Month: August 2025

  • “Levski” “Sabah”la oyuna ciddi itki ilə çıxacaq

    “Levski” Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah”la ilk oyununa ciddi itki ilə çıxacaq.

    Median.Az “Tema Sport” nəşrinə istinadən xəbər verir ki, “göylər”in yarımmüdafiəçi Georgi Kostadinov matçı buraxmalı olacaq.

    Bu isə baş məşqçi Xulio Velaskes üçün ciddi itkidir. O, yalnız ən təcrübəli yarımmüdafiəçisini deyil, həm də komandanın liderini itirib.

    34 yaşlı Kostadinov Avropa Liqasında “Braqa” ilə cavab oyununda zədə alıb və sonradan “Slaviya” ilə yerli liqadakı matçın (2:0) heyətinə də daxil edilməyib. “Levski”nin tibbi heyəti Kostadinovu “Sabah”la oyuna qədər sağaltmaq üçün əllərindən gələni edir. Lakin futbolçunun meydana çıxması demək olar ki, mümkün olmayacaq.

    Kostadinovun yoxluğunda mərkəz xəttində Qasper Trdinə tərəfdaş olaraq kapitan Venderson Tsunami, Asen Mitkov və Karloss Ohene namizəddirlər. Son iki oyunçu “Slaviya” ilə bazar günü keçirilən görüşdə start heyətində meydana çıxmışdı, Tsunami isə müdafiədə oynamışdı.

    Qeyd edək ki, “Levski” ilə “Sabah” arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-ü Bakıda keçiriləcək.

  • В Баку сгорел дом: есть пострадавший

    В Хазарском районе Баку на площади 20 кв.м сгорели легковоспламеняющиеся конструкции одной комнаты двухэтажного четырехкомнатного дома общей площадью 150 кв.м (каждый этаж по 75 кв.м).

    Об этом сообщили в Министерстве по чрезвычайным ситуациям (МЧС).

    В результате пожара один человек получил ожоги. Остальная часть дома была защищена от огня.

    Пожар был потушен подразделениями пожарной охраны.

  • Paytaxtda ev yanıb – Xəsarət alan var

    Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 kvadratmetr (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli dördotaqlı evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light (CIF) подешевела на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке снизилась на 0.78 доллара, или 1.09% – до 70.59 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 71.37 доллара.

  • Azərbaycan neftinin qiyməti 71 dollardan aşağı düşüb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.78 ABŞ dolları və ya 1.09% azalaraq 70.59 ABŞ dollarına enib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71.37 ABŞ dolları təşkil edib.

  • Лига Европы УЕФА: стартует III квалификационный раунд

    Сегодня стартуют первые матчи III квалификационного раунда Лиги Европы УЕФА.

    В первый игровой день состоится всего одна игра.

    Так, представитель Мальты “Хамрун” примет израильский клуб “Маккаби” (Тель-Авив).

    Матч начнется в 21:00 по бакинскому времени.

    5 августа

    Лига Европы УЕФА

    III квалификационный раунд

    21:00 “Хамрун” – “Маккаби” (Тель-Авив).

  • UEFA Avropa Liqası: Növbəti mərhələyə start verilir

    Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşlərinə start veriləcək.

    İlk oyun günündə cəmi bir qarşılaşma baş tutacaq.

    Belə ki, Malta təmsilçisi “Hamrun” doğma meydanında İsrailin “Makkabi Təl-Əviv” klubunu qəbul edəcək.

    Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

    5 avqust

    UEFA Avropa Liqası

    III təsnifat mərhələsi

    Saat 21:00, “Hamrun” – “Makkabi Təl-Əviv”.

  • Cennifer Lopesi İstanbulda mağazaya buraxmadılar – FOTO

    Konsert proqramı ilə çıxış etmək üçün İstanbula gedən məşhur ifaçı Cennifer Lopes şəhərdə mağazaların birinin içərisinə buraxılmayıb.

    Median.Az bu barədə “Türkiye” qəzetinə istinadla xəbər verir.

    O, cangüdənlərinin müşayiəti ilə çıxdığı alış-verişdə “Chanel” mağazasına daxil olmaq istəyib. Lakin müğənni gözlənilməz vəziyyətlə qarşılaşıb.

    Mağazanın təhlükəsizlik işçisi onun Cennifer Lopes olduğunu bilməyərək, “yer yoxdur” deyərək içəri buraxmayıb.

    İfaçı mübahisə etmədən “problem deyil” deyərək oradan uzaqlaşıb. Sonradan onun Cennifer Lopes olduğunu öyrənən təhlükəsizlik işçisi üzr istəyib. Amma pop ulduz onun mağazaya dəvət təklifini qəbul etməyib.



  • Опасное соседство: как недострой в Ясамальском районе стал угрозой для горожан – Видео

    На улице Балабабы Меджидова в Ясамальском районе Баку уже долгое время сохраняется опасная ситуация. По словам местных жителей, эта территория превратилась в пристанище для наркозависимых и лиц, ведущих асоциальный образ жизни.

    “Мы работаем здесь. Каждый день видим, как парни и девушки перелезают через забор и заходят в недостроенное здание, чтобы употреблять наркотики”, – рассказала одна из жительниц.

    Другой гражданин с горечью отметил: “Здесь очень много наркоманов. Особенно в нашем здании. Это крайне унизительно и опасно для всех нас”.

    Как заявили по данному факту в Министерстве внутренних дел, в связи с распространенными в соцсетях кадрами, на которых запечатлены наркозависимые лица в недостроенном здании на территории Ясамальского района, была проведена проверка.

    “Личности этих людей установлены. Ими оказались ранее судимые Гюнель Мамедова, Нурлан Мустафалы, Гюнай Бабаева и Орхан Хагвердиев. Они задержаны и привлечены к ответственности”, – отметили в ведомстве.

    Подробнее – в сюжете Baku TV:

  • Şəhərin mərkəzində sakinlər qorxu içində yaşayırlar – Video

    Paytaxtın Yasamal rayonu, Balababa Məcidov küçəsində uzun müddətdir ki, təhlükə hökm sürür. Sakinlərin sözlərinə görə, bu ərazi narkotik istifadəçiləri və tüfeyli həyat tərzi sürənlərin məkanına çevrilib.

    “Biz bu ərazidə işləyirik. Hər gün görürük ki, oğlanlar və qızlar hasardan adlayıb yarımtikiliyə gəlir, narkotik istifadə edirlər”, – deyə sakinlərdən biri söyləyib.

    Digər bir vətəndaş isə belə deyib:

    “Burada narkoman çoxdur. Əsasən də bizim binada. Bu, çox utancvericidir”. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, paytaxtın Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.

    Həmin şəxslər müəyyən olunublar. Əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

    Ətraflı Baku TV-nin süjetində: