Month: September 2025

  • Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini artırır

    2026-cı ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 714.8 milyon manat olması nəzərdə tutulur.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3.8% çoxdur.

  • Bakıda məktəbdə summativ pulu yığılır? – İDDİA (Video)

    Bakının Yasamal rayonu, 286 nömrəli tam orta məktəbin 10-cu sinfində valideyn komitəsinə məxsus səsyazısı yayılıb.

    Median.Az ATV-yə istinadən məlumat verir ki, summativ pulu üçün hər valideyndən 10 manat yığılır.

    Valideyn iddia edir ki, pul sinif rəhbəri Lalə müəllimin tələbidir.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, ümumtəhsil məktəblərində vəsait toplanması iddiası ilə bağlı araşdırılma aparılacaq.

    Ətraflı süjetdə:

  • В Баку начинаются масштабные преобразования: какие территории затронет реконструкция? – Видео

    На некоторых территориях в столице Азербайджана будут проведены реконструкционные работы.

    Согласно распоряжению, подписанному премьер-министром Али Асадовым, создана Рабочая группа по поддержке стратегически важных градостроительных инициатив в рамках программы социально-экономического развития Баку. Структуре поручено создать необходимые условия для инвестиционных вложений в реализацию этих работ, согласовать условия инвестиционных договоров и обеспечить другие необходимые меры.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, на территориях, где планируется реконструкция, уже состоялось несколько встреч с жителями, в рамках проектных работ были проведены замеры жилых площадей. Граждане отмечают, что в процессе строительства целесообразно было бы также предусмотреть создание парковых зон.

    Эксперт по вопросам недвижимости Эльнур Азадов подчеркнул, что реконструкция будет реализована в соответствии с Генеральным планом Баку и основываться на городских инвестиционных проектах.

    Подробнее – в сюжете:

  • Bakıda böyük dəyişiklik BAŞLAYIR: Hansı ərazilər yenidən qurulacaq? – Video

    Bakıda bəzi ərazilər yenidən qurulacaq.

    Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb. İşçi qrupa həmin işlərin həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaratmaq, investisiya müqavilələrinin şərtlərini razılaşdırmaq və digər zəruri tədbirləri təmin etmək vəzifəsi həvalə olunub.

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, yenidənqurma işlərinin həyata keçiriləcəyi ərazidə yaşayan sakinlər layihələndirmə işləri ilə əlaqədar bir neçə dəfə görüş keçirildiyini və yaşayış yerlərinin ölçüsünün götürüldüyünü bildiriblər.

    Sakinlər əlavə ediblər ki, quruculuq işləri çərçivəsində park salınması da məqsədəuyğun olar.

    Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, şəhərsalma investisiya layihələri əsasında Bakı Şəhərinin Baş Planına uyğun olaraq bir sıra ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

    Ətraflı süjetdə:

  • Азербайджанка рассказала о том, как у нее отобрали малолетних детей во Франции – Видео

    Меня обвиняют в том, что я ударила своего ребенка камнем по голове.

    Об этом в эфире телеканала ARB TV заявила Гюльтадж Абдуллаева, у которой некоторое время назад решением немецкого суда отобрали малолетних детей во Франции.

    По словам женщины, она и ее супруг, Мухаммед Гулиев, поженились в 2022 году и, желая отдалиться от родных, приняли решение переехать в Германию. Им выдали визу на год, однако впоследствии пара осталась в стране на постоянной основе. В первые годы у семьи не было никаких проблем. Ситуация изменилась после того, как их второй ребенок перенес операцию из-за кишечных расстройств, выявленных при рождении.

    Мать утверждает, что в больнице некоторые медсестры подали на нее необоснованные жалобы. Ее обвинили в жестоком обращении с ребенком. По этой причине местные органы начали контролировать дом семьи и в результате отобрали детей, передав под опеку государства.

    По словам Г.Абдуллаевой, она запросила видеозаписи с камер наблюдения у противоположной стороны, но не получила ответа.

    Отметим, что 6 августа семья решила вернуться в Азербайджан. По словам супругов, в аэропорту Парижа к ним подошли сотрудники полиции и забрали у них детей.

    Подробнее – в сюжете:

  • Azyaşlı övladının Fransada əllərindən alındığı azərbaycanlı ana DANIŞDI – Video

    “İddia edilir ki, övladımın başına daşla vurmuşam”.

    Bu sözləri bir müddət əvvəl Almaniya məhkəməsinin qərarına uyğun olaraq, azyaşlı övladının Fransada əllərindən alındığı Gültac Abdullayeva ARB TV-yə bildirib.

    Onun sözlərinə görə, 2022-ci ildə evlənən Məhəmməd Quliyev və Gültac Abdullayeva ailələrindən uzaqlaşmaq üçün Almaniyada yaşamağa qərar veriblər. Onlara 1 illik viza verilsə də, daha sonra Almaniyada yaşamağa davam ediblər. İlk illərdə ailənin heç bir çətinliyi olmayıb, lakin ikinci övladlarının doğuşdan bağırsaq problemi səbəbindən əməliyyat olunmasından sonra vəziyyət dəyişib.

    Ana iddia edir ki, xəstəxanada bəzi tibb bacıları tərəfindən onun barəsində əsassız şikayətlər edilib. Uşağına qarşı şiddət göstərməkdə ittiham ediblər. Bu səbəbdən yerli qurumlar ailənin evinə nəzarət etməyə başlayıb və nəticədə, uşaqlar ailədən alınaraq dövlət himayəsinə verilib. Lakin ana qarşı tərəfdən kamera görüntülərini istəsə də, onlardan cavab ala bilməyib.

