Month: August 2025

  • Qəzzada ölənlərin sayı 61 158 nəfərə çatdı

    İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı artmaqda davam edir.

    Bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

    Son məlumata görə, indiyədək hücumlar nəticəsində 61 min 158 nəfər həyatını itirib, 151 min 442 nəfər isə yaralanıb.

    Nazirlik həmçinin son 24 saat ərzində baş verən humanitar fəlakətə də diqqət çəkib. Bildirilib ki, yardım almağa çalışarkən 87 nəfər həlak olub, 570 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Beləliklə, yardım almağa çalışarkən həyatını itirənlərin ümumi sayı 1655-ə, yaralananların sayı isə 11 min 800-ə çatıb.

    Bundan əlavə, aclıq və qidalanma çatışmazlığı səbəbilə son bir sutka ərzində Qəzzadakı xəstəxanalarda 5 nəfər həyatını itirib. Aclıqdan ölənlərin ümumi sayı 193 nəfərə yüksəlib. Onlardan 96-sı uşaqlardır.

    Hazırda bölgədə humanitar vəziyyət son dərəcə ağır olaraq qiymətləndirilir. Beynəlxalq ictimaiyyət isə mülki əhalinin qorunması və təcili humanitar yardımın təmin olunması üçün təzyiqləri artırmaqda davam edir.
    //azxeber

  • Омбудсмен обратилась к международным организациям в связи с подрывом азербайджанских военных на мине

    Мины, массово заложенные на территории Азербайджана, точные карты которых до сих пор не переданы, ежедневно представляют серьезную угрозу для жизни и здоровья невинных людей.

    Об этом говорится в заявлении Омбудсмена в связи с минным инцидентом, произошедшим 5 августа на территории Кельбаджарского района, в результате которого пять военнослужащих азербайджанской армии получили телесные повреждения различной степени тяжести.

    “Заложенные мины также препятствуют возвращению бывших вынужденных переселенцев в свои родные края, восстановительно-строительным работам, проводимым на этих территориях, наносят серьезный ущерб окружающей среде, что приводит к нарушению экологического баланса в регионе. Несмотря на то, что наши многократные обращения к международным организациям о предоставлении точных карт мин, заложенных на освобожденных от оккупации территориях, были приняты, армянская сторона, нарушая требования норм международного гуманитарного права, уклоняется от предоставления этих сведений”, – говорится в заявлении.

    Омбудсмен вновь призвала соответствующие международные организации оказать серьезное давление на Армению с целью передачи точных карт мин Азербайджану и решительно отреагировать на совершенные военные и экологические преступления, в том числе на нарушения гуманитарного права.

  • Ombudsman Kəlbəcərdə hərbçilərin minaya düşməsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan hərbçilərinin Kəlbəcərdə minaya düşməsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edib.

    Bu barədə Ombudsman aparatının Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə işğal dövründə basdırılmış minalar və partlamamış hərbi sursatlar mülki əhalinin və hərbi qulluqçuların həyat və sağlamlığına qəsd etməkdə davam edir:

    “Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun beş hərbi qulluqçusu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Azərbaycan ərazisində kütləvi şəkildə basdırılmış və bu günədək dəqiq xəritələri təqdim olunmamış minalar hər gün günahsız insanların həyatına və sağlamlıqlarına böyük təhdid olaraq qalmaqdadır. Basdırılmış minalar, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə maneə yaradır, ətraf mühitə ciddi ziyan vurmaqla bölgədə ekoloji tarazlığın pozulmasına da səbəb olur.

    İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələri barədə məlumatların təqdim olunması ilə bağlı tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarının tələblərini pozaraq bu məlumatları təqdim etməkdən boyun qaçırır.

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha müvafiq beynəlxalq təşkilatları dəqiq mina xəritələrinin Azərbaycana təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməyə və törədilən hərbi və ekoloji cinayətlərə, o cümlədən humanitar hüquq pozuntularına kəskin reaksiya verməyə çağırıram”.

  • Azərbaycanda evə telefon çəkdirmək 30 manata başa gələcək – Rəsmi

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Kollegiyası telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərar qəbul edib.

    Qərarı nazir Rəşad Nəbiyev imzalayıb.

    Qərara əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorlarının telefon çəkilişi xidməti ilə bağlı tarif ƏDV daxil olmaqla 30 manat təsdiq edilib. Bu tarifə telefon nömrəsinin verilməsi, habelə 100 metr məsafəyədək telekommunikasiya şəbəkəsinə qoşulma (yenidən qoşulma) ilə bağlı bütün xərclər daxildir.

    Həmçinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan istifadəyə dair aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla əhali üçün 3.5 manat, qeyri-əhali üçün 7 manat təsdiq edilib.

    Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan hər bir faks aparatından ölkə daxilində istifadəyə görə aylıq abunə haqqı ilə bağlı tarif ƏDV daxil olmaqla 0.50 manat təsdiq edilib.

    Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan həyata keçirilən şəhərlərarası telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün 0.03 manat təsdiq edilsin. Şənbə, bazar və bayram günləri bütün gün ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək bu tarifə 0.8 əmsalı tətbiq edilib.

    Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan taksofonlardan həyata keçirilən telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün şəhərdaxili istiqamətdə 0.02 manat, şəhərlərarası istiqamətdə 0.05 manat təsdiq edilib.

    Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sellülar (mobil) və sabit telefonlardan (məftilli, simsiz və taksofonlar) həyata keçirilən beynəlxalq telefon danışıqları ilə bağlı tarif bütün istiqamətlər üzrə ƏDV daxil olmaqla 1 dəqiqə üçün 0.50 manat təsdiq edilib.

    RİNN-in nömrə daşınması üzrə mərkəzi baza sisteminin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sellülar (mobil) telefon telekommunikasiya operatorlarının telekommunikasiya şəbəkələrində istifadə etdikləri hər bir nömrəyə görə həyata keçirdikləri illik ödəniş ilə bağlı tarif ƏDV xaric 0.65 manat təsdiq edilib.

    Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit və sellülar (mobil) telefon telekommunikasiya operatorlarının telekommunikasiya şəbəkələrində telefon nömrələrinin aktivləşdirilməsi, sabit və sellülar telefon nömrəsinin abunəçilərin adından üçüncü şəxslərin adına rəsmiləşdirilməsi, sellülar telefon nömrəsinin dublikatının verilməsi, abunəçilərin müraciəti əsasında sabit və sellülar telefon nömrəsinin ləğv edilməsi üzrə hər bir əməliyyat ilə bağlı tarif ƏDV xaric 0.30 manat təsdiq edilib.

    Təsdiq edilən tariflər “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən edilmiş qaydada verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sellülar və sabit telefon telekommunikasiya operatorlarına şamil olunur.

    Nazirliyin Hüquq şöbəsinə bu Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

  • Ötən ay xaricdə təhsil alan 107 nəfərin diplomu tanınmayıb

    İyul ayı üzrə xaricdə təhsil almış 694 müraciətçinin 587-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 107 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

    Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA)-dan məlumat verilib.

    Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 78 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 5 akkreditasiyasız ali təhsil müəssisəsi, 5 dövlət nümunəli olmayan transkript (qismən tanınmaya münasibətdə), 5 dövlət nümunəli olmayan diplom, 4 təhsilalma forması, 3 əhəmiyyətli fərq (kredit sayı), 3 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (kredit sayı), 2 tədris yükü, bir bakalavr diplomuna imtina verilməsi səbəbi ilə, bir akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olmanı göstərmək mümkündür.

    Ölkələr üzrə Türkiyə Respublikasından 285, Rusiya Federasiyasından 228, Ukraynadan 55, Birləşmiş Krallıqdan 28, Gürcüstandan 25, Konqo və Çin Xalq respublikalarının hər birindən 8, İtaliya Respublikasından 6, Macarıstandan və Polşa respublikalarının hər birindən 5, Belarus, Latviya və Almaniya Federativ respublikalarının hər birindən 4, Amerika Birləşmiş Ştatları, Fransa, Qazaxıstan və Çex respublikalarının hər birindən 3, İran İslam Respublikası, Niderland və Belçika krallıqlarının hər birindən 2, Estoniya, Koreya, Litva, Özbəkistan, Slovakiya, Əlcəzair Xalq Demokratik, Somali Federativ və Pakistan İslam respublikaları, Kanada, həmçinin İspaniya və İordaniya Haşimilər krallıqlarının hər birindən bir müraciət qeydə alınıb.

    Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb və səhiyyə ixtisasları üzrə 173, iqtisadiyyat üzrə 46, biznesin idarə edilməsi üzrə 44, maliyyə üzrə 30 müraciət qeydə alınıb.

  • Камчатка кардинально изменится после землетрясения: ряда островов можно не досчитаться

    Землетрясения на Камчатке приведут к серьезным последствиям для экологии региона, несколько островов может исчезнуть или возникнут новые.

    Как передает Median.Az, об этом рассказал ТАСС один из ведущих мировых специалистов в области географии, член-корреспондент Российской академии наук Аркадий Тишков.

    “Отзвуки землетрясения скажутся на состояние островных архипелагов Охотского и Берингова морей, и, возможно, там тоже будут свои изменения, активизируются подъемы и опускания суши и образование новых островов, исчезновение старых”, – сказал он.

    Тишков отметил, что извержение вулканов после землетрясения “кумулятивно может вызвать сильное загрязнение среды и даже некоторые региональные понижения температуры, потому что проницаемость атмосферы будет снижена”.

