Month: August 2025

  • Xalasıgilə getmək adı ilə evdən çıxdı, itkin düşdü: Şabranda 17 yaşlı qız axtarılır

    Şabran rayonunda 17 yaşlı qız itkin düşüb.

    Rayon sakini Aytən Ömərova iyunun 19-da evdən çıxaraq Bakıya, xalasıgilə gedəcəyini deyib. Lakin o, nə xalasıgilə gedib, nə də evə qayıdıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan müraciət edilərək, şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin Şabran Rayon Polis Şöbəsinin (2335) 3-27-23 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
    //oxu.az

  • На дочь Ибрагима Татлысеса, запустившую в отца пультом от телевизора, подана жалоба в суд

    Дочь известного турецкого исполнителя Ибрагима Татлысеса Дилан Читак метнула в артиста пульт от телевизора, поссорившись с отцом во время отдыха в Бодруме в прошлом году. После инцидента Ибрагим Татлысес официально подал на дочь в суд, но отозвал жалобу, когда его пригласили для дачи показаний. Инцидент вызвал широкий резонанс в турецкой прессе.

    Как сообщает Median.Az со ссылкой на издание Sabah, хотя певец и отозвал иск против дочери, прокуратура решила расследовать происшествие.

    Согласно статье 73 Уголовного кодекса Турции, подобные преступления могут быть рассмотрены в суде без подачи иска.

    Гособвинение даже квалифицировало действия Дилан Читак в отношении отца как “покушение на причинение вреда здоровью с применением оружия”.

    Прокуратура уже направила дело в суд с ходатайством о публичном наказании, основанном на представленных доказательствах и показаниях свидетелей.

  • İbrahim Tatlısesin qızı atasına pult atdığına görə məhkəməyə verildi

    İbrahim Tatlısesin qızı Dilan Çıtak ötən il Bodrumda istirahət edərkən atası ilə yaşanan mübahisə zamanı televizorun pultunu sənətçinin üstünə atmışdı. Hadisədən sonra İ.Tatlıses rəsmi şəkildə qızından məhkəməyə şikayət etsə də, ifadə verməyə dəvət olunarkən şikayətini geri götürmüşdü. Bu hadisə Türkiyə mətbuatında da geniş rezonans doğurmuşdu.

    Median.Az “Sabah” nəşrinə istinadən xəbər verir ki, müğənni qızına qarşı iddianı geri götürsə də, prokurorluq hadisələri dövlət ittihamı olaraq nəzərdən keçirmək qərarına gəlib.

    Belə ki, Türkiyə Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən, bu cür cinayətlər şikayət edilmədən də mühakiməyə çıxarıla bilər.

    Hətta prokurorluq Dilan Çıtakın atasına qarşı hərəkətini “silahla xəsarət yetirməyə cəhd” kimi qiymətləndirib.

    Artıq prokurorluq sübutları və şahid ifadələrini əsas götürərək, ictimai cəza tələbi ilə işi məhkəməyə göndərib.

  • Андрей Сибига поблагодарил Азербайджан

    16 августа состоялся телефонный разговор министра иностранных дел Азербайджана Джейхуна Байрамова и его украинского коллеги Андрея Сибиги.

    Информацию распространило Министерство иностранных дел Азербайджана.

    Министр иностранных дел Украины передал поздравления в связи с договоренностями, достигнутыми между Азербайджаном и США во время визита Президента Азербайджана в Соединенные Штаты Америки, а также в связи с достижениями в процессе нормализации отношений между Баку и Ереваном.

    В ходе телефонного разговора были обсуждены актуальные вопросы партнерских отношений между Азербайджаном и Украиной, включая сотрудничество в политической, экономической, энергетической, транспортной и гуманитарной сферах. Стороны отметили, что работа Правительственной комиссии по вопросам экономического сотрудничества между Азербайджанской Республикой и Украиной имеет важное значение для развития сотрудничества.

    Министр иностранных дел Украины поблагодарил азербайджанскую сторону за оказанную гуманитарную помощь Украине, в том числе за поддержку в восстановлении и реконструкции пострадавших от конфликта территорий.

    Андрей Сибига также предоставил информацию о переговорном процессе вокруг российско-украинского конфликта.

    В ходе телефонного разговора обсуждались и другие вопросы, представляющие взаимный интерес.

