Month: September 2025

  • İmişlidə toyda zəhərlənənlərdən 4-nün müalicəsi davam edir

    İmişlidə toyda zəhərlənənlərdən 4-nün müalicəsi davam edir.

    “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq olmaqla 39-u qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

    Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

    Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın) Kliniki Tibbi Mərkəzə təxliyyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 61 nəfər (31-i qadın, 30-u kişi) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

    Müalicələri davam etdirilən 4 nəfərin vəziyyəti sabit qiymətləndirilir.

  • В Гяндже заработают 22 новых автобусных маршрута

    В Гяндже заработают 22 новых автобусных маршрута.

    Об этом Median.Az сообщает со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA).

    Согласно информации, автобусы по новым линиям будут курсировать с нижеуказанных дат:

    28 сентября:

    • маршрут №1 – Гянджинский железнодорожный вокзал – Новая Гянджа (проспект 28 мая);

    • маршрут №2 – проспект Гейдара Алиева – проспект Шаха Исмаила Хатаи – улица Деде Горгуда (кольцевой маршрут);

    • маршрут №3 – Новая Гянджа (проспект 28 мая) – проспект Джумхуриет;

    • маршрут №6 – поселок Шыхзаманлы – улица Багманлар;

    • маршрут №7 – поселок Почт – Аллея шехидов (дорога R20 Гянджа–Дашкесан);

    • маршрут №8 – Железнодорожное депо – поселок Гырмызы кянд (Стамбульская улица);

    • маршрут №9 – улица Тебриза – городок “Кяльбаджар”.

    29 сентября:

    • маршрут №4 – святилище Имамзаде – проспект Джумхуриет;

    • маршрут №5 – улица Ю.Мамедалиева – улица В.Годжаева;

    • маршрут №11 – поселок Мехсети (улица Х.Вердиева) – городок “Кяльбаджар”;

    • маршрут №14 – поселок Гызылгая (улица А.Набиева) – улица Н.Нариманова (вокруг парка);

    • маршрут №G1 – Гёйгёльская городская центральная больница – улица Н.Нариманова (вокруг парка).

    30 сентября:

    • маршрут №10 – поселок Почт – улица Н.Нариманова (вокруг парка);

    • маршрут №12 – Гянджинский железнодорожный вокзал – городская больница №1;

    • маршрут №13 – Гянджинский международный автовокзал (в направлении Шамкира) – Гянджинский автовокзал (в направлении Евлаха);

    • маршрут №15 – Гянджинская центральная клиническая больница – Гянджинский автовокзал (в направлении Евлаха);

    • маршрут №17 – Гянджинская центральная клиническая больница – улица И.Казымова (завод Чянгял-Бычаг);

    • маршрут №18 – улица Н.Нариманова (вокруг парка) – поселок Джавадхан (улица К.Мехмандарова);

    • маршрут №20 – улица А.Хагани (воинская часть) – улица Н.Нариманова (вокруг парка).

    1 октября:

    • маршрут №16 – поселок Мехсети (улица А.Хасмамедова) – Гянджинский автовокзал (в направлении Евлаха);

    • маршрут №19 – улица В.Годжаева – базар Grand;

    • маршрут №G2 – Гёйгёльская автостанция – улица Н.Нариманова (вокруг парка).

  • Gəncədə 22 avtobus marşrutu fəaliyyətə başlayır

    Gəncə şəhərində 22 sayda avtobus marşrutu fəaliyyətə başlayır.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Məlumata görə, aşağıda qeyd edilən tarixlərdən yeni avtobuslar sərnişinlərin istifadəsinə veriləcək.

