Month: September 2025

  • Moldovada parlament seçkilərində exit-poll keçirilməyəcək

    Moldovada sentyabrın 28-də keçiriləcək parlament seçkiləri üçün exit-poll keçirilməyəcək.

    “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Moldova Mərkəzi Seçki Komissiyasına edilən müraciətlər rədd edilib.

    Sentyabrın 23-də Moldova Mərkəzi Seçki Komissiyası bununla bağlı müraciət edən bütün şirkətlərin tələbini rədd edib və bunu müraciət edən şirkətlərin maliyyə mənbələrinin şübhəli olduğunu və geosiyasi cəhətdən həssas durumda olan Moldova cəmiyyətində seçki qabağı qarışıqlığa yol açmamaq ilə izah edib.

  • Ford отзовет более 115 тыс. автомобилей в США из-за дефекта рулевой колонки

    Ford Motor отзывает 115,54 тыс. автомобилей в США из-за дефекта рулевой колонки.

    Как передает Median.Az со ссылкой на агентство Reuters, об этом сообщила Национальная администрация безопасности движения на трассах США.

    Согласно информации, проблема, которая может привести к потере управления, выявлена в автомобилях 2020-2021 годов выпуска, в частности модели F-250, F-350 и F-450.

    Дилеры Ford бесплатно проведут осмотр и отремонтируют или заменят неисправный компонент.

  • “Ford” 115 mindən çox avtomobili geri çağıracaq

    “Ford Motors” şirkəti ABŞ-də 115 min 54 avtomobili sükan çarxında nöqsana görə geri çağırır.

    Bu barədə ABŞ Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarəsi məlumat yayıb.

    Məlumata görə, idarəetmənin itirilməsinə səbəb ola biləcək problem buraxılış ili 2020-2021-ci illər olan avtomobillərdə, xüsusilə F-250, F-350 və F-450 modellərində aşkarlanıb.

    “Ford” dilerləri qüsurlu komponentin pulsuz yoxlanılmasını, təmir edilməsini və ya dəyişdirilməsini təmin edəcək.

  • Fransada zənginlər üçün vergi tətbiq edilə bilər

    Fransanın Baş naziri Sebastyen Lekornyu büdcəyə əlavə daxilolmaların təmin edilməsi və dövlət borcunun azaldılması məqsədilə üçün ən varlı vətəndaşlar və ən yüksək gəlirli müəssisələrə yüksək vergi tətbiqini nəzərdən keçirə bilər.

    Bu barədə BFMTV mənbələrə istinadən bildirib.

    Məlumata görə, hökumət dairələrində büdcə kəsirinin azaldılması zərurəti və həmkarlar ittifaqları ilə kompromis axtarışı fonunda belə bir addımın qaçılmaz olması ilə bağlı konsensus yaranır.

    “Sebastyen Lekornyu ən varlı şirkətlərin və fərdi şəxslərin büdcə xərclərində iştirakını təmin etməkdə qərarlıdır”, – mənbə qeyd edib.

    Ultra-zənginlərdən yüksək məbləğdə vergi tutulması ideyası geniş ictimai dəstəyə malikdir və bu, sol partiyalar və həmkarlar ittifaqlarının baş nazirə qarşı irəli sürdüyü tələblərdən biridir.

    Bu gün S.Lekornu tələbləri nəzərə alınmadığı təqdirdə yeni tətillər keçirməklə hədələyən səkkiz həmkarlar ittifaqı təşkilatının nümayəndələri ilə görüşməlidir.

  • Şəhid ailələri və əlilliyi olan şəxslər üçün ŞAD XƏBƏR

    Azərbaycan hökuməti sosial həssas qrupların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində daha bir addım atır.

    BAKU.WS-in əldə etdiyi məlumata görə, Sosial Xidmətlər Agentliyi tərəfindən elan edilən tenderlər çərçivəsində Gəncə şəhəri və Ağdaş rayonunda ümumilikdə 87 mənzilin alınması planlaşdırılır.

    Məlumata görə, tenderlərdə əsas məqsəd şəhid ailələrinin və əlilliyi müəyyən edilmiş şəxslərin mənzil təminatını gücləndirməkdir.

    Gəncə şəhərində alınacaq mənzillər:

    16 ədəd birotaqlı mənzil

    16 ədəd ikiotaqlı mənzil

    8 ədəd üçotaqlı mənzil

    Ümumi dəyər: 2 milyon 866 min manat

    Ağdaş rayonunda alınacaq mənzillər:

    20 ədəd ikiotaqlı mənzil

    27 ədəd üçotaqlı mənzil

    Ümumi dəyər: 3 milyon 687 min manat

    Qeyd edək ki, hər iki layihə üzrə ümumi mənzillərin sayı 87 ədəd, ayrılan vəsait isə təxminən 6,5 milyon manata yaxın olacaq. Bu addım həm şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, həm də əlilliyi olan insanların normal həyat şəraitinin təmin olunmasına yönəlib.

  • Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb – FOTO

    Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi ilə görüşü olub.

    Median.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

  • Ucardan Bakıya gəzməyə gələn kişi 440 manatlıq şərabın ziyanına düşdü

    Ucardan Bakı şəhərinə gəzmək üçün gələn şəxs məşhur restoranın şüşəsini sındırıb və çaxır götürərək içib.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, hadisə Səbail rayonu, Sahil bağı yaxınlığında yerləşən restoranlardan birində baş verib.

