Month: September 2025

  • Məktəbli formalarının satıldığı ünvanlar açıqlandı

    Orta məktəblərdə tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə ölkə üzrə satış məntəqələrinin ünvanları təqdim edilib.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. 
    Qeyd edilib ki, vətəndaşlar həmin məntəqələrdən, eləcə də Azərbaycanın şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər.
    Bildirilib ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib.

    Valideynlər keçid vasitəsilə məktəbli formalarının satış məntəqələri barədə məlumat əldə edə bilərlər. 

  • İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

    Sentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulması baş verəcək.

    Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.
    Bildirilib ki, bu, tam Ay tutulmasıdır (bəzən “Qanlı Ay” da adlandırılır).
    Tam Ay tutulması – Günəş, Yer və Ay eyni xətt üzərində düzüləndə, Yerin kölgəsi Ayın üzərinə düşdükdə və ya Ay tamamilə Yerin kölgəsinə girdikdə baş verir. Bu zaman Ay tamamilə yox olmur, əksinə, qırmızımtıl rəngə boyanır. Buna səbəb Günəş işığının Yer atmosferində sınma və səpilmə səbəbindən qırmızı və narıncı şüaların Ay səthinə çatmasıdır.
    Qanlı rəng Ay üfüqdə olarkən daha “dramatik” görünə bilər. Çünki həm Yer atmosferindən keçən Günəş işığı Ayı qırmızıya boyayır, həm də üfüqdə olan Ay artıq qırmızımtıl olur.
    Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, bunu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.
    Yarımkölgəli Ay tutulması sentyabrın 7-si saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək.
    Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq. Tam tutulma 82 dəqiqə davam edəcək.
    2025 -ci ilin ikinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq. Ölkə vətəndaşları sentyabrın 7-də “Qanlı Ay” tutulmasını canlı izləmək imkanı əldə edəcəklər.

  • 2011-ci ildən bəri ilk dəfə: Gümüşün qiyməti kəskin bahalaşdı

    Gümüş 1 sentyabr bazar ertəsi günü son 14 ildə ilk dəfə unsiyası 40 dollardan yuxarı qiymətləndirilib. Qiymətlərdəki sıçrayış ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini endirəcəyi ilə bağlı gözləntilərin artması fonunda baş verib və bu, investorların qiymətli metallara marağını gücləndirib.

    Qaynarinfo xəbər verir ki, “Bloomberg”in məlumatına görə, gümüşün spot qiyməti 1,4 faiz artaraq 40,29 dollar/unsiyaya yüksəlib. Bu ilin əvvəlindən etibarən onun dəyəri 40 faizdən çox bahalaşıb. Paralel olaraq qızıl, platin və palladium da yüksəliş nümayiş etdirib. Həftənin əvvəlində külçə qiyməti 0,7 faiz artaraq apreldən bəri ən yüksək həddə çatıb.

    Qiymətli metallar geosiyasi gərginlik və maliyyə qeyri-müəyyənliyi fonunda “təhlükəsiz liman” aktivlərinə artan maraqdan faydalanıb. ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminə qarşı təkrar-təkrar hücumları mərkəzi bankın müstəqilliyi ilə bağlı narahatlıqları gücləndirib.

    Avqust ayı gümüşlə təmin olunan birja fondlarına vəsait axınının yeddinci ayı olub. Bu, 2020-ci ildən bəri ən uzunmüddətli artım dövrü sayılır. Fondlara marağın güclənməsi London bazarlarında mövcud gümüş ehtiyatlarının azalmasına və bazarda defisit yaranmasına gətirib çıxarıb.

    Bu gün misin qiyməti London metal birjasında psixoloji hədd hesab olunan 10 min dollar/tona çatıb. Avqustun 11-də isə Çinli batareya istehsalçısı “Contemporary Amperex Technology Co. Ltd.” böyük mədənlərdən birində hasilatı dayandırdıqdan sonra litiumun qiyməti kəskin bahalaşıb.

