Month: September 2025

  • Azərbaycanda vergi güzəştləri uzadılacaq? – AÇIQLAMA

    2026‑cı ilin 1 yanvarından etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Gələn ilin dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatı fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu baxımdan, 7 ildir tətbiq edilən güzəştin artırılmayacağı ehtimal olunur.

    Güzəştlərə əsasən, hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq.

    Bəs görəsən, özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti artırılacaq?

    Deputat Vüqar Bayramov “Unikal”a açıqlamasında bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 7 il müddətinə fiziki şəxslər gəlir vergisindən azad olunublar.

    O xatırladıb ki, bu güzəşt müddəti gələn il yanvarın 1-də başa çatır: “Bu güzəşt özəl və qeyri-neft sektorunda çalışan vətəndaşlarımıza şamil olunurdu. Yəni, 14 və 25 faizlik gəlir vergisi ödəmirdilər. Onların əməkhaqqı vergidən azad idi. Yeddinci ildir ki, özəl sektorda çalışanlar əməkhaqqılarından gəlir vergisi vermirlər. Təklifimiz ondan ibarətdir ki, bu güzəşt müddəti uzadılsın. Güzəşt artırılmayacağı halda kiçik faiz tətbiq oluna bilər. Məsələn, 2% vergi tətbiq olunsun ki, sahibkar və vətəndaşın əməkhaqqısı üçün ciddi əlavə xərc yaratmasın. Qanunvericiliyə əsasən, güzəştdən əvvəl 14 və 25 faizlik vergi dərəcələrindən söhbət gedirdi. Bu, əmək müqaviləsi ilə çalışan bütün vətəndaşlarımızı əhatə edir. Növbəti il də güzəşt müddətinin uzadılması yaxşı olardı. Bu, vətəndaşların real əməkhaqqılarının qorunub-saxlanmasına imkan yaradacaq”.

  • Gəncədə qəza oldu – Yaralılar var

    Gəncədə minik maşını ilə motosiklet toqquşub, xəsarət alanlar var.

    “Unikal”ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Hərəkətdə olan avtomobil ilə motosiklet toqquşub. Qəza zamanı iki nəfər – 2002-ci il təvəllüdlü R.Babayev və 2008-ci il təvəllüdlü N.Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabah İmişlinin 7 kəndi və 1 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq

    Sabah İmişli rayonunun 7 kəndi və 1 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

    Buna səbəb diametri 225 mm-lik PE “Bəhrəmtəpə” orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağıdır.

    Bununla əlaqədar 25 sentyabr saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Göbəktala, Şahverdili, Bəhrəmtəpə, Sarxanlı, Boşçalılar, Vətəgə, Qaragüvəndikli kəndləri və Bəhrəmtəpə qəsəbəsində (ümumi 4 044 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

  • Azərbaycanda növbəti torpaq hərracları elan edilib

    Oktyabrın 22-də Azərbaycanın regionlarında 10 torpaq müsabiqəsi və 19 hərrac keçirəcək.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.

    Məlumata görə, hərraclar Dövlət Xidmətinın Sumqayıt, Ucar, Bərdə, Tovuz, Xaçmaz və Beyləqan ərazi şöbələrində olacaq. Müsabiqə və hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 29 torpaq sahəsi çıxarılacaq.

    Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

  • Bakıda 8 ayda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb

    Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində yerinə yetirilmiş ümumi inşaat işlərinin 91,5 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

    Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

    Bildirilib ki, ötən 8 ay ərzində paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,5 %-ini inşaat, yenidənqurma və bərpa, 6,8 %-ini əsaslı təmir, 3,7 %-ini cari təmir, 3 %-ini isə sair tikinti işləri təşkil edib.

    Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 82,8 %-ini inşa, yenidənqurma və bərpa, 8 %-ini əsaslı təmir, 5,6 %-ini cari təmir, 3,6 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,6 %-ini qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər.

  • Gürcüstan aralarında azərbaycanlı da olan 20 əcnəbini deportasiya edib

    Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti ölkədə qanunsuz yaşayan 20 əcnəbini Gürcüstandan çıxarıb.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, nazirlikdən verilən məlumata görə, ölkədən çıxarılan şəxslər Hindistan, Rusiya, Pakistan, Türkiyə, Türkmənistan, Azərbaycan, İran, Nigeriya və Tailand vətəndaşlarıdır.

    Gürcüstanda qanunsuz yaşadıqlarına görə onların qanunvericiliyə uyğun olaraq gələcəkdə ölkəyə girişləri də qadağan edilib.