    1980-ci ildə Ucar rayonunun Qaracallı kəndində doğulmuş F.G. gəzmək üçün Bakı şəhərinə gəlib. O, saat 23:00-dək bulvar ərazisində gəzib və müxtəlif mağazalara daxil olaraq pivə alaraq içib. Pulu qurtardıqdan sonra Sahil bağı yaxınlığında yerləşən restoranın giriş qapısının şüşəsini daşla sındıraraq, içəri daxil olub. Restoranda heç kimin olmamasından istifadə edərək vitrindəki bazar dəyəri 440 manat olan çaxırı götürərək içməyə başlayıb. İçkinin təsirindən restoranda yatıb.

    Onun İnzibati Xətalar Məcəlləsinin 232-1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxılıb. İclasda məlum olub ki, təqsirləndirilən şəxs yaşadığı Ucar rayonuna getdiyindən məhkəməyə gələ bilməyib. O, məhkəməyə telefonoqram vuraraq maddi imkanı olmadığından prosesdə iştirak edə bilməyəcəyini deyib. Təqsirləndirilən şəxs maddi imkanı düzəldikdə ziyanı ödəyəcəyini bildirib.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 440 manat məbləğində cərimə edilib.

  • İmişlidə 15 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib

    İmişli rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

    Median.Az Azərtac-a istinadən xəbər verir ki, ilkin məlumata görə, 15 nəfər zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına müraciət edib.

    Həkimlər tərəfindən lazımi tədbirlər görülərək müayinələr aparılır.

  • Azərbaycanda biznes ombudsmanının yaradılması təklif olunur

    “İki gün əvvəl hava limanında taksi xidməti ilə bağlı qərar elan edilərkən rəqabət mühitinin boğulmasına yönəlmiş inzibati yanaşmaların doğru olmadığı barədə əhatəli yazmışdım”.

    Bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, Ombudsman Aparatı hava limanında taksi xidməti və qiymət siyasəti ilə bağlı monitorinq aparıb:

    “Rəsmi açıqlamada qeyd edilir ki, tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59-cu maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir. Addım təqdirəlayiqdir. Amma hesab edirəm ki, bu məsələyə münasibət bildirməli olan qurum təkcə Ombudsman Aparatı ilə məhdudlaşmamalıdır”.

    İqtisadçı bildirib ki, ökəmizdə Prezident tərəfindən təyin edilən və birbaşa ona hesabat verən biznes ombudsmanı institutunun yaradılmasına və ona müvafiq səlahiyyətlərin verilməsinə ciddi ehtiyac var:

    “Belə bir institut sahibkarların hüquqlarının qorunmasına, inzibati maneələrin aradan qaldırılmasına, ədalətli rəqabət mühitinin təmininə, dövlət-biznes dialoqunun güclənməsinə və ən əsası xarici investorlar üçün etibarlı, cəlbedici iqtisadi mühitin formalaşmasına xidmət edəcək strateji bir mexanizm olar. Ölkəmizdə böyük investisiya forumları keçirilir, cənab Prezident beynəlxalq tədbirlərdə hər dəfə nə qədər məşğul olsa da, mütləq vaxt ayıraraq qlobal investorlarla şəxsən görüşür, ölkəyə investisiyanın cəlbi üçün bütün imkanlar səfərbər edilir. Amma investorlar ayrı-ayrı sahələrdə inzibati metodlarla rəqabətin boğulduğunu görsə, bu, onları tərəddüdə salmazmı?!

    Qlobal investor sadəlövh deyil. O, diqqəti cəlb etməyən ən kiçik çatışmazlıqları belə görür, dərindən təhlil edir və qərarlarını buna əsasən verir. Onların gözündən heç nə yayınmır. Buna görə də bu tip məsələlərdə xüsusilə diqqətli olmalıyıq. Məhz buna görə səlahiyyətli biznes ombudsmanı institutunun yaradılması ölkəmizin iqtisadi inkişafında strateji bir addım, önəmli mərhələ olardı”.

  • Nənəsinə görə xəstəxanada dava saldı: Həbs edildi

    M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində nənəsinə görə həkimləri söyən şəxs həbs edilib.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, 2002-ci ildə Bakı şəhərində anadan olmuş İbrahim Əliyev (soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola məhkəmədə baxılıb.

    Məlum olub ki, İbrahim uşaqlıqdan onu böyüdən nənəsini Xətai Tibb Mərkəzinə aparıb. Lakin orada həkimlər boş yer olmadığını əsas gətirərək qadını qəbul etməkdən imtina ediblər. Buna əsəbiləşən İbrahim həkimlərlə mübahisə edib və səs-küy salıb. Polis əməkdaşları hadisə yerinə yaxınlaşan zaman isə tabesizlik göstərib.

    O, məhkəmədə törətdiyi əməldən peşman olduğunu, bir daha belə hala yol verməyəcəyini bildirib və barəsində yüngül cəza tətbiq olunmasını xahiş edib.

    Məhkəmənin qərarı ilə İbrahim barəsində səkkiz gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunub.