Month: September 2025

  • Prezident İlham Əliyevin Çinə işgüzar səfəri başa çatıb – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri sentyabrın 3-də başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.



  • Putin: Rusiya Ukraynanın Aİ-yə deyil, NATO-ya üzvlüyünə qarşıdır

    Rusiya həmişə Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb, lakin Avropa İttifaqına (Aİ) yox.

    Bunu Rusiya Prezidenti Vladimir Putin Pekində keçirilən mətbuat konfransında bildirib.

  • “Çelsi” öz yetirməsi ilə müqavilə bağlayaraq Erediviziya klubuna icarəyə verib

    UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan İngiltərənin “Çelsi” klubu öz akademiyasının yetirməsi Kiano Dayerlə müqavilə imzalayıb və onu Niderland Erediviziyasına yüksələn “Volendama” icarəyə verib.

    Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    18 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

    Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının IV turunda “Çelsi” ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.

  • В Азербайджане в августе заблокированы два поддельных домена, имитировавших госструктуры

    В Азербайджане в августе зафиксированы 39 индикаторов кибератак, а их блокировка позволила предотвратить направленные APT-атаки на государственные учреждения.

    Об этом сообщили в Государственной службе специальной связи и информационной безопасности.

    В прошлом месяце через сеть AzStateNet было нейтрализовано более 31,7 млн вредоносных переходов, системой Sandbox – 8 408 зараженных файлов, а централизованным решением по безопасности – около 2,85 млн вредоносных действий.

    Кроме того, с использованием средств киберразведки обнаружены и заблокированы два поддельных домена, внешне схожих с доменами госструктур.

  • Azərbaycanda avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb

    Bu ilin avqust ayında Azərbaycanda 39 kiberhücum indikatoru müəyyən edilib.

    Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.

    Bildirilir ki, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumların qarşısı alınıb.

    Ötən ay “AzStateNet” şəbəkəsi üzrə 31 milyon 759 min 074 zərərli keçid, “Sandbox” mühafizə sistemi vasitəsilə 8 408 zərərverici tərkibli elektron sənəd, həmçinin dövlət qurumlarının son istifadəçilərinin qoşulduğu mərkəzləşdirilmiş təhlükəsizlik həlli üzrə 2 milyon 850 min 500 zərərli fəaliyyət bloklanıb.

    Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə avqust ayı ərzində dövlət qurumlarının domenlərinə bənzədilmiş 2 saxta domen aşkarlanaraq bloklanıb.

  • UEFA Çempionlar Liqası: “Benfika” – “Qarabağ” matçının biletlərinin qiyməti müəyyənləşib

    UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq “Benfika” (Portuqaliya) – “Qarabağ” matçının biletlərinin qiyməti müəyyənləşib.

    Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Sentyabrın 5-də satışa çıxarılacaq biletlərin qiyməti 40-60 avro aralığında dəyişir. VİP biletlərin qiyməti barədə isə məlumat verilməyib.

    Qeyd edək ki, “Qarabağ” Portuqliya təmsilçisi ilə UEFA Çempionlar Liqasının I turunda üz-üzə gələcək. Qarşılaşma sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

  • В Зардабе оштрафованы родители, давшие согласие на ранний брак несовершеннолетней – ОБНОВЛЕНО

    После предотвращения полицией свадьбы несовершеннолетней девушки в Зардабе, родители, давшие согласие на ранний брак, были оштрафованы на 1000 манатов, а владелец дома торжеств, где проходило мероприятие, оштрафован на 1500 манатов.

    Как сообщает Report, об этом заявил пресс-секретарь Государственного комитета по проблемам семьи, женщин и детей Теймур Марданоглу.

    По его словам, сразу после получения информации о свадьбе несовершеннолетней в Зардабском районе они обратились в профильные органы. Сообщается, что с родителями жениха и невесты была проведена беседа, им было разъяснено, что ранний брак запрещен законодательством.

