Month: September 2025

  • Dərman qəbul etdi, aparıldığı xəstəxanada öldü

    Sumqayıtda dərmandan zəhərləndiyi ehtimal olunan kişi xəstəxanada ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.

    1988-ci il təvəllüdlü Orxan Mayıl oğlu Həsənovun halı dərman qəbul etdikdən sonra pisləşib.

    O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Dələduzluğun yeni növü yayılıb – VİDEO

    Dələduzlar bu dəfə alıcıları yox, satıcıları hədəf seçiblər. Onlar müxtəlif yollarla saxta qəbzlər (çek) təqdim edərək guya artıq ödəniş etdiklərini bildirir və pulun qalığını satıcılardan geri almağa çalışırlar.

    Median.Az Xəzər TV-yə istinadla xəbər verir ki, məsələ ilə bağlı çıxış edən İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə ekspert Əmrah Mövsümzadə bildirib ki, son vaxtlar bu kimi halların sayı artıb. Onun sözlərinə görə, bu hallar dələduzluq və maliyyə fırıldağı kateqoriyasına daxildir və ciddi hüquqi məsuliyyət yaradır:

    “Belə hallarda hər hansı ödəniş sənədini qəbul etməmişdən əvvəl mütləq bank və maliyyə qurumlarından təsdiq alın. Saxta və manipulyasiya olunmuş rəqəmlərə əsaslanan sənədlərə etibar etməyin. Qəbzləri diqqətlə oxuyun və elektron kommunikasiya təhlükəsizliyinə önəm verin. Mesaj və sosial media vasitəsilə göndərilən ödəniş iddialarını diqqətlə yoxlayın. Şübhəli link və faylları açmayın, linklərə klikləməyin, maliyyə və şəxsi məlumatları yalnız etibarlı kanallar vasitəsilə paylaşın. Sosial mühəndislik taktikalarına qarşı da çox diqqətli olun”.

    Qeyd edək ki, bu cür dələduzluq halları ilə üzləşənlər Daxili İşlər Nazirliyinin “102” xidməti ilə əlaqə saxlaya və ya qurumun rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • В Пирекешкюле и Агдеринском районе будут утилизированы непригодные к использованию боеприпасы – ФОТО

    С 29 сентября по 3 октября на полигоне вблизи поселка Пирекешкюль Абшеронского района и в учебном центре на территории Агдеринского района с соблюдением правил безопасности будет проведена утилизация боеприпасов с истекшим сроком эксплуатации и непригодных к использованию.

    Об этом сообщили в Министерстве обороны Азербайджана.

    “Призываем население не паниковать из-за звуков взрывов, причин для беспокойства нет”, – говорится в информации оборонного ведомства.

  • Nazirlikdən XƏBƏRDARLIQ: İki ərazidə partlayışlar olacaq – FOTO

    Pirəkəşkül və Ağdərədə 29 sentyabr – 3 oktyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – MN-dən bildirilib.

  • В Азербайджане повысили тариф на поездки в метро и автобусах

    В Баку повысили тариф на услуги пассажирских перевозок в общественном транспорте. Один проезд в метро и автобусах теперь составляет 60 гяпиков.

    Об этом сообщает Министерство цифрового развития и транспорта Азербайджана.

    Новый тариф вступит в силу с 1 октября 2025 года.

  • SON DƏQİQƏ! Azərbaycanda avtobus və metroda gedişhaqqı ARTDI – RƏSMİ

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

    Məlumatda bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir.

    Dövlət Proqramı çərçivəsində infrastrukturun yenilənməsi, yeni metro stansiyalarının inşası, yeni vaqonların və elektrik mühərrikli avtobusların alınması, vaqonlara və avtobuslara xidmət göstərən qaraj, depo, enerji təminatı və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.

    İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə bu günlərdə dövlət başçısı tərəfindən Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalandı ki, bu da avtobus parkının yenilənməsi və keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsini sürətləndirəcək.

    Avtobus

    Hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. Dövlət proqramına uyğun olaraq həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur.

    Gəncə şəhərində bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib. Bu günlərdə açılışı olan yeni avtobus deposunda şəhərin marşrut şəbəkəsində istifadə edilən 244 müasir və komfortlu nəqliyyat vasitəsi mövcuddur. 2025-ci ilin sonunadək isə bu say 280-ə çatdırılacaq.

