Month: September 2025

  • Telefonda icra başçısını təhqir etdi – CƏRİMƏLƏNDİ

    Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının ünvanına təhqiramiz ifadələr işlədən şəxs məsuliyyətə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Gəncə şəhər Yeni Qəsəbə yaşayış massivində yaşayan 50 yaşlı N.Salahov dövlət qurumlarının qaynar xəttinə zəng edərək icra başçısının ünvanına nalayiq ifadələr işlədib.
    O, sakini olduğu rayonun icra başçısı tərəfindən qəbul edilmədiyini bildirərək əsəbi şəkildə söyüş söyüb.
    Məsələ ilə bağlı araşdırma aparılıb və vətəndaş polisə dəvət edilib. Onun əməli ilə bağlı inzibati protokol tərtib edilib.
    N.Salahov ifadəsində bildirib ki, müharibə veteranıdır: “Əvvəllər üçüncü dərəcəli müharibə əlili olaraq pensiya alsam da, sonradan əlilliyim ləğv olundu və pensiyam kəsildi. Bu səbəbdən əsəbi halda təhqirlərə yol vermişəm, əməlimdən peşmanam”.
    Kəlbəcər Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxs 100 manat cərimə edilərək sərbəst buraxılıb.
    Qeyd edək ki, Kəlbəcərin icra başçısı Azər Qocayevdir. 

  • Avropada “Tesla”nın satışları xeyli azaldı

    ABŞ-ın elektrik avtomobil istehsalçısı “Tesla” son on ildə ən böyük gəlir itkisi ilə üzləşib.

    “Reuters” agentliyi tərəfindən aparılan araşdırma “Tesla”nın Avropadakı satışlarının xeyli azaldığını göstərib.

    Fransada satışlar bu ilin avqustunda ötən ilin avqustu ilə müqayisədə 47,3 faiz azalıb. Azalma Danimarkada 42, Niderlandda 50, İsveçdə isə 84 faizdən çox olub. Şirkət Norveçdə satış həcmini 21,3 faiz artırsa da, bu sahədə çinli rəqibi BYD-dən bir qədər geri qalır. Elektrik avtomobillərinə 7 min avroya qədər subsidiya təqdim edən İspaniyada “Tesla”nın satışları 161 faiz, BYD-də isə 400 faiz artıb. Portuqaliyada “Tesla” modelləri üçün sifarişlərin həcmi yeddi aylıq azalmadan sonra avqustda 28,7 faiz yüksəlib.

    Amerika şirkəti iyulun sonunda ardıcıl ikinci mənfəət azalmasını yaşayıb. Avtomobil istehsalçısı ötən rübdə 1,17 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövründən 16 faiz azdır. Bunun əsas səbəblərindən biri avtomobil tədarükünün 13,5 faiz azalaraq 384 min 122-yə enməsidir. İndiyədək ən çox satılan Y modelinin yeni variantı da satış həcmini artıra bilməyib. Hətta şirkətin Avropa üçün əsas ümidi olan Berlin yaxınlığındakı nəhəng zavodun sifarişlərində də azalma tendensiyası müşahidə olunur.

    Ümumilikdə şirkətin gəlirlərinin azalmasının əsas səbəbləri arasında Y modelinə keçid mərhələsi, İlon Maskın siyasi fəaliyyəti ilə bağlı mübahisələr, ABŞ hökumətinin iqlim siyasətindəki dəyişikliklər, eləcə də digər istehsalçıların, xüsusilə Çin markalarının artan təzyiqi yer alır.(azərtac)

  • Şəmkirdə evdən meyit tapıldı

    Şəmkir rayonunda fərdi evlərin birində meyit tapılıb.

    Hadisə rayonun ərazisində qeydə alınıb. Belə ki rayon sakini 2001-ci il təvəllüdlü H.Bayramovun meyiti yaşadığı evdən aşkarlanıb.Ölümün səbəbləri məlum deyil. Hadisə yerinə rayon prokurorluğun əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Taksilərin hava limanına girişi qadağan olunacaq?

    Yayılan məlumatlara görə, sentyabrın 8-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan onlayn taksi sifarişi vermək mümkün olmayacaq və yalnız “London taksiləri” işləyəcək.

    Bəs görəsən, bu məsələnin reallıq payı nə yerdədir?

    Heydər Əliyev Beynəlxalq Aeroportundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

    Məlumatda qeyd olunub ki, taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansı məhdudiyyət tətbiq olunmur:

    “İctimaiyyət görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə rəsmi şəkildə məlumatlandırılacaq”.

