Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) “2025 Formula-1 Azərbaycan Qran-prisi” ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Month: September 2025
-
Yol polisindən “Formula-1” ilə bağlı sürücülərə MÜRACİƏT
Median.Az həmin müraciəti təqdim edir:“Bakı şəhərində keçiriləcək “2025 Formula-1 Azərbaycan Qran-prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabr ayının 19-dan 21-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.Əlavə olaraq bildirək ki, 15-16-17 sentyabr tarixlərində yarış zolağının aşağıda qeyd edilən giriş-çıxış hissələri səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün dayanma və durma olmadan sərbəst olacaq.18 sentyabrda isə səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək bu yollar açıq olacaq.Giriş nöqtələri:– Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;– M.Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;– S.Vurğun küçəsindən Ü.Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;– Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;– Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.Çıxış nöqtələri:– Neftçilər prospektindən Bakı Dəniz Limanı və “Crescent Mall” istiqamətində;– İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;– Neftçilər prospektindən Azneft dairəsi və “Dəniz Mall” istiqamətində.Qeyd olunan yollar yalnız tranzit koridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, tranzit dəhlizləri açıq olduğu zaman nəqliyyat vasitələrinin parklanması, sərnişinlərin minməsi və düşməsi qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir”. -
Bir evdən 6 uşaq dərsə yola düşdü

Zərdabın Sarıqaya kəndində bir ailədən 6 uşaq dərsə yola düşüb.
Yeni tədris ilinə başlayan uşaqlardan 4-ü qız, 2-si oğlandır. Uşaqlar Sarıqaya kənd orta məktəbinin müəllimi Amil Mustafayevin övladlarıdır.Onun 7 övladı var, sonuncu azyaşlıdır.
-
Hakerlər ChatGPT vasitəsilə e-poçtunuzu necə oxuya bilər? – Ekspert açıqladı
Təhlükəsizlik tədqiqatçısı Eito Miyamura göstərib ki, hakerlər “Google Calendar” üzərindən göndərilən zərərli dəvət vasitəsilə ChatGPT-ni aldadaraq istifadəçinin şəxsi məktublarına çıxış əldə edə bilərlər.
Miyamuranın “X” sosial şəbəkəsində paylaşdığına görə, hücum belə həyata keçirilir: cinayətkar təqvimdə xüsusi təlimatlar yerləşdirilmiş tədbir yaradır və qurban assistentdən hər hansı tapşırıq icra etməsini xahiş edəndə, ChatGPT həmin təlimatları oxuyur və “Gmail”ə, o cümlədən şəxsi yazışmalara çıxış əldə edə bilir.Mütəxəssisin sözlərinə görə, belə hücum üçün hakerə yalnız qurbanın e-poçt ünvanını bilmək kifayətdir.
Söhbət ChatGPT-nin “Gmail” və “Google Calendar” ilə birbaşa inteqrasiyasından gedir. Bu funksiya, məsələn, “Mənim bu gün təqvimimdə nə var?” kimi suallara əlavə əməliyyatsız cavab verməyə imkan yaradır.
Lakin bu avtomatlaşdırma risk də daşıyır. Əgər ChatGPT-yə təqvimə çıxış icazəsi verilibsə, zərərli dəvətə yerləşdirilən gizli komanda – yəni indirect prompt injection – vasitəsilə assistent istənilmədən hakerin göstərişlərini yerinə yetirə bilər.
“OpenAI” xəbərdarlıq edir ki, bu funksiyanı parametrlərdə söndürmək mümkündür və bununla da ChatGPT-nin poçt və təqvim məlumatlarından avtomatik istifadə etməsi dayandırıla bilər. Miyamura əlavə olaraq “Google” tərəfdən də təhlükəsizlik addımlarını tövsiyə edir: yalnız tanış kontaktlardan tədbir dəvətilərinə icazə vermək və rədd edilmiş dəvətləri gizlətmək.
Ekspertlərin vurğuladığına görə, bu hücum nə ChatGPT-ni, nə də “Gmail”i birbaşa sındırmır. Problem ondadır ki, xarici mənbələrlə işləyə bilən istənilən alət həmin mənbələrdə gizlədilmiş təlimatlara həssas ola bilər.
//valyuta.az -
Açıq bufet, bir müştəriyə görə 15 manat: restoran üçün sərfəlidir?
Restoran biznesində ən çox müzakirə olunan modellərdən biri açıq bufet konsepsiyasıdır. Bu modeldə müştəri müəyyən məbləğ (məsələn, 15 manat) ödəyərək limitsiz yemək, içki və desertdən istifadə edə bilir. İlk baxışdan cəlbedici görünsə də, sahibkarlar üçün bu yanaşma həm fürsət, həm də risk daşıyır.
