Month: September 2025

  • Alla Puqaçova: “Xaricdəki həyatımdan razıyam”

    Rusiyalı məşhur müğənni Alla Puqaçova 2022-ci ildə Rusiyanı tərk etdikdən sonra ilk böyük müsahibəsini verib.

    76 yaşlı Alla Puqaçova “Skaji Qordeyevoy” “YouTube” kanalına geniş müsahibə verib.

    Xaricdəki həyatından danışan A.Puqaçova bildirib ki, razıdır.

    “Bəlkə də, ona görə müsahibə verirəm ki, dedi-qodulara, miflərə cavab verim. Əgər sual varsa, mən onlara cavab verəcəyəm. Bilmək olmaz sabah nə olacaq. Qoy bu müsahibə bir sənəd, sübut olsun. İstəyirəm ki, uşaqlar həm ataları, həm də anaları haqqında həqiqəti bilsinlər”, – A.Puqaçova vurğulayıb.

    A.Puqaçovanın müsahibəsi üç saatdan çox çəkib.

  • Во время “Формулы-1” обучение в некоторых школах будет проходить в онлайн-формате – ОФИЦИАЛЬНО

    Во время “Формулы-1” обучение в некоторых школах будет проходить в онлайн-формате в течение 1 недели.

    Как сообщает Oxu.Az, об этом заявил министр науки и образования Эмин Амруллаев на брифинге, посвященном новому учебному году.

    Министр отметил, что в школе №6, образовательном комплексе №132-134, Элитарной гимназии и других учреждениях, расположенных близко к центру, обучение будет организовано в дистанционной форме в течение 1 недели.

    “Мы объявим список этих учреждений. Это решение касается не всех школ”, – отметил он.

  • “Formula-1” zamanı bəzi məktəblərdə tədris onlayn formada keçiriləcək

    “Formula-1″ zamanı bəzi məktəblərdə tədris 1 həftə ərzində onlayn formada keçiriləcək”.

    Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.

    Nazir bildirib ki, 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi, Elitar gimnaziya və digər mərkəzə yaxın müəssisələrdə tədris 1 həftə distant formada təşkil ediləcək:

    “Biz bu müəssisələrin siyahısını elan edəcəyik. Bu qərar bütün məktəblərlə bağlı deyil”.
    //oxu.az

  • Сын Манафа Агаева освобожден от должности – ПРИЧИНА

    Сын известного певца Манафа Агаева Эльчин Агаев был освобожден от должности в Бакинском центре здоровья Министерства здравоохранения.

    Как сообщает modern.az, Э.Агаев был назначен на должность советника директора три месяца назад.

    Отметим, что, как писали некоторые СМИ несколько дней назад, здесь нет должности “советника директора”, а должность, на которую был назначен Эльчин Агаев, была “консультант директора”.

    Сын Манафа Агаева проработал на этой должности всего три месяца и был уволен в сентябре. Причиной его увольнения является то, что он не оправдал доверия.

    Ранее Э.Агаев работал на должности руководителя Департамента мониторинга и внутренних расследований Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

  • Manaf Ağayevin oğlu işdən çıxarıldı – SƏBƏB

    Tanınmış müğənni Manaf Ağayevin oğlu Elçin Ağayev Bakı Sağlamlıq Mərkəzindəki vəzifəsindən kənarlaşdırılıb.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, Elçin Ağayev üç ay öncə Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində direktorun məsləhətçisi vəzifəsinə təyin olunmuşdu.

    Qeyd edək ki, bir neçə gün öncə bəzi KİV-də yazıldığı kimi, burada “direktorun müşaviri” vəzifəsi yoxdur, Elçin Ağayevin təyin olunduğu vəzifə “direktorun məsləhətçi” postu olub.

    Manaf Ağayevin oğlu bu postda cəmi üç ay işləyib və sentyabr ayında işdən çıxarılıb. Onun işdən çıxarılma səbəbi etimadı doğrultmamasıdır.

    Elçin Ağayev daha əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Monitorinq və Daxili Təhqiqat Departamentinin müdiri vəzifəsində çalışıb.

  • В Барде в канале нашли труп заместителя директора

    В Бардинском районе в канале нашли тело женщины средних лет.

    Как передает Median.Az со ссылкой на Qafqazinfo, тело было обнаружено около 09:00 9 сентября на участке Карабахского канала, проходящем по территории села Алпоут.

    Установлено, что погибшая – местная жительница Севиндж Али гызы Велиева (1980 г.р.).

    Отмечается, что она работала заместителем директора по организационной работе средней школы имени Г.Гусейнова в селе Мамырлы. Обстоятельства произошедшего пока не установлены.

    По данному факту в Бардинской районной прокуратуре проводится расследование.

  • Bərdədə direktor müavininin meyiti kanaldan tapıldı

    Bərdə rayonunda kanaldan orta yaşlı qadın meyiti tapılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, meyit sentyabrın 9-u saat 9 radələrində Qarabağ kanalının Alpout kəndinin ərazisindən keçən hissəsində aşkarlanıb.

    Ölən şəxsin həmin kəndin 1980-ci il təvəllüdlü sakini Sevinc Əli qızı Vəliyeva olduğu müəyyənləşib.