  • Azərbaycanda hər ailənin neçə avtomobili var? – Rayonlar üzrə tam siyahı

    Azərbaycanda mövcud olan minik avtomobillərinin 94,3%-ni və ya 1 milyon 494 min 819 ədədini şəxsi minik avtomobilləri təşkil edir.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanda hər yüz ev təsərrüfatına (ailə) düşən şəxsi minik avtomobillərinin sayı 65 olub.

    Qeyd edək ki, Bakı şəhərində hər 100 ailəyə 99 minik avtomobili düşür. 3 il əvvəl – 2021-ci ildə bu göstərici 104 avtomobil olub.

    Azərbaycanda hər 100 ailəyə düşən avtomobil sayı şəhər və rayonlar üzrə aşağıdakı kimi olub:

    Bakı – 99 ədəd;
    Xocalı – 92 ədəd;
    Xocavənd – 91 ədəd;
    Qubadlı – 81 ədəd;
    Şuşa – 79 ədəd;
    Ağdam – 71 ədəd;
    Şəmkir – 69 ədəd;
    Füzuli – 67 ədəd;
    Gəncə – 66 ədəd;
    Göygöl – 66 ədəd;
    Laçın – 66 ədəd;
    Zəngilan – 66 ədəd;
    Tovuz – 65 ədəd;
    Cəbrayıl – 65 ədəd;
    Qazax – 64 ədəd;
    Sumqayıt – 63 ədəd;
    Naftalan – 62 ədəd;
    Bərdə – 61 ədəd;
    İmişli – 61 ədəd;
    Şamaxı – 61 ədəd;
    Qəbələ – 61 ədəd;
    Tərtər – 59 ədəd;
    Ağstafa – 58 ədəd;
    Göyçay – 58 ədəd;
    İsmayıllı – 58 ədəd;
    Hacıqabul – 58 ədəd;
    Salyan – 58 ədəd;
    Daşkəsən – 57 ədəd;
    Xaçmaz – 57 ədəd;
    Samux – 57 ədəd;
    Ağcabədi – 56 ədəd;
    Goranboy – 55 ədəd;
    Şəki – 55 ədəd;
    Qax – 55 ədəd;
    Şirvan – 55 ədəd;
    Oğuz – 54 ədəd;
    Quba – 54 ədəd;
    Kürdəmir – 54 ədəd;
    Sabirabad – 53 ədəd;
    Masallı – 53 ədəd;
    Yevlax – 53 ədəd;
    Ağdaş – 50 ədəd;
    Lerik – 50 ədəd;
    Biləsuvar – 50 ədəd;
    Beyləqan – 49 ədəd;
    Şabran – 49 ədəd;
    Ucar – 47 ədəd;
    Neftçala – 47 ədəd;
    Saatlı – 47 ədəd;
    Lənkəran – 46 ədəd;
    Mingəçevir – 46 ədəd;
    Siyəzən – 45 ədəd;
    Zaqatala – 45 ədəd;
    Zərdab – 44 ədəd;
    Yardımlı – 43 ədəd;
    Balakən – 42 ədəd;
    Qusar – 40 ədəd.

  • Alimlər gənclərdə ani ürək dayanmasının 6 əlamətini açıqladı

    Şüurun itirilməsi, qıcolmalar, sürətli nəbz, ürəkbulanma, qusma və yüksək hərarət ən çox gənclərdə qəfil ürək dayanmasından əvvəl olur. Bu, Göteborq Universitetinin (İsveç) alimlərinin gəldiyi nəticədir.

    Tədqiqatın nəticələri Avropa Kardiologiya Cəmiyyətinin (ESC) konqresində təqdim olunub.

    Elmi iş İsveçdə 2000-2010-cu illər arasında baş vermiş 900-dən çox qəfil ürək ölümü (QQ) hadisəsini əhatə edib. Təhlil zamanı həm uşaqlar (bir yaşdan 18 yaşa qədər), həm də böyüklərdən (36 yaşa qədər) məlumatlar nəzərə alınıb.

    Alimlər ölüm şəhadətnamələrini, tibbi tarixçələri və yarılma hesabatlarını öyrəndilər ki, bu da onlara təkrarlanan nümunələri müəyyən etməyə imkan verdi. Ölənlərin orta yaşı 23 olub və onların 64 faizi kişilər olub.

    Xəstələrin təxminən 1/3-ü ölməzdən əvvəl bir il yarım ərzində tibbi yardıma müraciət edib. Çox vaxt xəstələr huşunu itirmə, yüksək hərarət, qıcolma, qusma, sürətli ürək döyüntüsü, ürəkbulanmadan şikayət edirdilər. Tədqiqatçıların fikrincə, belə incə əlamətlərin erkən tanınması həkimlərə gənc xəstələrdə ani ölümün qarşısını vaxtında almağa kömək edə bilər.

