Month: September 2025

  • Dünyanın ən çox oğurlanan kitabı – Ginness Rekordlar Kitabı

    Kitablar adətən oxunmaq üçün alınır və ya kitabxanadan götürülür. Lakin bəziləri var ki, onları əldə etmək üçün insanlar ənənəvi yollara deyil, oğurluğa əl atırlar.

    Qaynarinfo xəbər verir ki, “Guinness World Records” (Ginnesin Rekordlar Kitabı) – dünyada ən çox oğurlanan kitab titulunu qazanıb.

    Ginness Rekordlar Kitabı hər il yenilənir, ən qəribə, maraqlı və inanılmaz rekordları toplayır. Uşaqlar, gənclər və böyüklər üçün eyni dərəcədə cəlbedici məzmun təqdim edir. Hər kəsin diqqətini çəkən kitabı almaq istəməyənlər bəzən onu sadəcə oğurlamağı seçirlər.

    Mütəxəssislərin fikrincə, kitabın bu qədər “cazibədar” olması onun populyarlığından qaynaqlanır. Hər kəs rekordlar barədə oxumağı sevir, lakin qiymət və əlçatanlıq məsələləri bəzən insanları yanlış yola sürükləyir. Maraqlıdır ki, digər ən çox oğurlanan kitablar sırasında Bibliya, bəzi məşhur psixologiya kitabları və bədii romanlar da var.

  • Hər bir insanın ildə bir dəfə verməli olduğu analizlər

    Müntəzəm tibbi müayinələr xəstəliklərin erkən mərhələdə aşkarlanmasına və sağlamlığın uzun illər qorunmasına kömək edir. İnsan özünü yaxşı hiss etsə belə, profilaktik analizlər gizli problemləri üzə çıxara bilər.

    Ən vacib müayinələrdən biri ümumi qan analizi hesab olunur. Bu analiz orqanizmin vəziyyətini, hemoglobinin səviyyəsini, iltihabi proseslərin mövcudluğunu və daxili orqanların fəaliyyətində mümkün pozuntuları göstərir.

    Bundan az əhəmiyyətli olmayan ümumi sidik analizi də aparılmalıdır. Onun köməyi ilə böyrəklərin fəaliyyəti izlənilir, iltihab və maddələr mübadiləsində pozuntular aşkarlanır.

    Qanın biokimyəvi analizi də qaraciyər və mədəaltı vəzinin vəziyyətinə nəzarət üçün tövsiyə olunur. Bu analiz qanda şəkərin, xolesterinin, eləcə də həyati vacib orqanların işinə cavabdeh fermentlərin səviyyəsini göstərir.

    Lipid profilinə də diqqət yetirmək lazımdır. “Pis” və “yaxşı” xolesterinin səviyyəsinin ölçülməsi ürək-damar xəstəlikləri risklərini qiymətləndirməyə imkan verir.

    Qanda şəkərin səviyyəsinə nəzarət vacibdir. Bu, xüsusilə diabetə genetik meyilliyi olan və azhərəkətli həyat tərzi keçirən insanlar üçün önəmlidir.

    Qadınlar və kişilər üçün əlavə tövsiyələr mövcuddur. Qadınların hormon fonunu yoxlaması və müntəzəm olaraq ginekoloq müayinəsindən keçməsi vacibdir. Kişilərə isə 40 yaşdan sonra prostat vəziyyətinin vəziyyətini nəzarətdə saxlamaq tövsiyə olunur.
    Hər il əldə edilən əsas analiz nəticələri ilə terapevtə müraciət etmək, dəyişiklikləri vaxtında görməyə və lazım gəldikdə müvafiq ixtisaslı həkimə yönlənməyə imkan yaradır.

    Müntəzəm müayinələr – gələcəyə edilən sərmayədir. Vaxtında aparılan diaqnostika ciddi problemlərin qarşısını almağa, sağlamlığı və həyat keyfiyyətini qorumağa imkan verir.

  • Məkrli təhlükə: Ət yeyən bakteriya can alır, yoluxma halları artır

    ABŞ-da “Vibrio vulnificus” adlı ət yeyən bakteriya səbəbindən ölüm hallarının artdığı açıqlanıb.

    Luizana və Florida ştatlarında indiyədək doqquz nəfər həyatını itirib. Rəsmi qurumlar, bu il əvvəlki illərlə müqayisədə yoluxma hallarının əhəmiyyətli dərəcədə artdığını bildirir.

