Month: September 2025

  • İdmançılarımız III MDB Oyunlarında finalda

    Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stolüstü tennis üzrə kişilər arasında fərdi yarışlar keçirilib.

    Qəbələ İdman Kompleksində təşkil olunan yarışda Azərbaycan təmsilçilərindən Onur Quluzadə və Adil Əhmədzadə qüvvələrini sınayıblar.

    Onlar yarımfinalda müvafiq olaraq, Oryanbassar Yessimxan (Qazaxıstan) və Aliaksey Rabuşka (Belarus) ilə qarşılaşıblar.

    Rəqiblərinə qalib gələn idmançılarımız finala vəsiqə qazanıblar.

    Qeyd edək ki, fərdi yarışlarda final oyunları sentyabrın 28-də keçiriləcək.

  • Bəşər Əsədin həbsinə order verildi

    Suriya məhkəməsi keçmiş prezident Bəşər Əsədin həbsinə order verib.

    Bu barədə SANA dövlət xəbər agentliyi məlumat yayıb.

    O, 2011-ci ildə Dera qiyamına iştirakda ittiham olunur.

    Qeyd edək ki, Suriyada parlament seçkiləri oktyabrın 5-də keçiriləcək.
    //unikal.az

  • “Atamın vəziyyəti yaxşıdır” – Vardanyanın oğlu

    “Atam həbsxana kamerasında tək qalır”.

    “Unikal” xəbər verir ki, bunu hazırda Bakıda həbsdə olan Ruben Vardanyanın oğlu David Vardanyan deyib.

    O, atasının vəziyyətinin yaxşı olduğunu bildirib: “Bildiyimizə görə, atam həbsxana kamerasında təkdir. Onun sözlərinə görə, yaxşıdır və bizi də narahat olmamağa çağırıb”.

  • Günəşdə aktivlik ARTIB: İki güclü partlayış qeydə alındı

    Günəşdə nəzərəçarpacaq dərəcədə aktivlik müşahidə edilir.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası öz “Telegram” kanalında məlumat verib.

    Məlumatda bildirilir ki, son beş saat ərzində iki güclü partlayış qeydə alınıb.

  • В третьем районе Ленобласти зафиксировали случаи смерти от метилового спирта

    Очередная волна смертей от суррогатного алкоголя зафиксирована в Ленинградской области России.

    Как сообщила официальный представитель МВД России Ирина Волк в своем Telegram-канале, на этот раз несколько человек скончались из-за метилового спирта в соседнем от Сланцевского Кингисеппском районе, ранее стало известно о смертях в Волосовском районе.

    По ее словам, причиной гибели стало смертельно опасное содержание метилового спирта в крови погибших.

    “Запрошены результаты экспертиз из медицинских учреждений по фактам смерти нескольких местных жителей, скончавшихся в период с 10 по 17 сентября на территории двух соседних районов – Кингисеппского и Волосовского”, – подчеркнула Волк.

    По последним данным число жертв отравления поддельным алкоголем в Ленинградской области достигло 25 человек. Шесть смертельных случаев зарегистрировано в Волосовском районе. По предварительной информации, все погибшие приобретали смертельный суррогат у одного человека – 78-летнего пенсионера Николая Бойцова, который уже задержан правоохранительными органами. Стоит отметить, что ранее мужчина уже привлекался к ответственности за незаконный оборот алкогольной продукции.

    Эпицентром трагедии стали город Сланцы и деревня Гостицы, где были зафиксированы первые случаи массового отравления. Согласно заключению специалистов регионального комитета здравоохранения, люди погибли из-за отравления метанолом – ядовитой жидкостью, которая по внешнему виду и запаху практически не отличается от этилового спирта.

    Ранее прокуратура Ленинградской области России сообщила о задержании восьми человек, причастных к распространению суррогатного алкоголя, в том числе Бойцова.

  • Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

    Rusiyanın Leninqrad vilayətində saxta spirtli içkilərdən növbəti ölüm dalğası qeydə alınıb.

    Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz “Telegram” kanalında məlumat verib.

    Məlumata görə, bu dəfə Slantsevski rayonuna bitişik olan Kinqiseppski rayonunda bir neçə nəfər metil spirtindən həyatını itirib. Daha əvvəl isə Volosovski rayonunda ölüm halları qeydə alınmışdı.

    “Sentyabrın 10-dan 17-dək qonşu iki rayonda – Kinqiseppski və Volosovskidə həyatını itirən bir neçə yerli sakinin ölüm faktı ilə bağlı tibb müəssisələrindən ekspertizaların nəticələri tələb olunub”, – deyə Volk vurğulayıb.