    “При таких мощных землетрясениях обязательно будут происходить изменения конфигурации берегов. А это очень важно во всех отношениях – и в отношении рыболовства и морского природопользования, и строительства инфраструктуры”, – отметил ученый.

  • Kamçatka zəlzələlərdən sonra tanınmaz olacaq: Bir sıra adalar xəritədən silinə bilər

    Rusiyanın Kamçatka bölgəsində baş verən güclü zəlzələlər regionun ekologiyası üçün ciddi fəsadlara səbəb olacaq, bir sıra adalar tamamilə yox ola və ya yeniləri yarana bilər.

    Bu barədə TASS-a coğrafiya sahəsində dünyanın aparıcı mütəxəssislərindən biri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Arkadi Tişkov açıqlama verib.

    “Zəlzələnin təsirləri Oxot və Berinq dənizlərindəki ada arxipelaqlarının vəziyyətinə təsir göstərəcək. Böyük ehtimalla orada da dəyişikliklər baş verəcək, quru sahələrinin qalxması və enməsi aktivləşəcək, yeni adalar yaranacaq, köhnələri isə yox olacaq,” – deyə alim bildirib.

    Tişkov qeyd edib ki, zəlzələdən sonra vulkan püskürmələri kumulyativ şəkildə ətraf mühitin ciddi çirklənməsinə və hətta regional temperatur azalmalarına səbəb ola bilər, çünki atmosferin keçiriciliyi azalacaq.

    “Belə güclü zəlzələlər zamanı sahillərin konfiqurasiyasında mütləq dəyişikliklər baş verəcək. Bu isə bütün aspektlərdən – balıqçılıq və dəniz təbiətindən istifadə, eləcə də infrastruktur tikintisi baxımından çox əhəmiyyətlidir,” – deyə alim vurğulayıb.

    Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Paralel olaraq, yarımadada Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb. Hazırda Kamçatkada yeddi vulkanın aktivliyi müşahidə olunur. Avqustun 3-də Avaçinski, Klyuçevsk, Bezımyannı, Kambalnı və Karımski vulkanlarına Kronotski qoruğundakı Kraşeninnikov vulkanı, avqustun 4-də isə Mutnovski vulkanı qoşulub.

  • Keçmiş polkovnikin məmur kimi təqdim etdiyi şəxs həbsdən buraxıldı

    Eyni vaxtda iki müxtəlif dələduzluq əməlində ittiham edilən Qoşqar Məmmədov azadlığa buraxılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, həm Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımla birgə, həm də başqa cinayət işi üzrə ayrıca mühakimə edilir.

    R.İldırımla bağlı məhkəmələrə gələn zaman azadlıqda olan Q.Məmmədov digər şikayətçilərin müraciəti əsasında 4 ay əvvəl həbs olunmuşdu.

    O, bir neçə gün əvvəl ikinci iş üzrə həbsdən azad edilib. Q.Məmmədov ev dustaqlığına buraxılıb.

    Məhkəmə xeyli miqdarda dələduzluqda təqsirləndirilən müttəhimin ailə vəziyyəti ilə bağlı belə qərar çıxarıb.

    Qeyd edək ki, Qoşqar Məmmədov əvvəl Balakən rayonu dairə seçki komissiyasında da işləyib.

    Q.Məmmədovun R.İldırımla birgə olan cinayət işinin materiallarında deyilir ki, o, digərləri ilə əlbir olaraq iş adamı Qurban Piriyevi aldadıb. Onlar Piriyevə icra başçısı təyin ediləcəyi ilə bağlı vəd verərək ondan ümumilikdə 510 min manat pul və 34 min manat dəyərində qızıl-zinət əşyaları alıblar.

    Bu prosesdə Rasim İldırım Qoşqar Məmmədovu guya Prezident Administrasiyasında çalışan yüksəkvəzifəli məmur kimi təqdim edib. Həmin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilir.

  • Ramananın bəzi ərazilərində işıq olmayacaq

    Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində yenidənqurma və gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    “Azərişıq”dan verilən məlumata görə, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Ramana qəsəbəsində 6 avqust tarixində yenidənqurma və isti hava şəraiti ilə əlaqədar elektrik xətlərində yarana biləcək yüklənmənin qarşısının alınması məqsədilə gücləndirmə işləri həyata keçiriləcək.

    Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 16:30-dan 18:00-dək Şuşa şəhərciyinin ətrafı, Ramana qalasının yaxınlığı, Ramana Sovxoz və Yeni Ramana yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən sabiq vəzifəlisinin məhkəməsi keçirilib

    Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq maliyyə xidmət rəisi Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

    Proses avqustun 20-də davam etdiriləcək.

    Qeyd edək ki, Namiq Mirzəyev ötən ilin avqust ayında DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib.

    Təqsirləndirilən Namiq Mirzəyev AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.