  • “TikTok”a yeni funksiya gəlir

    “TikTok” birbaşa mesajlaşma (DM) funksiyasını genişləndirir.

    Yeniləmə ilə istifadəçilər səsli qeydlər, şəkillər və videolar paylaşa biləcəklər.
    Bu dəyişikliklər həm təkbətək, həm də qrup çatlarına şamil ediləcək.

    İstifadəçilər birbaşa söhbət ekranından audio yazmaqla 60 saniyəyə qədər səsli qeydlər göndərə biləcəklər. Bir mesajda doqquza qədər foto və ya video paylaşıla bilər.

    Daha çox media göndərmək istəyən istifadəçilər sonrakı mesajlarla paylaşmağa davam edə bilərlər.

    Qeyd olunur ki, əvvəllər istifadəçilər yalnız mətn, GIF-lər, stikerlər və “TikTok” məzmunu göndərə bilirdilər.

  • Bakıda 7000 manatlı pensiya dələduzluğu

    Penisya dələduzluğu ilə bağlı daha bir cinayət işinin məhkəmə istintaqı başa çatıb.

    Hadisə Bakı şəhərində baş verib.

    İş materiallarından məlum olur ki, zərərçəkmiş M.Ağayeva 15 il 2-ci qrup əlil kimi pensiya alıb. 2021-ci ildə isə əlillik dərəcəsi ləğv edilib. O, pensiyasını bərpa etdirmək üçün yollar aramağa başlayıb.

    M.Ağayeva qonşusu vasitəsi ilə Anar adlı şəxslə görüşüb. Həmin şəxs zərərəçəkənə pensiya məsələsini həll edəcəyini bildirib. Bunun müqabilində isə M.Ağayevadan 7000 manat istəyib.

    Zərərəçəkmiş Anar adlı şəxsə inanaraq ona 6000 manat verib. Yerdə qalan 1000 manatı da bir qədər sonra verəcəyini deyib. Lakin sonradan ona məlum olub ki, aldadılıb. Bu baxımdan hüquq-mühafizə orqanlarına üz tutub.

    Anar saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətində azadlıqdan məhrum edilib.//qaynar.az

  • Tramp ölümüylə bağlı şayiələrə reaksiya verdi

    ABŞ prezidenti Donald Tramp ölümünə dair şayiələrə cavab verib.

    Qaynarinfo xəbər verir ki, o, özünün “Truth Social” sosial şəbəkəsində sağlam olduğunu təsdiqləyib.

    “Ömrümdə özümü bu qədər yaxşı hiss etməmişəm”, deyə Tramp yazıb.

    ABŞ prezidentinin ölümü ilə bağlı şayiələr avqustun sonunda onun müvəqqəti olaraq ictimaiyyət qarşısında görünməməsi fonunda yayılmağa başlayıb. Bəzi KİV-lər isə iddia ediblər ki, guya Trampda ölümcül xəstəlik aşkarlanıb.

    “Forbes” yazıb ki, 25 avqustda Oval kabinetdə Cənubi Koreya prezidenti Li Çje Myon ilə görüş zamanı Trampın sağ əlində böyük göyərmə müşahidə olunub. Daha sonra isə həmin yerdə qalın makiyaj təbəqəsi ilə görünüb.

    Əvvəlcə Ağ Ev açıqlama yayaraq bildirib ki, prezidentin əlində göyərmələr “tez-tez əl sıxışmaları” səbəbindən yaranıb. Eyni izahı Trampın özü də verib.

    Daha sonra Ağ Ev Trampın şəxsi həkimi Şon Barbabellanın məktubunu dərc edib. Həmin hesabatda qeyd olunub ki, ABŞ prezidentində “xroniki venoz çatışmazlıq” diaqnozu qoyulub. Bu isə xoşxassəli və geniş yayılmış xəstəlikdir, xüsusilə də 70 yaşdan yuxarı insanlarda tez-tez rast gəlinir.

  • Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

    Təhsil sistemində daim müzakirə olunan məsələlərdən biri də müəllimlərin məktəb vəsaitləri olduğu halda, abituriyentlərə hazırlıq keçən zaman kurs vəsaitlərinə müraciət etmələri olur. Bu yanaşma sual doğurur: əgər dövlətin təsdiq etdiyi dərsliklər mövcuddursa, niyə müəllimlər əlavə vəsaitlərə üz tuturlar?

    Təhsil üzrə ekspert Elmin Nurizadə Valyuta.az-a bildirib ki, bu, müəllimlərlə kursların sövdələşməsi əsasında yaranan prosesdir:

    “Bəzi kurslar müəllimlərlə razılaşaraq, öz kitablarını şagirdlərə satdırır və bunun müqabilində müəllimlərə faiz verirlər. Bu halın qarşısını almaq üçün ciddi addımlar atılsa da, tamamilə aradan çıxmayıb”.

    Onun sözlərinə görə, əgər müəllim dərslərə əlavə dəyər qatmaq və əlavə məlumat vermək istəyirsə, kitabı öz vəsaiti ilə almalı və oradakı bilgiləri şagirdlərlə bölüşməlidir. Müəllimin hansısa mövzunu bəyənməməsi səbəbilə bütün sinifə başqa kurs kitabı aldırması yolverilməzdir:

    “Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş vahid tədris proqramı var və bu proqram məktəb dərsliklərində əksini tapır. Müəllimlər də keyfiyyətindən asılı olmayaraq bu proqram əsasında işləməlidirlər”.

  • Премьер Египта: Израиль обязан принять последнее предложение по Газе

    Израиль должен принять текущее предложение о прекращении огня в секторе Газа и перейти к переговорам об окончательной остановке боевых действий.

    Как передает Median.Az со ссылкой на портал Al-Youm as-Sabia, об этом заявил премьер-министр Египта Мустафа Мадбули, выступая на расширенном заседании ШОС+ в Тяньцзине.

    “Необходимо, чтобы Израиль принял последнее предложение о прекращении огня и перешел к переговорам об окончании войны и о реконструкции Газы в соответствии с планом, одобренным арабскими и исламскими странами”, – подчеркнул египетский премьер.

    Мадбули также отметил, что, по мнению Каира, “единственный способ достичь справедливого и всеобъемлющего решения палестино-израильского конфликта – это создать единое государство Палестина в границах 1967 года”.

    Напомним, что в марте израильская армия возобновила боевые действия в анклаве, прервав установленный в январе этого года режим прекращения огня. В ходе нескольких раундов переговоров при посредничестве Катара, Египта и США стороны конфликта не смогли определить условия нового соглашения. 8 августа военно-политический кабинет Израиля одобрил план по взятию под контроль всей территории города Газа и расширению операции в палестинском анклаве.

  • Misirin Baş naziri: İsrail Qəzza ilə bağlı son təklifi qəbul etməlidir

    İsrail Qəzza zolağında mövcud atəşkəs təklifini qəbul etməli və hərbi əməliyyatlara daimi son qoymaq üçün danışıqlara keçməlidir.

    Bu barədə Misirin Baş naziri Mustafa Madbuli Tiencin şəhərində keçirilən ŞƏT+ ölkələrinin geniş iclasında çıxışı zamanı bildirib.

    “İsrailin son atəşkəs təklifini qəbul etməsi, ərəb və islam ölkələrinin təsdiq etdiyi plana uyğun olaraq müharibənin dayandırılması və Qəzza sektorunun yenidən qurulması üzrə danışıqlara keçməsi lazımdır”, – o deyib.

    Madbuli, həmçinin qeyd edib ki, Qahirə Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli həllinə nail olmağın yeganə yolunun 1967-ci il sərhədləri daxilində vahid Fələstin dövlətinin yaradılması olduğunu düşünür.