    Mütəxəssislərə görə, bakteriya əsasən isti və duzlu sularda yaşayır, açıq yaralardan bədənə daxil olur və ciddi infeksiyalara yol aça bilir. Xüsusilə çiy dəniz məhsulları, o cümlədən istiridyə istehlakı da yoluxma mənbəyi sayılır. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) hər il 150–200 yoluxma hadisəsi qeydə alındığını və bu xəstələrin 20 faizinin həyatını itirdiyini açıqlayıb.

    CNN-ə danışan və Nyu Orlean yaxınlığında balıqçı kəndində yaşayan Linard Lyons isə bu bakteriyadan möcüzəvi şəkildə sağ çıxanlardan biridir. Kiçik bir cızıqdan bədəninə daxil olan bakteriya onun ayağında sürətlə qara ləkələr yaratmış, həkimlər isə həyatı üçün mübarizə aparmaq məcburiyyətində qalmışdılar. Uzun müalicə və əməliyyatlar nəticəsində ayağını da, həyatını da xilas etmək mümkün olub.

    Mütəxəssislər bildirirlər ki, bakteriya ən çox may–oktyabr aylarında, çayların dənizə töküldüyü və suyun duzluluğunun azaldığı ərazilərdə artır. Xüsusilə immun sistemi zəif olan şəxslər üçün ölümcül risk yaradır. ABŞ-da bəzi ştatlarda artıq onlarla yoluxma qeydə alınıb.

    Mütəxəssis, ilkin simptomlar – qızartı, şişlik, içi su dolu qabarcıqlar, yüksək hərarət və güclü ağrılar yarandıqda vaxt itirmədən həkimə müraciət edilməsinin həyati əhəmiyyət daşıdığını vurğulayıb. Çünki vaxtında müdaxilə edilmədikdə, ölüm riski 30 faizə qədər yüksələ bilir.
    //qaynar.az

  • Bu küçə və prospektlər İŞIQLANDIRILACAQ

    Ağcabədi Rayon İcra Hakimiyyəti şəhərin küçə və prospektlərində abadlıq və işıqlandırma işlərinin aparılması üçün tender elan edib.

    Müsabiqənin ümumi dəyəri 634 min 969 manat olaraq müəyyənləşdirilib.

    Layihə çərçivəsində Cəfər Cabbarlı küçəsində bir sıra işlər görüləcək. Bunlara mis içlikli kabellərin çəkilməsi, elektrik açarlarının və çıxış göstəricilərinin quraşdırılması, LED işıqlandırıcıların yerləşdirilməsi, işıqlandırma xətlərinin yenilənməsi və anker boltların quraşdırılması daxildir.

    Qeyd edək ki, şəhərdə işıqlandırma sistemlərinin yenilənməsi həm sakinlərin rahatlığı, həm də təhlükəsizliyi baxımından mühüm addım hesab olunur. Yeni işıqlandırma xətləri və müasir LED lampalar gecə saatlarında yol-nəqliyyat təhlükəsizliyini artıracaq, şəhərin ümumi görünüşünü yaxşılaşdıracaq.

  • В Армении завершила работу комиссия по 44-дневной войне

    Доклад временной комиссии по расследованию обстоятельств 44-дневной войны направлен спикеру парламента Армении Алену Симоняну.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщается на странице парламентской комиссии по вопросам обороны и безопасности.

    Комиссия была создана в феврале 2022 года по инициативе правящей фракции “Гражданский договор”. В рамках работы она приглашала на заседания ответственных за оборону и внешнюю политику страны до и во время войны 2020 года.

    Ранее глава комиссии Андраник Кочарян заявлял, что доклад будет в полном объеме представлен парламенту осенью 2025 года, в ходе сентябрьской сессии. По его словам, вопрос конфиденциальности отдельных частей отчета остается открытым, и уровень доступа широкой общественности к информации еще предстоит определить.

  • Ermənistanda 44 günlük müharibəni araşdıran komissiya işini başa çatdırıb

    Ermənistan parlamenti 44 günlük müharibənin səbəblərini araşdıran komissiyanın məruzəsini spiker Alen Simonyana göndərib.

    Median.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının yaydığı sənəddə qeyd olunur.

