov, eyni zamanda “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

    Həmçinin  Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.

    Maraqlıdır ki, Babək Qurbanovun əkiz qardaşı Bayram Qurbanov da hərbçidir. Babək Qurbanovdan fərqli olaraq, əkiz qardaşı Xüsusi Təyinatlı Qüvvələrin zabitidir. Polkovnik-leytenant Bayram Qurbanov da qardaşı kimi Vətən Müharibəsinin iştirakçısı olub və Prezident tərəfindən Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

  • Bakıda avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanılıb

    Bakıda avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanılıb.

    “Report” xəbər verir ki, sosial şəbəkələrdə naməlum şəxsin paytaxtın Nizami rayonu ərazisində “KİA” markalı avtomobilin şüşəsini sındırması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlə əmlakı qəsdən məhv etmədə şübhəli bilinən 40 yaşlı Azad Zamanov müəyyən olunaraq saxlanılıb.

    Onun barəsində toplanan material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və A.Zamanov 1 ay müddətinə inzibati qaydada həbs edilib.

  • Bakıda metrodan istifadə edənlərin sayı 2%-ə yaxın azalıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 127 587,1 min. olub, bu da illik müqayisədə 1,9% azalma deməkdir.

    Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata əsasən, ötən ilin yanvar-iyul aylarında Bakı metropolitenindən 130 103,4 min sərnişin istifadə edib.
    Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir.//apa

  • Sabah arabir yağış yağacaq – PROQNOZ

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.

    Havanın temperaturu gecə 21-24, gündüz 27-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, axşama doğru tədricən kəsiləcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 19-23, gündüz 28-33, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

  • В жилом доме в Локбатане произошел взрыв, есть пострадавший

    В квартире, расположенной в пятиэтажном жилом доме в поселке Локбатан, произошел взрыв.

    Как сообщает report, на место происшествия были незамедлительно привлечены силы Государственной противопожарной службы Министерства по чрезвычайным ситуациям (МЧС).

    Было установлено, что взрыв произошел на 4-м этаже пятиэтажного жилого дома и привел к пожару.

    Пожар был оперативно ликвидирован, на территории проведены соответствующие меры безопасности.

    В результате происшествия один человек пострадал, 3 жителя соседней квартиры были эвакуированы в безопасную зону.

    По факту происшествия соответствующими органами проводится расследование.

  • Lökbatanda yaşayış binasında partlayış olub, xəsarət alan var

    Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.

    Report xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

    Hadisə nəticəsində ikiotaqlı mənzilin bir otağının dəhlizinin yanar konstruksiyaları 26 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb, partlayış nəticəsində bir otağın pəncərə çərçivəsi yerindən çıxıb, digər otağın pəncərə şüşələri sınıb və mətbəxin əşyaları dağılıb, bir nəfər xəsarət alıb, qonşu mənzildən 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  • Lionel Messi zədəsini sağaldıb

    ABŞ-nin “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi zədəsini sağaldıb.

    Report ESPN-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xavyer Maskerano açıqlama verib.

    Mütəxəssis təcrübəli oyunçunun durumunun yaxşı olduğunu bildirib:

    “O, artıq komanda ilə məşq edir. Gözlənilməz heç nə baş verməsə, növbəti matçda heyətdə olacaq”.

    Qeyd edək ki, “İnter Mayami” MLS-nin növbəti turunda “Los-Anceles Qelaksi” ilə üz-üzə gələcək. Avqustun 17-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 03:30-da start götürəcək.

  • Зеленский посетит Вашингтон 18 августа

    Президент Украины Владимир Зеленский планирует приехать в Вашингтон на встречу с американским коллегой Дональдом Трампом уже в понедельник, 18 августа.

    Как передает report, об этом сам Зеленский сообщил в соцсетях.

    “В общем говорили более полутора часов, примерно час – с президентом Трампом. Мы поддерживаем предложение президента Трампа о трехсторонней встрече Украина – Америка – Россия. Все детали по завершению войны собираюсь обсудить с президентом Трампом в Вашингтоне в понедельник. Благодарен за приглашение”, – отметил он.