Month: September 2025

  • Bakıda bağçada bədbəxt hadisə: Azyaşlı yaralandı

    Bakıdakı 265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət alıb.

    Müəssisədən “Azərbaycan müəllimi”nə tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım göstərildiyi bildirilib.

    Bağça rəhbərliyi tərəfindən uşağın valideyninə dərhal məlumat verilib.

    Azyaşlı səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım göstərilib. O, vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.

  • В Азербайджане переименован институт

    Кабинет министров принял решение об изменении названия Научно-исследовательского института животноводства Министерства сельского хозяйства и внесении изменений в некоторые решения.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно документу, институт отныне будет называться Научно-исследовательский институт животноводства и рыболовства.

  • Azərbaycanda bir institutun adı dəyişdirildi

    Nazilər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun adının dəyişdirilməsi və bununla əlaqədar bəzi qərarlarında dəyişiklik edilməsi haqqında qərar qəbul edib.

    Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

    Qərara əsasən, institut bundan sonra Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılacaq.

  • “Bakı Kart”ın rəhbəri dəyişdi

    Bakıda ictimai nəqliyyatda istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC-nin direktoru Məmməd Allahverdiyev işdən çıxıb.

    Median.Az Apa-ya istinadən xəbər verir ki, şirkətə rəhbərlik Rüfət Babakişiyevə həvalə olunub.

    Xatırladaq ki, “K Group” 2014-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 12,5 milyon manatdır.

  • Daşla öldürülən qadının bacısı: “Zəng edərək dedi ki, məni xilas et”

    Bakıda sevgilisini daşla öldürməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Elnarə İbrahimovanın bacısı G.İbrahimova şahid kimi dindirilib.

    O bildirib ki, bacısı ilə İ.Rəcəbzadə arasında münasibət olduğundan xəbərsiz olub. O, təqsirləndirilən şəxsi bacısının işlədiyi restoranın müştərisi kimi tanıyıb:

    “Bacım mənə demişdi ki, İgid bizim yerlidir. Onun Bakıya gəlməyindən altı-yeddi ay keçirdi. Biz ayrı-ayrı ünvanlarda yaşayırdıq, bacım isə başqa bir şəxslə birlikdə qalırdı. İş yerlərimiz də fərqli idi. Sonradan o da işlədiyim restoranda işə başladı. Hadisə isə bir yerdə işləməyə başladığımızdan cəmi iki gün sonra baş verdi.

    Hadisə günü bacım İgidlə birlikdə köynək almağa getmişdi. Mən ona irad bildirdim ki, tanımadığın bir şəxslə iş vaxtı hara gedirsən? Daha sonra bacım mənə zəng edərək dedi ki, “bu insan məni öldürür, məni xilas et”. Mən dərhal “102” xidmətinə zəng edib hadisə barədə məlumat verdim”.

    14 oktyabrda keçirilməsi nəzərdə tutulan növbəti iclas şahid ifadələri ilə davam edəcək.

    Qeyd edək ki, 1995-ci il təvəllüdlü İgid Rəcəbzadə Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi nikahda yaşadığı 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
    //oxu.az

  • Gəncədə məhkəmənin həyətində dava düşdü, zərərçəkmiş qadın döyüldü

    Gəncə şəhərində məhkəmə binasının həyətində dava düşüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasının həyətində baş verib.

    Adıçəkilən məhkəmədə Gəncə şəhər sakini Tünzalə Şamoyevanın işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə tərəflər arasında mübahisə yaranıb və məhkəmə nəzarətçiləri mübahisənin qarşısını alıblar.

    Məhkəmə prosesindən sonra T.Şamoyeva binanın həyətinə düşərək, orada olan Ağgül adlı şikayətçi qadını yaxalayıb. O, qadına hücum edərək əvvəlcə saçını yolub, daha sonra yıxaraq ona təpik və yumruq zərbələri endirib.

    Ərazidə olan mühafizəçilər onları ayırıblar və zərərçəkmiş polisə məlumat verib.

    Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanaraq iş Gəncə Şəhər Məhkəməsinə göndərilib.

    Məhkəmənin hökmü ilə T.Şamoyeva 1 500 manat məbləğində cərimə edilib.

  • Bu gün maqnit qasırğaları nə dərəcədə təsirli olacaq? – Alimlərdən proqnoz

    Sentyabrın 17-də Yer kürəsində zəif maqnit qasırğalarının baş verməsi mümkündür.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mətbuat xidmətindən məlumat verilib.

    “Günlük (sutkalıq) proqnoz: geomaqnit şərait – Günəş küləyinin yüksək sürətinin davam etməsi səbəbindən geomaqnit dalğalanmaların yüksək riskləri və zəif maqnit qasırğaları”, – deyə laboratoriyanın saytında bildirilib.

    Eyni zamanda alimlər qeyd ediblər ki, gün ərzində partlayış aktivliyi yüksək olacaq və orta dərəcədə artma ehtimalı ola bilər. Geomaqnit dalğalanmaların riski də yüksəkdir.

  • Bəzi qurumlar onlayn rejimə keçdi – SƏBƏB

    Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları 5 gün müddətində onlayn rejimdə fəaliyyət göstərəcəklər.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Hökumət Evində yerləşən qurumlardan təsdiqləyiblər.

    Bildirilib ki, buna səbəb “Formula-1” yarışları ilə əlaqədar ərazidə hərəkətin məhdudlaşdırılmasıdır.

    Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşdiyindən sentyabrın 22-nə qədər binaya giriş qadağan olunub.

    Əməkdaşların da məhz həmin gündən işə qayıdacaqları qeyd olunub.

    Qeyd edək ki, Hökumət Evində bir neçə dövlət qurumu – Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkili, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyindəki Regional Su Meliorasiya Xidməti fəaliyyət göstərir.

  • Süd məhsullarının emalı müəssisəsi qanunsuz işləyirmiş – FOTOLAR

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan müraciət əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Asif Yusif oğlu Qurbanova məxsus süd məhsullarının emalı müəssisəsində yoxlama aparıblar.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

    Müəssisədə süd məhsullarının saxlanma şəraitinə əməl edilmədiyi, mütəmadi olaraq təmizlik işlərinin görülmədiyi, yuma sahəsində tullantı və digər materialların saxlanıldığı, temperatura nəzarət cihazının yerləşdirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Həmçinin anbarda keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədləri, etiket və markalanması olmayan şor, dovğa, xama, kəsmik məhsulları aşkarlanıb və həmin məhsullardan ümunələr götürülərək müayinələrə cəlb olunub.

    Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

    Araşdırmalar davam etdirilir.



  • Gədəbəydə maye qazdoldurma məntəqəsinin faəliyyəti dayandırılıb – Video

    Gədəbəydə maye qazdoldurma məntəqəsinin faəliyyəti dayandırılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilbi ki, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

    Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Gədəbəy rayonunun Düzyurd kəndində fəaliyyət göstərən fərdi sahibkar Elnur Vahid oğlu İsgəndərova məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.

    Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd tutumun üzərində quraşdırılmış qoruyucu klapanın və manometrlərin dövri yoxlanılmasının aparılmadığı, eyni zamanda istismar müddəti bitmiş 1 ədəd tutumun tam texniki müayinələrinin keçirilmədiyi müəyyən edilib.

    Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.