Month: September 2025

  • Vilayət Eyvazov Naftalanda vətəndaşları qəbul edib

    Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 3 və 4-də Naftalan Şəhər Polis Şöbəsində vətəndaş qəbulu, eləcə də sıra baxışı keçirib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, rayon polis şöbəsinin inzibati binasında Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı, Kəlbəcər, eləcə də digər şəhər və rayonlardan gələn 172 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

    Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb.

    Səfər çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

    Vətən müharibəsinin 16 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 121 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

  • Назван объем запасов муки в Азербайджане

    По итогам 2024 года объем запасов муки в Азербайджане составил 1 млн 764 тыс. 476 тонн.

    Как сообщает Report со ссылкой на Государственный комитет статистики, это на 0,5 % меньше, чем в 2023 году.

    При этом в прошлом году был зафиксирован самый низкий показатель запасов муки в стране. Запасы формировались за счет остатков на начало года (16,3%), внутреннего производства (77,4%) и импорта (6,2%).

    В 2024 году в Азербайджане произведено 1 млн 365 тыс. 906 тонн муки, что на 2,8 % больше, чем годом ранее. Объем импорта муки сократился на 28,2 %, составив 109 тыс. 860 тонн, а остатки на начало года уменьшились на 1,1 %, до 288 тыс. 710 тонн.

  • Azərbaycanın un ehtiyatlarının həcmi açıqlanıb

    2024-cü ilin yekununda Azərbaycanın un ehtiyatlarının həcmi 1 milyon 764 min 476 ton təşkil edib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,5 % azdır.

    Ötən il ölkədə un ehtiyatlarının həcmində ən aşağı göstərici qeydə alınıb. Ehtiyatların 16,3 %-i ilin əvvəlinə olan qalıq, 77,4 %-i istehsal, 6,2%-i isə idxal hesabına formalaşıb.

    2024-cü ildə Azərbaycanda 1 milyon 365 min 906 ton un istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 2,8 % çoxdur. Hesabat dövründə ölkəyə un idxalının həcmi 28,2 % azalaraq 109 min 860 tona, ilin əvvəlinə olan qalıq isə 1,1% azalaraq 288 min 710 tona düşüb.

    Ehtiyatların 3 min 68 tonu mal-qara və quş yemi üçün, 395 min 778 tonu əhalinin şəxsi istehlak fondu üçün, 930 min 239 tonu isə qida məhsullarının istehsalı üçün, 107 min 234 tonu qeyri-qida məhsullarının istehsalı üçün, 18 min 758 tonu ixrac üçün istifadə edilib. Hesabat ilində itkilərin həcmi 21 min 187 ton olub.

  • Xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı fondlarının ötənilki gəlirləri və xərcləri açıqlanıb

    2024-cü ildə Xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı fondlarının gəlirləri 662 min manat, xərcləri isə 243 min manat təşkil edib.

    İllik gəlirlərin 64 min manatı qeyri-birja, 598 min manatı isə birja əməliyyatlarından əldə olunub.

    Fondların xərclərinin isə hamısını maliyyə yardımları və sair transfer ödənişləri təşkil edib.

  • ЕС: Азербайджану и Армении важно подписать и ратифицировать мирный договор

    Реализация согласованных шагов между Азербайджаном и Арменией окажет положительное влияние на общее мирное развитие Южного Кавказа и поможет сторонам приблизиться к устойчивому миру и общему процветанию.

    Об этом говорится в заявлении Делегации ЕС в Совете Европы о парафировании мирного договора между Азербайджаном и Арменией.

    В документе подчеркивается, что подписанный 8 августа в Белом доме документ при посредничестве президента США Дональда Трампа “стало значительным прорывом на пути прекращения многолетнего конфликта”.

    “ЕС считает важным обеспечить своевременное подписание и ратификацию мирного договора”, – подчеркивается в заявлении.

    В нем отмечается, что завершение двусторонних переговоров по тексту соглашения в марте прошлого года представляет собой решающий шаг к полноценной нормализации отношений на основе взаимного признания суверенитета и территориальной целостности в соответствии с Алма-Атинской декларацией 1991 года.

    ЕС подтвердил готовность продолжить сотрудничество с международными партнерами, предоставляя поддержку и экспертизу для практической реализации последующих шагов.

    К заявлению присоединились Албания, Андорра, Босния и Герцеговина, Грузия, Исландия, Лихтенштейн, Монако, Молдова, Черногория, Норвегия, Северная Македония, Сан-Марино, Сербия, Украина и Великобритания.

