Month: September 2025

  • Мощное землетрясение в Афганистане: число жертв превысило 2 200 человек

    Количество погибших в результате мощного землетрясения в Афганистане достигло 2 205 человек, пострадавших – 3 640.

    Об этом сообщил в соцсети X заместитель официального представителя “Талибана” Хамдулла Фитрат.

    “Обновленная информация о жертвах землетрясения в Кунаре. Общее число погибших достигло 2 205, а число раненых – 3 640”, – написал он.

    Напомним, землетрясение магнитудой 6 было зафиксировано на востоке Афганистана в регионе Гиндукуш, очаг стихии залегал на глубине около 10 км. Отголоски землетрясения ощущались на обширной территории, в том числе в индийском Нью-Дели.

  • Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artdı

    Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artıb.

    Bu barədə “Taliban”ın rəsmi nümayəndəsinin müavini Həmdullah Fitrət “X” hesabında məlumat verib.

    “Kunarda zəlzələ qurbanları haqqında yenilənmiş məlumat. Ölənlərin ümumi sayı 2 205-ə, yaralıların sayı isə 3 640-a çatıb”, – deyə Fitrət yazıb.

    Xatırladaq ki, Əfqanıstanın şərqində, Hindukuş bölgəsində 6 bal gücündə zəlzələ qeydə alınıb, fəlakətin ocağı təxminən 10 km dərinlikdə yerləşib. Zəlzələnin əks-sədaları Hindistanın Nyu-Delhi şəhəri də daxil olmaqla, geniş ərazidə hiss olunub.

  • Azərbaycanda həkim vəfat edib

    Özəl klinikalardan birində çalışan həkim, pediatr Yaqub Cabbarov vəfat edib.

    Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

    Y.Cabbarov bir müddət əvvəl baş verən qəzada aldığı xəsarətlər səbəbindən xəstəxanada müalicə alırdı.

  • Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

    Sabah Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq.

    Bu barədə  “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib
    Bildirilib ki, sentyabrın 5-də Sumqayıt şəhəri Çerkassı küçəsində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq qaz təchizatında məhdudiyyət tətbiq ediləcək.
    Saat 10:00-dan etibarən işlər başa çatana qədər ümumilikdə 750 abonentin qaz təchizatı dayandırılacaq. 

  • Azərbaycan XİN Sudana başsağlığı verib

    Azərbaycan Xarici İşlər Nazirliyi Sudanda baş vermiş torpaq sürüşməsi nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib.

     
    Bu barədə XİN “X”da paylaşım edib. “Sudanda baş verən sürüşmə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və qardaş Sudan xalqının kədərini bölüşürük.
     
    Yaralananların tezliklə sağalmasını arzulayırıq və Sudan xalqının bu faciənin nəticələrini dözümlə aradan qaldıracağına ümid edirik”, – paylaşımda qeyd edilib.

  • Sabah yağış yağacaq, şimşək çaxacaq

    Azərbaycanda sentyabrın 5-də havanın yağışlı keçəcəyi gözlənilir. 

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
    Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
    Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq

  • 34 yaşlı qadın ərini kürəyindən bıçaqladı

    İsmayıllı rayonunda arvad ərini kürəyindən bıçaqlayıb.

    Hadisə İsmayıllı şəhəri, Təbriz küçəsində baş verib.
    Kənd sakini Samir Ağarzayev (soyadı şərtidir) 2015-cü ildə 1991-ci il təvəllüdlü Gülnar Ağarzayeva ilə ailə qurub və birgə nikahda iki oğlu olub. Bir müddət sonra Samir evə tez-tez içkili gəlməyə başlayıb. Daha sonra isə o, günlərlə evə gəlməyib və başqa ünvanda gecələyib. Nəticədə ailədə münasibətlər daha da gərginləşib.
    Bir gün Samir yorğun halda evə gəlib yatıb. O, səhər yuxudan oyananda mobil telefonunu qoyduğu yerdə tapmayıb və Gülnardan telefonunu istəyib. Gülnar isə onun telefonundan xəbərsiz olduğunu bildirib. Bir neçə saatdan sonra yuxudan oyanan Samir yenidən mobil telefonunu axtarıb. Gülnar isə telefonu ona verməyib. Nəticədə ərlə arvad arasında dava düşüb. Dava zamanı Samir həyat yoldaşını şillə ilə vurub. O, evdən çıxarkən Gülnar mətbəx bıçağını götürərək on kürək nahiyəsindən zərbə endirib. Samir bıçağı kürəyindən çıxararaq yerə atıb və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gedib.
    Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib.
    İsmayıllı Rayon Məhkəməsində keçirilən prosesdə Samirə dəymiş ziyan ödənildiyindən tərəflər arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Gülnar məsuliyyətdən azad olunub.
     
    \oxu.az

  • 5 aptekdə nöqsanlar aşkarlanıb

    Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi avqust ayında ümumilikdə 23 aptekdə yoxlama keçirib.

    Mərkəzdən verilən məlumata görə, bu yoxlamalardan 12-si Bakı şəhərində, 11-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

    Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb.

    Aparılan yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

  • В Азербайджане подготовлен новый законопроект “О внутренних войсках”

    В Азербайджане подготовлен новый законопроект “О внутренних войсках”.

    Как сообщает AПA, проект уже поступил в Милли Меджлис.

  • “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi hazırlanıb

    “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi hazırlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, qanun layihəsi artıq Milli Məclisə daxil olub.