Month: September 2025

  • Güclü külək məktəbin darvazasını aşırdı (VİDEO)

    Hazırda paytaxtda hökm sürən güclü külək 20 nömrəli məktəb-liseyin həyətindəki darvazanı aşırıb.

    Median.Az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

    Hadisə ilə bağlı məktəbdən sorğumuza cavab olaraq bildirilib ki, güclü külək məktəb-liseyin Parlament prospektinə tərəf çıxışındakı darvazanı aşırıb.

    Hadisə nəticəsində xəsarət alan olmayıb.

  • “Master-D” MMC-də yoxlama: 31 min manat cərimə

    “MASTER-D” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) yoxlama aparılıb. 

    Qaynarinfo-nun məlumatına görə, şirkətdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti həyata keçirilib. 

    Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən, şirkətə 31008.28 manat maliyyə sanksiyası tətbiq edilib. 
    Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Qasımov Dayandur Fərman oğludur. 

  • Dövlət qulluğuna qəbul imtahanında dəyişiklik olundu

    “Microsoft” şirkəti tərəfindən “Windows 10” əməliyyat sisteminin rəsmi dəstəyi 14 oktyabr 2025-ci ildə başa çatır.

    Median.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Bildirilib ki, bu səbəbdən informatika üzrə dövlət qulluğuna qəbul imtahanı proqramından “Windows 10” əməliyyat sistemi ilə bağlı mövzular çıxarılıb və əməliyyat sisteminin “Windows 11” versiyası ilə bağlı mövzular əlavə edilib.

    Qeyd olunub ki, proqramda aparılmış bu dəyişiklikdən sonra ilk dəfə 16 oktyabr 2025-ci il tarixində keçiriləcək dövlət qulluğu imtahanında “Windows 11” əməliyyat sistemində “Windows 10″la eyni olanlar haqqında tapşırıqlar yer alacaq.

    Mövzular və ədəbiyyat siyahısı ilə buradan tanış ola bilərsiniz.

  • Xəzərin kiçilməsinin səbəbi Volqanın Rusiya daxilindəki irriqasiya sistemlərinə yönəldilməsidir (RƏY)

    Xəzər dənizinin kiçilməsinin səbəbi Volqa çayının sularının Rusiya daxilindəki irriqasiya sistemlərinə yönəldilməsidir.

    Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.

    Onun sözlərinə görə, Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra BMT Baş Assambleyasında ilk dəfə, yəni bir növ yeni dövrün Azərbaycanının lideri kimi çıxış etdi:

    “Bu baxımdan həmin çıxışı, şübhəsiz ki, tarixi hadisə kimi dəyərləndirmək olar. Dövlət başçısı orada Azərbaycan xarici siyasətinin gündəliyində olan müxtəlif məsələlərə diqqət çəkdi, o cümlədən problemli məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, onlardan biri də Xəzər dənizinin kiçilməsi haqqında oldu”.

    Mütəxəssis bildirib ki, Xəzərin kiçilməsi ciddi ekoloji problem yaradır:
    “Bu, yalnız Azərbaycan yox, Xəzəryanı ölkələrin hamısı üçün ciddi problem hesab olunur. Prezident İlham Əliyevin çıxışında diqqətçəkən məqamlardan biri o oldu ki, dövlət başçısı Xəzər dənizinin kiçilməsinin səbəbinin obyektiv yox, süni faktorlarla əlaqəli olduğunu ifadə etdi”.

    M.Məmmədli vurğulayıb ki, son illərdə Xəzərin kiçilməsinin elmi və siyasi dairələrdə geniş müzakirə olunmasına, Azərbaycanın həm rəsmi, həm qeyri-rəsmi səviyyədə həyəcan təbili çalmasına baxmayaraq, problemin qarşısını almaq istiqamətində ciddi addımlar atılmır:

    “Belə bir rəy var ki, Xəzərin kiçilməsinin səbəbi Volqa çayı sularının Rusiya daxilindəki irriqasiya sistemlərinə yönəldilməsidir. Məlumdur ki, Xəzər dənizinə suların 70 faizi Volqa çayı ilə gəlir. Volqa çayının suyun irriqasiya sisteminə yönəldilməsi isə onun kiçilməsinə səbəb olur. Azərbaycan təklif edir ki, məsələ Xəzəryanı ölkələrlə ciddi müzakirə olunsun və konkret addımlar atılsın. Dövlət başçısının BMT Baş Assambleyasında da bu məsələyə toxunması ondan xəbər verir ki, Azərbaycan belə ciddi problemi beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırmaq istəyir”.

