Month: September 2025

  • Azərbaycan startaplarının əsas çətinlikləri açıqlanıb

    Azərbaycanda süni intellekt, İT və rəqəmsal texnologiya layihələri qısa müddətdə geniş istifadəçi bazası qazanır, lakin qlobal rəqabət və ixtisaslı kadr çatışmazlığı onların inkişafını ləngidir.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) startapların çətinlikləri ilə bağlı bildirilib.

    Məlumata görə, hazırda Azərbaycanda startap ekosisteminə dövlət dəstəyi güclənir. Çünki, bu sahə daha çox dəstək mexanizmləri tələb edir. Prosesin davamlı olması, startapların uğur qazanması üçün maliyyə dəstəyi və investisiya imkanlarının artırılması, yeni dəstək alətlərinin və vençur fondlarının yaradılması vacibdir.

    “Startap və innovasiya sahəsi ən çox investisiya tələb edən, eyni zamanda sərmayə qoyuluşunun ən sürətli geri dönüşünün təmin olunduğu, yüksək gəlir gətirən sahələrdəndir. Beynəlxalq təcrübə göstərir ki, startap ekosisteminə daha çox vəsait xərcləyən ölkələr daha çox uğur əldə edir. Startapların uğur və çətinlikləri sahələr üzrə fərqlənsə də, ortaq tərəflər də mövcuddur. Süni intellekt, İT və rəqəmsal texnologiya layihələri qısa müddətdə geniş istifadəçi bazası qazanır, lakin qlobal rəqabət və ixtisaslı kadr çatışmazlığı onların inkişafını ləngidir.

    Aqrotexnoloji həllər kənd təsərrüfatında məhsuldarlığı artırır, amma fermerlər arasında rəqəmsal savadlılığın zəifliyi tətbiqi çətinləşdirir. Fintek startapları innovativ ödəniş və kredit həlləri ilə bazarda yer tutur, ancaq onların böyüməsi bir qədər ləng gedir. Elektron ticarət və logistika layihələri isə artan bazar tələbindən faydalanır, lakin yüksək rəqabət və müştəri loyallığının qorunması əsas sınaqlardandır. Ümumi çətinlik kimi isə maliyyəyə çıxış, xüsusilə də ilkin mərhələdə sərmayə imkanlarının məhdudluğunu qeyd etmək olar”,-deyə məlumatda qeyd olunub.

  • На станции метро “Ази Асланов” начался новый этап реконструкции

    На станции “Ази Асланов” Бакинского метрополитена стартовал новый этап реконструкционных работ.

    Как сообщили Report в ведомстве, в целях приведения инфраструктуры в соответствие с современными стандартами на станционных тупиковых путях проводится капитальный ремонт, укрепляются покрытия и стены, старые блоки заменяются новыми, выполняются антикоррозийные и гидроизоляционные работы.

    В ходе ремонта пассажиры продолжают пользоваться маршрутом “Ази Асланов – Ахмедлы”.

    Согласно информации, завершение реконструкции планируется в 2026 году.

  • “Həzi Aslanov” metrostansiyasında yenidənqurma işlərinin yeni mərhələsi başlayıb

    “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasındakı yenidənqurma işlərində yeni mərhələyə start verilib.

    Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

    Bildirilib ki, infrastrukturun müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədilə stansiyanın dalan yollarında əsaslı təmir işləri aparılır, örtük və divarlar gücləndirilir, köhnə bloklar yeniləri ilə əvəzlənir, antikorroziya və hidroizolyasiya tədbirləri görülür. Təmir prosesində sərnişinlər “Həzi Aslanov–Əhmədli” marşrutu üzrə hərəkət etməyə davam edir.

    Məlumata əsasən, metro stansiyasında yenidənqurma işlərinə 2026-cı ildə yekun vurulması planlaşdırılır.

  • Минздрав: Большинство жалоб связано с нарушениями санитарных норм в отелях и салонах красоты

    Большинство жалоб в Республиканский центр гигиены и эпидемиологии Министерства здравоохранения Азербайджана связано с уборкой и сменой постельного белья в отелях, а также с нарушениями санитарных норм в салонах красоты.

    Об этом заявил главный юрист центра Кямиль Демирли.

    По его словам, правила требуют дезинфекции гостиничных номеров, регулярной смены постельного белья, а также использования одноразовых инструментов или их дезинфекцию в салонах:

    “Кроме того, запрещены инвазивные вмешательства на коже, необходимо наличие документов, подтверждающих безопасность используемых косметических средств. Эти правила направлены на предотвращение распространения инфекций, в том числе таких заболеваний, как гепатит”.

  • Nazirlik rəsmisi: Ən çox şikayətlər hotel və gözəllik salonlarında sanitar normaların pozulması ilə bağlıdır

    Ən çox şikayətlər hotellərdə təmizlik və yataq dəstlərinin dəyişdirilməsi, gözəllik salonlarında isə sanitar normaların pozulması ilə bağlı olur.

    Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş hüquqşünası Kamil Dəmirli deyib.

    Onun sözlərinə görə, qaydalar otaqların dezinfeksiya edilməsini, yataq dəstlərinin mütəmadi dəyişdirilməsini və salonlarda alətlərin ya birdəfəlik istifadəsini, ya da dezinfeksiyasını tələb edir:

    “Həmçinin, dəriyə invaziv müdaxilələrin aparılması qadağandır və istifadə olunan kosmetik vasitələrin təhlükəsizliyini təsdiq edən sənədlər olmalıdır. Bu qaydalar infeksiyaların, o cümlədən hepatit kimi xəstəliklərin yayılmasının qarşısını almağa xidmət edir”.

