Month: September 2025

  • Adı qalmaqalda hallanan 201 nömrəli məktəbdə üç müəllim işdən çıxarıldı – Video

    Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə 20 ildən çoxdur çalışan üç müəllim eyni vaxtda işdən çıxarılıb.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, həmin müəllimlər iddia edirlər ki, işdən çıxarılmalarına səbəb direktor Afaq Əliyeva ilə bağlı müvafiq qurumlara şikayət etmələridir.

    İşdən azad edilən müəllimlərdən biri Saleh Məmmədovdur. O iddia edir ki, direktor Afaq Əliyeva şəxsi intriqaları səbəbindən qərəzli şəkildə onu işdən uzaqlaşdırıb.

    İşdən çıxarılan digər müəllim Kəmalə Mönsümova da həmkarları ilə eyni fikirləri bölüşüb.

    Məsələ ilə bağlı Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən bildirilib ki, 201 nömrəli tam orta məktəbin qeyd olunan üç müəllimi təhsil müəssisəsinin iş ahəngini, “Təhsilverənlərin etik davranış Qaydaları”nın və əmək qanunvericiliyinin tələblərini, məktəbin daxili nizam-intizam qaydalarını pozduqlarına görə Həmkarlar Komitəsinin iclasında əməlləri qiymətləndirilərək onların əmək müqavilələrinə xitam verilməsi haqqında qərar qəbul olunub.

    Qeyd edək ki, məktəb direktoru Afaq Əliyeva adının hallandığı 4 məhkəmə işinin hər birini uduzub. Buna baxmayaraq hələ də vəzifəsini icra edir.

    Ətraflı süjetdə:

  • В квартиру Гусейна Гасанова пыталась проникнуть женщина с ножом: блогер вызвал полицию – ФОТО / ВИДЕО

    Блогер Гусейн Гасанов стал участником шокирующего инцидента в Баку.

    Об этом он сообщил в своем аккаунте в Instagram.

    Согласно информации, к дому Г.Гасанова пришла женщина с ножом и начала стучать в дверь, угрожая расправой. Блогер был вынужден вызвать полицию.

    По словам Г.Гасанова, эта женщина в течение нескольких месяцев писала ему в социальной сети. “Я не понимал ее сообщений. Сегодня же она пришла ко мне домой с ножом. Чтобы не разрушить ее жизнь, я решил скрыть ее лицо”, – отметил он.

    “Ты не можешь найти себе девушку, потому что твоя душа до сих пор связана со мной”, – утверждала незнакомка, потребовав, чтобы блогер не заводил отношения с другими, и пригрозив убить его в случае неповиновения.

    “Я не знаю, кто она. Больше всего я боюсь за детей, которым приходится это видеть. Если кто-то из ее родственников читает эти слова и понимает, о ком идет речь, пожалуйста, отправьте ее в клинику. Ей нужна помощь”, – добавил Г.Гасанов.

  • Bakıda qadın bıçaqla Hüseyn Həsənovun evinə gələrək onu hədələyib – FOTO / VİDEO

    Populyar bloqer Hüseyn Həsənov Bakıda başına gəlmiş şokedici insident barədə məlumat verib.

    Bu barədə o, “Instagram” hesabında məlumat paylaşıb.

    Məlumata görə, evinə əlində bıçaqla gələn qadın onu öldürməklə hədələyərək, qapını döyməyə başlayıb. Qeyd olunur ki, bloqer polisə zəng etməyə məcbur olub.

    Həsənovun sözlərinə görə, həmin qadın sosial şəbəkədə ona bir neçə ay yazırmış:

    “Onun mesajlarını başa düşmürdüm. Bu gün o, evimə bıçaqla gəldi. Onun həyatını puç etməmək üçün üzünü gizlətmək qərarına gəldim”.

    “Sən sevgili tapa bilmirsən, çünki sənin ruhun hələ də mənə bağlıdır”, – deyə naməlum qadın iddia edib. O, bloqerdən başqaları ilə münasibət qurmamağı tələb edib və itaətsizlik halında onu öldürməklə hədələyib.

    “Mən onun kim olduğunu bilmirəm. Ən çox bunu görməli olan uşaqlar üçün qorxuram. Əgər onun yaxınlarından kimsə bu sözləri oxuyursa, söhbətin kimdən getdiyini başa düşürsə, zəhmət olmasa, onu klinikaya göndərsin. Onun köməyə ehtiyacı var”, – deyə Həsənov əlavə edib.

  • СМИ: Делегаты из США посетят Армению для обсуждения деталей Зангезурского коридора

    Армению на следующей неделе посетят представители США, для обсуждения проекта “Маршрут Трампа” (TRIPP, Зангезурский коридор).

    Об этом пишет армянская газета “Жоховурд” со ссылкой на источники.

    По информации газеты, американские делегаты обсудят не только технические, но и политические детали коридора. Также будет затронута тема объема инвестиций в проект, приоритеты и сроки начала строительных работ.

    “На данный момент официальные источники умалчивают о деталях визита и его повестке. Однако, обсуждения пройдут в закрытом формате, а принятые решения будут напрямую связаны с формированием новой логистической действительности в регионе”, – сообщает издание.

  • KİV: “ABŞ rəsmiləri Zəngəzur dəhlizinin detallarını müzakirə etmək üçün Ermənistana gedəcəklər”

    Növbəti həftə ABŞ-dən olan nümayəndələr Zəngəzur dəhlizi (“Tramp marşrutu” – TRIPP) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər.

    “Joğovurd” nəşri bu barədə diplomatik mənbələrə istinadən məlumat yayıb.

