Month: September 2025

  • Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş – VİDEO

    Xəbər verdiyimiz kimi, Neftçalada 1 yaşlı uşaq müəmmalı şəkildə vəfat edib.

    Rayonun İkinci Qaralı kəndində əkizlərdən biri olan körpə oğlan uşağının anası tərəfindən öldürüldüyü iddia edilir.

    Belə ki, körpənin atası Səttar Allahverdiyev deyib ki, hadisədən əvvəl həyat yoldaşı psixoloji gərginlik keçirib: “Mənə zəng elədi ki, özünü çatdır, uşağın vəziyyəti yaxşı deyil. Dedi ki, “uşaq ağlamağa başladı, nə qədər etdim sakitləşdirə bilmədim, silkələyib yerə çırpdım”.

    S. Allahverdiyev bildirib ki, hadisədən bir neçə saat əvvəl evdə həyat yoldaşı ilə mübahisəsi olub.

    Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi açılıb, hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

  • “Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu

    Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.

    Turun ilk oyununda “Kəpəz” Qəbələdə “Araz-Naxçıvan”la qarşılaşıb.

    Oyun Naxçıvan təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.
    Günün digər oyunu son çempion “Qarabağ”la “Zirə” arasında keçiriləcək.

    “İmişli” – “Sumqayıt” və “Turan Tovuz” – “Qəbələ” oyunları sabah, “Şamaxı” – “Karvan-Yevlax” və “Neftçi” – “Sabah” görüşləri bazar günü keçiriləcək.

    Azərbaycan Premyer Liqası

    4-cü tur

    12 sentyabr

    “Kəpəz” – “Araz-Naxçıvan” 0:2

    Qollar: Slavik Alxasov, 65. Bar Kohen, 86.

    Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.

    Qəbələ şəhər stadionu, 17:45.

  • Nepalda müvəqqəti hökumətin başçısı məlum oldu

    Nepal Prezidenti Ram Çandra Paudel keçmiş baş hakim Suşila Karkini ölkənin müvəqqəti hökumətinin sədri təyin etmək qərarına gəlib.

    Bu barədə “Himalayan Times” qəzeti məlumat yayıb.

    Qeyd olunur ki, bu addım parlamentin dərhal buraxılmasını və partiyasız müvəqqəti administrasiyanın yaradılmasını tələb edən etirazçıların çağırışlarına uyğun olaraq atılıb.

    Keçmiş baş hakim artıq Nepalın müvəqqəti hökumət rəhbəri kimi and içib.

    Xatırladaq ki, sentyabrın 8-dən Nepalda kütləvi etirazlar başlayıb. Nepalın Baş naziri Şarma Oli sentyabrın 9-da istefa verib.

  • Qəzalı vəziyyətdə olan 400 orta məktəbin aqibəti necə olacaq? – Ekspert

    “İstər rayonda, istərsə də Bakıda qar yağıb, sürətli külək əsəndə biz orta məktəblərdən birinin damının uçduğunun şahidi oluruq. Bu reallıqdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri qəzalı vəziyyətdə olan 400 orta məktəbin aqibətindən danışarkən deyib.

    Ekspert bunun böyük rəqəm olduğunu xatırladıb:

    “Reallıq budur, 400-dən yuxarı məktəb qəza vəziyyətindədir. Bu gün təhsilin problemləri olduqca çoxdur. Onlardan danışmağa həmişə hazıram. 400 böyük rəqəmdir. İnanırıq ki, 4 ildən sonra bu rəqəm xeyli azalacaq. Demirəm ki, tam itəcək, çünki böyük rəqəmdir, söhbət 4 deyil, 400 məktəbdən gedir”.

    Elmin Nuri bildirib ki, bir qəzalı məktəbin təmiri aylarla vaxt aparır:

    “Büdcə planlanması, bunların hamısı layihənin tərkib hissəsidir. Bu prosesdə həm də tənzimləmə aparılır. Məsələn, həddindən artıq ağır qəzalı vəziyyətdə olan məktəblərin siyahısı nisbətən yüngül qəzalı vəziyyətdə olan məktəblərin siyahısından fərqləndirilir. İlk olaraq həmin məktəblər təmir edilir. Yerdə qalan məktəblərinsə o qədər də qəzalı vəziyyətdə olduğunu düşünmürəm. Düzdür, onların arasında da yüksək qəza ehtimalı olanları var”.

    Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev qəzalı məktəblərin sayını açıqlayıb. Nazir hazırda qəzalı məktəblərin sayının 400 olduğunu vurğualyıb.

  • Приостанавливается движение поездов по маршруту Хырдалан – Сумгайыт – Хырдалан

    В рамках утвержденного главой государства в 2025 году плана мероприятий по осуществлению Госпрограммы по совершенствованию в 2025-2030 годах транспортной инфраструктуры в городе Баку и прилегающих территориях стартует строительство нового автомобильного переезда под железнодорожными путями на участке Хырдалан – Гюздек с целью соединения города Хырдалан с автомобильными дорогами М-1 Баку – Губа – госграница с РФ и М-4 Баку – Шамахы – Евлах.

    Об этом сообщили в ЗАО “Азербайджанские железные дороги”.

    В связи с этим движение пассажирских поездов ЗАО “Азербайджанские железные дороги” (АЖД) на участке Хырдалан -Сумгайыт – Хырдалан будет приостановлено, и поезда будут следовать только по линии Баку – Баладжары – Хырдалан – Баку.

    С целью удовлетворения спроса на пассажироперевозки курсирующие по Абшеронской кольцевой железной дороги поезда с 15 сентября 2025 года будут следовать по обновленному расписанию.

    Согласно новому расписанию, в рабочие дни число рейсов по Абшеронской кольцевой линии будет увеличено с 92 до 104. Так, число рейсов по маршруту Баку – Хырдалан и Хырдалан – Баку в рабочие дни увеличится с 36 до 40, а по маршруту Баку – Пиршаги – Сумгайыт – Баку – с 56 до 64.

    В нерабочие дни число рейсов по линии Баку-Хырдалан и Хырдалан-Баку увеличится с 16 до 22, а на маршруте Баку – Пиршаги – Сумгайыт – Баку – до 34.

    Эти изменения также дают пассажирам дополнительные возможности. Так, запуск дополнительных рейсов по линии Баку-Хырдалан-Баку облегчит жителям Хырдалана и Баладжары их ежедневные поездки в этом направлении. В то же время, увеличение числа рейсов по линии Баку – Пиршаги – Сумгайыт – Баку даст пассажирам больше комфорта и возможностей выбора.

    В целом, ожидается, что эти изменения приведут к 10-процентному росту пассажирских перевозок.

    В целях оздоровления инфраструктуры и устойчивого обеспечения безопасности движения на Абшеронской кольцевой железнодорожной линии АЖД осуществила капитальный ремонт на участке Баку – Кешля в районе, известном как “Мост Багирова”. В рамках ремонтных работ были выполнены гидроизоляционные работы, установлены дренажные трубы, обновлен защитный слой, а также обновлен асфальт на автомобильной дороге и установлены новые бордюры.

    Регулярно осуществляемые компанией работы по реконструкции и ремонту служат делу организации безопасных и комфортных пассажирских перевозок.

  • Xırdalan-Sumqayıt-Xırdalan qatarlarının hərəkəti müvəqqəti DAYANDIRILIR

    “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə Xırdalan-Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşasına başlanacaq”.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

    Bildirilib ki, bu səbəbdən Xırdalan-Sumqayıt-Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq, qatarlar Bakı-Biləcəri-Xırdalan-Bakı xətti ilə hərəkət edəcək.

    Bununla əlaqədar olaraq, sərnişin tələbatını təmin etmək məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlar 15 sentyabr 2025-ci il tarixindən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.

    Yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92 reysdən 104 reysə çatdırılacaq. Belə ki, Bakı-Xırdalan və Xırdalan-Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan 40-a, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə isə 56-dan 64-ə artırılacaq.

    Bakı-Xırdalan və Xırdalan-Bakı xətləri üzrə reyslərin sayı qeyri-iş günləri isə 16-dan 22-yə çatdırılacaq, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə 34 reys yerinə yetiriləcək.

    Bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır. Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı-Xırdalan-Bakı xətti üzrə əlavə reyslərin təşkil olunması sərnişinlərin bu istiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin artırılması sərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.