    2025-ci il ərzində paytaxtda 100-ə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub, ilin sonuna qədər isə bu rəqəm 400-ə çatdırılacaq.

    Yenilənmə prosesi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də əhatə edib – 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib.

    Həmçinin ilin sonuna kimi Naxçıvana 60 elektrik mühərrikli avtobus gətiriləcək.

    Bu proses işğaldan azad olunmuş ərazilərdə də aparılır. “Böyük Qayıdış” planına uyğun olaraq, ilk növbədə Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub. Artıq bu nəqliyyat vasitələri ölkəyə gətirilməkdədir və onlar üçün xüsusi depo da hazırlanır.

    Ümumilikdə, aparılan işlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə şəhərdaxili və rayondaxili marşrutlarda 2026-ci ilin sonunadək 143, şəhərlərarası (rayonlararası) daşımalar üçün isə 19 elektrikli avtobusun istismara verilməsi nəzərdə tutulur.

    Metro

    Dövlət Proqramı çərçivəsində paytaxt metropoliteninin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir. Müvafiq plana əsasən, bu stansiyaların tikintisinin nəzərdə tutulmuş müddətdə tamamlanaraq istifadəyə verilməsi hədəflənib. Bir yeni stansiyanın isə 2026-cı ildə sərnişinlərin istifadəsinə təqdim olunması planlaşdırılır.

    Metronun vaqon parkının yenilənməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Son dövrdə 65 yeni vaqon alınıb, onlardan 35-i artıq xəttə buraxılıb. Qalan 30 vaqonun cari il ərzində sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. 2030-cu ilə qədər isə əlavə 299 yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır.

    Qərar

    İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqləndi:

    • Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik;

    • Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik;

    Bu tariflər 1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.

    Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

    Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.

    Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

    Tarif dəyişikliyi daşıyıcıların maliyyə dayanıqlığının artmasına, avtobus parkının yenilənməsinin sürətlənməsinə (növbəti illər ərzində hər il təxminən 400 ədəd yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir), əhali üçün ödəniş rahatlığının təmin edilməsinə, ekoloji təmiz avtobusların istifadəsinin təşviqinə və sərnişindaşımada şəffaflığının artmasına müsbət təsir göstərəcək.

    Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.

  • Binəqədidə mübahisə qanla bitdi

    Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Əsgərov Taleh Natiq oğlu 26.09.2025-ci il tarixdə saat 12 radələrində Binəqədi qəsəbəsi ərazisində yerləşən küçədə Zeynalov Maarif Qiyas oğlu ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla yaralayıb.
    Bildirilib ki, faktla bağlı 28.09.2025-ci il tarixdə Binəqədi RPİ tərəfindən CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.

  • Bethovenin əsl siması 200 ildən sonra yenidən canlandırıldı

    Lüdviq van Bethovenin ölümündən təxminən iki əsr sonra dünyaya onun gerçək üzü təqdim olunub. Yeni elmi rekonstruksiya görkəmli bəstəkarın çox vaxt təsvir edildiyi kimi məyus və sərt göründüyünü təsdiqləyib.

    Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

    Tədqiqatın aparıcı müəllifi Siseron Moraes rekonstruksiyanı bəstəkarın kəlləsi əsasında yaradıb. O, Bonn şəhərindəki Bethoven Evinin arxivindən əldə olunmuş tarixi kəllə fotolarından, həmçinin 1888-ci ildə toplanmış ölçü məlumatlarından istifadə edib.

    Əvvəlcə “obyektiv” üz forması yaradılıb, sonra isə 1820-ci ildə rəssam Yozef Karl Ştillerin məşhur portretinə əsaslanaraq saç və geyim kimi subyektiv detallarla tamamlanıb. Kiçik elementlər isə süni intellekt vasitəsilə dəqiqləşdirilib.

    Moraes etiraf edib: “Bu üz mənə bir az qorxulu göründü.” Onun sözlərinə görə, nəticə həm də Bethovenin sağlığında hazırlanmış üz qəlibi ilə “xeyli uyğunluq” təşkil edir.

    Bethovenin xarakteri və irsinə baxış
    Britaniyalı bəstəkar Mark Viqqlsfort qeyd edir ki, Bethoven çox vaxt əsəbi, kobud və insanlardan uzaq kimi xatırlanırdı. Portretlərində də adətən soyuq baxışlı, gülməyən kişi kimi təsvir olunurdu.