Marketoloq və sahibkar Elxan Mərdanlının sözlərinə görə, açıq bufetdə gəlir modeli sabit ödəniş üzərində qurulur:“Müştəri menyudan asılı olmayaraq eyni məbləği ödəyir. Burada əsas məsələ maya dəyərinin düzgün hesablanmasıdır. Əgər orta müştərinin yeyəcəyi və içəcəyi məhsulların dəyəri 8-10 manatı keçmirsə, restoran üçün 15 manatlıq qiymət gəlirli sayılır. Lakin maya dəyəri 12-13 manata yaxınlaşanda, hər müştəri faktiki olaraq minimal qazanc gətirir”.
E.Mərdanlı deyir ki, açıq bufet modelində ən böyük risk ərzaq xərcləridir: “Yeməklərin tam yeyilmədən tullantıya çevrilməsi maya dəyərini artırır. Bufetin daim yenilənməsi və gigiyenaya nəzarət isə əlavə işçi qüvvəsi tələb edir. Əgər içkilər və desertlər də qiymətə daxildirsə, restoran əlavə satış imkanını itirir və gəlir yalnız sabit ödəniş üzərində formalaşır”.
Psixoloji amil və istehlak davranışı
Elxan Mərdanlıya görə, psixoloji təsirlər bəzən restoranın riskini azaldır:
“Müştərilər çox çeşidli yeməklərlə qarşılaşanda hər şeydən bir az dadmağa üstünlük verirlər. Bu isə faktiki sərfiyyatı azaldır. Həm də müxtəlif dadların qarışığı tez toxluq yaradır. Beləliklə, limitsiz seçim imkanı olsa da, müştəri orta hesabla böyük porsiya qəbul etmir”.
Restoranların yanaşması
“Kütləvi auditoriyaya xidmət edən restoranlar – ailəvi məkanlar və turistlərə yönəlmiş obyektlər üçün açıq bufet daha sərfəlidir. Çünki müştəri axını çox olduqda israf halları ümumi gəlirlə balanslaşır. Premium seqment restoranları isə fərdi sifarişlər, yüksək keyfiyyətli təqdimat və fərqli qiymət siyasəti ilə daha çox gəlir əldə edir. Bu səbəbdən açıq bufet həmin məkanlarda brend dəyərini azaldan model kimi qiymətləndirilir. Açıq bufet yalnız bu hallarda effektivdir: qiymət siyasəti düzgün qurulduqda, israf minimuma endirildikdə və orta müştərinin istehlak həcmi maya dəyərini aşmadıqda. Əks halda, bu model restoran üçün riskli seçimə çevrilə bilər” – deyə E.Mərdanlı bildirdi.
//valyuta.az -
İşıqforlarda tətbiq edilən “yaşıl dalğa” rejimi nədir?
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında nəqliyyatın intensivliyini artırmaq məqsədilə səhər saatlarından başlayaraq paytaxtın 8 prospektində və 12 küçəsində işıqforlara “yaşıl dalğa” rejimi tətbiq edilib.
İşıqforlara “yaşıl dalğa” rejimi dünyanın müxtəlif ölkələrində tıxacırın qarşısını almaq, nəqliyyatın hərəkətini manesiz təmin etmək üçün təklif olunan innovativ həll yollarından biri hesab olunur.
Bəs “yaşıl dalğa” rejiminin üstünlükləri və çətinlikləri nədir?
Valyuta.az xəbər verir ki, “yaşıl dalğa” rejimi — şəhər yollarında avtomobillərin müəyyən olunmuş orta sürətlə hərəkət etdikdə ardıcıl olaraq yaşıl işıqda keçə bilmələri və dayanmağa məcbur olmamamaları üçün işıqforların sinxronlaşdırılmasıdır. Başqa sözlə, sürücü düzgün sürəti saxladıqda qarşısına çıxan bütün işıqforlar yaşıl yanır və o, fasiləsiz hərəkət edir.
Bu sistemdə bir yol xətti boyunca yerləşən işıqforlar bir-biri ilə əlaqələndirilir. Məsələn, sürücülərə 40–60 km/saat kimi optimal sürət təklif olunur. Əgər sürücü bu sürəti saxlayarsa, ilk işıqfordan keçdiyi anda növbəti svetofor da yaşıl olur. Bu zəncirvari effekt bir neçə işıqfor boyunca davam edir və “yaşıl dalğa” yaranır.