    Ümumilikdə bu dəyişikliklərin sərnişin daşımalarında 10%-lik artıma səbəb olacağı gözlənilir.

    Sərnişindaşımalarda etibarlı daşıyıcı olan ADY tərəfindən Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə Bakı-Keşlə sahəsində “Bağırov körpüsü” kimi tanınan ərazidə əsaslı təmir işləri aparılıb. Təmir işləri çərçivəsində hidroizolyasiya işləri görülüb, drenaj boruları quraşdırılıb, mühafizə qatı yenilənib, həmçinin avtomobil yolunda asfalt qatı yenilənib, yeni bordürlər qoyulub ki, bu da infrastrukturun dayanıqlılığını daha da möhkəmləndirilib.

    Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.

  • Bəybala Xankişiyevə “stop” qoyuldu

    “Yeni Memar” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, şirkətin qanuni təmsilçisi və direktoru olan Bəybala Xankişiyevin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə ümumilikdə 38052,44 manat borcu olub. İdarə tərəfindən məhkəməyə müraciət edilib.

    Məhkəmənin qərarı ilə Bəybala Xankişiyevin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.

    Qeyd edək ki, “Yeni Memar” şirkəti 1997-ci ildə Bakı şəhərində yaradılıb. Bununla bağlı şirkkətin saytında deyilir: “Memarı və mühəndisi layihələndirmə, tikinti və maliyyə müşayiətində dərin bilik və təcrübəyə malik olan şirkət “açar təhvili” layihələrin yaradılması ilə məşğul olur. Şirkətimizin əməkdaşları özəl müsabiqələrə, kommersiya təş kilatlarına və dövlət sifarişçilər inə geniş çeşidli, keyfiyyətli xidmət göstərməkdə uzun illərin təcrübəsinə malikdirlər”.

    Şirkət bir sıra bir sıra dövlət qurumların tenderlərinin qalibi olub.

  • “Fənərbağça” – “Qalatasaray” derbisinin tarixi açıqlandı

    Türkiyə Futbol Federasiyası (TFF) 2025-2026-cı illər Trendyol Superliqa mövsümünün ilk yarısında keçiriləcək derbi matçlarının tarixini açıqlayıb.

    Median.Az “TGRT News”a istinadən xəbər verir ki, Super Liqanın 7-16-cı həftələrinin oyun cədvəli məlum olub.

    Cədvələ əsasən, derbi matçları aşağıdakı tarix və saatlarda oynanılacaq:

    Bazar günü, 14 sentyabr 2025, 20:00: “Fənərbağça” – “Trabzonspor”;

    Bazar günü, 2 Noyabr 2025, 20:00: “Beşiktaş” – “Fənərbağça”;

    Şənbə, 4 oktyabr 2025, 20:00: “Qalatasaray” – “Beşiktaş”;

    Şənbə, 1 Noyabr 2025, 20:00: “Qalatasaray” – “Trabzonspor”.

  • “Mağara” restoranında oğurluq – Müştəri həbs edildi

    Bakıda fəaliyyət göstərən “Mağara” restoranında oğurluq hadisəsi baş verib.

    Qaynarinfo xəbər verir ki, restorandan işçilərdən birinə məxsus mobil telefon oğurlanıb.

    Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu müştərilərdən birinin etdiyi məlum olub. Həmin şəxs saxlanılıb. Araşdırmalara zamanı onun Bakıda daha bir neçə yerdə oğurluq etdiyi məlum olub.

    Həmin şəxsə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    Cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib.

    Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun həbsdə saxlanıldığı 3 ay müddət təyin edilən cəzadan çıxılıb və üzərində qəti olara 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

  • Mirzoyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçı qəbul edib.

    Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “X” hesabında yazıb.

    Xatırladaq ki, bu gün Ermənistanda iki ölkənin münasibətlərin normallaşdırılması üzrə nümayəndə heyətlərinin görüşü keçirilib. Danışıqların yekunları üzrə tərəflər Gümrü-Qars dəmir yolunun və elektrik ötürücü xəttinin bərpası və istismarı üçün zəruri texniki araşdırmaların aparılması barədə razılığa gəliblər.