Month: August 2025

  • Azərbaycanın konstitusion quruluşuna qarşı cinayətlərin təşkilində ittiham olunan şəxsə hökm oxunub

    Gəncə Ağır Cinayətlər Məhkəməsində dövlətin konstitusion quruluşuna qarşı cinayətlər təşkil etməkdə ittiham olunan İmamverdi Əhmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İmamverdi Əhmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

    İ.Əhmədovun AR Cinayət Məcəlləsinin 28, 278.2-ci (Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsinə yönələn hazırlıq hərəkətləri etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı DTX-də aparılıb.

    Belə ki, ittihama əsasən, İ.Əhmədov 2023-cü ilin aprel ayından etibarən özü ilə eyni radikal dini əqidəyə malik şəxsləri ətrafına toplamaq, Azərbaycan Respublikasının ərazisində iğtişaşlar törətmək, hakimiyyət nümayəndələrinə qarşı zorakılıq hərəkətləri etməklə ölkə ərazisində konstitusiya quruluşunun zorakı yollarla dəyişdirilməsi və eyni məqsədlə müxtəlif şəxslərə silahlı təlimlər təşkil edilməsi istiqamətində fəaliyyət göstərib və DTX tərəfindən keçirilmiş əməliyyat tədbirlər zamanı cinayət əməllərinin qarşısı alınaraq saxlanılıb.

  • Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək

    “Biletim.az” portalından bilet əldə edən vətəndaşlarımıza işğaldan azad edilmiş ərazilərə səfər üçün icazə avtomatik verilir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, avqustun 6-dan etibarən Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur:

    “Bu funksionallığın təmin edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyinin idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub.

    “Biletim.az” portalı üzərindən işğaldan azad edilmiş ərazilərə bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil edir.

    Bu dəyişikliklər vətəndaşlar üçün prosedurların sadələşdirilməsi və səfərlərinin daha rahat keçməsi məqsədilə tətbiq olunur”.

  • İcra başçısı bir məmuru işdən çıxardı, üçünün vəzifəsini dəyişdi

    Bakının Xəzər Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri olub.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elşən Salahov müvafiq əmrlər imzalayıb.

    Belə ki, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehman Eldar oğlu Azadov vəzifəsindən azad edilib. O, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin olunub.

    Eyni zamanda, həmin şöbəyə aparıcı məsləhətçi vəzifəsinə isə Elçin Fazil oğlu Sadıqov təyinat alıb. E.Sadıqov bu vəzifədə bir neçə gün əvvəl sektor müdiri – baş mühasib vəzifəsinə təyin olunan İlhamə Kərimovanı əvəzləyib.

    Bundan əlavə, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) Ələmdar Bəhmən oğlu Qasımov vəzifəsindən azad olunub. Bu vəzifəyə Nəsiman Fikrət oğlu Ağabəyov təyin olunub. N.Ağabəyov bundan əvvəl sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

    Beləliklə, icra başçısının yeni kadr siyasətində bir nəfər (Ə.Qasımov) RİH-dən çıxarılıb, daha bir nəfər işçi isə (E.Sadıqov) RİH-də işə götürülüb. Adları çəkilən digər şəxslərin isə RİH daxilində vəzifələri dəyişdirilib.

  • Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildilər – ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)

    Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvlərini saxlayıb.

    Bu barədə DİN-dən məlumat verilib.

    Bildirilib ki, baş idarəyə sosial şəbəkələrdə açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi barədə əməliyyat məlumatları daxil olub. Həyata keçirilən tədbirlərlə Aqil Məmmədzadə və onun başçılıq etdiyi dəstənin digər üzvləri – Orxan Gözəlov, Elmar Gözəlov, Tacir Məmmədzadə, Emil Əmrahlı, həmçinin digər dəstəyə rəhbərlik edən Ülvi Məmmədov saxlanılıblar.