  • 117 yaşlı qadının DNT-si öyrənildi: Alimlər uzunömürlülüklə bağlı ipucları tapdı

    İspaniyada yaşamış Mariya Branyasın 117 il ömür sürməsi alimlərə insan uzunömürlülüyü ilə bağlı yeni məlumatlar əldə etməyə imkan verib. 

    Median.Az xəbər verir ki, araşdırma nəticələri “Cell Reports Medicine” jurnalında dərc olunub.

    Alimlər bildirirlər ki, Branyasın bəzi nadir genetik variantları uzunömürlülük, immun sistemin güclü fəaliyyəti, ürək və beyin sağlamlığı ilə əlaqəlidir. Qadının qan, tüpürcək, sidik və nəcis nümunələri 2024-cü ildə – onun vəfatından əvvəl – könüllü olaraq təqdim olunmuşdu.

    Barselonadakı Cozep Karreras Leykoz Araşdırmaları İnstitutunun tədqiqatçıları qeyd edib ki, Branyasın hüceyrələri xronoloji yaşından qat-qat gənc hüceyrələr kimi “davranır”. O, doğma Kataloniyada qadınların orta ömür uzunluğunu 30 ildən çox geridə qoyaraq dünyada ən yaşlı insanlardan biri olmuşdu.

    Sağlamlığının sirləri

    Alimlərin fikrincə, Branyas yüksək yaşına baxmayaraq yaxşı sağlamlıq vəziyyətinə malikdir:

    * ürək-damar sistemi əla durumda olub,
    * iltihab səviyyəsi aşağı qalıb,
    * immun sistemi və bağırsaq mikrobiomu gənc yaş qruplarına xas göstəricilər nümayiş etdirib.

    117 yaşında onun “pis” xolesterin və triqliserid səviyyəsi son dərəcə aşağı, “yaxşı” xolesterin səviyyəsi isə çox yüksək olub. Bununla yanaşı, aktiv sosial və intellektual həyat tərzi, həmçinin Aralıq dənizi pəhrizi də uzunömürlülüyə təsir etmiş ola bilər.

    Telomerlərlə bağlı müşahidələr

    Tədqiqatçılar Branyasın xromosomlarının son hissələrini qoruyan telomerlərin güclü şəkildə qısaldığını aşkarlayıb. Normalda bu, ölüm riskinin artması ilə əlaqələndirilir. Lakin alimlər qeyd edirlər ki, çox qısa telomerlər bədxassəli hüceyrələrin nəzarətsiz çoxalmasının qarşısını ala bilərdi.

    Mütəxəssislər vurğulayır ki, belə nəticələr yalnız bir nəfərə aid olduğundan, daha geniş elmi nəticələr üçün kütləvi araşdırmalar aparılmalıdır.

  • Azərbaycanda aliment ödəməyən qadın məhkum edildi

    Ağcabədi rayonunda uşaqlarına aliment verməyən qadın məsuliyyətə cəlb edilib .

    Median.Az-ın məlumatına görə, Zeynəb Məmmədova (adı və soyadı şərtidir) 2004-cü ildə əmisi nəvəsi ilə ailə qurub və birgə nikahdan 3 övladları dünyaya gəlib.

    2019-cu ildə cütlük arasında mübahisə yaranıb və Z.Məmmədova azyaşlı övladlarını həyat yoldaşının yanında qoyub, evi tərk edərək atasının evinə gedib. Həyat yoldaşı isə boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə cütlük arasında nikahı ləğv edib, hər uşağa görə 150 manat olmaqla Z.Məmmədovaya aylıq 450 manat aliment təyin olunub.

    Amma buna baxmayaraq, Z.Məmmədova aliment ödəməkdən yayınıb.

    Faktla bağlı cinayət işi başlanıb və iş Ağcabədi Rayon Məhkəməsinə verilib. Məhkəmənin qərarı ilə Z.Məmmədovaya 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.//oxu.az

  • “TikTok”da tanış olduğu şəxsin evindən oğurluq etdi

    Qonaq getdiyi evdən oğurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

    Qaynarinfo-nun nəlumatına görə, Ruslan adlı təqsirləndirilən şəxs “TikTok” platformasında tanış olduğu şəxsin evinə bir neçə dəfə qonaq gedib. Ev sahibi mətbəxdə məşğul olduğu zaman paltar dolabından 8400 manat dəyərində qızıl-ziynət əşyaları və 900 ABŞ dolları pul oğurlayıb. 

    Ev sahibi hadisədən xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarına şikayət edib. Ruslan saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

    Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılib. Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. 

  • Naxçıvanda qanunsuz su satışı həyata keçirilib

    Hesablama Palatasının 2025-ci il üzrə İş Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi (Agentlik) və tabeli qurumları tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarə edilməsinə dair uyğunluq auditi aparılıb.

