Month: September 2025

  • Прокуратура Аргентины изъяла картину, похищенную нацистами в Нидерландах

    Аргентинская прокуратура конфисковала картину итальянского художника Витторе Гисланди (1655-1743), разыскиваемую наследниками голландского коллекционера Жака Гаудстиккера, у которого она была изъята нацистами в годы Второй мировой войны.

    Об этом сообщается на портале генпрокуратуры южноамериканской страны.

    “Адвокат, представляющий находящихся под следствием лиц, передал отделению Генеральной прокуратуры в Мар-дель-Плате картину “Портрет дамы” итальянского художника Витторе Гисланди, которая была заявлена как похищенная в Нидерландах во время нацистской оккупации в годы Второй мировой войны”, – говорится в сообщении. В нем уточняется, что картина “была конфискована”.

    В августе газета Algemeen сообщила, что в результате расследования ее журналисты обнаружили пропавший “Портрет дамы” в собственности у дочерей финансиста нацистов Фридриха Кадгина, сбежавшего в Аргентину после Второй мировой войны. Картину заметили на опубликованной на сайте недвижимости фотографии дома, который выставила на продажу одна из наследниц.

    Наследники Гаудстиккера добиваются возвращения картины. Аргентинская прокуратура провела обыски в объектах недвижимости, связанных с семьей Кадгина. Одна из его наследниц была заключена под домашний арест на 72 часа. В ходе обысков конфискованы две картины, которые были написаны в XIX веке, а также рисунки и гравюры.

  • Argentina Prokurorluğu Niderlandda nasistlərin oğurladığı rəsmi müsadirə edib

    Argentina Prokurorluğu II Dünya Müharibəsi zamanı nasistlərin ələ keçirdiyi niderlandlı kolleksiyaçı Jak Qaudstikkerin varislərinin axtardığı, italyan rəssamı Vittore Qislandinin (1655-1743) tablosunu müsadirə ediblər.

    Bu barədə Cənubi Amerika ölkəsinin Baş Prokurorluğunun portalı məlumat yayıb.

    “İstintaqda olan şəxsləri müdafiə edən vəkil İkinci Dünya Müharibəsi zamanı nasist işğalı zamanı Niderlandda italiyalı rəssam Vittore Qislandinin oğurlandığı bildirilən “Xanımın portreti” əsərini Mar del Platada Baş Prokurorluğun şöbəsinə təhvil verib”, – məlumatda deyilir.

    Rəsmin müsadirə edildiyi bildirilir.

    Avqust ayında “Algemeen” qəzeti jurnalistlərin İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçan nasist maliyyəçisi Fridrix Kadqinin qızlarına məxsus yoxa çıxmış “Xanımın portreti”ni tapdıqlarını bildirmişdi. Rəsm varislərdən birinin daşınmaz əmlak saytında satışa çıxardığı evin fotosunda görünüb.

    Qaudstikkerin varisləri rəsmin geri qaytarılmasına çalışırlar. Argentina prokurorları Kadqinin ailəsi ilə əlaqəli mülklərdə axtarışlar aparıblar. Nasistin varislərindən biri 72 saat ev dustaqlığına buraxılıb. Axtarışlar zamanı həm 19-cu əsrə aid iki rəsm, həm də rəsm və qravüralar müsadirə edilib.

  • “Oleq Bakinski” məhkəmədən bəraət istədi

    Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən, əslən azərbaycanlı kriminal avtoritet Oleq Andreyeviç Krapivin (Oleq Bakinski) və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Konstantin Antonoviç Kuçerin barəsində olan hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

    Hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Konstantin Kuçerin vəkili Elşad Əliyev bildirib ki, müvəkkilinə verilən dələduzluq ittihamı birinci instansiya məhkəməsi tərəfindən sübuta yetirilməyib: “Silahdan istifadə etməklə xuliqanlıq cinayəti isə istintaqın uydurmasıdır. Məhkəmədən xahiş edirəm ki, Konstantin Kuçer barəsində bəraət hökmü çıxarsın”.

    Prosesdə çıxış edən Oleq Bakinskinin vəkil Xeyrənsə Babayeva isə deyib ki, müvəkkili ona verilən cəza ilə razı deyil. O bildirib ki, Oleq Bakinskiyə bəraət verilməlidir.

    Məhkəmədə çıxış edən Oleq Bakinski şərləndiyini vurğulayıb: “Mən heç bir cinayət törətməmişəm. Mənim üstümə böhtan atılıb, xahiş edirəm mənə bəraət verəsiniz”.

    Proses sentyabrın 18-də davam edəcək.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oleq Bakinskiyə 2 il 6 ay şərti cəza verilib. Digər təqsirləndirilən Konstantin Kuçer isə 2 il 6 ay azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Valeri Zaxarenkoya Bakıda xəsarət yetirməkdə və ona qarşı dələduzluqda ittiham olunublar.

    Eyni zamanda, iş üzrə “Aviazapçast” ASC və “Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıblar.
    //oxu.az

  • Bilik Günü bu “məktəb”ə gedəcəklər – FOTO

    Bilik Gününə sayılı günlər qalmış Yardımlı rayonu Deman kəndində yerləşən “məktəb” görünüşü ilə diqqət çəkib.

    Deman kəndindəki ibtidai məktəb Yardımlı rayon Nazim Cəfərov adına Avaş kənd tam orta ümumtəhsil məktəbinin filialıdır.