    Adları sadalanan şəxslər ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc və digər qumar oyunlarının təşkilatçıları ilə əlaqə saxlayıb, onlardan Fastloto.com və digər internet saytlarında təşkil edilmiş qumar oyunlarında iştirak üçün gizli şifrələr əldə ediblər. Daha sonra onlar sosial platformalarda “Kral Kazino” və digər adlar altında virtual kassa yaradaraq onlarla əlaqə saxlayan şəxsləri pul müqabilində qumar oyunlarına cəlb ediblər. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, xarici ölkələrə məxsus mobil telefon nömrələri və sair maddi sübutlar aşkar olunaraq götürülüb.

    Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. İfşa edilən hər iki şəbəkənin başçısı Aqil Məmmədzadə, Ülvi Məmmədov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

  • Bakıda imkanlı xanımlarla tanış olub 170 min manata yaxın məbləği ələ keçirən şəxsə AĞIR CƏZA

    Bakıda tanış olduğu xanımlara qarşı dələduzluq etməkdə ittiham olunan şəxs həbs edilib. O, maddi imkanı yaxşı olan xanımlara özünü iş adamı, imkanlı şəxs kimi təqdim edərək münasibət qurub. Sonra həmin münasibətləri sevgiyə çevirməyi bacarıb. Ən sonda isə həmin qadınlara qarşı dələduzluq edib.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, 36 yaşlı Xəyyam 4 nəfərə qarşı dələduzluqda ittiham olunur.

    Onun külli miqdarda zərər vurduğu şəxslər də var.

    İstintaq zamanı müəyyən edilib ki, Xəyyam daha əvvəl də oğurluq və dələduzluq maddələri ilə təqsirli bilinərək həbs edilib. Sonuncu dəfə 2021-ci ildə dələduzluğa görə aldığı cəza başa çataraq azadlığa buraxılıbmış.

    İttihama görə, Xəyyam əvvəlcə Ləman adlı xanımla tanış olub. Onun avtomobilini lombarda girov qoyaraq 6 000 manat kredit götürüb. Həmçinin həmin xanımın 1 700 manatlıq planşetini ələ keçirib.

    Sonra isə Aliyə adlı xanımla tanış olub. Özünü imkanlı, atasını isə tikinti şirkətinin sahibi olan şəxs kimi təqdim edib. Aliyə ilə tanış olaraq onunla ailə həyatı quracağını deyib. Xəyyam Aliyənin “Lexus LX-570” maşınını satmaq istədiyini bilib. Həmin avtomobili sataraq “Porsche” almaq istəyən Aliyəni aldatmaqda ittiham olunur. Aliyənin avtomobilini 60 min manata satıb. Sonra isə “Porsche” markalı avtomobilin sənədləşmə işlərinə görə 17 min manat alıb. Xəyyam daha baha qiymətə olan “Porsche”ni alaraq Aliyəyə hədiyyə edəcəyini deyib. Lakin həmin məbləği ələ keçirib.

    Xəyyam tanış olduğu Leyla adlı xanıma qarşı da eyni üsulla dələduzluq edib. Leyla adlı xanım tanışlıqdan sonra Xəyyama avtomobilini dəyişmək istədiyini deyib. Bu məqsədlə Leylanın “Mercedes” markalı avtomobilini salonlardan birinə satmağa razılaşıblar. Həmin avtomobili 27 min dollara satıblar. Lakin Xəyyam avtosalondan götürdüyü pulu Leylaya çatdırmayıb.

    İstintaqla müəyyən edilib ki, Xəyyam sonda tanış olduğu Aytən adlı xanıma qarşı da 17 min manatlıq dələduzluq edib. Həmin xanım tikinti şirkətlərindən birində satış direktoru işləyirmiş. Xəyyam ev almaq adı ilə həmin şirkətə gedərək Aytən adlı xanımla tanışlıq edib. Sonra onlar arasında münasibət yaranıb. Xəyyam MİDA-dan ev almaq istəyən Aytəndən 20 min manat alaraq ələ keçirib.

    Zərərçəkmiş xanımların ifadələrindən məlum olub ki, Xəyyam tanışlıq zamanı özünü biznesmen kimi təqdim edib, atasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işlədiyini, anasının isə xəstəxanalardan birinin baş həkimi olduğunu deyirmiş.

    Elan edilmiş heç bir ittihamla özünü təqsirli bilməyən Xəyyam deyib ki, xanımlarla münasibət quran zaman onları aldatmaq fikri olmayıb. Onun sözlərinə görə, xanımların ona qarşı irəli sürdüyü ittihamlar əsassızdır.

    İstintaq zamanı məlum olub ki, Xəyyam bu hadisələrdən sonra Türkiyəyə gedərək bir il orada yaşayıb. Sonra isə Azərbaycana qayıdıb. Azərbaycana qayıdandan sonra barəsində edilmiş şikayətlərlə həbs olunub.

    Məhkəmənin hökmü ilə Xəyyam 8 il müddətinə azadlıqdan məhrum edilib.

  • Минэнерго Украины о российской атаке: Это целенаправленный удар против отношений с Азербайджаном – Видео (Обновлено)

    Министерство энергетики Украины подтвердило, что в Одесской области зафиксировали прилет по газокомпрессорной станции.

    Пост с соответствующим содержанием опубликован в Telegram-канале ведомства.

    Ударам подвергся объект, по которому Украина качает газ из европейских стран и США. В разное время по нему поставлялся американский сжиженный природный газ, а также тестовые объемы топлива из Азербайджана.

    “Это целенаправленный удар против энергетики и одновременно против отношений [Украины] с Азербайджаном, США и партнерами в Европе”, – подчеркивается в заявлении.

    * * * * *

    В ночь на 6 августа ВС РФ нанесли удары по военным объектам в четырех областях Украины: взрывы прогремели в Запорожской, Одесской, Сумской и Харьковской областях.

    Об этом сообщает Median.Az со ссылкой на news.ru.

    Воздушные силы ВСУ объявили, что Россия применила 45 БПЛА типа “Герань” и различные дроны-обманки.

    Минобороны РФ не комментировало эту информацию.

    Главной новостью ночи 6 августа стал удар российских БПЛА по газотранспортной инфраструктуре на границе Украины и Румынии.

    “Около двух часов ночи российские ударные беспилотники “Герань” поразили газокомпрессорную станцию “Орловка” в Одесской области. Это часть инфраструктуры магистральных газопроводов, которая обеспечивает повышение давления газа для его транспортировки в Румынию, Болгарию и Турцию. Договор об использовании мощностей “Исакча-1 – Орловка-1″ был подписан в 2020 году. На территории станции после ударов начался масштабный пожар”, – сообщил Telegram-канал Mash.

    Очевидцы сообщили, что по ГИС “Орловка” было более 15 попаданий. Зарево от пожара на месте ударов наблюдали с румынского берега реки Дунай.

    Местные власти подтвердили: удар ВС РФ повредил газотранспортную магистраль, более 2 500 абонентов в Одесской области остались без газа.

  • Ukrayna Rusiyanın Azərbaycan qazının da nəql olunduğu infrastruktura hücum etdiyini təsdiqləyib – Video (Yenilənib)

    Ukrayna ötən gecə Rusiya tərəfindən ölkənin qaz təminatı infrastrukturuna hücum edildiyini təsdiqləyib.

    Bununla bağlı məlumat Ukrayna Energetika Nazirliyinin saytında dərc edilib.

    Qeyd olunur ki, Rusiya tərəfi Odessa regionundakı qaz nəqlinin həyata keçirildiyi stansiyaya məqsədyönlü şəkildə hücum edib.

    “Bu, Rusiyanın enerji sektoruna və eyni zamanda, Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarımızla münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına qarşı endirdiyi zərbədir”, – Ukrayna Energetika Nazirliyi vurğulayıb.

    Energetika Nazirliyinin məlumatına görə, mütəxəssislər hücumun nəticələrini müəyyən etmək üçün hadisə yerində işləyirlər.

    * * * * * *

    Avqustun 6-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın dörd vilayətində olan hərbi obyektlərə zərbələr endirib.

