Month: September 2025

  • Gəncədə səkkizyaşlı qızın faciəli ölümünün təfərrüatı

    Gəncədə velosipedlə vurulan səkkizyaşlı qızın ölümünün bəzi təfərrüatı məlum olub.

    Hadisə sentyabrın 10-da baş verib.

    2017-ci il təvəllüdlü Ayşən Azər qızı Abbasova Gəncə şəhəri Ozan küçəsində küçədə oynayarkən yolu bir istiqamətdən digər istiqamətə qaçaraq keçmək istəyib. Həmin vaxt küçədə velosipedlə hərəkətdə olan 2011-ci il təvəllüdlü Həbib Vüqar oğlu Allahverdiyev döngədən çıxaraq azyaşlıya çırpılıb. Hadisə nəticəsində velosipedin pedalı A.Abbasovanın gözünə batıb.

    A.Abbasova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Йемен запустил ракету по Израилю

    Израиль зафиксировал запуск ракеты из Йемена в сторону израильской территории, работают средства противовоздушной обороны (ПВО).

    Об этом сообщает Армия обороны Израиля (ЦАХАЛ) в своем Telegram-канале.

    В публикации отмечается, что в нескольких районах государства звучат сирены тревоги.

    Позднее в ЦАХАЛ заявили, что ракета, запущенная из Йемена, была перехвачена ВВС Израиля.

    Накануне Армия обороны Израиля совершила атаку на военные объекты мятежного движения “Ансар Аллах” в Йемене.

    По данным пресс-службы, целью ударов были военные лагеря, штаб-квартира отдела военной информации, а также склад с топливом. Там отметили, что удары стали реакцией на атаки хуситов, в частности, запуск дронов и ракет в направлении еврейского государства.

    29 августа стало известно, что израильские истребители разбомбили дом в районе Хадда к югу от Саны, где проходило заседание хуситского Кабмина. Хуситы подтвердили, что был уничтожен глава их правительства Ахмед Галеб ар-Рахави и “несколько его коллег-министров”.

  • Yəmən İsrailə raket atıb

    Yəməndən İsrail ərazisinə raket atılıb.

    Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) özünün “Telegram” kanalında məlumat verib.

    Qeyd edilir ki, ölkənin bir neçə bölgəsində həyəcan sirenləri səslənir.

    Daha sonra SAXAL Yəməndən atılan raketin İsrail Hərbi Hava Qüvvələri tərəfindən qarşısının alındığını bildirib.

    Xatırladaq ki, bir gün əvvəl İsrail Müdafiə Qüvvələri Yəməndəki “Ənsar Allah” üsyançı hərəkatının hərbi obyektlərinə hücum etmişdi.

  • Ученые NASA обнаружили возможные следы древней жизни на Марсе

    Ученые NASA считают, что нашли следы древних форм жизни в образцах, обнаруженных американским марсоходом Perseverance.

    Как передает Мedian.Az, об этом сообщили на сайте аэрокосмического агентства.
    Как сообщили в NASA, на скалах в долине Неретва Валлис в прошлом году нашли уникальные текстурированные пятна, которые получили прозвище “маковые зерна”, или “леопардовые пятна”. Изучив изображения и данные, ученые пришли к выводу, что пятна могут быть побочными продуктами микробов.

    “Идентификация потенциальной биосигнатуры на Красной планете является революционным открытием, которое улучшит наше понимание Марса”, – сказал исполняющий обязанности администратора NASA Шон Даффи.

  • NASA alimləri Marsda qədim həyatın mümkün izlərini aşkar ediblər

    NASA alimləri ABŞ-nin Mars aparatı “Perseverance” tərəfindən kəşf edilən nümunələrdə qədim həyat formalarının izlərini tapdıqlarına inanırlar.

    Median.Az xəbər verir ki, bu barədə məlumat aerokosmik agentliyin saytında yer alıb.

    Məlumata görə, ötən il Neretva vadisindəki qayalarda “xaşxaş toxumu” və ya “bəbir ləkələri” ləqəbli unikal teksturalı ləkələr aşkar edilib. Şəkilləri və məlumatları öyrəndikdən sonra elm adamları ləkələrin mikrobların əlavə məhsulları ola biləcəyi qənaətinə gəliblər.

    “Qırmızı planet”də potensial bioimzanın müəyyən edilməsi Mars haqqında anlayışımızı yaxşılaşdıracaq inqilabi kəşfdir”, – NASA rəsmisi Şon Daffi bildirib.

  • Musiqi zövqlərinin yaşla necə dəyişdiyi açıqlandı

    Göteborq Universitetinin (UG) alimləri müəyyən ediblər ki, insanların musiqi seçimləri yaş artdıqca dəyişir. Bu dəyişikliklər musiqi dinləmə servislərinin tövsiyələrinin niyə zamanla “uyğunsuz” görünə biləcəyini də izah edir.

    Median.Az xəbər verir ki, tədqiqatda 15 il ərzində “Last.fm” platformasının 40 mindən çox istifadəçisinin musiqi dinləmə vərdişləri təhlil olunub. Ümumilikdə 542 milyondan çox dinləmə və bir milyondan artıq musiqi əsəri araşdırmaya daxil edilib.