    Median.Az xəbər verir ki, Agentlik tərəfindən müvafiq illərdə büdcə və büdcədənkənar xərclərin proqnozlaşdırılması düzgün aparılmayıb, 2023-cü ərzində isə bir neçə halda ödənişlərin təyinatı dəyişdirilərək xərc edilib.

    Audit obyekti tərəfindən 2023 və 2024-cü illər ərzində bir sıra hallarda işçilərə artıq əməkhaqqı hesablanaraq ödənilib. İki il ərzində artıq hesablanaraq ödənilən vəsait audit dövrü ərzində büdcəyə bərpa edilib.

    Agentliyin tabeliyindəki içməli su anbarlarına və təmizləyici qurğularına baxış zamanı bəzi hallarda ümumi çıxış sayğaclarının nasaz olduğu, bəzi hallarda isə sayğacların ümumiyyətlə mövcud olmadığı müəyyən olunub. Ümumilikdə, 1066288.0 m3 içməli suyun Agentliyin məlumatlarında qeydiyyatının olmadığı müəyyən edilib.

    Audit obyektinin balansında olan su tutarlarında quraşdırılmış 3 ədəd Su Elektrik Stansiyasına elektrik enerjisi almaq üçün su verilmiş, lakin verilmiş suyun həcminin ölçülmədiyi, elektrik enerjisinin istehsalı ilə bağlı buraxılmış suyun dəyərinin aidiyyəti dövlət qurumu tərəfindən ödənilmədiyi müəyyənləşib.

    Agentlik tərəfindən Muxtar Respublika ərazisində əkin altında olan torpaqlara suvarma suyunun verilişi icra edilib, lakin suvarma suyunun toplanması üçün suvarma şəbəkələrindən götürülən və istifadəçilərinə verilən suyun uçotunun aparılması üçün ölçü cihazlarının, ölçü-nəzarət sisteminin olmaması müəyyən olunub.

    Muxtar Respublikada içməli su şəbəkəsinə sayğac quraşdırılıb və su satışı həyata keçirilib. Audit nəticəsində tikintisi yarımçıq qalmış su təmizləyici qurğunun fəaliyyət göstərməməsinə baxmayaraq, bəzi ərazilərdə abonentlərin balans mənsubiyyətində su ölçü cihazlarının quraşdırılması və əhalidən içməli suyun istifadəsinə görə vəsait toplanması halı da aşkarlanıb.

    Audit qrupu tərəfindən suvarma suyunun mənbələrində verilən suyun həcminin ölçülməsi üçün hesablamalar həyata keçirilib. Alınan nəticələrə əsasən Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatı ilə müqayisə edildikdə 2023-cü ildə suvarma suyu üzrə itki tələb olunan suya nisbətdə 1.7 dəfə çox, 2024-cü ildə 1.4 dəfə çox olub.

    Audit obyektinin ərazisində açıq havada yararsız vəziyyətdə olan 87 adda 115 ədəd böyük çəkili və əlvan metal tərkibli texnika və avadanlıqların olduğu və həmin əsas vəsaitlərin artıq istismar müddətini başa vurduğu müəyyən edilib, həmin texnika və avadanlıqların audit dövründə utilizasiyasının həyata keçirilməsinə nail olunmuş və utilizasiyadan əldə olunan vəsait büdcəyə ödənilib.

    Agentlik tərəfindən balansında olan iri su tutarları və hövzələri istisna olmaqla qalan digər meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması həyata keçirilməyib.

    Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su Təmir-Tikinti İdarəsi ilə təchizadçı arasında Qaraçuq 1 nasos stansiyasının ərazisində Araz su anbarından qidalanan yeni nasos stansiyasının tikintisi üçün avadanlıq və mal-materialların alışı məqsədilə 6437962.29 manat məbləğində bağlanmış 16.06.2022-ci il tarixli müqaviləyə əsasən alınmış avadanlıq və malların mövcudluğuna baxış keçirilən zaman İdarə tərəfindən bu avadanlıq və malların əksər hissəsinin adları, texniki göstəriciləri, sayı və s. barədə birbaşa sifarişçi olmaması səbəbindən məlumatsız olduqları müəyyən edilib. Həmçinin yuxarıda qeyd olunan avadanlıq və mal-materialların alışı üzrə müqavilənin şərtinə əsasən təchiz edilmiş avadanlıq və malların istehsalçı və təchizatçı tərəfindən mövcud olan nasazlıqlar, çatışmazlıqlar, fiziki qüsurlar və s. aradan qaldırılması üçün tanınan müddət bitib.

    Agentlik tərəfindən dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət edilməmiş, ilkin satınalma planı hazırlanaraq təsdiq edilməmiş, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməyib, 2023-cü ildə 7 halda 132615.0 manat dəyərində satınalmalar həyata keçirilərkən razılıq alınmadan birbaşa müqavilə bağlanılmış, bəzi hallarda satınalmalar hissələrə bölünərək satınalmalar həyata keçirilib.