    28 sentyabr:

    • 1 nömrəli marşrut – Gəncə Dəmiryol Vağzalı – Yeni Gəncə (28 May prospekti);

    • 2 nömrəli marşrut – Heydər Əliyev prospekti – Şah İsmayıl Xətai prospekti – Dədə Qorqud küçəsi (dairəvi marşrut);

    • 3 nömrəli marşrut – Yeni Gəncə (28 May prospekti) – Cümhuriyyət prospekti;

    • 6 nömrəli marşrut – Şıxzamanlı qəsəbəsi – Bağmanlar küçəsi;

    • 7 nömrəli marşrut – Poçt qəsəbəsi – Şəhidlər xiyabanı (R20 Gəncə–Daşkəsən yolu);

    • 8 nömrəli marşrut – Dəmiryol deposu – Qırmızı kənd qəsəbəsi (İstanbul küçəsi);

    • 9 nömrəli marşrut – Təbriz küçəsi – “Kəlbəcər” şəhərciyi.29 sentyabr:

    • 4 nömrəli marşrut – İmamzadə türbəsi – Cümhuriyyət prospekti;

    • 5 nömrəli marşrut – Y.Məmmədəliyev küçəsi – V.Qocayev küçəsi;

    • 11 nömrəli marşrut – Məhsəti qəsəbəsi (H.Verdiyev küçəsi) – “Kəlbəcər” şəhərciyi;

    • 14 nömrəli marşrut – Qızılqaya qəsəbəsi(A.Nəbiyev küçəsi) – N.Nərimanov küçəsi (Parkın ətrafı);

    • G1 nömrəli marşrut – Göygöl Şəhər Mərkəzi Xəstəxanası – N.Nərimanov küçəsi (Parkın ətrafı).

    30 sentyabr:

    • 10 nömrəli marşrut – Poçt qəsəbəsi – N.Nərimanov küçəsi (Parkın ətrafı);

    • 12 nömrəli marşrut – Gəncə Dəmiryol Vağzalı – 1 nömrəli şəhər xəstəxanası;

    • 13 nömrəli marşrut – Gəncə Beynəlxalq Avtovağzalı(Şəmkir istiqamətində) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində);

    • 15 nömrəli marşrut – Mərkəzi Klinika Gəncə Xəstəxanası – Gəncə Avtovağzalı (Yevlax istiqamətində);

    • 17 nömrəli marşrut – Mərkəzi Klinika Gəncə Xəstəxanası- İ.Kazımov küçəsi (Çəngəl-Bıçaq zavodu);

    • 18 nömrəli marşrut – N.Nərimanov küçəsi (Parkın ətrafı) -Cavadxan qəsəbəsi (K.Mehmandarov küçəsi);

    • 20 nömrəli marşrut – Ə.Xəqani küçəsi (hərbi hissə) – N.Nərimanov küçəsi (Parkın ətrafı).

    1 oktyabr:

    • 16 nömrəli marşrut – Məhsəti qəsəbəsi ( Ə.Xasməmmədov küçəsi) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində);

    • 19 nömrəli marşrut – V.Qocayev küçəsi – “Grand” bazar;

    • G2 nömrəli marşrut – Göygöl avtostansiyası – N.Nərimanov küçəsi (Parkın ətrafı).

  • Xocalıda ağacəkmə aksiyası keçirilib

    Xocalı rayonunda Anım Gününün 5-ci ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub.

    Şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədilə keçirilən aksiya Xocalı rayonunun Ballıca kəndində baş tutub.

    Aksiyada Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

    Aksiya çərçivəsində ümumilikdə 200-dən çox çinar, sam, zeytun və badam ağacları əkilib.

  • США на несколько дней отложили введение санкции против российско-сербской NIS

    США отложили введение санкции против российско-сербской “Нефтяной индустрии Сербии” (NIS) с 1 октября до 8-9 октября.

    Об этом заявило Радио и телевидение Сербии (РТС).

    “После разговора с президентом Александром Вучичем США перенесли начало применения санкций NIS на еще восемь дней, то есть до 8-9 октября. Перед тем Вучич сказал, что будет снова разговаривать с американскими партнерами”, – передает телеканал.

    Отмечается, что предыдущая отсрочка завершалась 26 сентября. За день до этого Вучич на полях Генассамблеи ООН в Нью-Йорке заявил, что Минфин США продлил отсрочку санкций только на четыре дня, до 1 октября и отметил, что это нанесет ущерб Сербии.