İşıqforlara tətbiq edilən “yaşıl dalğa” rejimin bir çox üstünlükləri var:
* Bu rejimin tətbiqi ilə tıxaclar azalır
* Avtomobillərin tez-tez dayanıb hərəkətə başlamasına ehtiyac qalmır
* Vaxt qənaət edilir. Sürücülər daha tez və fasiləsiz ünvana çata bilir
* Yanacaq və maliyyə qənaəti də olunur. Dayanma və sürətlənmə azaldığı üçün yanacaq sərfi minimuma enir“Yaşı dalğa” rejiminin ekoloji faydaları da var:
* Bu rejimin tətbiqi az yanacaq sərfi daha az qaz emissiyası deməkdir
* Sürücülərdə tıxaclardan yaranan stressin azalmasına da səbəb olur
* Onlar daha sakit və nizamlı şəkildə hərəkət edirBununla belə, rejimin tətbiqinin müəyyən məhdudiyyət və çətinlikləri də var:
* Sistem yalnız bir istiqamətdə optimal işləyir
* Qarşı istiqamətdə tam eyni effekti yaratmaq çətin olur. Çünki yola daxil olan sürücülərin eyni sürətdə hərəkət etməsi lazımdır, əks halda “dalğa” pozulur
* Quraşdırma və texniki xidmət xərcləri yüksək ola bilir. -
Qadınların 10 milyonunu mənimsəyən şəxs tutuldu
Netflix-in məşhur sənədli filmi “The Tinder Swindler” ilə tanınan israilli dələduz Simon Leviev Gürcüstanda saxlanılıb.
Valyuta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin sözçüsü Tato Kuçava AFP-yə açıqlamasında bildirib ki, Leviev “Interpol-un sorğusu əsasında Qara dəniz sahilində yerləşən Batumi hava limanında həbs edilib. Lakin əlavə təfərrüatlar açıqlanmayıb.Məlumata görə, 34 yaşlı Levievin əsl adı Şimon Yehuda Hayutdur. O, 2017-2019-cu illərdə “Tinder” tanışlıq tətbiqindən istifadə edərək özünü varlı varis kimi təqdim edib, qadınları ondan böyük məbləğlərdə borc pul verməyə inandırıb, lakin bu pulları qaytarmayıb.
Levievin dələduzluq üsulu isə xüsusilə mürəkkəb idi – o, saxta dəbdəbəli həyat tərzi nümayiş etdirir, cangüdənlər və şəxsi təyyarələrdən istifadə edirdi. Bu, onun fırıldağını həm inandırıcı, həm də baha başa gələn hala gətirirdi.
2022-ci ildə yayımlanan “Netflix” sənədli filmi onun bir neçə qurbanının hekayəsini işıqlandırıb. Netflix-in məlumatına görə, Hayut Norveç, Finlandiya və İsveçdəki qadınlardan ümumilikdə təxminən 10 milyon dollar dələduzluq yolu ilə əldə edib.
-
Süni intellekt şirkəti “xAI” 500 nəfəri işdən azad etdi
İlon Mask tərəfindən qurulan süni intellekt şirkəti “xAI” strateji dəyişiklik çərçivəsində 500 nəfəri işdən azad edib.
Valyuta.az xəbər verir ki, şirkət bundan sonra xüsusi sahələrdə ixtisaslaşmış mütəxəssislərə sərmayə yatırmağı planlaşdırır.Xatırladaq ki, ötən ilin iyul ayında çip istehsalçısı “Intel” minlərlə əməkdaşını işdən azad etmişdi. Son aylarda isə “Google”, “Amazon”, “Microsoft”, “Meta”, “Tesla”, “Sony” və “Snap” kimi texnologiya şirkətlərində də ixtisarlar müşahidə olunub.
“Business Insider”in məlumatına görə, “xAI” məlumat nişanlama komandasından 500 nəfərin azad olunması ilə süni intellektin öyrədilməsi prosesində dəyişiklik etməyi planlaşdırır. Şirkət artıq hər mövzuda ümumi məlumat verən təlimçilərlə deyil, müəyyən sahələrdə ixtisaslaşmış mütəxəssislərlə işləməyi hədəfləyir.
-
Sel körpünü dağıtdı, əhali çarəsiz qaldı: “Uşaqları məktəbə necə göndərək?” (VİDEO)
Leysan səbəbindən Balakən rayonu ərazisindən keçən Katex, Balakən və Hunbul çaylarından qısamüddətli sel keçib.