  • Завтра состоится IV Азербайджано-Турецкий энергетический форум

    Завтра в турецком городе Измир состоится IV Азербайджано-Турецкий энергетический форум с участием министра энергетики Азербайджана Пярвиза Шахбазова и министра энергетики и природных ресурсов Турции Алпарслана Байрактара.

    Как сообщает Median.Az со ссылкой на Министерство энергетики Азербайджана, на форуме планируется обсудить вопросы, связанные с углеводородами, нефтехимией, возобновляемыми источниками энергии, энергоэффективности, регулирования, горнодобывающей промышленности и другим направлениям.

    По итогам форума будет подписан протокол.

    В рамках мероприятия также запланировано посещение терминала Алиага Государственной нефтяной компании Азербайджана.

    Отметим, что первый Форум прошел 21-22 декабря 2021 года в Баку , второй – 5-6 октября 2022 года в Стамбуле, а третий – 28-29 сентября 2023 года в Нахчыване.

  • Sabah Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək

    Sabah Türkiyənin İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək.

    Median.Az Energetika Nazirliyinə istinadən xəbər verir ki, forumda karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və protokolun imzalanması nəzərdə tutulur.

    Forum çərçivəsində, həmçinin SOCAR Əliağa terminalına səfər planlaşdırılır.

    Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.

  • Ağcabədidə 5 kiloqram narkotik satmaq istəyən şəxs saxlanılıb

    Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

    DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Süleyman Fətəliyev şübhəli şəxs qismində saxlanılıb.

    Ondan ümumilikdə 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Araşdırma zamanı S.Fətəliyevin narkotik vasitəni satış məqsədilə əldə etdiyi müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • ЮНИСЕФ: К концу 2026 года еще 6 млн детей могут лишиться образования

    К концу 2026 года число детей, не посещающих школу, может вырасти примерно на 6 млн и достигнуть 278 млн.

    Как передает Median.Az, об этом отмечается в исследовании Детского фонда ООН (ЮНИСЕФ).

    Согласно опубликованному организацией анализу, основной причиной этого является снижение объемов официальной помощи развитию (ОПР) на образование на $3,2 млрд, что составляет 24% по сравнению с 2023 годом. При этом почти 80% сокращения приходится всего на три страны-донора.

    Наибольший удар придется на страны Западной и Центральной Африки – здесь 1,9 млн детей рискуют остаться без образования.

    На Ближнем Востоке и в Северной Африке вне школы могут оказаться еще 1,4 млн детей. Особенно уязвимыми станут регионы, находящиеся в условиях гуманитарных кризисов.

    “Каждый доллар, урезанный из образования, – это не просто бюджетное решение, это будущее ребёнка, висящее на волоске”, – заявила исполнительный директор ЮНИСЕФ Кэтрин Рассел.

    По прогнозам, сильнее всего пострадает начальное образование: его финансирование сократится на треть, что может привести к колоссальным потерям – около $164 млрд недополученного заработка для детей за всю их жизнь.

    В числе стран, которые потеряют значительную часть образовательной помощи, названы Кот-д`Ивуар и Мали. Там сокращение финансирования может привести к снижению числа учащихся на 4% – это 340 тыс. и 180 тыс. детей соответственно.

    ЮНИСЕФ также отметил угрозу закрытия образовательных центров для детей-беженцев рохинджа в Бангладеш, что оставит без обучения 350 тыс. детей и сделает их уязвимыми для эксплуатации и торговли людьми.

    Организация призвала международное сообщество срочно принять меры: увеличить долю финансирования для наименее развитых стран, защитить образовательные программы в условиях гуманитарных кризисов, а также сосредоточить ресурсы на базовом и начальном обучении.

  • Gələn ilin sonuna qədər daha 6 milyon uşaq təhsildən məhrum ola bilər

    2026-cı ilin sonuna qədər məktəbə getməyən uşaqların sayı təxminən 6 milyon artaraq 278 milyona çata bilər.

    Bu barədə BMT-nin Uşaq Fondunun (UNİSEF) araşdırmasında qeyd olunur.

    Təşkilatın dərc etdiyi təhlilə əsasən, bunun əsas səbəbi təhsil üçün ayrılan yardımın 2023-cü illə müqayisədə 3,2 milyard dollar və ya 24 faiz azalmasıdır.

    Ən böyük zərbə Qərbi və Mərkəzi Afrika ölkələrinə dəyəcək – burada 1,9 milyon uşaq təhsilsiz qalmaq riski ilə üzləşir.

    Yaxın Şərq və Şimali Afrikada daha 1,4 milyon uşaq məktəbdən kənarda qala bilər.

    Təhsil üçün ayrılan yardımın əhəmiyyətli hissəsini itirəcək ölkələr arasında Kot-d’İvuar və Malinin adı çəkilir. Yardımın azalması bu ölkələrdə şagirdlərin sayının 4 faiz azalmasına səbəb ola bilər ki, bu da müvafiq olaraq 340 min və 180 min uşaq deməkdir.

    Təşkilat beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə: ən az inkişaf etmiş ölkələrə ayrılan maliyyəni artırmağa, humanitar böhran şəraitində təhsil proqramlarını qorumağa çağırıb.