    Son məlumatlara görə, Leninqrad vilayətində saxta alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı 25-ə çatıb. Volosovski rayonunda altı ölüm faktı qeydə alınıb. İlkin məlumata görə, ölənlərin hamısı ölümcül surroqatı bir nəfərdən – artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 78 yaşlı təqaüdçü Nikolay Boytsovdan alıblar. Qeyd etmək lazımdır ki, Boytsov bundan əvvəl də spirtli içkilərin qeyri-qanuni dövriyyəsinə görə məsuliyyətə cəlb olunub.

    Faciənin episentri ilk kütləvi zəhərlənmə hallarının qeydə alındığı Slantsı şəhəri və Qostistı kəndi olub. Regional səhiyyə komitəsinin mütəxəssislərinin rəyinə görə, insanlar metanoldan zəhərlənmə nəticəsində ölüblər ki, zəhərli maye olan metanol zahiri görünüşü və qoxusu baxımından etil spirtindən praktiki olaraq fərqlənmir.

    Daha əvvəl Leninqrad vilayətinin prokurorluğu surroqat spirtli içkilərin yayılmasında əli olan səkkiz nəfərin, o cümlədən Boytsovun həbsi barədə məlumat vermişdi.

  • Кто она – 7-летняя девочка, которую Президент Ильхам Алиев держал за руку в Гяндже? (ФОТО)

    27 сентября, в День памяти, Президент Ильхам Алиев принял участие в церемонии открытия Гянджинского мемориального комплекса, где встретился с маленькой Нилай Алиевой и ее дедушкой Захидом Бабазаде, ставшими свидетелями ужасающих моментов войны.

    Как сообщает Охu.Аz, эта встреча вызвала всеобщий интерес.

    Открытый сегодня Гянджинский мемориальный комплекс – это не просто памятник, высеченный из камня. Это память народа, вечное напоминание о погибших, безмолвный крик невинных детей. Встреча Президента Ильхама Алиева с маленькой Нилай несет глубокий символический смысл: азербайджанский народ никогда не забудет жертв этой войны!

    Стоит отметить, что Нилай Алиева пережила ужасы Отечественной войны 11 октября 2020 года. В разгар военных действий армянские вооруженные формирования подвергли ракетному и артиллерийскому обстрелу гражданские объекты в Гяндже, в результате чего девочка потеряла обоих родителей. Ее отец Адиль Алиев погиб сразу при взрыве, а мать Гюнай Алиева скончалась день спустя.

    Нилай – одна из четырех детей, потерявших родителей в результате террористического акта, совершенного армянскими силами в Гяндже во время Отечественной войны. Тогда ей не было и двух лет. Бабушка маленькой Нилай также стала жертвой этого страшного теракта.

    Напомним, во время 44-дневной Отечественной войны армянские вооруженные формирования неоднократно подвергали Гянджу ракетным и артиллерийским обстрелам. В результате этих ударов по мирному городу погибли 26 ни в чем не повинных людей, более 170 гражданских лиц получили ранения. Среди них были младенцы, дети и женщины.



  • Prezidentin əlindən tutan yeddiyaşlı qızcığaz – Kimdir o? (FOTO)

    Sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev orada müharibənin dəhşətli anlarına şahid balaca Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.

    Bu görüş hər kəsin marağına səbəb olub.

    Bu gün ucaldılan Gəncə Memorial Kompleksi yalnız daşdan yonulmuş bir abidə deyil – o, xalqımızın yaddaşı, şəhidlərin əbədi xatirəsi, məsum körpələrin susqun fəryadıdır. Prezident İlham Əliyevin balaca Nilayla görüşü isə həm də bir mesajdır: Azərbaycan xalqı müharibənin qurbanlarını heç vaxt unutmayacaq!

    Qeyd edək ki, Nilay Əliyeva müharibənin dəhşətlərini 2020-ci il oktyabrın 11-də yaşayıb. Belə ki, o, Vətən müharibəsi ərəfəsində erməni silahlı birləşmələrinin Gəncədə mülki obyektlərə endirdiyi raket və ağır artilleriya atəşi zamanı hər iki valideynini itirib. Atası Adil Əliyev partlayış zamanı, anası Günay Əliyeva isə bir gün sonra şəhid olub.

    Nilay Vətən müharibəsi zamanı ermənilərin Gəncədə törətdiyi terror nəticəsində valideynlərini itirən dörd uşaqdan biridir. O zaman onun heç iki yaşı yox idi. Körpə yaşında valideynsiz qalan Nilayın nənəsi də həmin dəhşətli terrorun qurbanına çevrilmişdi.