    Ehtimal olunan qiymətlərin müəyyən edilməməsi və ya düzgün müəyyən olunmaması, habelə müqavilələrin icrası üzrə nəzarət mexanizmlərinin təkmil olmaması dövlət vəsaitinin artıq istifadəsinə yol açıb. 2024-cü ildə tikinti materiallarının satınalınması üçün 257000.57 manat dəyərində açıq tenderin keçirilməsinə dair müqavilə bağlanılıb, vəsaitin ödənişi tam həyata keçirilib, lakin 7 adda 41987.31 manat dəyərində avadanlıq göndərilməyib və ya yararsız olduğu üçün geri qaytarılıb. Audit dövründə həmin avadanlıqlar təchizatçıdan tələb olunaraq bərpa olunub.

    Hesablama Palatasının Kollegiyası tərəfindən aşkar edilmiş məsələlərlə əlaqədar səlahiyyətlərinə uyğun tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti qurumlara məlumatların göndərilməsi qərara alınıb.//azxeber.com

  • “Türk seriallarında azərbaycanlılar pis göstərilir” – Elməddindən irad

    “Azərbaycan serial və filmlərində türkiyəlilər hər zaman yaxşı obraz kimi təqdim olunur. Lakin biz bunu onların layihələrində görmürük”.

    Median.Az “Qafqazinfo”ya istinadən yazır ki, bunu aktyor Elməddin Cəfərov Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində tanınmış kino simaları ilə keçirilən görüşdə deyib.

    O, tədbir zamanı azərbaycanlı obrazların Türkiyə seriallarında pis göstərilməsini qınayıb:

    “Buna görə inciyirik. Azərbaycanlılar həmin layihələrdə süpürgəçi və ya buna bənzər obrazlarda təqdim olunur”.

    E.Cəfərov daha sonra aktyor Berk Oktayın “Amma Kənan MM bizim serialda komandir kimi çəkilmişdi” sözlərinə cavab olaraq “həmin serialın sponsoru da azərbaycanlılar idi”, – deyə bildirib.

    Həmçinin görüşdə türkiyəli aktyorlara Azərbaycan mahnılarının onların filmlərində səslənməsi və bəzi ekran işlərində Azərbaycan dilinə qarşı hörmətsizliklə bağlı iddialar barədə sual ünvanlanıb.

    Türkiyəli sənətçilər bildiriblər ki, hər iki xalqı birləşdirən ortaq dəyərlərə hörmətlə yanaşılır və belə halların yanlış anlaşılmadan qaynaqlandığını düşünürlər.

    B.Oktay isə mövzu barədə danışarkən deyib ki, sənətdə əsas məqsəd xalqlar arasında körpü yaratmaqdır:

    “Azərbaycan musiqisi və dili bizim üçün böyük dəyərə malikdir. Əksinə, biz filmlərdə bu zənginliyi təqdim etməkdən qürur duyuruq. “Kızılcık şerbeti” serialında həmin səhnədə oynayan aktyorlar mənim yaxın dostlarımdır. Əgər yanlış anlaşılma olubsa, bu, heç vaxt qəsdən edilməyib. Bu məsələ sosial şəbəkələrdə də müzakirə olunurdu və biz bununla bağlı danışdıq. Həqiqətən belə anlaşıldığı üçün çox məyus idilər. Bu səhnədən sonra daha diqqətli olacaqlarını söylədilər”.

  • Bu yerlər boş qalır – DİM sədri açıqladı

    Magistratura təhsilinə marağın azaldığı müşahidə olunmur. Sadəcə bəzi ixtisaslarda müsabiqə vəziyyəti yüksəkdir, bəzi ixtisaslarda isə nisbətən aşağıdır.

    Bunu jurnalistlərə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bakalavriat səviyyəsində olduğu kimi magistraturada da adambaşı maliyyələşdirmə həyata keçirilir: “Dövlət hər bir proqram üzrə neçə nəfərin dövlət hesabına oxuya biləcəyini müəyyənləşdirir. Müsabiqədən sonra bəzi ixtisaslarda, məsələn, kənd təsərrüfatı sahəsində boş yerlər qalır, bəzi ixtisaslarda isə bütün yerlər dolur. Ödənişli təhsil alanların sayı da kifayət qədərdir. Bu maliyyə vəsaiti təhsilin inkişafı üçün ayrılır və məqsəd qənaət etmək deyil, insanların təhsil almasını təmin etməkdir”.

    Qeyd edək ki, bu il 804 nəfər ödənişli təhsildən ödənişsiz təhsilə keçib.