Month: August 2025

  • AZAL начинает полеты в два города Ирана

    Azerbaijan Airlines, входящая в состав AZCON Holding, продолжает расширять маршрутную сеть и с 3 сентября 2025 года начинает выполнение прямых рейсов по новому маршруту Баку – Тебриз – Баку.

    Об этом сообщает пресс-служба AZAL.

    Полеты по маршруту Баку – Тебриз – Баку будут выполняться дважды в неделю – по средам и воскресеньям.

    Тебриз известен своим богатым историко-культурным наследием, архитектурными памятниками и музеями. Открытие данного направления создает дополнительные возможности для путешествий между Азербайджаном и Ираном.

    Вместе с тем c 1 сентября 2025 года восстанавливается выполнение полетов в столицу Ирана – Тегеран. Полеты по маршруту Баку – Тегеран – Баку будут выполняться четыре раза в неделю: по понедельникам, четвергам, пятницам и субботам.

    Авиабилеты на указанные направления доступны на официальном сайте авиакомпании, в мобильном приложении, а также в кассах и у аккредитованных агентств AZAL.

  • Azərbaycandan Təbriz və Tehrana birbaşa uçuşlara BAŞLANILIR

    “AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) QSC marşrut şəbəkəsini genişləndirməyə davam edir və sentyabrın 3-dən etibarən yeni Bakı-Təbriz-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.

    Bu barədə AZAL-ın Mətbuat Xidməti məlumat yayıb.

    Yeni istiqamət üzrə reyslər həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.

    Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı-Təbriz-Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını daha da genişləndirəcək.

    Həmçinin sentyabrın 1-dən etibarən AZAL İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərini bərpa edir. Bakı-Tehran-Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.

    Aviabiletləri rəsmi veb-səhifəsindən, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

  • На Солнце произошла сильная вспышка

    Вспышка предпоследнего класса мощности (М) зафиксирована на Солнце 7 августа.

    Как передает Median.Az, об этом сообщили ТАСС в Институте прикладной геофизики (ФГБУ “ИПГ”).

    “7 августа в 05:32 мск (06:32 по Баку – ред.) в рентгеновском диапазоне в группе пятен 4168 (N04W29) зарегистрирована вспышка M2.2 продолжительностью 25 минут”, – сообщает институт.

    Всего в августе зафиксировано семь вспышек такой мощности, причем почти все вспышки произошли в одной группе пятен.

    Солнечные вспышки в зависимости от мощности рентгеновского излучения делятся на пять классов: A, B, C, M и X. Минимальный класс A0.0 соответствует мощности излучения на орбите Земли в 10 нановатт на квадратный метр. При переходе к следующей букве мощность увеличивается в 10 раз. Вспышки могут сопровождаться выбросами солнечной плазмы, облака которой, достигая Земли, могут провоцировать магнитные бури.

  • Günəşdə daha bir güclü partlayış baş verib

    Avqustun 7-də Günəşdə sondan əvvəlki güc sinfinə (M) aid partlayış olub.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “Avqustun 7-də Moskva vaxtı ilə saat 05:32-də (Bakı vaxtı ilə 06:32-də – red.) rentgen diapazonunda 4168 (N04W29) günəş ləkələri qrupunda 25 dəqiqə davam edən M2.2 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilir.

    Ümumilikdə avqust ayında bu gücdə yeddi partlayış qeydə alınıb.

    Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

  • Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak edəcəklər

    Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək “Müstəqillik Günü və haqqın qələbəsi”nə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Bakıdan yola düşüb.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun bir qrup komando heyəti və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri təmsil edəcək.

  • Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edirlər

    Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “Agile Spirit – 2025” təlimində müşahidəçi qismində iştirak edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ilkin mərhələsi Gürcüstanın Vaziani və Norio Təlim mərkəzlərində kompüter dəstəkli komanda-qərargah təlimi kimi keçirilən “Agile Spirit – 2025″in hava desant birliklərinə aid komponenti isə Türkiyədə icra olunub.

    Təlimin məqsədi Qara dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır.

  • Tezliklə AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yekun hesabat təqdim olunacaq

    “Bir neçə aydan sonra Qazaxıstan hakimiyyəti Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq”.

    Bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib.

    “Təhlil mərhələsi tamamlanır və yekun hesabatın hazırlanması mərhələsinə keçir. Düşünürəm ki, səbirli olmalıyıq, bir neçə aydan sonra yekun hesabat olacaq”, – Bozumbayev AZAL-ın təyyarə qəzasının araşdırılması ilə bağlı sualı cavablandırarkən deyib.
    //unikal.az

  • Kamçatkada vulkan 11,5 kilometr hündürlüyə kül püskürdü

    Rusiyanın Kamçatka yarımadasındakı Klyuçevskaya Sopka vulkanı 11.5 kilometr hündürlüyə kül püskürüb.

    Bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun “Telegram” kanalında dərc edilib.

    Qeyd olunub ki, bu, səhər saatlarında baş verən ikinci kül püskürməsidir. Klyuçevskaya Sopka Kamçatka ərazisində fəaliyyətdə olan aktiv vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı təxminən 7 000 il hesablanır.

    Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Paralel olaraq, yarımadada Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb. Yeraltı təkanlar bölgədə hündürlüyü 4 m-ə çatan bir neçə sunami dalğası yaradıb.

  • В Агстафинском районе трагически погибла 30-летняя женщина

    В Агстафинском районе произошло дорожно-транспортное происшествие (ДТП) со смертельным исходом.

    Как сообщает Oxu.Az, инцидент зафиксирован на 23-м км автодороги Агстафа – Кёчаскер.

    Муртуз Гара оглу Аббасов (1969 г.р.), следуя на автомобиле KIA Sorento в направлении Агстафинского района, совершил наезд на пешехода Руфану Алескер гызы Тагиеву (1995 г.р.). От полученных травм женщина скончалась на месте происшествия.

    По данному факту возбуждено уголовное дело.

  • Ağstafada 30 yaşlı qadın faciəli şəkildə öldü

    Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə Ağstafa-Köçəsgər magistral yolunun 23-cü kilometrliyində qeydə alınıb.

    1969-cu il təvəllüdlü Murtuz Qara oğlu Abbasov idarə etdiyi “KİA Sorento” avtomobili ilə üzü Ağstafa rayonu istiqamətində hərəkətdə olarkən piyada, 1995-ci il təvəllüdlü Rüfanə Ələsgər qızı Tağıyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanıb.
    //oxu.az