    Xatırladaq ki, komissiya 2022-ci ilin fevralında Vətəndaş Sazişi Partiyası fraksiyasının təşəbbüsü ilə yaradılıb.

  • Владимир Путин признал необходимость нормализации отношений с Азербайджаном – Видео

    Президент России Владимир Путин признал необходимость нормализации отношений с Азербайджаном.

    Как передает Median.Az со ссылкой на ТАСС, в беседе с журналистами он сообщил, что перекинулся с Президентом Азербайджана Ильхамом Алиевым “двумя-тремя словами” во время сегодняшних торжественных мероприятий в Пекине по случаю празднования 80-й годовщины окончания Второй мировой войны.

    “Есть проблемы, но мы сегодня с Президентом Алиевым поздоровались, я поздоровался и с ним, и с его супругой. Двумя-тремя словами перекинулись”, – поделился российский лидер во время пресс-конференции по итогам своего визита в Китай.

    Комментируя состояние отношений Москвы и Баку, Путин заметил, что “в отношениях между странами всегда возникают какие-то вопросы, исходя из текущей ситуации или какой-то политической конъюнктуры”.

    “Но я считаю, что фундаментальные отношения между Азербайджаном и Россией и взаимный интерес к их развитию все-таки в конце концов все расставят на свои места”, – заявил президент РФ.

  • Putin Azərbaycanla münasibətlərin normallaşdırılmasına möhtac olduqlarını etiraf etdi – Video

    Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərin normallaşdırılmasına möhtac olduqlarını etiraf edib.

    O, jurnalistlərə bildirib ki, militarist Yaponiya üzərində qələbənin və İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinin qeyd edilməsi münasibətilə bu gün Pekində keçirilmiş təntənəli mərasimlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə iki-üç kəlmə danışıb.

    Median.Az bu barədə TASS-a istinadla xəbər verir.

    “Problemlər var, lakin mən bu gün Prezident Əliyevlə salamlaşdım, onunla və həyat yoldaşı ilə salamlaşdım. İki-üç kəlmə danışdıq”, – deyə Rusiya lideri Çinə səfərinin yekunları üzrə keçirilmiş mətbuat konfransında bildirib.

    Moskva-Bakı münasibətlərinin vəziyyətini şərh edən Putin vurğulayıb ki, ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətdən və hər hansı bir siyasi konyukturadan irəli gələrək müəyyən məsələlər yaranır:

    “Amma mən hesab edirəm ki, Azərbaycanla Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq hər halda hər şeyi öz yerinə qoyacaq”.

  • Xalasının döydüyü 14 yaşlı yeniyetmə ilə bağlı SENSASİON İDDİA

    Sabunçu rayonunda himayəsində olduğu xalası tərəfindən zorakılığa məruz qalan 14 yaşlı yeniyetmə barədə daha bir dəhşətli iddia yayılıb. Belə ki, onun 21 yaşlı qardaşı tərəfindən təcavüzə məruz qalması haqqında iddialar səsləndirilir.

    Median.Az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, iddialarla bağlı istintaq prosesi gedir:

    “Məsələ ilə bağlı müxtəlif iddialar var və bu da onlardan biridir. Təcavüz iddiasının informasiya mənbəyindən xəbərsizəm. Bunu rəylərdə qeyd ediblər. Amma onun qardaşı əsgərlikdən yeni gəlib. Ekspertiza nəticəsində hər şey məlum olacaq. Fakt təsdiqini taparsa, əlavə maddə olacaq”.

    Xatırladaq ki, bir neçə gün öncə Sabunçu rayonunda xalanın azyaşlı bacısı oğluna işgəncə verməsi barədə görüntülər yayılıb. Azyaşlının ata-anasının vəfat etdiyi, xalasının himayəsində yaşadığı bildirilib. Yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırmasına başlanılıb. Valideynlərini itirən və qohumları tərəfindən ağır işgəncələrə məruz qaldığı iddia olunan yeniyetmə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilib.

  • Завершился рабочий визит Президента Ильхама Алиева в Китай – ФОТО

    3 сентября завершился рабочий визит Президента Азербайджанской Республики Ильхама Алиева в Китайскую Народную Республику.

    Как сообщает АЗЕРТАДЖ, в Пекинском международном аэропорту в честь главы нашего государства был выстроен почетный караул.

    Президента Ильхама Алиева и первую леди Мехрибан Алиеву провожали официальные лица.