    Median.Az News.ru-ya istinadən xəbər verir ki, Rusiya ordusunun hücumuna Zaporojye, Odessa, Sumı və Xarkov vilayətləri məruz qalıblar.

    Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 45 PUA-dan və müxtəlif aldadıcı dronlardan istifadə etdiyini açıqlayıb.

    Xüsusən Rusiya PUA-larının Ukrayna və Rumıniya sərhədində yerləşən qaz nəqli infrastrukturuna zərbə endirməsi rezonans doğurub.

    Belə ki, gecə saatlarında “Geran” kamikadze pilotsuz təyyarələri Odessa vilayətindəki “Orlovka” qaz-kompressor stansiyasını vurub.

    “Bu, Rumıniya, Bolqarıstan və Türkiyəyə nəqli nəzərdə tutulan qazın təzyiqini artıran magistral qaz kəməri infrastrukturunun bir hissəsidir. Zərbələrdən sonra stansiyanın ərazisində irimiqyaslı yanğın başlayıb”, – “Mash” “Telegram” kanalı yazır.

    Şahidlər “Orlovka” qazölçmə məntəqəsinə 15-dən çox zərbə endirildiyini qeyd ediblər. Zərbələrin baş verdiyi yerdəki yanğının işığı Dunay çayının Rumıniya sahilindən müşahidə edilib.

    İnformasiyanı Ukraynanın “Legitimnı” “Telegram” kanalı da təsdiq edib. Məlumatda qeyd olunur ki, İzmail rayonunun (Odessa vilayəti – red.) Orlovka kəndi yaxınlığında qazpaylayıcı stansiyaya zərbələr endirilib. Bildirilir ki, təmir çox vaxt aparacaq və baha başa gələcək.

    “Bu qaz qurğusu ona görə əhəmiyyətlidir ki, Yunanıstandan bizə qaz onun vasitəsilə verilirdi. Orada Rumıniyadan, Türkiyədən gələn qazın saxlanıldığı terminallar var. Moldovaya da qismən qaz buradan gedir”, – deyə məlumatda qeyd olunur.

    Öz növbəsində Ukraynanın yerli hakimiyyət orqanları da hücumu təsdiqləyiblər. Belə ki, Rusiya ordusunun zərbəsi nəticəsində qazötürücü xətt zədələnib, Odessa vilayətində 2.5 mindən çox abonent qazsız qalıb.

  • Həyət evi olanların diqqətinə – Bu ərazilərdə kompensasiyasız söküntü başlayır

    Bakı şəhərində sənədsiz tikililərlə bağlı vəziyyət getdikcə daha da gərginləşir. Ekspertlərin fikrincə, bəzi hallarda bu evlərə çıxarış verilməsi mümkün olsa da, çoxu üçün bu, artıq real görünmür. Xüsusilə özbaşına, qanunsuz şəkildə inşa edilmiş, təhlükəli zonalarda yerləşən tikililər söküntü riski ilə üz-üzədir. İddialara görə, bu evlərin heç bir sənədi olmadığı üçün dövlətdən kompensasiya ala bilməyəcəklər. Məsələ ilə bağlı son qanunvericilik dəyişiklikləri və dövlətin sərtləşən nəzarət mexanizmləri problemin nə qədər ciddi olduğunu göstərir.

    Doğrudanmı vətəndaşlar qanunsuz tiklilərə görə sənəd və kompensasiya ala bilməyəcəklər?

    Median.Az xəbər verir ki, globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov deyib ki, bələdiyyə sənədi olan evlərə çıxarış verilməsi ehtimalı yüksəkdir.

