Month: September 2025

  • Bakıda orta aylıq əməkhaqqı 1 370 manatı ötdü

    2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 1375,4 manat təşkil edib.

    Bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

    Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manata bərabər olub.

  • Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürən şəxslə bağlı qərar ləğv edildi

    Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İsmayıl Şabanovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Məhkəmənin qərarına əsasən, kassasiya protesti təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qismən məhkuma təyin edilmiş cəzaya aid hissədə ləğv olunub, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.

    İttihama görə, İsmayıl Şabanov 28 aprel 2024-cü il tarixdə, gecə saatlarında şəxsi münasibətlər zəminində qohumu ilə yaranmış mübahisəyə görə qisas almaq məqsədilə hərəkət edib. O, idarə etdiyi “Toyota Prius” markalı avtomobillə əvvəlcədən razılaşdırılmış ünvana – Bakı şəhəri, Qobustan qəsəbəsində yerləşən “Beşmərtəbə” adlanan əraziyə gedərək zərərçəkmiş Məcid Məcidovu (adı, soyadı şərtidir) görən kimi avtomobili yüksək sürətlə onun üzərinə sürüb, divara sıxaraq ağır bədən xəsarətləri yetirib. Zərbənin nəticəsində zərərçəkmişin sol qamış sümüyünün qəlpəli sınığı və sağ ayağında açıq sınıq aşkarlanıb, əməliyyat olunub və həyat üçün təhlükəli hesab edilən ağır dərəcəli xəsarətlər alıb. Bundan sonra İsmayıl Şabanov avtomobildən çıxardığı domkrat dəmir hissəsi ilə Məcidin baş nahiyəsinə də zərbə endirib, ona yüngül xəsarət yetirməklə cinayət əməllərini davam etdirib. Beləliklə, o, qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Şabanov dörd il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi sonradan bu cəzanı üç ilə endirib. Lakin dövlət ittihamçısının kassasiya protestinə əsasən, Ali Məhkəmə həmin qərarı qismən ləğv edərək, işin yenidən apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.

  • Bakıda 800 yaşlı qəsrin bərpasına başlanıldı

    Dünya əhəmiyyətli memarlıq abidəsi olan Kiçik Mərdəkan qəsrində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə bərpa işlərinə başlanılıb.

    Bu barədə dövlət xidməti məlumat yayıb.

    Bildirilib ki, həyata keçirilən bərpa işlərinin məqsədi abidənin tarixi görkəminin qorunması, uzunömürlülüyünün təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır.

    Bərpa zamanı qəsrin təbii təsirlərdən yararsız hala düşmüş daşları çıxarılaraq orijinala uyğun yeniləri ilə əvəz olunur, hörgülərarası birləşmələr xüsusi məhlulla bərpa edilir, müdaxilələr nəticəsində üzərinə müxtəlif yazılar həkk edilmiş hissələr təmizlənir, ilkin səth bərpa olunur, aşınma və nəmə qarşı qoruyucu məhlullar tətbiq edilir.

    Dövlət xidmətinin rəisi Səbinə Hacıyeva bərpa işləri ilə yerində tanış olub, görülən işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

    Həyata keçirilən bərpa işlərinin 2026-cı ilin yanvar ayında başa çatdırılması planlaşdırılır.

    Qeyd edək ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Kiçik Mərdəkan qəsri XIII əsrə aid müdafiə tikilisidir və Abşeron yarımadasının sahilboyu qalalarının mühüm nümunələrindən hesab olunur. XII yüzillikdən başlayaraq, Abşeronun müdafiəsinə böyük diqqət ayrılmasının başlıca səbəbi yarımadaya şimaldan qarətçi dəstələrin gəmilər vasitəsilə basqınları idi. Strateji baxımdan əlverişli yerlərdə ucaldılan qalalar yarımadanın hər hansı bir bucağından düşmən təhlükəsi xəbərini qısa zamanda bütün Abşerona yaya bilirdi.

  • Ильхам Алиев поблагодарил Дональда Трампа – ФОТО

    Президент Азербайджана Ильхам Алиев поблагодарил президента США Дональда Трампа.

    Глава азербайджанского государства опубликовал на своей странице в социальной сети X соответствующую публикацию.

    “Благодарю вас, президент Дональд Трамп, за ваши тёплые слова в аккаунте Truth Social. Я глубоко ценю вашу важную роль в продвижении мирного процесса между Азербайджаном и Арменией и в проведении исторического Вашингтонского саммита. Вы являетесь архитектором вечной дружбы и формирующегося стратегического партнёрства между Азербайджаном и Соединёнными Штатами. Я высоко ценю нашу дружбу”, – написал Президент Азербайджана.

  • İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin Prezidenti Donald Trampa təşəkkür edib.

    Bununla bağlı İlham Əliyev sosial şəbəkədə paylaşım edib.

    “Hörmətli Donald Tramp, “Truth Social” hesabınızda söylədiyiniz xoş sözlərə görə təşəkkür edirəm. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsində və tarixi Vaşinqton Sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu dərindən qiymətləndirirəm. Siz Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarısınız. Dostluğumuzu çox yüksək dəyərləndirirəm”, – Azərbaycan Prezidenti yazıb.

  • Məhkəmə arvadını və qohumunu öldürmək istəyən şəxslə bağlı qərarı açıqladı

    Ali Məhkəmədə Şamaxıda 2 qadını bıçaqlamaqda təqsirləndirilən Novruz Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

    Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

    Qeyd edək ki, Şamaxı rayon sakinləri – 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub. Hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Babayevanın əri, 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb. Novruz Babayeva qarşı Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light (CIF) подорожала на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке повысилась на 1.25 доллара, или 1.8% – до 70.68 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 69.43 доллара.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.25 ABŞ dolları və ya 1.8% artaraq 70.68 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.43 ABŞ dolları idi.

  • Президент Ильхам Алиев поздравил клуб “Карабах” – ФОТО

    Президент Азербайджана Ильхам Алиев поздравил футбольный клуб “Карабах”, который одержал сенсационную победу над португальской “Бенфикой” в основном этапе Лиги чемпионов УЕФА.

    Поздравление опубликовано на официальных страницах главы государства в социальных сетях.

    “От всего сердца поздравляю футбольный клуб “Карабах” из Агдама с первой победой в основном этапе Лиги чемпионов – самом престижном клубном турнире континента. Это историческая победа для азербайджанского футбола и всего азербайджанского спорта.

    Блестящая победа “Карабаха” в гостевом матче с “Бенфикой”, одним из старейших клубов Европы, совершившего потрясающий камбэк по ходу игры, демонстрирует непобедимый дух и волю к борьбе нашей команды.

    Этой победой наша родная команда подарила огромную радость азербайджанскому народу. Каждый азербайджанец гордится “Карабахом”, творящим чудеса в Европе.

    Желаю нашей команде успехов и новых побед в следующих матчах Лиги чемпионов”, – говорится в публикации.

    Отметим, что в рамках основного этапа Лиги чемпионов УЕФА “Карабах” одержал уверенную победу над “Бенфикой” в Лиссабоне со счетом 2:3.

  • İlham Əliyev “Qarabağ” klubunu təbrik etdi – FOTO

    Prezident İlham Əliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyanın “Benfika” klubunu məğlub edən “Qarabağ” klubunu təbrik edib.

    Bununla bağlı Prezidentin rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib:

    “Qitənin ən nüfuzlu klub turnirində – Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.

    “Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir.

    Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur.

    Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm”.

    Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ” Lissabonda “Benfika” üzərində inamlı qələbə qazanıb – 3:2.