Month: September 2025

  • В новом учебном году в школах Баку полностью откажутся от бумажных журналов

    С начала нового учебного года во всех общеобразовательных учреждениях Баку будет прекращено использование бумажных журналов. Все образовательные процессы будут осуществляться исключительно через платформу Rəqəmsal məktəb (“Цифровая школа”).

    Как сообщает Median.Az со ссылкой на журнал Azərbaycan müəllimi, об этом заявила Фидан Наджафова, руководитель сектора контроля качества и мониторинга Государственного агентства дошкольного и общего образования, выступая на сентябрьской конференции работников образования столицы.

    По ее словам, работа по внедрению платформы началась еще в январе-феврале 2025 года, и за этот период система была значительно усовершенствована. На данный момент уже 98% директоров и 93% учителей зарегистрированы в системе. Поставлена задача завершить регистрацию всех директоров и педагогов до конца текущей недели.

    Фидан Наджафова также отметила, что для директоров общеобразовательных учреждений будут организованы специальные тренинги по регистрации и использованию платформы. По ее словам, внедрение Rəqəmsal məktəb значительно снизит рабочую нагрузку на учителей и администрацию учебных заведений.

    Особое внимание было уделено вопросу регистрации родителей в системе. В настоящее время этот показатель составляет 62-65%. Наджафова подчеркнула необходимость активизации работы по повышению этого показателя.

  • Paytaxt məktəblərində kağız jurnallar ləğv edilir

    “Yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində kağız jurnallardan istifadə edilməyəcək, bütün proseslər yalnız “Rəqəmsal məktəb” platforması üzərindən aparılacaq”.

    Median.Az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransında deyib.

    Onun sözlərinə görə, cari ilin yanvar-fevral aylarından etibarən platformanın tətbiqi istiqamətində işlərə başlanılıb və bu müddət ərzində sistemin təkmilləşdirilməsi aparılıb. Artıq direktorların 98%-i, müəllimlərin isə 93%-i platformada qeydiyyatdan keçib. Bu həftənin sonunadək bütün direktor və müəllimlərin qeydiyyatının tam başa çatdırılması ilə bağlı tapşırıq verilib.

    Fidan Nəcəfova əlavə edib ki, məktəb direktorları üçün platformadan qeydiyyat və öhdəliklərlə bağlı təlimlər təşkil olunacaq. Onun sözlərinə görə, “Rəqəmsal məktəb” platformasından istifadə müəllim və məktəb rəhbərliyinin iş yükünün azaldılmasına xidmət edəcək.

    O, həmçinin qeyd edib ki, hazırda valideynlərin qeydiyyat göstəricisi 62-65% civarındadır. Bu göstəricinin yüksəldilməsi istiqamətində işlərin görülməsinin vacibliyi vurğulanıb.

  • Задержан министр иностранных дел Казахстана Мурат Нуртлеу

    Задержаны министр иностранных дел Казахстана Мурат Нуртлеу, бизнесмен Гаджи Гаджиев и несколько высокопоставленных сотрудников Комитета национальной безопасности (КНБ).

    Данную информацию orda.kz подтвердили источники в правоохранительных органах.

    Нуртлеу схватили у него дома, накануне он вернулся из саммита ШОС в Китае. Прошли обыски и у министра, и у Гаджиева. Имена сотрудников КНБ выясняются.

  • Qazaxıstanın xarici işlər naziri saxlanıldı

    Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyev saxlanılıblar.

    Median.Az Orda.kz-yə istinadən xəbər verir ki, onlarla bərabər, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksəkvəzifəli əməkdaşları da saxlanılıblar.

    Məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr təsdiqləyiblər.

    Nurtleu Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən qayıtdıqdan sonra evində tutulub, müstəntiqlər nazirin və Hacıyevin evində axtarış aparıblar.

  • Президент подписал распоряжение о проведении 90-летия Юсифа Самедоглу

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о проведении 90-летия Юсифа Самедоглу.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “В декабре 2025 года исполняется 90 лет со дня рождения видного представителя азербайджанской литературы, Народного писателя, известного общественного деятеля Юсифа Самедоглу (Юсифа Самед оглу Векилова).