    Xatırladaq ki, martda İsrail ordusu bu ilin yanvarında yaradılmış atəşkəs rejimini pozaraq anklavda hərbi əməliyyatları bərpa edib. Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqların bir neçə raundu zamanı münaqişə tərəfləri yeni sazişin şərtlərini müəyyən edə bilməyiblər. Avqustun 8-də İsrailin hərbi-siyasi kabineti Qəzza şəhərinin bütün ərazisini nəzarətə götürmək və Fələstin anklavında əməliyyatı genişləndirmək planını təsdiqləyib.
    //report

  • Krımda rusların unikal peyk avadanlığı məhv edildi

    İşğal olunmuş Krımda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin döyüşçüləri rusların bir sıra mühüm obyektlərini məhv ediblər – Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, onların arasında unikal RT-70 radioteleskopu da var.

    Bu barədə telemarafon efirində Ukrayna HDQ-nin sözçüsü, 3-cü dərəcəli kapitan Dmitri Pletençuk danışıb.

    Xüsusilə, ondan Baş Kəşfiyyat İdarəsinin AR Krım ərazisində bir sıra radiolokasiya sistemlərinin vurulması barədə məlumatı şərh etməsi xahiş olunub.

    Hərbçinin sözlərinə görə, 2014-cü ildə işğal olunmuş Ukrayna yarımadasında düşmən çoxlu sayda müxtəlif HHM (hava hücumundan müdafiə) sistemləri yerləşdirib:

    “Orada neçə radiolokasiya vasitəsinin olduğunu bəlkə də rusların özləri də deyə bilməzlər. Çünki davamlı hərəkət, davamlı rotasiya gedir. İşğal olunmuş Krımda HHM sıxlığının yüksək səviyyədə saxlanması təsadüfi deyil. Məqsəd həm Krım körpüsünü qorumaq, həm də tammiqyaslı işğal dövründə ciddi şəkildə hərbiləşdirilmiş yarımadanın bütün infrastrukturunu müdafiə etməkdir”, deyə Pletençuk bildirib.

    Rusiya HHM sistemlərinin Krımda çoxsəviyyəli quruluşu, spikerin qeyd etdiyinə görə, həmçinin Novorossiysk şəhərini də qoruyur. Orada, o cümlədən, Rusiya Qara dəniz Donanmasının raketdaşıyan gəmiləri bazalaşır. Çünki çoxlu zərbə vasitələri məhz yarımada üzərindən keçə bilər, söhbət Azov dənizi bölgəsindən də gedir.

    Pletençuk əlavə edib ki, hər halda bu sıxlığı “seyrəltmək” birinci növbədə vacib məsələdir, çünki HHM sıx olduğu müddətdə digər tapşırıqları yerinə yetirmək çətin olur. Ona görə də Ukraynanın strategiyası və taktikası tam aydındır, ruslar isə itkiləri daim kompensasiya etməyə çalışır.

    “Amma indi vurulmuş vasitələrin əvəzini çıxarmaq ən azı çox baha başa gələcək və çox çətin olacaq… Radioteleskop isə ümumiyyətlə unikal obyektdir. Bu, hələ sovet dövründə bütövlükdə peyk qruplaşmasına nəzarət üçün yaradılmışdı. Yəni bu, əslində bənzərsiz obyekt idi. Bəli, burada həm də radiolokasiya kəşfiyyat vasitələri vardı, amma istənilən halda düşmən obyektlərinə yol açmaq HHM-dən başlanır”, deyə sözçü vurğulayıb.

    Xatırladaq ki, avqustun 31-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi müvəqqəti işğal olunmuş Krımda rus işğalçılarının bir sıra mühüm obyektlərinin məhv edildiyini açıqlamışdı. Bildirilirdi ki, xüsusi təyinatlı “Prizraki” (Kabuslar) bölməsinin döyüşçüləri bahalı hədəfləri – “Utyos-T” radiolokasiya kompleksi, RT-70 radioteleskopu, “Qlonass” peyk naviqasiya sistemi üçün qübbə, MR-10M1 “Mıs” sahil radiolokasiya stansiyası və S-400 zenit-raket kompleksinin 96L6-AP radiolokasiya stansiyasını vurublar.
    //qaynar.az