Month: August 2025

  • “Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib

    “Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.

    Klubdan verilən məlumata görə, Elnur Məmmədli komandanın mətbuat xidmətinin rəhbəri təyin edilib.

    O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.

    Məmmədli idman jurnalistikasında karyerasına ötən əsrin sonlarında başlayıb. O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.

  • İpoteka kreditləri kimlər üçün ƏLÇATANDIR?

    Azərbaycanda banklar tərəfindən təqdim edilən ipoteka kreditlərinin şərtləri zaman-zaman ictimai müzakirələrə səbəb olur. Bəzi vətəndaşlar bu kreditlərin əhali üçün əlçatan olmadığını, digərləri isə şərtlərin normal olduğunu bildirirlər. Bəs real vəziyyət necədir?

    Baku.ws-in sorğusuna cavab olaraq iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, ipoteka kreditləri yalnız iş yeri olan şəxslər üçün nisbətən əlçatandır:

    “İş yeri olan şəxslər üçün ipoteka şərtləri əlçatandır. Amma iş yeri olmayan vətəndaşlar üçün bu təbii ki, mümkün deyil. Bu həm də bankların risk prinsipi ilə bağlıdır”.

    Ekspert qeyd edib ki, banklar əsas risk daşıyıcıları olduqları üçün təklif etdikləri faizləri özlərinə uyğun şəkildə müəyyənləşdirirlər:

    “Hər bir ölkədə banklar özlərinə uyğun risklər daşıyırlar. Əsas risk daşıyıcısı banklardır. Onlar bu risklərdən qorunmaq üçün faizləri yüksək saxlayırlar. Bu şəkildə öz risklərini kompensasiya edirlər”.

    Qonşu ölkələrlə müqayisəyə gəlincə, Vüqar Oruc bildirib ki, Azərbaycanda ipoteka kreditlərinin faizləri Rusiya və Türkiyə ilə müqayisədə daha aşağıdır. Lakin iqtisadi sabitlik olan Avropa ölkələri ilə müqayisədə faizlər yüksəkdir:

    “Hər ölkənin öz iqtisadiyyatı, iqtisadi yükü və valyutasının dayanıqlığı var. Bu, iqtisadi prosesdir. Qonşu ölkələrlə müqayisədə bizdə faizlər aşağıdır. Məsələn, Rusiya və Türkiyə ilə müqayisədə daha münasibdir. Amma Avropa ilə müqayisədə bizdə faizlər yüksəkdir”.

    Ekspert hesab edir ki, əgər banklar kredit faizlərini bir qədər də aşağı salsalar, bu, ümumilikdə ölkə iqtisadiyyatına müsbət təsir edə bilər.

  • Narkotikin təsiri altında olan sürücü saxlanıldı

    Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol-patrul xidməti əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı “Volkswagen” markalı avtomobili idarə edən sürücü E.Məmmədov qaydaları kobud şəkildə pozduğu üçün ona “saxla” işarəsi verilib.
     
    Bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
     
    Belə ki, sürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.
     
    E.Məmmədov barəsində inzibati protokol tərtib edilib.

  • Qanada iki nazir helikopter qəzasında öldü

    Qana Respublikasında içərisində yüksək vəzifəli şəxslər olan hərbi helikopter qəzaya uğrayıb.
     
    Bu barədə Qana hökumətinin mətbuat xidmətindən bildirilib.
     
    Qeyd olunub ki, qəza nəticəsində ölkənin müdafiə naziri Eduard Oman Boamah və Ətraf Mühit, Elm və Texnologiya Naziri İbrahim Murtala Məhəmməd həlak olublar.
     
    Daha əvvəl üç ekipaj və beş sərnişini daşıyan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin radardan itdiyi bildirilmişdi.
     
    Başqa bir məlumatda isə qəzada prezidentin müşaviri Samuel Sarponq də daxil olmaqla ümumilikdə səkkiz nəfərin öldüyü bildirilir.
     
    Məlumata görə, əlverişsiz hava şəraiti axtarış- xilasetmə işlərini çətinləşdirib.
     
    Hadisənin səbəbi hələlik məlum deyil.

  • Qatarların hərəkətində gecikmələr ola bilər – SƏBƏB

    Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-dən etibarən Abşeron dairəvi dəmir yolu xətti və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr müşahidə oluna bilər.
     
    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
     
    “Yarana biləcək müvəqqəti narahatlığa görə sərnişinlərdən anlayışlı olmaları xahiş olunur”,- məlumatda deyilir

  • Çimərliklərdə uşaqlar arasında infeksiya yayılıb?