  • Aİ-nin AŞ-dəki nümayəndə heyəti: Azərbaycan və Ermənistanın sülh sazişini imzalaması və ratifikasiya etməsi vacibdir

    Azərbaycan və Ermənistan arasında razılaşdırılmış addımların həyata keçirilməsi Cənubi Qafqazın ümumi inkişafına müsbət təsir göstərəcək və tərəflərin davamlı sülhə və ümumi rifaha yaxınlaşmasına kömək edəcək.

    Bu barədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması ilə bağlı Aİ-nin Avropa Şurasındakı nümayəndə heyətinin bəyanatında deyilir.

    Sənəddə vurğulanıb ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Ağ Evdə imzalanan sənəd “uzun müddət davam etmiş münaqişəyə son qoyulması istiqamətində mühüm irəliləyiş olub”.

    “Aİ sülh sazişinin vaxtında imzalanmasını və ratifikasiyasını təmin etməyi vacib hesab edir”, – bəyanatda bildirilib.

    Bəyanatda qeyd olunub ki, ötən ilin martında sazişin mətni üzrə ikitərəfli danışıqların başa çatması 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması əsasında münasibətlərin tam normallaşması istiqamətində həlledici addımdır.

    Bəyanata Albaniya, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Lixtenşteyn, Monako, Moldova, Monteneqro, Norveç, Şimali Makedoniya, San-Marino, Serbiya, Ukrayna və Böyük Britaniya qoşulub.

  • В Баку из маркетов украли лотерейные билеты и платежный терминал

    В Баку в нескольких маркетах произошла кража.

    Как сообщили в Министерстве внутренних дел, факты зафиксированы в Хазарском и Низаминском районах.

    В поселке Тюркан Хазарского района в разное время суток из двух маркетов украдены 75 манатов и платежный терминал.

    Сотрудниками полиции Хазарского РУП по подозрению в краже задержан 29-летний А. Алиев.

    Помимо этого, сотрудниками Низаминского РУП также задержан ранее судимый 37-летний Р. Пириев, подозреваемый в краже лотерейных билетов стоимостью 1 200 манатов из магазина.

    По фактам ведется расследование.

  • Bakıda marketdən lotereya biletləri oğurlanıb

    Bakıda marketlərdən oğurluq olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, paytaxtın Xəzər rayonunda talama cinayətləri qeydə alınıb. Türkan qəsəbəsində müxtəlif vaxtlarda iki marketdən 75 manat və ödəmə terminalı oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat verib.

    Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı A.Əliyev saxlanılıb.

    Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə marketdən 1200 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Piriyev də tutulub.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • В Португалии объявили траур из-за аварии фуникулера в Лиссабоне

    Правительство Португалии объявило 4 сентября днем национального траура в память о погибших при аварии фуникулера “Глория” в Лиссабоне.

    Как передает Median.Az со ссылкой на португальские СМИ, об этом сообщил президент страны Марселу Ребелу де Соуза.

    Сообщается также, что мэр Лиссабона Карлуш Моэдаш объявил трехдневный траур в столице.

    Все городские фуникулеры приостановили работу до завершения технической проверки. Фуникулер “Глория” сошел с рельсов в центре города вечером 3 сентября, что привело к гибели 15 человек. Еще 23 пассажира получили травмы, пятеро из них в тяжелом состоянии. Среди погибших – машинист, управлявший вагоном в момент аварии.

    Фуникулер Elevador da Gloria связывает центр Лиссабона с районом Барриу-Альту и является важным городским транспортом, ежегодно обслуживая более 3 млн пассажиров. Он был открыт в XIX веке, а в 2002 году получил статус национального памятника. Напомним, что в 2018 году здесь уже произошёл сход с рельсов, однако тогда обошлось без жертв.

  • Portuqaliyada matəm elan edilib

    Portuqaliya hökuməti Lissabonda ” Gloria” funikulyorunda baş vermiş qəza nəticəsində həlak olanların xatirəsinə bu gün milli matəm günü elan edib.

    Bu barədə ölkə Prezidenti Marselu Rebelu de Souza bildirib.

    Bundan başqa, Lissabon meri Karluş Moedaş paytaxtda üç günlük matəm elan edib.

    Qeyd edək ki, “Gloria” funikulyoru sentyabrın 3-də axşam saatlarında şəhərin mərkəzində relsdən çıxıb, nəticədə 15 nəfər həlak olub, 23 sərnişin xəsarət alıb, onlardan beşinin vəziyyəti ağırdır.

    “Elevador da Gloria” funikulyoru Lissabonun mərkəzini Barriu-Altu rayonu ilə birləşdirir Funikulyor hər il 3 milyondan çox sərnişinə xidmət göstərir. XIX əsrdə açılan funikulyora 2002-ci ildə milli abidə statusu verilib.