    Xatırladaq ki, Vətən müharibəsi dövründə erməni silahlı birləşmələri Gəncəni dəfələrlə raket və ağır artilleriya atəşinə tutublar. Dinc şəhərə yağdırılan bu zərbələr nəticəsində 26 günahsız insan həlak olub, 170-dən çox mülki şəxs yaralanıb. Onların arasında körpələr, uşaqlar, qadınlar da var idi.



  • Ombudsman Anım Günü ilə bağlı bəyanat yayıb

    “2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini pozaraq mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini intensiv və ağır silahlardan atəşə tutmaqla çoxsaylı dinc insanların itkisi ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlara başlamasından beş il ötür”.

    Bu barədə Ombudsmanın 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanatında qeyd olunub.

    Bildirilib ki, Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququndan istifadə edərək mülki əhalinin yaşamaq hüququnun təmini, otuz ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi məqsədilə əks-hücum əməliyyatlarına başlayıb, nəticədə mötəbər beynəlxalq təşkilatların uzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrası təmin olunmaqla bərabər, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa edilib:

    “44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq mülki əhalinin sıx məskunlaşdığı və döyüş əməliyyatları aparılan ərazidən kifayət qədər uzaqlıqda yerləşən ölkənin ən böyük şəhərlərindən birini, rayon mərkəzlərini və digər yaşayış məntəqələrini uzaqmənzilli əməliyyat-taktiki və ballistik raket qurğularından atəşə tutub.

    Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və onun Əlavə Protokollarının tələblərinə zidd olaraq qəsdən törədilmiş müharibə cinayətləri nəticəsində 100-ə yaxın dinc mülki sakin, o cümlədən 12 uşaq qətlə yetirilib, 450-dən çox mülki şəxs yaralanıb. Bundan əlavə, Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3 410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası ağır artilleriya atəşinə məruz qalaraq dağıdılmış və ya qəzalı vəziyyətə düşüb.

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha vurğulamaq istərdim ki, işğal və müharibə dövrlərində pozulmuş insan hüquq və azadlıqlarının bərpası, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənmə prosesinin sürətləndirilməsi məqsədilə dəqiq mina xəritələrinin təqdim olunması, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətlə geri qayıdışı kimi beynəlxalq hüquqa əsaslanan fundamental məsələlərin təmin edilməsi olduqca vacibdir.

    Bu baxımdan beynəlxalq təşkilatların, dünya dövlətlərinin, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının beynəlxalq hüquq normalarının təmini, müharibə cinayətləri törədənlərin cəzalandırılması, pozulmuş insan hüquqlarının bərpası, dayanıqlı inkişafın və daimi sülhün bərqərar edilməsi istiqamətində birgə təşəbbüs göstərmələri xüsusi önəm kəsb edir.

    Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, mülki əhalinin yaşamaq hüququnun müdafiəsi və keçmiş məcburi köçkünlərin uzun illər ərzində kobud şəkildə pozulmuş hüquq və azadlıqlarının bərpası uğrunda həyatlarını itirmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, ölkəmizə, regiona və dünyaya sülh arzu edirəm”.

  • Azərbaycandan Gürcüstana keçən avtomobildən 200 kiloqram heroin AŞKAR EDİLDİ

    İrandan Gürcüstana keçən avtomobildən 200 kiloqram heroin müsadirə edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi və Patrul Polisi Departamentlərinin əməkdaşları, Maliyyə Nazirliyinin İstintaq Xidməti və Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birlikdə xüsusilə külli miqdarda – 200 kiloqram heroini müsadirə ediblər.

    Müsadirə olunan narkotiklərin “qara bazar”dakı dəyəri 50 milyon dolları ötür.

    DİN-də keçirilən brifinqdə bildirilib ki, hadisə ilə bağlı İran İslam Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü M.B. saxlanılıb.

    “Hüquq-mühafizə orqanları təqsirləndirilənin idarə etdiyi, “balıq yemi” ilə yüklənmiş yük avtomobilindən 8 ədəd çanta içərisində 200 kiloqram heroin aşkar edərək götürüb. Əldə olunan sübutlar göstərir ki, avtomobil İrandan Azərbaycana, oradan isə Gürcüstana “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən keçib”, – brifinqdə bildirilib.

    Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətdə əli olduğu iddia edilən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün istintaq davam edir.

    “Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” bəndi və 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutan 262-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi ilə istintaq aparılır”, – daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze qeyd edib.