    Alimlər xatırladıblar ki, SCD kəskin simptomların – aritmiya, ağrı və nəfəs darlığının inkişafından bir saat sonra baş verir. Bu cür ölüm tez-tez prekordial bölgəyə bir zərbədən sonra baş verir.
    //qaynar.az

  • Azərbaycanda evdə zorakılığa məruz qalan kişilərin sayı açıqlandı

    2025-ci ilin 7 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 302 müraciət daxil olub.

    Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, müraciət edənlərin 68-i psixi, 21-i iqtisadi, 207-si fiziki, 6-sı cinsi zorakılığa məruz qalıb.

    Komitədən verilən məlumata görə, məişət zorakılığına məruz qalanların 35-i kişi, 286-sı qadın, 253-ü uşaq (149-u oğlan, 104-ü qız) olub:

    “Kişilər daha çox psixi, bəzi hallarda iqtisadi zorakılığa məruz qalıblar. Onların müraciətləri əsasən uşaqları ilə ünsiyyət, uşaq tələbi, uşaqlara anaları tərəfindən zorakılıq edilməsilə bağlı olub”.

    Dövlət Komitəsinə 2024-cü il ərzində uşaqlara qarşı törədilən zorakılıq halı ilə bağlı 455 müraciət daxil olub.

    “2025-ci ilin ilk 7 ayı ərzində isə 258 müraciət qeydə alınıb. Onlardan 152-si oğlan, 106-sı qız uşaqlarına qarşı törədilmiş zorakılıq hallarıdır”, deyə qurumdan bildirilib.

  • Veteranlara verilən müavinət artırılacaq? – Sabiq deputatdan açıqlama

    Milli Məclisin sabiq deputatı Vahid Əhmədov müharibə veteranlarına verilən müavinətin azlığından gileylənib. Vahid Əhmədov qazilərlə bağlı məsələyə yenidən baxılmasının vacibliyini vurğulayıb,

    Sabiq millət vəkili Rüfət Quliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, birmənalı olaraq bu məsələnin baxılmasına ehtiyac yaranıb:

    “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Milli Məclis və Müdafiə Nazirliyi bu məsələni yenidən müzakirə etməlidir. Ən azından infliyasiyanı nəzərə almaq lazımdır. Yenə də deyirəm, bu büdcənin imkanlarına bağlı olan bir məsələdir. Amma bu məsələni müzakirə etmək lazımdır. Düşünürəm ki, buna ehtiyac var”.

  • Planetin ən təhlükəli dağları açıqlandı

    Dünyanın ən çətin dağları Karakoram dağ silsiləsində K2, Himalayda Annapurna, Pakistanda Nanqa Parbat və Qırğızıstanda Pobeda zirvəsidir.

    Binu alpinist Lyudmila Korobeşko “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

    Onun sözlərinə görə, Everestdə qəzaların faizi yuxarıda qeyd olunan dağ zirvələrindən dəfələrlə aşağıdır.

    Qeyd edək ki, avqustun əvvəlində rusiyalı alpinist Nataliya Naqovitsina özü də daxil olmaqla 4 nəfərlik qrupun tərkibində Pobeda zirvəsinə qalxmağa başlayıb. O, avqustun 12-də ayağını sındırıb və bu səbəbdən 7200 metr hündürlükdə çadırda qalıb. Ertəsi gün qrupundan olan alpinistlər onun yanına qalxaraq kömək etməyə çalışsalar da, Naqovitsyna ilə birlikdə enə bilməyiblər. Bundan sonra alpinistə daha bir neçə dəfə, o cümlədən helikopterlərin köməyi ilə kömək etmək cəhdləri edilsə də, hamısı uğursuzluqla nəticələnib. Xilasetmə əməliyyatının uğursuz keçməsində əsas amil hava şəraiti olub.

    Avqustun 23-də alpinistlərin baza düşərgəsinin rəhbəri Dmitri Qrekov bildirib ki, Naqovitsinanın xilas edilməsi üzrə əməliyyat başa çatıb. Sonrakı günlərdə yeni xilasetmə cəhdlərinin edilə biləcəyi bildirilib, lakin bu, heç vaxt baş verməyib.

    Avqustun 27-də Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi Pobeda zirvəsindəki ərazinin havadan videoçəkilişini aparıb və alpinist çadırını lentə alıb. Hətta o zaman Naqovitsyna heç bir həyat əlaməti göstərməyib.
    //qaynar.az

  • Azərbaycan bu ölkədə səfirlik açır

    Sentyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçiriləcək.

    İclasda Azərbaycanın diplomatik fəaliyyətinin genişləndirilməsi ilə bağlı məsələ də gündəliyə çıxarılacaq.

    Belə ki, Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) səfirliyinin təsis edilməsi haqqında qanun layihəsi müzakirə olunacaq.