IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Prezident İlham Əliyevin ailə üzvləri ilə Nyu-York şəhərində çəkilmiş fotosunu rəsmi “Instagram” hesabında paylaşıb.
Median.Az həmin paylaşımı təqdim edir:

Sabah Cəlilabad rayonunda 3 min abonentin qazla təchizatında fasilə yaranacaq.
Bu barədə Lənkəran Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, fasilə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar olacaq.
Bununla əlaqədar Cəlilabadın rayon mərkəzində qaz tənzimləyici məntəqəsindən qidalanan H.Əliyev prospekti, A. Azərtürk, Cavadxan, Şəhriyar, N. Nərimanov, Q. İsmayılov, F. Əhmədov, M. F. Axundov, Sabir, Babək, S. Axundov, Ş. Qurbanov, H. Məmmədov, Nizami, 28 May, Təbriz, Xətai, Füzuli, V. Niftullayev, D. Qorqud, V. Mürsəlov və S. Vurğun küçələrini əhatə edən ümumilikdə 3 min abonentin qaz təchizatı sentyabrın 26-da saat 10:00-dan işlər yekunlaşana qədər müvəqqəti dayandırılacaq.
Xaçmaz rayonunda meyit tapılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Çığatay kəndində baş verib.
Kənd sakini, 1958-ci il təvəllüdlü Aslan Səlim oğlu Quliyevin meyiti kənd ərazisindəki yarımtikilidə tanışı Nadir İslam oğlu Quliyev tərəfindən tapılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Rusiya hüquq-mühafizə orqanları məşhur müğənni Oleq Qazmanovun əleyhinə fırıldaqçılıqda ittiham olunan Gevork Sarkisyanın anasını rəsmi olaraq axtarışa verib.
Bu barədə “RIA Novosti” məhkəmə sənədlərinə istinadən xəbər yayıb.
Sənədlərdə qeyd olunub ki, Gevork Sarkisyanın anası Dina Sarqsyan xüsusilə böyük miqdarda fırıldaqçılıq əməlinə görə axtarışa verilib.
Xatırladaq ki, sentyabrın 24-də Moskva Şəhər Məhkəməsinin iclasında Qazmanovun işi üzrə zərərçəkənlərin sayı açıqlanıb. Fırıldaqçılıq işində zərərçəkən kimi dörd nəfər – Qazmanovun özü, həyat yoldaşı, oğlu və sahibkar Marina Lebedyeva qeydə alınıblar. Həmçinin məhkəmə müğənninin ailəsinin keçmiş dostu Gevork Sarkisyanın oktyabrın 6-na qədər həbsdə saxlanılmasını təsdiqləyib.
Oleq Qazmanov bu ilin sentyabrında fırıldaqçılıqla bağlı Moskva Şəhər Məhkəməsinə müraciət edib. Müğənni bildirib ki, o və xanımı fırıldaqçı sxemin qurbanı olublar. 2019-cu ildə Qazmanovlar tanışları Gevork Sarkisyana böyük məbləğdə pul borc veriblər. Sarkisyan guya bu vəsaiti investisiya kimi istifadə etmək niyyətində olub. Bu, müğənninin təqaüd üçün yığdığı pullar olub.
Sonradan kişi borcu və onun faizlərini ödəməkdən imtina edib. Müğənni bildirib ki, investisiya prosesində iştirak etməyib və Sarkisyanın pulları haraya yatırım etmək istədiyindən xəbərsiz olub.
Azərbaycanda daha üç məhdud məsuliyyətli cəmiyyət fəaliyyətini dayandırmaq qərarı verib.
Valyuta.az xəbər verir ki, “SMT Consulting” MMC ləğv olunduğunu elan edib.
Şirkət kreditorlara müraciət üçün iki ay müddət qoyub. İddialar Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 9 ünvanına təqdim edilməlidir. Şirkət 7 yanvar 2021-ci il tarixində dövlət qeydiyyatına alını. Şirkətin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçi Gordon Elinadır.
Eyni zamanda, “Seaside” MMC də ləğv prosesinə daxil olub. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanına bildirə bilərlər. 6 iyun 2024-cü il tarixində qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir. Qanuni təmsilçi Ağayev Elmar Savadxan oğludur.
Bundan başqa, “Modul Engineering” MMC də ləğv olunduğunu açıqlayıb. Kreditorların müraciətləri üçün ünvan Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65, mənzil A qeyd olunub. Şirkət 13 iyun 2018-ci il tarixində dövlət qeydiyyatına aılınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçi Abdullayev Eldəniz Səid oğludur. Qeyd edək ki, şirkətin 2 milyon 229 min 486,06 manat vergi borcu mövcuddur.