  • Andrey Sibiqa Azərbaycana təşəkkür edib

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında avqustun 16-da telefon danışığı aparılıb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ukraynanın xarici işlər naziri Azərbaycan Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

    Telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub. Tərəflər Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının işinin əməkdaşlığın inkişafı baхımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

    Ukrayna xarici işlər naziri öz növbəsində Azərbaycan tərəfinin Ukraynaya göstərilən humanitar yardımlar, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma sahələrində dəstəyinə görə təşəkkür edib.

    Nazir Andrey Sibiqa, həmçinin Rusiya-Ukrayna münaqişəsi ətrafında aparılan danışıq prosesi barədə məlumat verib.

    Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

  • Yazıçı Vidadi Babanlı VƏFAT ETDİ

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi və “Şərəf” ordenli yazıçı Vidadi Babanlı bu gün vəfat edib.

    Median.Az xəbər verir ki, V.Babanlı 98 yaşında vəfat edib.

    Qeyd edək ki, Prezidentin fərdi təqaüdçüsü və Əməkdar incəsənət xadimi idi.

  • Вертолет Минобороны Кыргызстана совершил жесткую посадку: есть пострадавшие

    Вертолет Министерства обороны Кыргызстана совершил жесткую посадку в районе пика Победы.

    Как передает Median.Az, об этом сообщили Sputnik Кыргызстан источники.

    ЧП произошло сегодня примерно в 08:30 на высоте 4 600 м. На борту были 10 человек, пострадали двое – командир экипажа и спасатель частной туркомпании.

    “По предварительным данным, пострадавшие получили различные переломы, их состояние стабильное. Воздушное судно спустили на площадку “Каркыра”, – проинформировали источники.

    В пресс-службе Минобороны КР рассказали, что экипаж вертолета Ми-8 должен был эвакуировать альпинистов, среди которых, по предварительным данным, есть погибший – турист из Италии. Еще два альпиниста – из России и Германии – в тяжелом состоянии.

    “В условиях высокогорья и сложной метеообстановки произошла жесткая посадка вертолета. На борту находились члены экипажа и горноспасатели, привлеченные к эвакуации, все они живы. На место инцидента направлены профильные специалисты для эвакуации пострадавших”, – сообщили в министерстве.

  • Qırğızıstanda alpinistləri xilas etməyə yollanan helikopter sərt eniş edib: Xəsarət alanlar var

    Qırğızıstan Müdafiə Nazirliyinin helikopteri Çinlə sərhəddə yerləşən Qələbə zirvəsi yaxınlığında sərt eniş edib.

    Median.Az bu barədə “Sputnik Qırğızıstan”a istinadən məlumat yayıb.

    Qeyd olunur ki, hadisə vaxtı helikopterdə 10 nəfər olub. İnsident nəticəsində ekipaj komandiri və özəl turizm şirkətinin bir xilasedicisi xəsarət alıblar.

    İlkin məlumatlara görə, zərərçəkənlərin müxtəlif sınıq xəsarətləri var, lakin vəziyyətləri stabildir.

    Qırğızıstan Müdafiə Nazirliyindən bildirib ki, “Mi-8” helikopterinin ekipajı köməksiz vəziyyətdə qalan alpinistləri təxliyə etmək məqsədilə dağ silsiləsi istiqamətinə hərəkət edib.

    “Hündürlük və çətin hava vəziyyəti ilə əlaqədar helikopter sərt eniş edib. Helikopterin göyərtəsində təxliyə işlərinə cəlb olunmuş ekipaj üzvləri və dağ xilasediciləri olub, onlar hamısı sağdır”, – nazirliyin məlumatında qeyd olunur.

  • Qroznı hava limanında uçuşlar ləğv edildi

    Vladiqafqaz və Qroznı hava limanlarında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

    Bu barədə Rusiya mətbuatı məlumat dərc edib. 

    “Vladiqafqaz (Beslan) və Qroznı (Severnı) hava limanları təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edib”, – məlumatda qeyd olunub. 

    Onun sözlərinə görə, bu məhdudiyyətlər təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.

  • Şabranda 17 yaşlı qız itkin düşdü

    Xalasıgilə getmək adı ilə evdən çıxdı, itkin düşdü: Şabranda 17 yaşlı qız axtarılır

    Şabran rayonunda 17 yaşlı qız itkin düşüb.

    Median.Az oxu.az-ın məlumatına görə, rayon sakini Aytən Ömərova iyunun 19-da evdən çıxaraq Bakıya, xalasıgilə gedəcəyini deyib. Lakin o, nə xalasıgilə gedib, nə də evə qayıdıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan müraciət edilərək, şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin Şabran Rayon Polis Şöbəsinin (2335) 3-27-23 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.