Month: September 2025

  • Azərbaycanlı futbolçu Cənubi Afrika klubunda

    Azərbaycanlı futbolçu Turan Manafov Cənubi Afrika Respublikasının “Stellenboş” klubunda çıxış edəcək.

    Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

    27 yaşlı müdafiəçi ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb. O, 2 nömrəli formanı geyinəcək.

    Manafov klubun mətbuat xidmətinə açıqlamasında təəssüratını bölüşüb:

    “Stellenboş”a qoşulduğum üçün çox xoşbəxtəm. Klubun ideyaları və prinsipləri məni cəlb etdi. Ən yüksək səviyyədə rəqabət aparan komandada olduğum üçün həyəcanlıyam. Müşahidəmə əsasən deyə bilərəm ki, Cənubi Afrikada oyunlar Azərbaycandakı ilə müqayisədə daha sürətli keçirilir. Baxmayaraq ki, hər iki ölkənin yaxşı liqası var. Özümü sınamağı, çox sayda ulduzların yetişdiyi qitə yarışında oynamağı səbirsizliklə gözləyirəm”.

    Qeyd edək ki, T.Manafov Azərbaycanın U-21 millisinin sabiq üzvüdür. Onun son klubu “Kəpəz” olub.

  • Xanım bələdiyyə sədri cərimələndi

    Cəlilabad rayonunun Muğan bələdiyyəsinnin sədri cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, bələdiyyə sədri Amalya Əmənovaya qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb.

    Belə ki, Amalya Əmənova barəsində bələdiyyənin işçiləri olmuş V.Adgözəlovun əmək haqqı borcunun, R.Həsənovun isə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətinin tam şəkildə ödənişini təmin etmədiyi üçün protokol tərtib olunub.

    Məhkəmənin qərarı ilə bələdiyyə sədri sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinib, 2000 manat məbləğində cərimə edilib.

    Qeyd edək ki, İXM-in 539.1-1-ci maddəsi əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi ilə bağlıdır.
    Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 2000 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

  • Kreml Rusiya və Ukrayna arasında birbaşa danışıqlara fasilə verdi: Peskovdan bəyanat

    “Ünsiyyət üçün kanallar yaradılsa da, Rusiya və Ukraynanın danışıq qrupları arasında qarşılıqlı fəaliyyətə fasilə verilib”.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva və Kiyevdən olan danışıqçılar arasında təmaslar barədə sualı cavablandırarkən deyib.

    “Ünsiyyət kanalları mövcuddur, onlar yaradılıb. Danışıqçılarımızın bu kanallar vasitəsilə əlaqə saxlamaq imkanı var, lakin hələlik, ehtimal ki, pauzanın olduğunu deyə bilərik”, – deyə Kreml nümayəndəsi qeyd edib.

  • Задержана молодая мать, подозреваемая в убийстве ребенка в Нефтчалинском районе (Обновлено)

    Правоохранительные органы задержали Шабнам Довлатову (2001 г.р.), подозреваемую в смерти своего ребенка в Нефтчалинском районе,.

    По данному факту продолжается расследование.

    * * * * *

    В селе Икинджи Гаралы Нефтчалинского района женщина подозревается в умышленном убийстве своего новорожденного ребенка.

    По предварительной информации, Шабнам Довлатова (2001 г.р.) обвиняется в убийстве одного из своих новорожденных близнецов – А.А. (2024 г.р.).

    Утверждается, что женщина якобы убила младенца, ударив его о землю. Такое обвинение выдвинул супруг женщины.

    По словам родственников, в момент происшествия Шабнам находилась дома одна. Ее муж Саттар Аллахвердиев был на работе. В какой-то момент Шабнам позвонила Саттару, сообщив, что состояние одного из детей резко ухудшилось, и попросила его срочно вернуться домой.

    Известно, что пара состоит в браке три года, и между супругами часто возникали ссоры.

    Отметим, Шабнам Довлатова выросла в детском доме.

    По данному факту проводится расследование.
    //oxu.az


  • Neftçalada biryaşlı övladının ölümündə şübhəli bilinən ANA SAXLANILDI – FOTO (Yenilənib)

    Neftçala rayonunda biryaşlı övladının ölümündə şübhəli bilinən ana saxlanılıb.

    2001-ci il təvəllüdlü Şəbnəm Dövlətova hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    * * * * *

    Neftçalada biryaşlı körpənin ölümünə səbəb kimi ananın övladını qəsdən öldürdüyü iddia olunub.

    Hadisə rayonun İkinci Qaralı kəndində baş verib.

    Belə ki, 2001-ci il təvəllüdlü Şəbnəm Dövlətovanın əkiz övladlarından birini – 2024-cü il təvəllüdlü A.A.-nı yerə çırparaq öldürdüyü iddia olunur. Bu iddianı qadının həyat yoldaşı irəli sürüb.

    Yaxınlarının sözlərinə görə, hadisə baş verən vaxt Şəbnəm evdə tək olub. Onun həyat yoldaşı Səttar Allahverdiyev isə işdə olub. Bu vaxt Şəbnəm Səttara zəng edərək uşaqlardan birinin halının pisləşdiyini və tez evə gəlməsini deyib.

    Cütlük üç ildir ki, evlidir və onlar arasında tez-tez mübahisə baş verirmiş.