  • ABŞ Rusiya-Serbiya şirkətinə qarşı sanksiyaların tətbiqini təxirə salıb

    ABŞ Serbiyanın və Rusiyanın “Serbiya Neft Sənayesi” (NIS) şirkətinə qarşı sanksiyaların tətbiqini oktyabrın 1-dən oktyabrın 8-9-dək təxirə salıb.

    Bu barədə Serbiya Radio və Televiziyası (RTS) məlumat yayıb.

    “Prezident Aleksandr Vuçiçlə söhbətdən sonra ABŞ NIS-ə qarşı sanksiyaların tətbiqini daha səkkiz gün, yəni 8-9 oktyabra qədər təxirə salıb. Bundan əvvəl Vuçiç amerikalı tərəfdaşlarla yenidən danışıqlar aparacağını bildirmişdi”, – telekanal qeyd edib.

    Məlumata görə, əvvəlki möhlət sentyabrın 26-da başa çatıb. Bir gün əvvəl Vuçiç Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində bildirib ki, ABŞ Maliyyə Nazirliyi sanksiyaların təxirə salınma müddətini cəmi dörd gün – oktyabrın 10-nə qədər uzadıb. Onun sözlərinə görə, bu, Serbiyaya ziyan vuracaq.

  • Прогноз погоды на воскресенье

    28 сентября в Баку и на Абшеронском полуострове на отдельных территориях временами ожидаются дожди, которые к утру постепенно прекратятся. В течение дня преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, умеренный северо-западный ветер днем сменится северо-восточным.

    Температура воздуха ночью составит 14-16, днем 18-20 градусов тепла. Атмосферное давление выше нормы – 765 мм ртутного столба, относительная влажность составит 65-75%.

    В районах Азербайджана временами ожидаются дожди, грозы. В отдельных местах возможны ливни интенсивного характера, град, в высокогорных районах – снег. С полудня в большинстве районов осадки постепенно прекратятся. В некоторых местах временами ожидается туман. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит 12-16, днем 18-22, в горах ночью 1-5, днем 5-8 градусов тепла.

  • Bazar gününə olan hava proqnozu açıqlanıb

    Bakıda və Abşeron yarımadasında sentyabrın 28-də bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 14-16, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüzdən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-16, gündüz 18-22, dağlarda gecə 1-5, gündüz 5-8 dərəcə isti olacaq.

  • Azərbaycan pambıq ipliyi istehsalını 23 %-dən çox artırıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 13,23 min ton pambıq ipliyi istehsal edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 % çoxdur.

    Bu il sentyabr ayının 1-nə ölkədə 4,76 min ton hazır məhsul ehtiyatı olub.

    2024-cü ildə Azərbaycanda 18,45 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 41,5 % çoxdur.

  • Paşinyan: “TRIPP marşrutunun həm regional, həm də qlobal əhəmiyyəti və təsiri olacaq”

    TRIPP ABŞ ilə Ermənistan arasında razılaşdırılmış biznes modeli Ermənistan ərazisində fəaliyyət göstərəcək və onlarla kilometr müxtəlif infrastrukturdan ibarət olacaq.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib ki, marşrutun həm regional, həm də qlobal əhəmiyyəti və təsiri olacaq.

    “Beləliklə, avqustun 8-də Vaşinqtonda elan edilmiş TRIPP marşrutu əsasında Vaşinqton bəyannaməsinə uyğun olaraq, Ermənistan və Azərbaycan arasında dövlətdaxili, ikitərəfli və beynəlxalq daşımalar üçün kommunikasiyaların açılması dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında həyata keçiriləcək. Bu, Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisindən keçməklə maneəsiz əlaqəni əhatə edəcək və beynəlxalq və dövlətlərarası əlaqə üçün qarşılıqlı fayda verəcək”, – deyə Paşinyan əlavə edib.