Month: September 2025

  • “Bu, Bakı-Moskva münasibətlərinin normallaşmasına töhfə verə bilər” – Zaxarova

    “Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

    “Rusiya vətəndaşlarının azadlığa buraxılması Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır. Mövzu avqustun 22-də Həştərxanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclaslarında ətraflı müzakirə olunub”, – diplomat vurğulayıb.

    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi onu da xatırladıb ki, Rusiya vətəndaşlarının konsulluq əməkdaşları tərəfindən artıq iyulun 3, 14 və 23-də Bakı İstintaq Təcridxanasına üç səfəri təşkil olunub:

    “Dördüncü görüş üçün sorğu göndərilib, lakin Azərbaycan tərəfi hələlik razılıq verməyib. Biz güman edirik ki, belə razılıq alınacaq”.
    //unikal.az

  • Kolleclərə elektron qeydiyyata bu tarixdən start verilir

    Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə sentyabrın 9-u saat 11:00-da start veriləcək.

    Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

    Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.

  • Bakıda marketlərdən lotereya biletləri oğurlandı

    Bakıda marketlərdən oğurluq olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, paytaxtın Xəzər rayonunda talama cinayətləri qeydə alınıb. Türkan qəsəbəsində müxtəlif vaxtlarda iki marketdən 75 manat və ödəmə terminalı oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə məlumat verib.

    Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı A.Əliyev saxlanılıb.

    Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə marketdən 1200 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Piriyev də tutulub.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • 14 yaşlı uşağa işgəncə verməkdə təqsirləndirilən qadın həbs edildi

    Bakıda 14 yaşlı bacısı oğluna işgəncə verib xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova həbs edilib.

    Bu barədə Sabunçu Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, paytaxtın Sabunçu rayonu ərazisində hər iki valideynini itirən 14 yaşlı oğlanın xalasının himayəsində işgəncələrə məruz qalması barədə sosial şəbəkələrdə paylaşım edilmişdi.

    Məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülmüş və araşdırmalara başlanılmışdı. Fakta görə Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb və G.Novruzova saxlanılıb.
    //oxu.az

  • В Рязанской области России разбился легкомоторный самолет

    Легкомоторный самолет Х-32 “Бекас” разбился в Рязанской области России.

    Об этом ТАСС сообщили в оперативных службах региона.

    “Разбился легкомоторный самолет Х-32 “Бекас”. По предварительной информации, пилот погиб”, – сказал собеседник агентства.

    Самолет упал в районе села Зимарово, по предварительным данным, на земле жертв и разрушений нет.

    “Возгорания после столкновения с землей не последовало”, – добавил собеседник агентства.

    Сообщается, что самолет осуществлял сельхозобработку полей.

  • Rusiyada təyyarə qəzası: Ölən var

    Rusiyanın Ryazan vilayətinin Zimarovo kəndi yaxınlığında yüngülmühərrikli “X-32 Bekas” təyyarəsi qəzaya uğrayıb.

    Bu barədə TASS-a regionun fövqəladə hallar xidmətlərindən məlumat verilib.

    “Yüngül mühərrikli “X-32 Bekas” təyyarəsi qəzaya uğrayıb. İlkin məlumata görə, pilot ölüb. Təyyarə yerə çırpıldıqdan sonra yanğın hadisəsi baş verməyib”, – deyə agentliyə bildirilib.

  • Məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

    Sumqayıt Apellyasiya Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Qalib Bəşirovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, məhkəmə iclasında çıxarılan qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

    Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin apellyasiya şikayəti isə qismən təmin olunub. Belə ki, məhkəmənin qərarı ilə Qalib Bəşirovun Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2025-ci il tarixli hökmü dəyişdirilib. Ona əvvəl təyin olunmuş cəza 2 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənib. Şübhəli şəxs qismində saxlandığı bir gün cəza müddətindən çıxılmaqla, onun üzərində qəti olaraq 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Hökm qalan hissədə dəyişdirilmədən qüvvədə qalıb.

    İttihama görə, hadisə 2023-cü ilin noyabrında baş verib. 2001-ci il təvəllüdlü Qalib Bəşirov Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində günlük kirayə götürdüyü mənzildə aralarında 8 il yaş fərqi olan, 14 yaşı tamam olmuş, lakin 16 yaşına çatmayan, 2009-cu il təvəllüdlü, zərərçəkmiş S.S. ilə razılıq əsasında qeyri-təbii yolla cinsi əlaqədə olub. Qalib sonradan – 2023-cü il dekabrın 1-də həmin ünvanda təkrar olaraq seksual xarakterli digər hərəkətlər edib.

    Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Qalib Bəşirov 1 il 7 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmişdi.

  • Найдено тело второго утонувшего в водоканале в Хызынском районе

    Завершились поисковые работы по обнаружению второго человека, утонувшего в водном канале Тахтакёрпю-Джейранбатан на территории села Ситалчай Хызынского района.

    Как сообщает Median.Az со ссылкой на Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана, тело погибшего было обнаружено и извлечено из воды группой водолазов-спасателей Государственной службы надзора за маломерными судами и спасения на водах МЧС.

    Напомним, 2 сентября в канале Тахтакёрпю-Джейранбатан утонули братья Орхан (1999 г.р.) и Рамазан (2001 г.р.) Абдыевы. В результате поисково-спасательных мероприятий тело одного из утонувших было обнаружено и извлечено из воды в тот же день.

  • Xızıda kanalda batan ikinci qardaşın da MEYİTİ TAPILDI

    Sentyabrın 2-də Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində batan digər şəxsin axtarışları başa çatıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, sentyabrın 2-də 1999-cu il təvəllüdlü Orxan İsrayıl oğlu Abdıyev və 2001-ci il təvəllüdlü Ramazan İsrayıl oğlu Abdıyev qardaşları Taxtakörpü-Ceyranbatan su kanalında boğulublar. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su kanalında batanlardan birinin meyiti elə həmin gün tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

  • В Баку конфликт в автобусе закончился тюремным сроком для пассажира

    В Баку обычная поездка в общественном транспорте обернулась серьезными последствиями для одного из пассажиров. Словесная перепалка в автобусе маршрута №185 переросла в физическое столкновение, в результате которого один из участников конфликта получил реальный тюремный срок.

    Как сообщает Oxu.Az, инцидент произошел на территории поселка Бакиханов Сабунчинского района столицы.

    Пассажир Ниязи Агаев (здесь и далее имена и фамилии условные – ред.) вместе с дядей сел в автобус в поселке Забрат. Когда они доехали до поселка Бакиханов, Ниязи обратился к водителю с просьбой остановить автобус вне остановки, объяснив это тем, что его дяде плохо. Водитель отказался, сославшись на запрет останавливаться в неположенных местах.

    Во время возникшего спора в разговор вмешался другой пассажир, Гусейн Мамедов, который поддержал позицию водителя. Когда автобус остановился на официальной остановке, Гусейн вышел из транспорта, однако Ниязи последовал за ним, намереваясь продолжить конфликт. Словесная перепалка быстро переросла в драку, в ходе которой Гусейн нанес побои Ниязи. Другие пассажиры разняли дерущихся, а на место происшествия прибыли сотрудники полиции.

    По данному факту возбуждено уголовное дело, которое впоследствии передали в Сабунчинский районный суд.

    Гусейна Мамедова приговорили к 3 месяцам лишения свободы, он был арестован в зале суда.