    DİN-dən bildirilib ki, Miqrasiya Departamentinin əsas vəzifələrindən biri ölkədə qanuni əsas olmadan yaşayan əcnəbi vətəndaşları müəyyənləşdirmək və onların çıxarılmasını təmin etməkdir. Nazirlikdən qeyd edilib ki, son tədbirlər ölkədə qeyri-qanuni miqrasiyanın qarşısının alınmasına xidmət edir.

  • Qaradağda 500 ağac əkilib

    27 sentyabr – Anım Günü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda Bakı-Ələt yolunun kənarında ağacəkmə aksiyası təşkil edilib.

    Bu barədə BŞİH-dən məlumat verilib.

    Bildirilib ki, aksiyada BŞİH-in rəhbərliyi, əməkdaşları və struktur bölmələrin işçiləri, RİİB-in könüllüləri iştirak ediblər.

    İştirakçılar aksiyanın keçirildiyi ərazini yararsız tullantılardan təmizləyərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkiblər.

    Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib. Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

  • Лянкяранский предприниматель: Достигнуты инновационные успехи в развитии пчеловодства

    В развитии пчеловодства в Азербайджане достигнуты определенные инновационные успехи.

    Об этом корреспонденту Report в Кяльбаджаре сообщил лянкяранский предприниматель Саявуш Ягубов, участвующий в Фестивале меда, организованном в городе.

    По его словам, на фестивале демонстрируются не только продукты пчеловодства, но и оборудование, используемое в этой сфере:

    “Разработанное нами оборудование “Суперматр” успешно применяется для обработки пчел против клещей. Преимущество этого оборудования в том, что оно позволяет дезинфицировать пчел не химическими, а натуральными средствами. С этим оборудованием мы стали победителями 2-го грантового конкурса КОБИА. Благодаря этому проекту мы пожертвовали оборудование собственного производства более чем 40 хозяйствам”, – сказал Ягубов.

    “Кроме того, благодаря разработанным нами весам контролируется увеличение или уменьшение веса в пчелиной семье, уровень влажности”, – добавил он.

    Фермер также рассказал о лечебном эффекте продуктов пчеловодства и оборудовании, разработанном для этой цели:

    “Применяется метод лечения с использованием оборудования под названием “АПИТЕРАПИЯ”. На 15 рамок в оборудовании помещаются воск, мед, пыльца, пчелиный яд, маточное молочко, перга. Этот метод лечения включает дыхание воздухом, который выделяется при движении пчел”.

  • Lənkəranlı sahibkar: Arıçılığın inkişafında innovativ yeniliklərə nail olunub

    Arıçılığın inkişafında müəyyən innovativ yeniliklərə nail olunub.

    Bunu “Report”un Kəlbəcərə ezam olunan əməkdaşına açıqlamasında şəhərdə təşkil olunan Bal Festivalında iştirak edən lənkəranlı sahibkar Səyavuş Yaqubov deyib.

    Onun sözlərinə görə, festivalda arıçılıq məhsulları ilə yanaşı, bu sahədə istifadə olunan avadanlıqlar da nümayiş etdirilir:

    “Hazırladığımız “Supermatr” avadanlığı arıların gənəyə qarşı dərmanlama işinin aparılması üçün mükəmməl vasitədir. Bu avadanlığın üstün cəhəti arıları kimyəvi deyil, təbii vasitələrlə dezinfeksiyasına imkan verir. Bu avadanlıqla KOBİA-nın 2-ci qrant müsabiqəsinin qalibi olmuşuq.

    O layihə hesabına öz istehsalımız olan bu avadanlıqları 40-dan çox təsərrüfata ianə etmişik. Bundan başqa, hazırladığımız tərəzi sayəsində arı ailəsində çəkinin artması və ya azalması, rütubətin səviyyəsi diqqətdə saxlanılır”.

    Fermer arıçılıq məhsullarının müalicəvi təsirindən, bu məqsədlə hazırlanmış avadanlıq haqqında da danışıb:

    “APİTERAPİYA” adlı avadanlıqdan istifadə etməklə müalicə üsulu tətbiq edilir. Avadanlıqdakı 15 çərçivəyə mum, bal, güləm, arı zəhəri, arı südü, arı çörəyi qoyulur. Bu müalicə arıların hərəkəti zamanı oradan ayrılan hava ilə nəfəs almağı ehtiva edir”.

  • В Молдове не будут проводить exit-poll на парламентских выборах

    В Молдове не будет проводиться exit-poll на парламентских выборах, запланированных на 28 сентября.

    Центральная избирательная комиссия Молдовы отклонила соответствующие обращения.

    Избирательная комиссия объясняет это сомнительными источниками финансирования компаний-заявителей и желанием избежать предвыборной неразберихи в молдавском обществе, находящемся в чувствительном c геополитической точки зрения положении.