    * * * * *

    В Зардабе сотрудники полиции пресекли свадьбу несовершеннолетней девушки.

    Мероприятие проходило в одном из домов торжеств на территории района.

    В ходе проверки установлено, что жениху 32 года, а невесте – 17. С родителями обеих сторон проведены разъяснительные беседы, после чего торжество отменили.

    Кроме того, в отношении владельца дома, допустившего проведение незаконного мероприятия, составлен административный протокол, он привлечен к ответственности.

  • Zərdabda erkən evliliyə razılıq verən valideynlər cərimələnib – YENİLƏNİB

    Zərdabda erkən evliliyin qarşısı alınmaqla yanaşı, valideynlər 1000 manat, erkən evliliyin baş tutmasına şərait yaradan ictimai iaşə obyektinin sahibi isə 1500 manat məbləğində cərimə olunub.

    Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

    Onun sözlərinə görə, Zərdab rayonunda yerləşən şadlıq sarayında erkən evlilik halının baş verməsi barədə Komitəyə məlumat daxil olub.

    “İnformasiya dərhal aidiyyəti qurumlara ötürülüb, araşdırmalara başlanılıb. Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb, bunun qanunvericiliklə qadağan olunduğu izah edilib. Toy məclisinin keçirilməsi təxirə salınıb. Bundan əlavə, tədbirin keçirilməsinə göz yuman ictimai iaşə obyektinin sahibi barəsində də inzibati qaydada protokol tərtib edilib və cərimə olunub”, – T.Mərdanoğlu qeyd edib.

    * * * * *

    Zərdabda şadlıq saraylarından birində yetkinlik yaşına çatmayan qıza toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

    Polis əməkdaşları məclisin keçirildiyi şadlıq sarayına gedərək qanunvericiliyə uyğun tədbirlər görüblər.

    Araşdırmalarla bəyin 32, gəlinin isə 17 yaşında olduğu müəyyənləşib. Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb, bunun qanunvericiliklə qadağan olduğu izah edilib. Məclisin keçirilməsi isə təxirə salınıb.

    Bundan əlavə, məclisin keçirilməsinə göz yuman şadlıq sarayının sahibi barəsində də inzibati qaydada protokol tərtib olunub və məsuliyyətə cəlb olunub.

  • В Грузии задержали нарушителей границы из Азербайджана и Армении

    Сотрудники Пограничной полиции Грузии задержали в пограничных секторах “Садахлы” и “Вахтангиси” четырех граждан иностранных государств.

    Как сообщает грузинское бюро Report, двое из них, 1979 и 1993 годов рождения, граждане Армении, остальные, 1989 и 2006 годов рождения, граждане Азербайджана.

    Все задержанные пытались незаконно проникнуть на территорию Грузии в обход пунктов пограничного контроля.

    По фактам возбуждены уголовные дела. Согласно грузинскому законодательству, за незаконное пересечение государственной границы предусмотрено наказание в виде лишения свободы сроком до 5 лет.

  • Azərbaycan və Ermənistandan Gürcüstana qanunsuz keçməyə cəhd edən şəxslər saxlanılıb

    Gürcüstan Sərhəd Polisi əməkdaşları “Sadaxlı” və “Vaxtanqisi” sərhəd sektorlarında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dörd xarici ölkə vətəndaşını saxlayıb.

    Daxili İşlər Nazirliyinin Sərhəd Polisindən verilən məlumata görə, saxlanılanlardan 1979 və 1993-cü il təvəllüdlü şəxslər Ermənistan, 1989 və 2006-cı il təvəllüdlü şəxslər isə Azərbaycan vətəndaşlarıdır.

    Onlar Gürcüstan ərazisinə sərhəd nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz daxil olmağa cəhd ediblər.

    Faktla bağlı Cinayət Məcəlləsinin 344-cü maddəsi üzrə cinayət işi başlanıb. Qanunvericiliyə əsasən, dövlət sərhədini qanunsuz keçməyə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
    //report