Month: September 2025

  • Vəkillik üçün tələb edilən iş stajının müddəti üç ildən bir ilə endirilir

    Vəkillik üçün tələb edilən iş stajının müddəti üç ildən bir ilə endirilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir.

    Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

    Dəyişikliyə əsasən, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə bir ildən az olmayaraq iş stajı olan və ya elmi müəssisələrdə (təşkilatlarda) və təhsil müəssisələrində hüquq sahəsində bir ildən az olmayan müddətdə fəaliyyət göstərən, Vəkillərin İxtisas Komissiyasında peşə yararlığının müəyyən edilməsi məqsədilə yazılı testdən və müsahibədən ibarət ixtisas imtahanını müvəffəqiyyətlə vermiş, müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş vətəndaşlar vəkil ola bilərlər.

    Eyni zamanda sənəddə vurğulanır ki, Azərbaycan vətəndaşı olan, əvvəllər vəkil və ya hakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlər istisna olmaqla) olmuş şəxslər onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədən keçərək icbari təlimə cəlb olunmaqla həmin təlimi müvəffəqiyyətlə keçdikdən sonra vəkilliyə qəbul olunacaqlar. Bu şəxslər həmin hüquqdan yalnız bir dəfə istifadə edə bilərlər.

    Layihəyə görə, hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquq sahəsində fəxri ad verilmiş şəxslər, habelə əvvəllər Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədə iştirak etmədən və icbari təlimə cəlb edilmədən vəkilliyə qəbul olunurlar.

  • Адвокатам разрешат защищать себя в суде

    Адвокат сможет самостоятельно представлять свои интересы в суде, выступая в качестве обвиняемого в суде.

    Как сообщает Report, соответствующие поправки предлагаются в Уголовно-процессуальный и Гражданский кодексы.

    Согласно изменению, вынесенному на обсуждение на сегодняшнем заседании парламентского Комитета по правовой политике и государственному строительству, адвокат сможет отказаться от защитника и представлять себя сам, если: является военнослужащим; обвиняется в совершении особо тяжкого преступления; при задержании или применении к нему меры пресечения в виде ареста; является одним из обвиняемых, между интересами которых есть противоречие.

    Согласно предлагаемому изменению в Гражданский кодекс, такая же привилегия будет распространяться и на кассационную инстанцию.

  • Vəkillər məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış etdikdə özlərini müdafiə edə biləcəklər

    Vəkillər məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış etdikdə özlərini müdafiə edə biləcəklər.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual və Mülki Məcəllələrə dəyişiklik təklif edilir.

    Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq dəyişikliyə əsasən, vəkil hərbi xidmət qulluqçusu olduqda, ona xüsusilə ağır cinayət törətməsi istinad edildikdə, tutulduqda, yaxud qətimkan tədbiri qismində həbs tətbiq edildikdə və mənafeləri arasında ziddiyyət mövcud olan təqsirləndirilən şəxsdən biri olduqda müdafiəçidən imtina edə və özü özünü təmsil edə biləcək.

    Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, eyni imtiyaz kassasiya instansiyası məhkəməsində də şamil ediləcək.

  • Azərbaycanda deputat xadiməni yenidən məhkəməyə verdi

    Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Əli Abbasov sosial şəbəkədə haqqında yayılan iddialara görə yenidən məhkəməyə üz tutub.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, deputat 27 iyun 2025-ci il tarixində xadimə işləyən Pərvin Məmmədovanın (şərti ad) onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən, böhtan xarakterli paylaşımlar etdiyini əsas gətirərək, həmin şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verib.

    Ərizədə qeyd olunur ki, Pərvin adlı şəxs deputat Əli Abbasovun guya qızının evinə zorla daxil olması, sərxoş halda avtomobil idarə etməsi, müəllim adına layiq olmaması və əvvəlki illərdə Şərur rayonunda bir neçə ailəni dağıtması kimi əsassız ittihamlar irəli sürüb.

    Bundan əvvəl deputatın nümayəndəsi şikayət ərizəsini düzgün hazırlamadığı üçün məhkəmə işi icraata götürməkdən imtina etmişdi.

    Deputat ərizəyə müvafiq düzəlişlərdən sonra yenidən məhkəməyə müraciət edib. O, xadimənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalanmasını tələb edir. Şərur Rayon Məhkəməsi bu dəfə işi icraata qəbul edib. Məhkəmənin baxış iclası sentyabrın 22-ə təyin edilib.

  • В Азербайджане меняются штрафы за легализацию преступных доходов

    В Азербайджане меняются штрафы за легализацию имущества, полученного преступным путем.

    Как сообщает Report, в связи с этим предлагаются поправки в Уголовный кодекс.

    Согласно проекту изменений, обсужденному на сегодняшнем заседании комитета Милли Меджлиса по правовой политике и государственному строительству, сокрытие или утаивание информации о характере, источнике, местонахождении, способе распоряжения, перемещения имущества, которое было получено преступным путем, а также о правах на такое имущество или его принадлежности, будет влечь за собой штраф в размере от 50 до 70 процентов от стоимости предмета преступления (в настоящее время эта сумма составляет от 4 до 8 тысяч манатов).