    Taxtadan düzəldilmiş vaqon – sinifdə 4 parta mövcuddur. İbtidai sinfi bitirən məktəblilər 5-11-ci siniflərdə oxumaq üçün 8 kilometr uzaqda yerləşən Avaş kənd tam orta məktəbinə getməlidirlər.
    //unikal.az


  • Bakıda saxlanılan ruslar Azərbaycan dilini öyrənməyə başlayıb – SƏBƏB

    Xəbər verdiyimiz kimi, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Azərbaycanda saxlanılan rusları azad etməyə çağırıb.

    Bu barədə Rusiya KİV məlumat yayıb.

    “Mash” teleqram kanalı sözügedən rusların həbsxanadakı vəziyyəti barədə yazı dərc edib.

    Məlumata görə, məhbuslar yeməkləri bəyənirlər, onlara meyvə, tərəvəz və çərəzlər verilir.

    Həmçinin məhbuslara həftədə iki dəfə yaxınları ilə görüşməyə icazə verildiyi də deyilir.

    “Sergey Sofronov və Anton mühafizəçiləri başa düşmək və televiziya kanallarına baxmaq üçün Azərbaycan dilini öyrənməyə başlayıblar”, – deyə məlumatda qeyd olunub.
    //unikal.az

  • Bəzi ölkələrdə “Google” çökdü

    Sentyabrın 4-də bir neçə ölkədə, ilk növbədə Cənub-Şərqi Avropada “Google” xidmətlərinin milyonlarla insan üçün əlçatmaz olduğu bildirilir.

    “DownDetector”a görə, “YouTube”, “Gmail”, “Chrome”, “Maps”, “Google Translate” və digər xidmətlərə daxil olmaqda çətinlik çəkən istifadəçilərdən gələn hesabatların artması səhər saatlarında başlayıb.

    “Saat 07.10 GMT-dən başlayaraq hesabatlarda artım oldu. Kəsinti zamanı Türkiyə, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Xorvatiya, Serbiya, Rumıniya, Şimali Makedoniya, Ermənistan, Azərbaycan və digər 16 ölkədən xəbərlər aldıq”, -deyə “Outage.Report” izləyici saytı yazıb.

    Bəzi istifadəçilər İsveçin “Spotify audio streaming” xidmətinin də bu kəsilmədən təsirləndiyini bildirir.

  • Лейла Алиева и Арзу Алиева посетили Национальный онкологический центр – Видео

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева и глава Baku Media Center Арзу Алиева посетили Национальный онкологический центр.

    Публикацией об этом на своей странице в социальной сети поделилась Лейла Алиева.

  • Leyla Əliyeva Milli Onkologiya Mərkəzindən paylaşım edib – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Milli Onkologiya Mərkəzində olublar.

    Bununla bağlı Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.

    Paylaşımı təqdim edirik:

  • Şərurlu İsfəndiyar: “Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar”

    Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə İsfəndiyar Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə növbəti məhkəmə prosesi baş tutub. Aylardır davam edən iş üzrə növbəti prosesdə məlum olub ki, “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) vəkili iştirak etmir. Bu səbəbdən məhkəmə iclası sentyabrın 18-nə kimi təxirə salınıb.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, iş adamı ona qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə özünü günahkar bilmədiyini açıqlayıb.

    – Xüsusi ittihamçı Emil Səməndərovla sülh yolu ilə razılaşma ehtimalı nəzərdən keçirirsiniz?

    – Hazırda məhkəmə gedir. Mən barışıq təklif etməmişəm, ümumiyyətlə, barışıq söhbəti də olmayıb.

    – Emil Səməndərovu xüsusi ittihamla çıxış etməsinə əsas olan ifadəni nə əsasla işlətmisiniz? Bu ifadənin faktiki əsası varmı?

    – Məsələ belədir ki, qarşı tərəf haqqında jurnalist məndən müsahibə almışdı. Mövzu həmin şəxsin tikinti şirkətində çalışdığı müddətdə insanların pulunu mənimsəməsi ilə bağlı idi. İddia edirlər ki, mən müsahibədə onu dələduz adlandırmışam. Lakin belə bir hal baş verməyib. Bunu özləri də yaxşı bilirlər. Məhkəmədə çıxışım zamanı “dələduz” sözünü işlətmədiyimi qeyd etmişəm.

    – Vəkillərinizin məhkəmə prosesinə gəlməməsinin səbəbi nədir? Bu, müdafiə strategiyanızın bir hissəsidir?

    – Məhkəmə prosesində vəkilim xəstəliyi ilə əlaqədar iştirak etməyib. Bu prosesdə mənim bir vəkilim var, o da xəstə olduğuna görə məhkəmədə iştirak edə bilməyib.

    – Xüsusi ittiham təsdiqini tapsa, sizin barənizdə, hətta həbs cəzası çıxarılacağını bilirsiniz?

    – Mən özümü günahkar hesab etmirəm. Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar. Məni isə dəfələrlə məhkəməyə çağırırlar. Nə istəyirlərsə etsinlər, əllərindən gələni etsinlər. Həbsə belə hazıram, artıq bezmişəm.

    Şərurlu İsfəndiyar Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə ittiham olunmasını əsassız hesab etdiyini bildirib. Xüsusi ittihamçı Emil Səməndərov isə qeyd olunan maddələr üzrə onun təqsirli bilinməsini, cəzalandırılmasını tələb edir.

    Xatırladaq ki, bu gün keçirilən prosesdə iş üzrə təyin edilmiş linqvistik ekspertizanın yekunlaşdığı və ekspertizanın rəyinin məhkəməyə daxil olduğu bildirilib. Ötən prosesdə təqsirləndirilən İsfəndiyar Axundovun müsahibələrinin birində zərərçəkən Emil Səməndərovu təhqir etdiyini müəyyən etmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdu.

    Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016 MTK”nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb. Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

  • Azərbaycanın Bolqarıstandakı səfiri geri çağırılıb

    Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.