    Qeyd edək ki, Ş.Dövlətova uşaq evlərinin birində böyüyüb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
    //oxu.az


  • Ermənistanda məhkəmə Gümrü merinin saxlanılan oğlu barəsində qərar verdi

    Şirak vilayət məhkəməsi Gümrü şəhərinin meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan barəsində iki ay müddətinə ev dustaqlığı şəklində həbs-qətimkan tədbiri seçib.

    Bu barədə Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir.

    Bundan əlavə, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Vardan Qukasyanın oğlu ilə bağlı iş çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi və 452-ci maddəsinin 3-cü hissəsi üzrə daha bir cinayət işi başlanıb.

    Xatırladaq ki, Ermənistan İstintaq Komitəsinin başlatdığı cinayət işi çərçivəsində ilkin istintaq zamanı Spartak Qukasyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndi ilə açıq cinayət işi başlanıb.

    Qeyd edək ki, ötən gün (12 sentyabr) Spartak Qukasyan saxlanılıb.

  • Dövlət qurumlarına geyim satan şirkətdə qanunsuzluq: 20 min cərimə…

    Dövlət tibb müəssisələrinin geyim formalarını hazırlayan “Dress Uniförm” Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə protokol tərtib edilib.

    Aparılan araşdırma zamanı V.B. adlı şəxsin “Dress Uniförm”da çalışsa da, ona əmək haqqının verilmədiyi müəyyənləşib. Həmçinin V.B. ilə şirkət arasında əmək müqaviləsi bağlanmayıb.

    Məhkəmənin qərarı ilə “Dress Uniförm” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20.000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunub.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

    Xatırladaq ki, nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Nəsir Rövşən Akif oğludur.

  • Məhkəmədə azərbaycanlı girovların öldürülməsi və digər cinayətlər üzrə sənədlər elan olunub

    Sentyabrın 12-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

    Elan olunan sənədlərdən biri 1991-ci il yanvarın 12-də Xocavənd-Qaradağlı yolunda hərəkət edən avtobusa basqın edilməsi faktı üzrə olub. Xocavənd rayon sakini Kamal Baxış oğlu Rəhimovun idarə etdiyi və içərisində 25-30 nəfər Xocavənd kənd sakininin olduğu avtobus Xocavəndin Xocavənd-Kiş-Qaradağlı yolunun 6-cı kilometrliyində ermənilər tərəfindən müxtəlif çaplı odlu silahlarla atəşə tutulub.

    Digər sənəd 1991-ci il yanvarın 28-də Fəranə Nəriman qızı Nəzərovanın öldürülməsi faktı ilə bağlı olub. O, Xocavənd rayonunun Xocavənd kəndində odlu silahdan atəş açmaqla qətlə yetirilib.

    Növbəti sənəddə göstərilib ki, həmin kəndin sakini, 7-ci sinif şagirdi Azər İspəndiyar oğlu Məmmədov 1991-ci il yanvarın 29-da küçədə həmyaşıdları ilə oynayarkən Xocavənd şəhəri tərəfdən odlu silahdan atəş açılması nəticəsində qarın nahiyəsindən xəsarət alıb.

    Digər cinayət işi üzrə sənəddə isə bildirilib ki, 1991-ci il fevralın 15-də Camal Abbasəli oğlu Nəbiyev yaşadığı Goranboy rayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndinə gedərkən, Buzluq kəndinin yaxınlığından keçən aşırımda 40-50 metr məsafədən avtomat və digər odlu silahlardan atəşə tutularaq qətlə yetirilib.

    Elan edilən digər sənəd avtobusun atəşə tutulması faktı ilə əlaqədar olub. Qeyd edilib ki, 1991-ci il fevralın 24-də Yevlax-Laçın avtomobil yolunun 99-cu kilometrliyində Xankəndi şəhərinin şərq hissəsində naməlum şəxslər tərəfindən partlayıcı qurğulardan və avtomat silahdan istifadə etməklə Şuşa avtonəqliyyat müəssisəsinin sürücüsü Z.Ç.Əliyevin idarə etdiyi sərnişinlərlə dolu olan avtobusa basqın olub, bir neçə mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, avtobus yararsız vəziyyətə düşüb.

    Bundan başqa, Qorxmaz Murad oğlu Muradovun öldürülməsi faktı üzrə sənəd də elan olunub. Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı Qorxmaz Murad oğlu Muradov 1991-ci il fevralın 25-də ermənilər tərəfindən girov götürülüb, bir gün sonra Xocavənd rayonunun Hacılı (Haslı) kəndində odlu silahla qətlə yetirilib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq

    13 sentyabr saat 08:00-dan 14 sentyabr 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində təmir işləri aparılacaqdır.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, bu səbəbdən qeyd olunan müddətdə sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.

    Sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

  • Xəzər dənizinin səviyyəsi son 4 ildə 24 sm azalıb

    Son dörd ildə Xəzər dənizinin səviyyəsində 24 santimetr azalma qeydə alınıb.

    Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr uçot və reyestr şöbəsinin müdürü Rafiq Verdiyev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” (Bakı Su Həftəsi) çərçivəsində baş tutan “Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri” adlı panel müzakirələrində deyib.

    Onun sözlərinə görə, səviyyənin enməsinin əsas səbəbləri yağıntıların azalması və temperaturun yüksəlməsidir.

    R.Verdiyev alimlərin proqnozlarına əsaslanaraq qeyd edib ki, iqlim dəyişmələrinin davam etməsi Xəzər dənizi sahillərində ekoloji və iqtisadi problemlərə gətirib çıxara bilər.//Report