    Tərtər Rayon H.Hüseynov adına Mamırlı kənd orta məktəbində direktorun təşkilati işlər üzrə müavini olan S.Vəliyevanın hansı şəraitdə kanala düşərək öldüyü məlum deyil.

    Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Goranboyda gəlininə qumbara atan qayınataya AĞIR CƏZA

    Goranboyda gəlininə qumbara atan 68 yaşlı qayınatanın məhkəməsi başa çatıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, araşdırmanın sonunda Zakir Namazova verilmiş ittiham təsdiqini tapıb.

    İttihama görə, ahıl qayınata uzun müddət davam edən ailə-məişət münaqişəsinin sonunda gəlinini öldürmək qərarına gəlib. O bu məqsədini reallaşdırmaq üçün həyətdə ot tayasının arasında gizlətdiyi “F-1” tipli əl qumbarasından istifadə edib. Belə ki, həyat yoldaşı və azyaşlı nəvəsinin gözləri qarşısında qumbaranın qoruyucusunu çəkərək gəlininin üstünə atıb. Partlayış nəticəsində 39 yaşlı V.A. ağır xəsarət alıb.

    Zakir Namazov polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

    Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verib. Lakin ittihamlara münasibətdə özünü təqsirli bilməyib.

    Zakir Namazovun sözlərinə görə, uzun müddət gəlininin hərəkətlərindən narahat olub. Hətta həyat yoldaşı ilə danışığında onu oğlundan ayıraraq evdən qovacağını söyləyib. O, gəlini ilə münasibətinin ürəkaçan olmadığını etiraf etsə də, ona qumbara atmadığını deyib. Bildirib ki, V.A. bir müddət sonra 3 azyaşlı uşağını da qoyub evdən qaçıb.

    “Oğlum ikinci qrup əlildir. Bəzi məsələlərdən sonradan xəbəri olub. Həyat yoldaşı evdən qaçandan sonra rəsmi qaydada boşandılar. Uşaqlarını atdığına görə gəlindən aliment tutulması barədə qərar da var. Lakin alimenti ödəmədi. Qumbara məsələsinə gəlincə, belə bir şey olmayıb. Məndə qumbara olsaydı, elə onu xoşagəlməz hərəkətlər etdiyi 3 il ərzində öldürərdim”, – deyə Z.Namazov əlavə edib.

    İş materiallarında başqa bir epizod isə təqsirləndirilən şəxsin daha əvvəl gəlinini zorlaması ilə bağlıdır. Hətta o bu münasibətin maneəsiz davam etməsi üçün öz arvadını da öldürməyi fikirləşib. Zərərçəkmiş kimi dindirilən gəlin də qayınatasının hədə-qorxusu ilə dəfələrlə onunla birlikdə olduğunu, hətta ona kəbinə daxil olmağı təklif etdiyini söyləyib. Gəlinin dediyinə görə, kəbin söhbətindən sonra dözə bilməyib, prokurorluğa şikayət edib.

    Zakir Namazov isə gəlininin həmin sözlərinin böhtan olduğunu, onu şərləmək məqsədi daşıdığını bildirib:

    “Evdən qaçandan bir müddət sonra məndən xahiş etdilər ki, uşaqlarına görə onu bağışlayım. Düzdür, həmin vaxt artıq boşanma da olmuşdu. Buna baxmayaraq onu evə gətirdim. Amma uşaqları anaları ilə birlikdə yaşamağa etiraz etdilər. Məcbur qalıb onu həyətdəki vaqona yerləşdirdim. Sonradan da dedi ki, guya həmin vaqonda hədə-qorxu ilə onunla birlikdə olmuşam. Hətta prokurorluğa da şikayət etdi. Lakin yetərli sübutlar olmadığından cinayət işinin başlanmasından imtina edildi. Sonradan da qumbara hadisəsinə görə həbs olundum”.

    Məhkəmə istintaqı vaxtı bütün ailə üzvləri, zərərçəkmiş şəxs və digər şahidlər ayrılıqda dindiriliblər.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zakir Namazov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Высота волн в море достигает 3 м – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на утро 11 сентября в некоторых районах страны наблюдаются осадки и ветер.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Количество выпавших осадков в Гусаре составило 14 мм, Шабране и Губе – 3 мм, Загатале, Грызе, Астаре, Дашкесане и Гедабее – 1 мм.

    В настоящее время в ряде районов дует северо-западный ветер, максимальная скорость которого в Баку и на Абшеронском полуострове усиливается до 26 м/с, в Нефтчале – до 20 м/с, Джульфе – до 17 м/с, Шабране и Нафталане – до 16 м/с, Шахбузе – до 15 м/с.

    Высота волн в море достигает 3 м.

  • Dənizdə dalğanın hündürlüyü üç metrə çatır – FAKTİKİ HAVA

    Sentyabrın 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

    Düşən yağıntının miqdarı Qusarda 14, Şabran və Qubada 3, Zaqatala, Qrız, Astara, Daşkəsən və Gədəbəydə 1 mm-dək qeydə alınır.

    Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Culfada 17, Şabran və Naftalanda 16, Şahbuzda 15 m/san-dək güclənir.

    Dənizdə dalğanın hündürlüyü 3 metrdir.