    Юсиф Самедоглу – одна из выдающихся личностей, обладавших редким талантом, которую взрастила азербайджанская проза XX века. Писателю, оставившему след в литературном процессе своими произведениями глубокого общественно-нравственного содержания, в том числе рассказами, романами и сценариями к фильмам, являющимися образцами высокой художественности, принадлежат особые заслуги в переходе национальной прозы на качественно новый уровень в 60-70-е годы прошлого века. Ставший ярким событием в культурной жизни знаменитый роман “День казни”, повествующий о мире и человеке, снискал писателю славу и далеко за пределами Азербайджана. Юсиф Самедоглу использовал авторитетные литературно-художественные сборники, которыми он руководил, в качестве трибуны для широкого распространения национальной мысли и идеи, находился в авангарде освободительного движения и борьбы за независимость страны, всегда отличался своей гражданской позицией представителя интеллигенции по отношению к судьбоносным проблемам народа.

    Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, в целях обеспечения проведения 90-летнего юбилея Народного писателя Юсифа Самедоглу, внесшего достойный вклад в обогащение национальной сокровищницы художественной мысли, постановляю:

    1. Министерству культуры Азербайджанской Республики, с учетом предложений Союза писателей Азербайджана, подготовить и реализовать план мероприятий, посвященных 90-летнему юбилею Народного писателя Юсифа Самедоглу.

    2. Кабинету министров Азербайджанской Республики решить вопросы, вытекающие из настоящего распоряжения”.

  • Prezident Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzaladı

    Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncamda bildirilir ki, 2025-ci ilin dekabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi tamam olur.

    “Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60-70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Yusif Səmədoğlu rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə etmiş, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanmış, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilmişdir”, – Sərəncamda qeyd edilib.

    Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

    Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • DOST Mərkəzinin fəaliyyəti bərpa edildi

    Xırdalan şəhərində yerləşən Abşeron DOST Mərkəzində bu gündən etibarən vətəndaşlara xidmət tam bərpa edilib.

    Bu barədə DOST Agentliyi məlumat yayıb.

    “Xatırladaq ki, bir neçə gün öncə mərkəzin inzibati binasında baş vermiş yanğın səbəbindən fəaliyyət müvəqqəti olaraq dayandırılmışdı. Hadisədən sonra aparılan zəruri təmir-bərpa işləri artıq başa çatdırılıb və mərkəz yenidən normal iş rejimində fəaliyyətini davam etdirir.

    Vətəndaşlar sosial xidmətlərdən yararlanmaq üçün Abşeron DOST Mərkəzinə əvvəlki qaydada müraciət edə bilərlər”,- deyə məlumatda qeyd edilib.

  • “PulPal”ın vəzifəli şəxsi cərimələndi

    Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC-nin vəzifəli şəxsini 1000 manat cərimə edib.

    Bu barədə AMB-dən bildirilib.

    Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də aprel ayında keçirilmiş plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “PulPal” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1 000 (bir min) manat məbləğində cərimə edilib.

  • Polis 20,3 kq narkotik aşkarladı

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 3-də ümumi çəkisi 20,3 kiloqramdan artıq narkotik vasitə, 250 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 530 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

  • “Şərurlu İsfəndiyar”ın cinayət işi üzrə ekspertiza yekunlaşdı

    “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsfəndiyar Axundov da iştirak edib.

    Prosesdə linqivistik ekspertizanın yekunlaşdığı və ekspertizanın rəyinin məhkəməyə daxil olduğu bildirilib.

    Təqsirləndirilən İsfəndiyar Axundovun vəkilləri prosesə gəlmədiyi üçün iclas sentyabrın 18-nə kimi təxirə salınıb.

    Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən İsfəndiyar Axundovun müsahibələrinin birində zərərçəkən Emil Səməndərovu təhqir etdiyini müəyyən etmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdu.

    Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016 MTK”nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

    Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

    O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.