    Ətraflı süjetdə:

  • Faiq Ağayev canlı efirdə aparıcı Zümrüdü tənqid etdi – Video

    Xalq artisti Faiq Ağayev canlı efirdə aparıcı Zümrüd Bədəlovaya irad bildirib.

    Median.Az xəbər verir ki, o, “Gün ortası” verilişində qonaq olub.

    Bu zaman verilişə canlı qoşulan pərəstişkarın ünvanladığı sual F. Ağayev tərəfindən xoş qarşılanmayıb. Buna səbəb sənətkara evliliklə bağlı verilən sual olub: “Ananızın bu qədər təkidlərinə baxmayaraq, cəmi 4 il evli qalmısınız, niyə?”

    Daha sonra Xalq artisti sualı cavablandırıb, lakin aparıcının bu mövzuları efirdə müzakirə etməsini qınayıb: “Mən “Azad Azərbaycan” Teleradio və Yayım Şirkətinin Bədii Şurasının üzvü olaraq sənə irad bildirirəm. Və sənin simanda bütün həmkarlarına da. Audioviziual Şura da bildirib ki, efirdə ailə-məişət məsələləri çox müzakirə olunmasın. Tərəfdarı deyiləm. Bu kimi mövzular efirdə yox, mətbəxdə danışılmalıdır. Bugünlük səni bağışlayıram. Səndən birillik fasilə götürürəm. Bir il mənə zəng etmirsən. O müddət keçdikdən sonra inşallah kinim soyuyar, bəlkə onda səni bağışlayaram”.

    Sənətkarın tənqidi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

    Verilişdən həmin hissəni təqdim edirik: (Qafqazinfo.az)

  • Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı (Foto / Video)

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

    Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən “Decapo” əyləncə klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki;

    – obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya və təxliyə işıqlandırıcıları ilə tam təmin edilməyib;

    – elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

    – obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə olunur;

    – odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;

    – tüstü borusu yanğın təhlükəsizliyi tələblərinə uyğun quraşdırılmayıb;

    – obyektin zirzəmisi təyinatına uyğun olmayaraq anbar kimi istifadə edilir və orada yanar materialların saxlanılmasına yol verilir;

    – obyektdə yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq yanğın təhlükəli effekt verən (qığılcım yaradan) pirotexniki vasitələrdən istifadə olunur;

    – yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

    – əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

    – obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 2 ünvanında yerləşən “Decapo” əyləncə klubunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.










  • Qohumunun evindən oğurluq edərək özünə MAŞIN ALDI

    Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Moranlı kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən pul və qızıl-zinət əşyaları oğurlayan Araz Qarayev saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, adı çəkilən şəxs qohumunun evinə qanunsuz daxil olaraq oradan 2500 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də içərisində 39500 manat və 12000 ABŞ dolları olan seyfi oğurlayıb.

    Oğurluq yolu ilə əldə etdiyi pulların əksəriyyətini xərcləyən A.Qarayev pulun bir qismi ilə minik avtomobili alıb.

    Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

  • AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq VİLLASINI ALIR – FOTO

    “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi, hazırda axtarışda olan və dələduzluqda ittiham olunan iş adamı İlqar Hacıyev Bakı şəhəri, Badamdar ərazisində yerləşən dəbdəbəli villasına müştəri tapıb.

    Median.Az “Demokrat.az”a istinadən xəbər verir ki, İlqar Hacıyevin bir neçə ildir 1,2 milyon manata satışa çıxardığı villasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev alır.

    Əldə etdiyimiz məlumata görə, tərəflər arasında aparılan uzun danışıqlardan sonra sözügedən villanın satış qiyməti 1 milyon manata razılaşdırılıb. Belə ki, 1 milyon AZN-nin 300 min manatı metronun “Gənclik” stansiyası ərazində yeni inşa olunmuş çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillə əvəzləşdirilib, 700 manatı isə nəğd formada ödəniləcək.

    Artıq Anar Rzayevin adamları tərəfindən həmin villaya baxış da keçirilib.

    Məsələ ilə bağlı Demokrat.az-ın AYNA-ya ünvanladığı informasiya sorğusuna hələlik cavab verilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

    Xatırladaq ki, İlqar Hacıyev 17 milyon manatlıq dələduzluqda ittiham olunur. Belə ki, Hacıyev İlqar Allaz oğlu barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanılıb.

    İ.Hacıyev istintaqa şəxsiyyəti məlum olan tanışının etibarından sui-istifadə edərək Rusiya Federasiyasının Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndində və Odintsovski rayonunun Novıye Javoronki kəndində yaşayış komplekslərinin tikinti layihələrini təqdim edərək həmin layihələrin icrası ilə bağlı 10.000.000 ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18.000.000 ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə aldadıb.

    Bu yolla o, 2016-cı ilin fevral ayından 2017-ci ilin mart ayının 22-dək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında ümumilikdə həmin dövrün rəsmi məzənnəsinə görə 17.000.000 manat təşkil edən 10.000.000 ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

    İ.Hacıyev istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25.12.2020-ci iltarixli qərarla barəsində axtarış elan edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    İlqar Hacıyevi 15 iyul 2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət edilib.

    Ona xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.