    Отметим, что наказание за данное преступление в виде лишения свободы на срок от 2 до 5 лет с лишением права занимать определенные должности или заниматься определенной деятельностью на срок до 3 лет или без такового остается без изменений.

  • Cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırmaya görə cərimələr dəyişir

    Cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırmağa görə cərimələr dəyişir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur.

    Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsinə əsasən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi cinayətin predmetinin dəyərinin 50 faizindən 70 faizinədək miqdarında (hazırda bu məbləğ 4 min manatdan 8 min manatadək) cərimə ediləcək.

    Qeyd edək ki, həmin cinayətə görə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası isə olduğu kimi saxlanılır.

  • Семь ресторанов в Азербайджане уличили в нарушении экологических норм

    Сотрудники Государственной службы экологической безопасности провели очередные контрольные мероприятия на объектах общественного питания и ресторанах на территории Азербайджана.

    Как сообщили в пресс-службе данной структуры, в ресторанах Aynur Forest, действующем на правой стороне дороги Губа – Гачреш, Çənlibel, Cənnət bağı, Yaşıl bağ, функционирующие на административной территории села Мюшкюр Хачмазского района, Salam, Çeşmə, находящиеся на административной территории села Набран, и в центре отдыха Malibu в селе Сеидли Хачмазского района, были выявлены серьезные нарушения. Вышеупомянутые заведения работали без установленных газоочистных и пылеулавливающих оборудований, необходимых для предотвращения выброса вредных веществ в атмосферу.

    В отношении арендаторов указанных объектов – Рамазана Мамедова, Мамедтаги Мамедова, Натига Раджабова, Тогрула Мехсимова, Яшара Гамидова, Ильгара Пашаева, а также владельца ресторана Salam Достмета Сеидова – были составлены протоколы об административном проступке и приняты соответствующие меры в соответствии с законодательством.

  • Ölkə ərazisində bir neçə restoran sahibi cərimələndi – SƏBƏB

    Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən növbəti nəzarət tədbirləri keçirilib.

    Bu barədə xidmətdən məlumat verilib.

    Bildirilib ki, Quba-Qəçrəş yolunun sağ tərəfində fəaliyyət göstərən “Aynur Forest”, Xaçmaz rayonu Müşkür kəndinin inzibati ərazisində fəaliyyət göstərən “Çənlibel”, “Cənnət bağı”, “Yaşıl bağ”, Nabran kəndinin inzibati ərazisində fəaliyyət göstərən “Salam”, “Çeşmə” restoranları və Xaçmaz rayonu Seyidli kəndinin inzibati ərazisində fəaliyyət göstərən “Malibu” istirahət mərkəzində atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınması üçün qaz-toz tutucu qurğuların quraşdırılmaması faktı aşkar olunub.

    Faktlarla bağlı müvafiq olaraq adıçəkilən obyektlərin icarədarları Ramazan Məmmədov, Məmmədtağı Məmmədov, Natiq Rəcəbov, Toğrul Məhsimov, Yaşar Həmidov, İlqar Paşayev və “Salam” restoranının sahibi Dostmət Seyidov barəsində vəzifəli şəxs qismində inzibati xəta haqqında protokol tərtib olunub, qanunamüvafiq tədbir görülüb.

  • 17-летний Адам Кадыров показал часы за полмиллиона долларов – ФОТО

    Дочь главы Чеченской Республики (РФ) Рамзана Кадырова Табарик опубликовала в своем Instagram-аккаунте фото брата Адама.

    Как передает Median.Az со ссылкой на издание “Верстка”, 17-летний Кадыров предстал в белой рубашке, черных брюках и шляпе, а на его левой руке были надеты часы, похожие на изделие американского бренда Jacob&Co из серии Epic SF24.

    Отмечается, что стоимость подобных часов составляет 41 млн рублей (около 493 000 долларов).

    Аксессуар изготовлен из 18-каратного белого золота, а его корпус украшен 104 бриллиантами. В серии Epic SF24 было выпущено всего 18 экземпляров. В настоящий момент они все распроданы.

  • Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu – Foto

    Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun qızı Təbarik “Instagram” hesabında qardaşı Adamın fotosunu paylaşıb. Fotoda 17 yaşlı Kadırovun qolunda “Jacob&Co” brendindən olan saat görünüb.

    Median.Az bu barədə “Verstka” nəşrinə istinadla xəbər verir..

    Bildirilir ki, saat ABŞ brendinin buraxdığı “Epic SF24” seriyasından olan saata bənzəyir.

    Belə saatın qiyməti 41 milyon rubl (təxminən 493 min dollar – red.) təşkil edir.

    Aksesuar 18 karat ağ qızıldan hazırlanıb, korpusu isə 104 brilyantla bəzədilib. “Epic SF24” seriyasında yalnız 18 ədəd saat buraxılıb. Hazırda onların hamısı satılıb.