    Onun sözlərinə görə, 2007-ci ilə qədər inşa olunmuş sənədsiz, amma bələdiyyə sənədi olan evlərin tanınması mümkündür:

    “2007-ci ildən sonrakı evlərin sənədləri də ayrıca araşdırılacaq. Əgər həmin evlər neft yataqları üzərində, dövlət mühafizə zonasında və ya hərbi-sənaye təyinatlı ərazilərdə yerləşmirsə, çıxarış verilməsi mümkündür. Bu ərazilərə misal olaraq SOCAR-ın torpaqları, dəmir yolu xətləri və ya hərbi obyektlər yaxınlığında yerləşən sahələr göstərilə bilər. Belə yerlərdə yerləşən evlərə çıxarış verilməyəcək. Amma bəzi ərazilərdə – məsələn, Dərnəgül və Binəqədi kimi ərazilərdə xüsusilə də dəmir yolu mühafizə zonalarında gecəqondu şəklində, özbaşına tikilmiş evlərə çıxarış verilməsi mümkünsüzdür. Həmin evlər bir çox hallarda qeyri-qanuni şəkildə zəbt olunmuş torpaqlarda tikilib. İnsanlar bu evlərə ya aldanaraq köçür, ya da qanunsuz yollarla məskunlaşırlar. Vətəndaşlar çox vaxt səriştəsiz maklerlərin və işbazların qurbanına çevrilir”.

    “Özbaşına tikilmiş və torpaq çıxarışı olmayan evlərə heç bir güzəşt tətbiq olunmayacaq. Hətta yaxın gələcəkdə bu tikililərin kütləvi şəkildə sökülməsi də gözlənilir. Artıq bəzi ərazilərdə söküntülərə başlanılıb. Qeyd etmək lazımdır ki, 2023-cü ilin oktyabrında qəbul olunan fərmana əsasən, çıxarışı olmayan evlərə sayğacların (işıq, su, qaz) quraşdırılması qadağan olunub. Bu da hökumətin qanunsuz tikililərlə mübarizə tədbirlərini daha da gücləndirdiyini göstərir. Hazırda yalnız Bakı şəhərində 500 mindən çox sənədsiz evin olduğu bildirilir. Bu rəqəm daha yüksək ola bilər, çünki bir çox evlərdə sayğac yoxdur və statistika əsasən sayğaclara görə aparılır. Üstəlik, bəzi hallarda bir sayğacdan bir neçə ev istifadə edir. Bu tikililər Bakının şəhər planlaşdırmasına da ciddi təsir göstərir. Şəhərin infrastrukturu – xüsusilə kanalizasiya və kommunikasiya xətləri bu qədər sıxlığı daşıya bilmir. Payız və qış aylarında yağıntılar zamanı boruların dolması və daşması artıq adi hala çevrilib. Çünki bu infrastruktur həmin məskunlaşma sıxlığına uyğun inşa edilməyib. İşbazlar burada özbaşına tikililər inşa edir və sakinlərə evləri “çıxarış olacaq” vədi ilə satırlar. Lakin dövlət artıq vəziyyəti nəzarətə almağa başlayıb və bu ərazilərdə sənədsiz evlərin taleyi demək olar ki, həll olunma mərhələsindədir. Sonda qeyd edim ki, sənədi olan və hüquqi əsaslarla inşa edilmiş evlərin sahibləri üçün hələlik təhlükə yoxdur. Amma qanunsuz, sənədsiz və təhlükəli zonalarda inşa edilmiş evlərin sökülməsi artıq sadəcə ehtimal deyil, real prosesə çevrilmək üzrədir”.

  • DİN-dən ƏMƏLİYYAT – Qaçaqmalçlıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlandı – Video

    Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı rayonlarda əməliyyat tədbirləri intensivləşdirilib.

    Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilir ki, Cəlilabad rayonunda keçirilən əməliyyat zamanı 50 yaşlı Elşən Şəmmədov tutulub. Ondan 30 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

    Elşən Şəmmədov cinayət məsuliyyətindən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə etməsinə baxmayaraq, onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə olan iş birliyi və ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil edən əsas şəxslərdən biri olması müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Скончался полковник, перенесший инфаркт на рабочем месте – ФОТО

    Командир Охранного полка Пенитенциарной службы Министерства юстиции Азербайджана полковник юстиции Рауф Асадов скончался.

    Вчера вечером он перенес инфаркт на рабочем месте.

    Несмотря на медицинское наблюдение, спасти жизнь Р.Асадова не удалось.