    Nəticələr göstərib ki, yeniyetmələr və gənclər geniş spektrdə populyar musiqilərə üstünlük verir, trendləri izləyir və eksperimentlərə açıq olur. Yetkinlik dövründə zövqlər daha müxtəlifləşsə də, insan getdikcə maraq dairəsini daraldır və şəxsi təcrübəsi ilə bağlı mahnılara üstünlük verir. Orta yaşlarda və sonrakı dövrlərdə isə əsas rolu nostalgiya oynayır: insanlar gənclik illərinin musiqisinə daha çox qayıdır, amma yeni əsərlərə də açıq qalır.

    “Gənc olanda hər şeyi sınamaq istəyirsən. Yaşlandıqca isə artıq səni ifadə edən bir üsluba sahib olursan. Hit-paradların önəmi azalır”, deyə tədqiqatın həmmüəllifi, Qeteborq Universitetinin dosenti Alan Said bildirib.

    Alimlərin fikrincə, bu vəziyyət musiqi tövsiyə sistemləri üçün ciddi çağırışdır. Gənc dinləyicilərə həm yeni hitlər, həm də hələ tanış olmadıqları klassik əsərlər təqdim olunmalıdır. Orta yaşlı auditoriya üçün balanslı yanaşma – həm tanış, həm də yeni musiqilər vacibdir. Yaşlı insanlar isə daha çox şəxsi xatirələrini və unikal zövqlərini əks etdirən mahnıları görmək istəyirlər.

  • “Qızı yoldaşımdan içki məclisində istəyiblər” – Nişanlanan yeniyetmənin anası – YENİLƏNİB – VİDEO

    Xəbər verdiyimiz kimi, Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.

    Median.Az-ın məlumatına görə, hadisə ilə bağlı yeniyetmə qızın anası “Xəzər Xəbər” danışıb.
    Yeniyetmənin anası iddia edib ki, nişan olmayıb. Qızın atası məclislərdən birində sərxoş halda söz verib.
    Sabirabad polisi isə erkən nikah haqqında niyyətdən xəbər tutduqdan sonra 20 yaşlı Elvin Məmmədli, onun atası Elşən Məmmədli və 14 yaşlı qızın atası Hikmət Fərzəliyevi şöbəyə dəvət edib. Onlarla söhbət aparılarkən qızın atası Hikmət Fərzəliyev qışqıraraq söyüş söyüb, qızı ilə nişanlanan oğlanın atasını təhqir edib. Bu zaman onunla qızın nişanlandığı Elvin Məmmədli arasında mübahisə yaranıb. Polisin sakitləşdirməsinə baxmayaraq onlar ictimai asayişi pozublar.

    Hikmət Fərzəliyev və Elvin Məmmədli barəsində protokol tərtib olunub və məhkəməyə göndərilib. Onlar məhkəmənin qərarı ilə inzibati qaydada 8 sutka həbs olunublar.

    Daha ətraflı süjetdə:

  • XİN rəhbəri: Rusiya PUA-larının Polşanın hava məkanını

    Rusiya PUA-larının Polşanın hava məkanını pozması təsadüfi deyil.

    Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski brifinqdə bildirib.

    O, Rusiyanın müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırıldığını və ona etiraz notası verildiyini qeyd edib.

    “Polşanın hava məkanı 19 dəfə pozulub. Şübhə etmirik ki, bu, təsadüfi hadisə deyildi”, – XİN rəhbəri əlavə edib.

    Nazir PUA-ların vurulması əməliyyatında Polşa, Niderland, İtaliya və Almaniya qüvvələri iştirak edib.

  • Paşinyan: “Qarabağ məsələsi çoxdan həll edilib, lakin İrəvana bu barədə deməyiblər”

    “ATƏT-in Minsk Qrupunun fəaliyyəti Ermənistanı və regionu nəzarətdə saxlamaq üçün Qarabağ münaqişəsini dərinləşdirmək istiqamətində olub”.

    Median.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

    “Minsk Qrupunun fəaliyyətində heç bir faydalı iş görmürəm, heç bir faydalı iş olmayıb. Bu fəaliyyət münaqişəni dərinləşdirmək, münaqişəni təkcə Ermənistanı deyil, bütün regionu nəzarətdə saxlamaq üçün alətə çevirmək məqsədi daşıyırdı”, – deyə Paşinyan bildirib.

    Onun sözlərinə görə, Qarabağ məsələsi uzun zaman əvvəl həll edilib, lakin İrəvana bu barədə deməyiblər.
    Paşinyan qeyd edib ki, Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi imzalanmasından əvvəl ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verib.

  • Gəncədə velosipeddən yıxılan səkkiz yaşlı qız xəstəxanada öldü

    Gəncədə bədbəxt hadisə baş verib.

    Oxu.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    Belə ki, 2017-ci il təvəllüdlü A.Abbasova velosipeddən yıxılıb.

    O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, azyaşlı xəstəxanada dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.