Hunbul çayından keçən sel suları kəndin yuxarı hissəsində çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız hala salıb. Nəticədə avtomobillərin və piyadaların gediş-gəlişi müvəqqəti olaraq dayanıb.Balakən Su Meliorasiya Sistemlerinin İstismarı İdarəsinin baş mühəndisi İlkin Aslanov bildirib ki, sözügədən ərazidə yerləşən körpü Hunbul çayının üzərində yerləşir:
“Tərəfimizdən əraziyə baxış keçirilib. İdarə tərəfindən mütəmadi olaraq körpüyə və ətrafdakı ərazilərə sel sularının zərər vurmaması üçün çayda məcra tənzimləmə və sahilbərkitmə işləri icra edilib. Lakin 13-14 sentyabr tarixlərində yağan güclü leysan nəticəsində çayda suyun səviyyəsi kəskin artıb. Vətəndaşların istifadə etdiyi alternativ yola sel sularının zərər vurmaması üçün idarə tərəfindən texnika cəlb edilərək müvafiq qabaqlayıcı tədbirlər görülüb. Çayda suyun səviyyəsi aşağı düşdükdən sonra çayın məcrasında sahilbərkitmə və məcra tənzimləmə işləri görüləcək”.
Daha ətraflı Baku TV-nin süjetində:
-
Şuşada silah-sursat aşkarlanıb – BİRGƏ MƏLUMAT (VİDEO)
Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı birgə məlumatda bildirilib.Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülmüşdür.
-
Azərbaycan demoqrafik problem: “Qeyri-rəsmi abortlar 100 mini keçir”
Əhalinin təbii artımı ilə bağlı statistika açıqlanıb. Statistikada son 7 tədris ilində I sinfə gedən uşaqların sayında azalma aydın şəkildə görünür.
2019-2020-ci tədris ilində 159 min 644 uşaq birinci sinfə gedib;
2020-2021-ci tədris ilində 165 min 511 uşaq birinci sinfə gedib;
2021-2022-ci tədris ilində 153 min 312 uşaq birinci sinfə gedib;
2022-2023-cü tədris ilində 151 min 560 uşaq birinci sinfə gedib;
2023-2024-cü tədris ilində 137 min 862 uşaq birinci sinfə gedib;
2024-2025-ci tədris ili üzrə bu rəqəm 132 min 261 olub.
2025-2026-cı tədris ili üzrə isə I sinfə 130 min uşaq gedib.Mütəxəssislər bunun səbəbini boşanmalar, qız uşağı istəməmək, oğlan uşağı istəmək və sosial problemlərin çoxluğu ilə əlaqələndirir. Bütün bu istəklər ölkənin demoqrafik vəziyyətinə təsir edir.
Bəs, çıxış yolu nədir?
Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Etibar Bədəlov Qaynarinfo-ya açıqlamasında azalmanın sürətlə getdiyini bildirib:
“Doğum sayı da xeyli aşağı düşüb. 3-4 ildən sonra uşaq sayı daha da az olacaq. Məsələn, 2-3 ildən sonra uşaq sayı 100 minə düşəcək. Bu, ümumi qlobal problemdir”.
Şöbə müdiri qlobal problemin pandemiyadan sonra baş verdiyini xatırladıb:
“2020-2022-ci illərdə doğum sayı azaldı. Ondan sonrakı illərdə doğum sayının azalması problem olaraq qaldı. Azalmanın səbəbləri var. Onlardan biri abortdur. Azərbaycan dünyada abort sayına görə birinci yerdədir. Belə olan halda doğum sayı da aşağı düşəcək. Azərbaycanda rəsmi 70-80 min arasında abort sayı var, qeyri-rəsmi güman ki, 100 mini keçir. Bu da o deməkdir ki, doğumdan daha artıq sayda uşaq dünyaya gəlməmiş onu öldürürlər”.
Etibar Bədəlov bunu sosial problemlərlə əlaqələndirib:
“Müasir dövrdə gənclər ailəyə tamam başqa cür baxır. Keçmişdə adət-ənənələr buna imkan vermirdi. İndi həmin adət-ənənələrədə baxan yoxdur. Bu işdə dövlətin fəaliyyəti və siyasəti olmalıdır. Dövlət sonuncu demoqrafik siyasəti 2004-cü ildə yürüdüb. Ondan üzü bu yana heç bir demoqrafik siyasət yürüdülməyib. Gənc ailələrə sosialyönlü dəstək verilməlidir. Tək Azərbaycan deyil, bütün ölkələrdə bu proses gedir. Azərbaycanda demoqrafiya ümumiyyətlə, yaddan çıxıb”.