ABŞ-ın müxtəlif dövlət qurumlarından İlon Maskın Hökumətin Effektivliyi İdarəsi (DOGE) tərəfindən başladılan təmizləmələr zamanı işdən çıxarılan yüzlərlə keçmiş məmur dövlət xidmətinə qayıda bilər.
Valyuta.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) mənbələrə istinadən yazıb.
“Ümumi Xidmətlər Administrasiyası dövlət vəzifələrində çalışan işçilərə həftənin sonuna kimi bərpanı qəbul etmək və ya rədd etmək üçün vaxt verib. Qəbul edənlər yeddi aylıq ödənişli məzuniyyətdən sonra oktyabrın 6-da işə qayıtmalıdırlar”, deyə nəşr qeyd edib.
Bildirilir ki, ixtisarların sürətlə getməsinə görə agentlik kadr çatışmazlığı səbəbindən öz əsas funksiyalarını belə yerinə yetirə bilməyib. Oxşar vəziyyət ABŞ-ın Daxili Gəlir Xidmətində, eləcə də Əmək Departamentində və Milli Park Xidmətində baş verir: bu qurumlar əvvəllər işdən çıxarılan işçiləri yenidən işə götürməyə başlayıblar.
Biznesmen İlon Mask 2025-ci ilin yanvarında DOGE-ni təhvil alıb. Agentliyin missiyası federal hökumətdə islahatlar aparmaq, xərcləri azaltmaq və inzibati strukturu modernləşdirmək idi.
“Reuters”in məlumatına görə, proqram 260.000 federal mülki işçinin ixtisarı ilə nəticələnib ki, bu da ümumi işçilərin təxminən 12%-ni təşkil edir. İslahatların tərəfdarları agentliyin 160 milyard dollara qədər qənaət etdiyini iddia edirlər. Bununla belə, digər mənbələr hesab edir ki, əlaqəli xərclər, o cümlədən hüquqi ödənişlər və işdən çıxma ödənişləri 135 milyard dollara çata bilər.
İş adamı DOGE-ni bu ilin may ayında tərk edib.

Tərtər rayon sakininin “Tiktok” sosial media hesabında canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vurması ilə bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.
Bu barədə Agentlikdən bildirilib.
Sözügedən uşaq aidiyyəti qurumlarla koordinasiyalı şəkildə əvvəlcə səhiyyə müəssisəsinə yerləşdirilib.
Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilib.
Bakıdakı “Şoşo” adlı klubda səs-küy salan şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1991-ci ildə Bakı şəhərində anadan olmuş Cəfər İsmayılov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunub.
Məhkəmə iclasında dindirilmiş Cəfər özünü təqsirli bilərək, törətdiyi əməldən peşman olduğunu deyib.
Məhkəmənin qərarı ilə o, 50 manat məbləğində cərimə edilib.
Ucardan Bakı şəhərinə gəzmək üçün gələn şəxs məşhur restoranın şüşəsini sındırıb və çaxır götürərək içib.
Qaynarinfo-nun məlumatına görə, hadisə Səbail rayonu, Sahil bağı yaxınlığında yerləşən “Marani” restoranında baş verib.
1980-ci ildə Ucar rayonunun Qaracallı kəndində doğulmuş F.G. gəzmək üçün Bakı şəhərinə gəlib. O, gecə saat 23.00-dək Bulvar ərazisində gəzib və müxtəlif mağazalara daxil olaraq pivə alaraq içib. Pulu qurtardıqdan sonra spirtli içkinin təsiri altında olduğu üçün Sahil bağı yaxınlığında yerləşən yerləşən “Marani” restoranın giriş qapısının şüşəsini daşla sındıraraq, içəri daxil olub. Restoranda heç kimin olmamasından istifadə edərək vitrindəki bazar dəyəri 440 manat olan “Subani Estate” adlı çaxırı götürərək içməyə başlayıb. İçkinin təsirindən restoranda yatıb.
Onun İnzibati Xətalar Məcəlləsinin 232-1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxılıb. İclasda məlum olub ki, təqsirləndirilən şəxs yaşadığı Ucar rayonuna getdiyindən məhkəməyə gələ bilməyib. O, məhkəməyə telefonoqram vuraraq maddi imkanı olmadığından prosesdə iştirak edə bilməyəciyini deyib. Təqsirləndirilən şəxs maddi imkanı düzəldikdə ziyanı ödəyəcəyini bildirib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 440 manat məbləğində cərimə edilib.