    Sosial media resurslarında Abşeron Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində çimərliklərdən gətirilən azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşahidə olunduğu və bir uşağın bu səbəbdən vəfat etdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

    Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
    “Sözügedən şöbəyə edilən müraciətlər epidemioloji xarakter daşımır, kütləvi yoluxma qeydə alınmayıb və hər hansı ağır klinik hal müşahidə olunmayıb.
    Məlumatı yayan şəxs isə xəstəxananın əməkdaşı deyil. Bir daha qeyd edək ki, yayılan məlumat tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır”, – məlumatda bildirilib.
    Qeyd edək ki, sosial mediada sözügedən xəstəxanada işlədiyini iddia edən tibb bacıları azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşahidə olunduğu və bir uşağın bu səbəbdən vəfat etdiyi barədə xəbərlər yayırlar.

  • Ukrayna klubunun futbolçusu 26 yaşında vəfat edib

    Ukraynanın “Zorya” klubunun yarımmüdafiəçisi Volodimir Belotserkovets 26 yaşında vəfat edib.

    Bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
    Futolçunun ölümünün səbəbi açıqlanmayıb.
    Qeyd edək ki, S.Belotserkovets Ukraynada “Metallist”in (Xarkov) yetirməsidir və eyni zamanda “İnqulets” klubunda çıxış edib. O, “Zorya”nın heyətində 11 oyun keçirib, bir məhsuldar ötürmə verib.
     
    ///report

  • 28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı – Buzluqların altından

    Pakistanın şərqindəki Kohistan dağlıq bölgəsində əriyən buzlaqda 28 il əvvəl yoxa çıxan kişinin cəsədi tapılıb.

     
    AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, çoban tərəfindən aşkar edilən cəsəd paltarları ilə birlikdə “Lady Valley” kimi tanınan ərazidə demək olar ki, bütöv halda tapılıb.
    Meyitin yanında tapılan şəxsiyyət vəsiqəsində “Naseeruddin” yazılıb. Polis bu məlumatdan 1997-ci ildə bölgədə itkin düşmüş adamın şəxsiyyətini müəyyənləşdirmək üçün istifadə edib. Naseeruddin qar fırtınası zamanı yarığa düşərək itkin düşüb.
    Cəsədi aşkar edən çoban Ömər Xan BBC Urdu-ya “Gördüklərim inanılmaz idi. Cəsəd tamamilə bütöv idi; paltarı belə cırılmamışdı” dedi. Polis onun şəxsiyyətini təsdiqlədikdən sonra yerli sakinlər hadisə ilə bağlı əlavə məlumat verməyə başlayıblar.
    İslamabaddakı Comsats Universitetinin Ətraf Mühit Elmləri Departamentinin rəhbəri, professor Dr.Muhəmməd Bilal bildirib ki, insan bədəni buzlağa düşəndə qəfil donaraq parçalanmanın qarşısını alır. Buzlaqda oksigen və rütubətin olmaması bədənin mumiyalaşmasına səbəb olur.
     

  • “Arsenal”ın əməliyyat olunan futbolçuları sıraya qayıdıblar

    İngiltərənin “Arsenal” klubunun zədə səbəbindən əməliyyat olunan müdafiəçiləri Qabriel Maqalyans və Yurrien Timber məşqləri bərpa ediblər.

    Hər iki futbolçu “topçular”ın sonuncu məşqinə qoşulublar.
    Maqalyans apreldə bud nahiyəsindən, Timber isə mayda ayaq biləyindən əməliyyat olunmuşdu.
    Qeyd edək ki, “Arsenal” Premyer Liqanın ilk turunda, avqustun 17-də “Mançester Yunayted”lə qarşılaşacaq.

  • Belçika Azərbaycana yeni konsul təyin etdi

    Belçikanın Azərbaycan səfirliyinin nümayəndəlik rəhbərinin yeni müavini və konsul vəzifəsində fəaliyyət göstərəcək diplomatın kimliyi məlum olub.

    Bu vəzifəyə diplomat Sara Van Buggenhout təyin olunub.
    Diplomat Belçika səfirliyində qarşılanıb.
    O, Azərbaycanı, eləcə də regionu daha yaxşı tanımaq və öyrənmək üçün səbirsizləndiyini ifadə edib.
    Sara Van Buggenhout bu postda 4 il çalışacaq.