    Nəşr yazır ki, ABŞ-li nümayəndələr dəhlizin təkcə texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər.

    Həmçinin layihəyə investisiya həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətləri mövzusuna da toxunulacaq.

    “Hazırda rəsmi mənbələr səfərin detalları və gündəliyi barədə məlumat vermirlər. Lakin müzakirələr qapalı formatda keçiriləcək, qəbul edilən qərarlar isə regionda yeni logistik reallığın formalaşması ilə birbaşa bağlı olacaq”, – məlumatda qeyd olunur.

  • Самолет авиакомпании Centrium Air совершил вынужденную посадку в Баку

    Капитан воздушного судна Airbus A321 авиакомпании Centrium Air, выполнявшего рейс по маршруту Стамбул – Самарканд, обратился с запросом на вынужденную посадку в Международном аэропорту Гейдар Алиев.

    Об этом сообщили в пресс-службе воздушной гавани.

    Причиной этому стало резкое ухудшение состояния здоровья одного из пассажиров на борту.

    Самолёт успешно приземлился в Бакинском аэропорту в 08:29 по местному времени.

    Все соответствующие службы аэропорта были незамедлительно приведены в состояние повышенной готовности. Медицинская бригада оказала пассажиру первую помощь на месте, после чего, оценив его состояние, было принято решение о госпитализации пассажира в одну из специализированных клиник столицы.

    Отметим, что обеспечение здоровья и безопасности пассажиров является главным приоритетом Международного аэропорта Гейдар Алиев. С этой целью все службы действуют оперативно и в полном взаимодействии, обеспечивая эффективное управление подобными ситуациями.

  • İstanbul–Səmərqənd təyyarəsi Bakıya məcburi eniş edib

    İstanbul-Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən “Centrium Air” aviaşirkətinə məxsus “Airbus A321” tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib.

    Bu barədə hava limanı məlumat yayıb.

    Bildirilib ki, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub.

    Təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib.

    Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət sərnişinə yerində ilkin yardım göstərib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.

    Sərnişinlərin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas prioritetidir. Bu məqsədlə bütün xidmətlər operativ və tam koordinasiya olunmuş rejimdə fəaliyyət göstərir.

  • В Баку усилился ветер – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на утро 4 сентября в некоторых районах страны наблюдается ветер.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В настоящее время дует северо-западный ветер, максимальная скорость которого в Баку и на Абшеронском полуострове достигает 20 м/с, в Джульфе – 17 м/с.

  • Bakıda külək güclənib – FAKTİKİ HAVA

    Azərbaycan ərazisində sentyabrın 4-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ölkənin bəzi ərazilərində küləkli hava şəraiti müşahidə olunur.

    Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Culfada 17 m/s-dək güclənir.

  • Yarım milyon manat mənimsəyən bacısını xilas etmək istədi: Özü dələduzluğun qurbanı oldu

    İşlədiyi şirkətin yarım milyon manatdan çox pulunu mənimsəyən Tamilla Əliyevanın bacısı onu həbsdən azad etdirmək istəyərkən öz pullarını da itirib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yeganə Mirmövsümova mühasib işləyən bacısının azadlığa çıxması üçün əvvəllər məhkum edilmiş Mirqərib Qasımova külli miqdarda pul verib.

    Belə ki, keçmiş məhkum bacısının işinə görə təcili kömək axtaran Yeganəyə yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib. Söz verib ki, həmin adamlar vasitəsilə xüsusilə ağır cinayətlərdə ittiham olunan bacısını həbsdən azad etdirə biləcək. O, həmin vaxt Ali Məhkəmənin sədri işləyən hakimi də yalandan yaxın adamı kimi təqdim edərək qarşı tərəfin inamını daha da möhkəmləndirib.

    Yekunda tərəflər məsələnin həlli üçün 80 min manat qarşılığında əl sıxıblar. Yeganə qısa vaxtda həmin pulu taparaq verib.

    Üstündən bir müddət keçəndən sonra Tamilla Əliyevaya 10 il 6 ay həbs cəzası verilib. Sonradan apellyasiya instansiyası da hökmü təsdiqləyib.

    Nəhayət, Yeganə bacısını həbsdən xilas etmək istəyərkən tora düşdüyünü anlayıb. Dələduzluğa məruz qalması ilə bağlı polisə müraciət edib.

    Zərərçəkmişin şikayəti Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılıb. İdarədə aparılan istintaqla Mirqərib Qasımovun başqa şəxslərə qarşı da dələduzluq əməllərinin üstü açılıb. O, toplanmış sübutlar əsasında həbs edilib.

    İstintaq materiallarına əlavə edilmiş sənəddən görünür ki, təqsirləndirilən şəxs əvvəllər “Euro-Azia-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər filialının direktoru işləyib. Həmin şirkətdəki korrupsiya faktlarına görə 8 il 6 ay şərti cəza alıb. Hazırda həmin məhkumluğu tam başa çatıb.

    İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə baxılıb. Zərərçəkmiş şəxs məhkəmədə də polisə verdiyi ifadəni təsdiq edib. Onun sözlərinə görə, həmin pulu toplamaq üçün iki evini satıb. Hazırda isə 80 minin cəmi 30 mini ona qaytarılıb. Qalan hissə ödənilmədiyi üçün hələ də şikayətçidir.

    Məhkəmə istintaqı vaxtı müttəhimin əməlindən əziyyət çəkən digər zərərçəkmişlər də dindiriliblər. Yekunda toplanmış sübutlar təsdiqini tapıb.

    Hökmə əsasən, Mirqərib Qasımova ziyanın bir hissəsini ödəməsi nəzərə alınaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.