    Bununla belə, Viqqlsfortun sözlərinə görə, Bethoven həm də zarafatcıl, qayğıkeş və səxavətli ola bilərdi. O hesab edir ki, bəstəkarın xarakterini kəskinləşdirən əsas amil onun eşitmə qabiliyyətinin itirilməsi olub.

    Moraes isə vurğulayıb ki, Bethovenin dahiliyi və xarakteri bir-birini tamamlayır:

    “Mən onun dahiliyini akademik şəkildə araşdıraraq qərb musiqisinin ikonasına çevrilməsinə səbəb olan məqamları üzə çıxarmağa çalışdım. Onun inqilabi yaradıcılığını, kar olmasına baxmayaraq musiqi yaratmaq iradəsini, problemləri həll etmə qabiliyyətini və tükənməz məhsuldarlığını analiz etdim.”

    Tarixi əhəmiyyət
    Bu rekonstruksiya təkcə Bethovenin əsl üzünü göstərmir, həm də onun şəxsiyyətini, gərgin daxili dünyasını və dahiliyinin necə formalaşdığını daha dərindən anlamağa imkan yaradır.

  • Həbs olunan azərbaycanlı generalın işi üzrə rəis də TUTULDU

    Rusiyada Milli Qvardiyanın daha bir yüksək rütbəli zabiti azərbaycanlı general Mirzə Mirzəyevin işi üzrə saxlanılıb.

    Lent.az Rusiya mediasına istinadla bildirir ki, Rosqvardiyanın arxa təminat departamentinin geyim təminatı idarəsinin rəisi vəzifəsini tutmuş polkovnik Aleksandr Busıgin istintaqın vəsatəti ilə məhkəmənin qərarı ilə həbs edilib.

    Qeyd edək ki, arxa təminat departamentinin keçmiş müvəqqəti rəhbəri, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev isə ötən ilin noyabrından bəri xüsusilə böyük məbləğdə rüşvət almaqda ittiham olunaraq istintaq təcridxanasında saxlanılır.

    Mirzəyevin işi üzrə həmçinin Gürcüstan əsilli Mahir Səfərov da keçir. O, “Demi̇s” ASC-nin baş direktor müavini və faktiki sahibi sayılır. Şirkət Rusiyada və Türkiyədə ayaqqabı istehsal edən iri müəssisələrə malikdir. Səfərova rüşvətdə vasitəçilik ittihamı irəli sürülüb və o da həbs olunub.

    Mirzəyev Mirzə Mais oğlu 26 may 1972-ci ildə Gürcüstanda anadan olub. 2006-cı ildə Rusiya Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərində Xrulev adına Hərbi Maddi-Texniki Təchizat və Nəqliyyat Akademiyasını bitirib.

    2015-ci ildə hakim “Vahid Rusiya” partiyasının Stavropol regional bölməsi Mirzə Mirzəyev Dumaya seçkilərdə namizədliyini irəli sürüb, amma deputat seçilə bilməyib. Bundan sonra şəhər hərbi hissələrindən birində, sonra isə Rosqvardiyada rəhbər vəzifəyə gətirilib. Rusiyanın müstəqil internet resurslarında hələ həbsindən əvvəl Mirzə Mirzəyev haqda xüsusi süjet də yayımlayıb. Süjetdə onu Rusiya Qvardiyasının “ən zəngin” generalı kimi təqdim ediblər, onun bir neçə bahalı avtomobili və dəyəri yüz milyonlarla rublla qiymətləndirilən daşınmaz əmlakı olduğu bildirilib. Mirzə Mirzəyevin 48 milyon rubl dəyərində bir neçə bahalı avtomobili, Kislovodskda 50 milyonluq sarayı, bundan əlavə, üç uşağın da hər biri 100 milyon rubl dəyərində bahalı daşınmaz əmlakı olduğu üzə çıxıb.

  • Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basdı – Video

    Güclü leysan yağışları Gürcüstanın Laqodexi bölgəsində bir sıra fəsadlar törədib.

    “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, leysan Laqodexi Bələdiyyəsinin kəndlərində daşqınlara səbəb olub.

    Təbii fəlakətdən daha çox Verxvismindori, Uzuntala və Gəncə kəndləri zərər çəkib.

    Hadisə yerinə müvafiq xilasetmə xidmətləri və şəhər meriyasının əməkdaşları səfərbər edilib.

    Qeyd edək ki, Gürcüstanın bu ərazilərində əsasən azərbaycanlılar yaşayır.